Ermənistanın “milli qəhrəmanları”
kimlərdir?: Tayqulaq Andranik Ozanyan
Sağ qulağının kəsilməsilə
tarixə düşən məşhur Andronik bəllidir ki, vətəndaşı
olduğu Osmanlı İmperiyasına xəyanət etdiyi
üçün Andronikin sağ qulağı kəsilmişdi.
Ona görə də, bütün fotolararda Andronikin sola
döndüyü yerlər kəsilib
çıxarılır. Nəticədə siz hər dəfə
Andronikin dondüyü kadrlarda sıçrayışlı
montaj görürsünüz…Yəni ermənilər onun
qulağının qeyrətini çəkirlər. Bu günlərdə
ermənilər İrəvanda "mili qəhrəman" kimi
tanıdıqları Andranikin yubileyi ilə bağlı fotosərgisini
təşkil ediblər..Burada bir məsələyə diqqət
edin: Andranikin soyadı "Ozanyan"dır. Sözün kökü
türk sözü olan "Ozan"dırsa, bu fırıldaq
erməni özünü necə qədim erməni
xalqının nümayəndəsi sayır? Digər soyadlara
da fikir verin: Kazar (Xəzər) Mirzoyan. "Xəzər Mirzəyan"ın
həm adı, həm də soyadı türk mənşəlidir
- Xəzər və Mirzə. Sonra da deyirlər ki, erməni
xalqı qədimdir və s. Elə soyadları və adları
göstərir ki, ermənilər türklərdən törəmədir…
Bəs Andranikin dibindən kəsilmiş
qulağı necə bitib???Yuxarıda qeyd olunduğu kimi,
Andranikin yubileyinə həsr olunmuş sərgidə onun son
illərdəki fotoları da sərgilənib (təqdim edirik).
Amma bu fotolara baxanda gördüm ki, şəkillərin
hamısında onun Osmanlı ordusuna xəyanətinə
görə kəsilmiş qulağı yerindədir. Bəs bu
necə baş verib? Cavanlıq şəkillərini başa
düşdük, amma sonrakı illərin şəkillərində
onun qulağı yerinə peyda olub. Tibb elmi 1890-cı illərdə
elə inkişaf etməmişdi ki, Andranikə qulaq
transplantasiyası həyata keçirələr. Deməli, bu
da ermənilərin tarixi faktı saxtalaşdırma və gizlətmə
cinayətlərindən biridir.
Bəs Andranikin qulağı necə və niyə
kəsilib?Tarixi mənbələri izldikdə məlum olur ki,
Andranik Ozanyan 1890-ci illərdə Osmanlı imperiyasına xəyanət
etdiyi üçün cəza kimi onun qulağını kəsirlər,
bundan sonra ona xalq arasında "tayqulaqlı Andranik" deyiblər.
Andranik Türkiyədə fəaliyyət
göstərən erməni silahlı dəstələri
üçün silah qaçaqmalçılığı ilə
də məşğul olur və 1890-cı ildə Türk
ordusuna qarşı döyüşlərdə iştirak edir.
1904-cü ildə türk ordusu erməni üsyanını
yatırdıqdan sonra Andranik Türkiyədən
qaçır. Bir müddət Qafqazda olur, sonra isə Avropaya
yollanır. 1914-cü ildə Andranik rus ordusunun komandanı
general Aleksandr Malışayevski ilə görüşür və
rus ordusuna öz xidmətlərini təklif edir, yəni
satqınçılıq edir. Rus ordusu Andranikə erməni hərbi
dəstələrini formalaşdırmağı
tapşırır. Türk ordusuna qarşı hərbi
əməliyyatlarda iştrakına görə rus və
fransız ordusunun komandanlığı tərəfindən
bir sıra orden və medallarla təltif edilir. İndiki Ermənistanın
Rusiya qarşısında xidmətləri kimi.1917-ci iilin burjua
inqilabından sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa
başlayır. Yaranmış vəziyyətdən
istifadə edən ermənilər, öz silahlı dəstələrini
gücləndirir, çar ordusundan qalmış silah və
sursatı mənimsəyirlər. Zəngəzurda Andranikin rəhbərlik
etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini
dağıtmaqla məşğul idi. Bu kəndlərin əhalisi
kütləvi şəkildə öldürülür,
diri-diri yandırılır, qılıncdan keçirilirdi.
