İzolyasiya və karantin
arasındakı fərq
nədir?
Demək olar
ki, heç kim Çində baş verən və qısa müddət ərzində
dünyada 1 milyondan çox insana yoluxan yeni növ
koronavirusun - Covid-19 xəstəliyinin
adını eşitməyən
qalmayıb.
Bəs narahatlıqla
izlədiyimiz bu epidemik xəstəlik üçün istifadə
etdiyimiz terminlərin nə qədəri haqqında bilirik?
Xəstəliyi daha yaxşı başa düşməyinizə
kömək edən
COVID-19 terminləri:
Epidemiya: Müəyyən
bir müddət ərzində müəyyən
qrup insanlar arasında gözləniləndən
daha çox xəstəliyin yayılmasıdır.
Baş vermiş hadisəni bir cümlə ilə təsvir edə bilsək də, epidemiyanın mövcudluğunu müəyyənləşdirmək
üçün risk faktorlarının retrospektiv
qiymətləndirilməsi, hadisələrin geniş coğrafiyada görünməsi
və uzun müddət yayılması,
əvvəllər məlum
olmayan patogenlərin amillər olması kimi bir çox amil var.
İnfeksiya: birbaşa və ya dolayı yoluxucu şəxsin başqa birinə yoluxdurması.
Mənbə: İnfeksiyanı qəbul edənə çatdıran
qida, əşya, heyvan, və ya insan.
Ev sahibi:
İçində və
ya üstündə parazit kimi başqa
bir orqanizmi ehtiva edən bir varlıq.
Hadisə:
Xəstəliyi və
ya sağlamlıq problemi olan bir
adam.
Endemik: Müəyyən bir coğrafi ərazidə bir cəmiyyətdə bir xəstəliyin və ya yoluxucu
obyektin daimi olması deməkdir. Yoluxucu bir xəstəliyin endemik olması üçün həmin xəstəliyə məruz
qalan hər bir insan xəstəliyi
orta hesabla bir adama ötürməlidir.
Epidemiya:
Bir bölgədə,
cəmiyyətdə və
ya bir qrup
insanda gözləniləndən
daha çox bir xəstəliyin meydana gəlməsini ehtiva edir. Epidemik yoluxmalara
səbəb olan xəstəliklər, qəfildən
yayılması və
ya xaricdən yeni bir virus səbəbiylə meydana gələ biləcək bir regional xəstəlikdir.
Pandemiya:
Epidemiya kimi Yunan mənşəli olub, iki sözdən
ibarətdir və Pan
"hamısı" və
demos "insanlar" mənasını
verir. Başqa sözlə, pandemiya
regional olmaqdan çıxmış
və qlobal təsir göstərən
epidemiyalara verilən ümumi bir addır.
Epidemiologiya: Yoluxucu xəstəliklərlə
məşğul olan
elm sahəsi.
Koronavirus:
(CoV), ümumi soyuqdəymədən Orta
Şərq Tənəffüs
Sindromu (MERS-CoV) və Şiddətli Kəskin Tənəffüs
Sindromu (SARS-CoV) kimi müxtəlif xəstəliklərə səbəb
olan böyük bir virus ailəsidir.
COVID-19: Yeni koronavirusun yaratdığı xəstəliyə
verilən ad. İlk dəfə Çində
2019-cu ilin sonlarında
aşkar edilib. Xəstəliyin mənbəyi 7 yanvar
2020-ci ildə əvvəllər
insanlarda aşkarlanmayan
yeni bir koronavirus (2019-nCoV ya
SARS-CoV-2) olaraq təyin
olunub. Daha sonra bu virusun yaratdığı xəstəliyin adı
COVID-19 olaraq qəbul edilib. Virusun mənşəyi hələ dəqiqləşdirilməyib.
Lakin araşdırmalar qanunsuz satılan vəhşi heyvanlara işarə edir.
İnkubasiya dövrü: İnfeksiya
ilə xəstəlik
əlamətlərinin aşkara
çıxdığı arasında vaxt. Yeni koronavirusun inkubasiya dövrünün 14 günə
qədər olduğu
deyilir.
Karantin:
Yoluxucu xəstəliyin
yayıldığı mənbədən
(yerdən, ölkədən)
gələn insanları,
gəmiləri, malları
və ya heyvanları izolyasiya olunmuş bir yerdə müvəqqəti
saxlamaq və müşahidə etmək
şəklində bir
sağlamlıq tədbiri.
İzolyasiya: Xəstəliyin yayılmasının
qarşısını almaq
üçün xəstə
insanları sağlam insanlardan ayırmaq üsulu.
Sanitariya:
Ətraf mühitdə
mikrob kolonizasiyasını
xalq sağlamlığı
üçün məqbul
səviyyələrə endirmək
və ya aradan qaldırmaq.
Müəllif: Aysel Məmmədova
Səs.- 2020.- 7 aprel.- S.11