Aprel döyüşləri tarixi qələbəmizdir
Tarixi sənədlər və mövcud faktlar
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi
olduğunu təsdiq edir və bunu heç şübhəsiz
işğalçı Ermənistanın terrorçu baş
bilənləri də aydın şəkildə bilirlər.
Demokratik düşüncəli dünya xalqları və beynəlxalq
təşkilatlarda Azərbaycanın ərazi
bütövlüyü və suverenliyini birmənalı və
qəti şəkildə dəstəkləyirlər. BMT-nin Təhlükəsizlik Şurasının
1993-cü ildə Azərbaycanın ərazilərinin
işğal edilməsini qınayan və Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü və Azərbaycanın
beynəlxalq səviyyədə tanınan sərhədlərinin
toxunulmazlığını bir daha təsdiq edən 822 (1993),
853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr
qəbul etməsi buna misal ola bilər. BMT-nin Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələrdə
Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi
olmasını təsdiq edib və işğalçı
qüvvələrin bütün işğal edilmiş Azərbaycan
ərazilərindən dərhal, tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edib. ATƏT, AŞPA, İKT, Qoşulma Hərəkatı
və digər beynəlxalq təşkilatlar da oxşar
mövqe nümayiş etdiriblər.
İşğalçı Ermənistan isə dünya
birliyinin tələb və qərarlarına əməl etmək
istəmir və işğalçılıq siyasətini
davam etdirməkdədir. Təbii ki Azərbaycan xalqı
Ermənistanın təcavüzkar siyasətinin davam etdirilməsinə
imkan verməyəcək. Necə ki, 2016-cı
il aprelin 1-dən 2-nə keçən gecədən
başlayan və ayın 5-də Rusiyanın vasitəçiliyi
ilə atəşkəs razılaşmasının
imzalanmasına qədər davam edən döyüşlərdə
Ordumuz işğal altında olan torpaqlarımızın bir
hissəsini, strateji məntəqələri azad etməklə
işğalçını cəzalandırmağa qərarlı
olduğunu nümayiş etdirdi.
40 dəqiqəyə
işğalıçı ölkənin 40 tankı 420
canlı qüvvəsi məhv edildi
Hərbi əməliyyatlar zamanı
işğalçı Ermənistana məxsus 45 tank, 15-dək
artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis
qurğuları məhv edilib. Düşmənin 500 - dən
çox döyüşçüsü
öldürülüb və 500-dən artıq
döyüşçüsü yaralanıb. Əks-hücum əməliyyatı
aparan ordumuz mühüm mövqelərə sahib oldu. Lələtəpə
kimi yüksəklik alındı. Nəticədə 1994-cü
ildə düşməndən azad edilən Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi
təmin olundu. Aprel döyüşləri nəticəsində
Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının işğaldan azad edilmiş ərazilərində
bu gün Azərbaycan bayrağı dalğalanır.
2016-cı il aprelin 19-da Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə
Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü
"Azərbaycanın Milli Qəhrəmanı", 7
üzvü "Azərbaycan Bayrağı" ordeni, 1
üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü
dərəcəli "Vətənə xidmətə görə"
ordeni, 19 üzvü "Vətən
uğrunda" medalı, 43 üzvü "İgidliyə
görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə
görə" medalı, 2 üzvü "General-mayor"
ali hərbi rütbəsi ilə
mükafatlandırıldı. Azərbaycan Ordusunun həyata
keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı
nəticəsində erməni işğalından azad
edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində
bu gün insanların təhlükəsiz yaşaması
mümkün olub. Bununla da həmin ərazilərdə əsaslı
yenidənqurma işlərinin başlanmasına şərait
yaranıb. Bu məqsədlə ölkə
başçısı İlham Əliyev 24 yanvar 2017-ci il
tarixində "İşğaldan azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə
bağlı tədbirlər haqqında" sərəncam
imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan İlham Əliyev aprel döyüşlərinə
xüsusi önəm verərək, onu şanlı tariximiz
adlandırdı: "Bu döyüşlər zamanı Azərbaycan
dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha
öz gücünü göstərdi. Aprel döyüşləri
bizim böyük hərbi qələbəmizdir. Uzun illər
Ermənistan öz ordusu haqqında miflər yaradırdı,
uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz
ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin
ordusu yenilməzdir". Ermənistanın aprel
döyüşlərində öz acı məğlubiyyətini
etiraf etməyə məcbur olduğunu vurğulayan Ali Baş
Komandan İlham Əliyev onu da bildirib ki, "Məhz aprel
döyüşlərindən sonra Ermənistanın müdafiə
naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər
öz vəzifələrindən kənarlaşdırıldı.
Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz,
zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz
şəhidlər də verdik. Allah bütün şəhidlərimizə
rəhmət eləsin. Ancaq torpağımızı qoruduq,
torpaqlarımızın bir hissəsini
işğalçılardan azad etdik. Aprel döyüşləri
hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm
hərbi peşəkarlıq, həm qəhrəmanlıq
göstərmişdir".
Erməni
işğalçıları tərəfindən
işğal olunmuş torpaqlarımızın 2000 hektar ərazisi
Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra
ölkə başçısının cəbhəyanı
bölgələrə səfər etməsi və əsgərlərimizlə,
zabitlərimizlə görüşməsi, orada yaşayan
əhalinin yaşayış şəraiti ilə yaxından
tanış olması bir daha xalqımızın mənfur
düşmən üzərində əldə edəcəyi
növbəti qələbələrə inamını
artırdı.