Andranikin quldurlarının vəhşiliyi barədə erməni
tarixçisi A.Lalayan yazır: "Andranikin
başçılıq etdiyi daşnak dəstələri,
türk kəndlilərinin uşaqların, qadınların və
qocaların qətli zamanı "böyük sücaət"
göstərirdilər. Daşnak dəstələri tərəfindən
tutulmuş müsəlman kəndlərində, sağ adamlar
qalmırdı, onlar insan qalıqları ilə dolu,
xarabalığa çevrilirdi"Beləcə, tayqulaq Andranik
türklərə və azərbaycanlılara qarşı vəhşiliyi
ilə tarixdə qalıb. Türklər sağ ikən cəzasını
verib, Allah isə o dünyada zülmünü versin. Andranik 25 fevral
1865-ci ildə anadan olub, 31 avqust 1927-ci ildə ölüb. 1890-cı ildə,
yəni 25 yaşında qulağı sivrilib. Yəni, dibindən kəsilib. Təqdim edilən
fotoda isə onun ən azı 45-50 yaşı var. Bu necə ola bilər ki, 25 yaşında kəsilən
qulaq 50 yaşında yerinə gəlib!?
Andranik Ozanyan 1890-cı illərdə Türk ordusuna
qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə
türk ordusu erməni üsyanını yatırandan sonra
Türkiyədən qaçıb. 1914-cü
ilin avqustunda Rusiyanın Qafqaz ordusunun komandanı general
Aleksandr Malışayevski ilə qörüşüb və
rus ordusuna öz xidmətlərini təklif edib.
Andranik
Ozanyan ( 1865 – 31 avqust 1927) — Ermənistan
milli qəhrəmanı, Bolqarıstanın milli qəhrəmanı.
1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda
azərbaycanlılarınyaşadıqları kəndləlirin
dağıdılmasında və əhalisinin
qırğınında Andranikin başçılıq etdiyi
dəstə böyük rol oynamışdı Osmanlı
imperiyasında anadan olub. Bir müddət
"Hnçak" partiyasının, sonra isə
"Daşnaksütunun" üzvü olub. 1880-ci illərdə Andranik Osmanlı dövlətinə
xəyanət etdiyi üçün cəza kimi onun
qulağını kəsirlər, bundan sonra ona xalq arasında
"birqulaqlı Andranik" deyirlər. Andranik
Türkiyədə fəaliyyət göstərən erməni
silahlı dəstələri üçün silah
qaçaqmalçılığı ilə məşğul
olur. 1890-cı illərdə Türk
ordusuna qarşı döyüşlərdə iştirak edir.
1904-cü ildə türk ordusu erməni
üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən
qaçır. Bir müddət Qafqazda olur,
sonra isə Avropaya yollanır. 1907-ci ildə
Bolqarıstanda, Daşnaksütunun IV qurultayında iştirak
edir.r 1912-ci ildə müharibə başlayanda, Qareqin Njde ilə
birlikdə ermənilərdən ibarət könüllü dəstə
yaradır. Burada erməni silahlı dəstələri
yerli türk əhalisinə qarşı kütləvi
qırğınlar törədməklə məşğul
idi. Bu döyüşlərdə iştrakına görə
Andranik Ozanyan Bolqarıstanın ali dövlət
təltifi olan, "İgidliyə qörə qızıl
xaç" ordeni ilə təltif olunur. Bundan əlavə
onu digər mükafatlarla da təltif edirlər, həmçinin
Andranik Bolqarıstan vətəndaşlığına qəbul
olunur. 1914-cü ilin avqustunda Andranik
Rusiyanın Qafqaz ordusunun komandanı general Aleksandr
Malışayevski ilə görüşür və rus
ordusuna öz xidmətlərini təklif edir. Rus ordusu Andranikə erməni hərbi dəstələrini
formalaşdırmağı tapşırır. Türk ordusuna qarşı hərbi əməliyyatlarda
iştrakına görə rus və fransız ordusunun
komandanlığı tərəfindən bir sıra orden və
medallarla təltif edilir. 1916-cı ildə
çar ordusunun komandanlığı ilə yaranan problemlərə