Artıq Ermənistanın bir
çox tanınmış ictimai-siyasi xadimləri, siyasi şərhçiləri
bu torpaqların Azərbaycana məxsus olduğunu söyləməklə
yanaşı, Sarkisyan rejiminin işğalçılıq
siyasətini pisləyən bəyanatlar səsləndirib,
işğalçı ordunun Azərbaycan torpaqlarından
çıxmasını tələb edirdilər. Ona
görə ki, aprel döyüşləri ilk növbədə
Ermənistan dövlətini, cəmiyyətini sarsıtdı,
onlara ağır zərbə vurdu. Digər tərəfdən,
cinayətkar, qaniçən Sarkisyan rejiminin girovuna çevrilmiş
erməni xalqı aprel döyüşlərindən sonra
öz taleyi haqqında daha çox düşünməyə
başladı. Beləliklə də, nəhayət də Serj
Sarkisyan rejimini hakimiyyətən uzaqlaşdlırmağa nail
oldular. Bunla yanaşı ermənilər
Qarabağın Azərbaycanın torpaqları olduğunu və
yaxın vaxtlarda bunu gerçəkləşdirəcəyini dərk
etdiklərindən bir çox erməni ailələri öz
övladlarını Qarabağ cəbhəsinə hərbi
xidmətə göndərməyə etiraz edir, onları
hansısa harın rejimin siyasətinə qurban verməyəcəklərini
bildirlər.
Aprel döyüşləri uzun illərdir ki,
Ermənistanda yalandan formalaşdırılmış "məğlubedilməz
ordu" mifini heçə döndərdi. Vasitəçilər
və yalvarış dolu açıqlamalar olmasa idi Azərbaycan
ordusu Xankəndində müstəqil Azərbaycanın
üçrəngli bayrağının dalğlnmasını
təmin edəcəkdi. Həmin vaxtlar Serj Sarkisyan rejiminin və
separatçı "DQR" rəhbərliyinin xarici ölkələrlə
apardıqları danışıqları xatırlamaq kifayət
edər. Yəni bütün bunlar bir daha
sübut etdi ki, "erməni ordusu" əfsanəsi əslində
sabun köpüyündən başqa bir şey deyilmiş.
Aprel zəfərindən sonra Ermənistan və Azərbaycan
prezidentləri münaqişənin tənzimlənməsi
üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən
ölkələrin rəsmilərinin iştirakı ilə
Vyanada görüşdülər, həmçinin iyunun 20-də
Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə
üçtərəfli danışıqlar keçirildi.
Görüşlərdə münaqişə bölgəsində
etimad tədbirlərinin möhkəmləndirilməsi,
insidentlərin araşdırılması mexanizmlərinin
yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri
ofisinin genişləndirilməsi haqqında razılıq əldə
edildi.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi dondurulmuş münaqişə
deyil, bütün region üçün ciddi təhlükə
mənbəyidir. Yəni hər an müharibə alovlana bilər.
Bunun real olduğunu işğalçı və onun
havadarlarıda gözəl anlayırlar. Bu baxımdan
münaqişənin uzanması və vaxt qazanmaq
üçün müxtəlif hiyləgər vasitələrdən
istifadə edirlər. Ancaq Azərbaycan bəyan edir ki,
işğal faktı, mövcud status-kvo ilə barışmaq
və Ermənistanın təxribatlarına dözmək niyyətində
deyil. Əksinə, düşmənə layiqli cavab vermək,
torpaqlarını azad etmək iqtidarındadır. Azərbaycan
Ordusu düşmənə qarşı öz ərazilərimizdə
əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar,
nüfuzlu ölkələr aprel döyüşlərilə
bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər.
Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları
dayandırmağa razı oldu və bununla da münaqişənin
sülh yolu ilə həllinə üstünlük verdiyini bir
daha nümayiş etdirdi.
Qələbə günü uzaqda deyil
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev beynəlxalq tədbirlərdə
çıxışlarında və KİV-lərə verdiyi
açıqlamalarında hər zman bəyan edib ki, Ermənistanın
müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla
münasibətlərini tənzimləməkdən və
öz qüvvələrini Azərbaycan torpaqlarından
qeyd-şərtsiz və dərhal çıxarmasından
asılıdır: "Biz sadəcə olaraq
çalışırıq ki, məsələ sülh yolu
ilə həll olunsun. Ancaq son illər ərzində
aldığımız ən müasir, - mən onu bir daha qeyd
etmək istəyirəm, - dünyanın ən müasir
silahları bizə çox böyük imkan yaradır. Aprel
döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın
cüzi bir faizini nümayiş etdirdik. Bu, bir
daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın
təxribatı idi. İndi bəziləri müxtəlif
versiyalar, fərziyyələr irəli sürürlər ki,
Azərbaycan əməliyyat keçirməyi
planlaşdırırdı, o da sonra dayandırıldı və
sair. Birincisi, biz nəyi etmək istəmişiksə,
onu da etmişik. Əks-hücum əməliyyatında
qarşımızda hansı hədəflər durmuşdusa,
biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq
mütəxəssislər bilirlər ki, əldə etdiyimiz
strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib.
Əgər aprel döyüşləri zamanı
genişmiqyaslı əməliyyat keçirmək fikrində
idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik.
Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq
altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin,
pilotsuz döyüş aparatlarımızın gücü nədən
ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik.
Amma əgər istifadə etsək, işğal olunmuş
torpaqlarda düşmənin daşı-daş üstdə
qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti
dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi
danışığına fikir versin və bizim səbrimizlə
oynamasın".
Bir sözlə, güclü və qüdrətli
Azərbaycan ordusu aprel zəfəri ilə
işğalçı Ermənistana layiq olduğu zərbəni
və cəzanı verdi. Təbii ki, qələləbənin
və zəfərin davamı olacaq. O zaman ki, ölkə
Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduya əmr verəcək.
O gün və zaman isə uzaqda deyil.
İ.ƏLİYEV
Səsə.- 2020.- 7
aprel.- S.8-9