görə cəbhəni tərk edir. Andranikin
Türkiyənin şərqində olduğu bütün
müddət ərzində, onun başçılıq etdiyi
silahlı erməni dəstələri buradakı türk və
kürd əhalisinin kütləvi qətlləri ilə məşğul
olurdular. 1917-ci il fevral inqilabından
sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa
başlayır. Yaranmış vəziyyətdən
istifadə edən ermənilər, öz silahlı dəstələrini
gücləndirir, çar ordusundan qalmış silah və
sursatı mənimsəyirdilər. Bu zaman
başsız qalmış Rusiyanın Qafqaz ordusunun
komandanlığı Andranikə general-mayor rütbəsi
verir, lakin qeyd etmək lazımdır ki, yaranmış vəziyyətdə
komandanlığın verdiyi rütbələr daha çox rəmzi
əhəmiyyət kəsb edirdi. Andranik
1918-ci ildə Ermənistanla Türkiyə arasında
imzalanmış müqaviləni tanımaqdan imtina edir. Bu dəfə Andranik bolşeviklərlə əməkdaşlıq
etməyə başlayır, o, 1918-ci ilin iyulunda Stepan
Şaumyana teleqram qöndərir, teleqramda Andranik bildirir ki,
"Naxçıvan qəzası özünü Sovet
Rusiyasının bir hissəsi sayır, və o özü dəstəsi
ilə birlikdə bolşeviklərin tabeliyinə keçməyə
hazırdır". Lakin iyulun 19-u türk
ordusu Naxçıvanı və Culfanı tutur, Andranik Zəngəzura
qaçır. Zəngəzurda Andranikin rəhbərlik
etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini
dağıtmaqla məşğul idilər. Bu kəndlərin əhalisi kütləvi şəkildə
öldürülür, diri-diri yandırılır,
qılıncdan keçirilirdi.
Andranikin
quldurlarının vəhşiliyi barədə erməni
tarixçisi A.Lalayan bunları yazır:
"Andranikin başçılıq etdiyi daşnak dəstələri,
türk kəndlilərinin uşaqların, qadınların və
qocaların qətli zamanı "böyük sücaət"
göstərirdilər. Daşnak dəstələri tərəfindən
tutulmuş müsəlman kəndlərində, sağ adamlar
qalmırdı, onlar insan qalıqları ilə dolu,
xarabalığa çevrilirdi". Andranikin
silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının
Yaycı kəndinə hücum edərək 2500 nəfəri
qətlə yetirir, meyitlərini isə Araz çayına
atır. 1918-ci ilin sonlarında Andranikin dəstələri
Qarabağda bir çox azərbaycan kəndlərinə
hücum edərək kütləvi qətllər törədir,
kəndləri talan edir. Rəsmi məlumatlara
görə bu dövrdə 115 azərbaycan kəndi
dağıdılmış, 10 mindən artıq əhalisi qətlə
yetirilmiş, əmlakları talan edilmişdir. 1919-cu ilin aprelində Andranik Eçmiadzinə gəlir,
burada o dəstəsinin böyük hissəsini sərbəst
buraxır, bir hissəsini isə özü ilə mühacirətə
aparır. Birinci Dünya Müharibəsindən
sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar
kimi beynəlxalq axtarışını elan edir. Andranik muhacirətdə Fransada, sonra isə ABŞ-da
yaşayır. ABŞ-da Kaliforniya
ştatının Fresno şəhərində vəfat edir.
28 may 2011-ci ildə Rusiyanın Soçi şəhərinin
yaxınlığındakı Volkonka qəsəbəsində
Andranik Ozonyananın abidəsi açılmalı idi. Tədbirdə Krasnodar diyarından 5-6 minə qədər
erməninin gələcəyi gözlənilirdi. Ancaq yerli hakimiyyət orqanları tədbirə etiraz
etdilər. Bildirildi ki, ermənilər abidəni sökməlidirlər,
yoxsa yerli hakimiyyət onu dağıtmalı olacaqdır/
Vahid Ömərov
Fəlsəfə üzrə fəlsəfə
doktoru
Səsə.- 2020.- 30 aprel.- S.15