Ermənistan faşist,
irqçi və terrorçu dövlətdir
Prezident İlham Əliyev Aşqabad şəhərində
keçirilən MDB Dövlət Başçıları
Şurasının məhdud tərkibdə iclasında Ermənistanda
hökm sürən nasizm və faşizmə diqqət çəkib,
Ermənistanda faşizm ideologiyasına çəkən
terrorizmi bir daha ifşa edib”.
Qaregin
Njde ləqəbi ilə alman faşistlərinə xidmət
etmiş Qaregin Ter-Arutyunyana Ermənistanda heykəl qoyulması
Ermənistanın əsaslarının yarandığı
gündən məhz terrorizm üzərində qurulmasından
xəbər verir, Azərbaycan torpaqlarının işğal
edilməsində, xalqımıza qarşı
soyqırımın həyata keçirilməsində də
bu cür faşist, nasist əhval-ruhiyyə mühüm rol
oynayıb. Terrorizm və faşizmlə silahlanan
bir ölkə rəhbərliyi sülh yolu ilə
Dağlıq Qarabağ probleminin həlli istiqamətində
addımlar ata bilməz. Bu mənada Azərbaycan
Prezidentinin Ermənistandakı daxili ideoloji, siyasi
abı-havanı ifşa etməsi, bunu MDB dövlət
başçılarının diqqətinə
çatdırması əslində Ermənistanın
işğalçılıq siyasətinin iç
üzünün açılması demək idi.
Professor
Qafar Çaxmaqlı özünün fundamental “Erməni
faşizmi” kitabında yazır:”Tsexakron - ermənicə iki
sözün – irq) ve din kəlmələrinin birləşməsidir.
Qaregin Njde (Qaregin Ter- Harutyunyan) tərəfindən
ortaya atılan bu hərəkata Tsexakron, onun ideoloji təliminə
isə Tsexakronutyun (tsexakronizm) adı verilmişdir. Ermənistan Respublikası bu təlimi əsas alaraq
öz dövlət siysətini müəyyənləşdirir.Keçmişdövlət
başçısı Serj Sarkisyanın rəhbəri
olduğu Ermənistan Respublikaçılar partiyası Njdeni
özlərinin lideri, ideoloji öndəri sayır. O həm
də ermənilərin ən məşhur tarixi şəxsiyyətlərindən
biri hesab olunur. Ermənistan öz dövlət
siyasətini Tsexakron təlimi əsasında müəyyənləşdirir.
Erməni milli şovinizmini əsrin ilk onilliklərində
davam etdirdiyi siyasəti ayaqda tutmaq və onu bütün ermənilər
yaşayan yerlərə çatdırmaq üçün belə
bir təlimə ehtiyac var idi-qənaətindədi Ermənistan
toplumu.Burada əsas məqsəd, Tsexakron ideologiyası çərçivəsidə
guya erməni millətini, ana köklərindən uzaqlaşmaq
təhlükəsi qarıisinda qalan Erməni
diasporasını və xüsusilə gəncləri yenidən
səfərbər edərək Türkiyəyə qarşı
bir hərəkat meydana gətirmək idi. Garegin
Njde önce savaş meydanında Türklərə divan
tutmağa çalışmışdır. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin
tökdüyü qanların sayı-hesabı yoxdur.
İstədiyinə nail ola bilməyən
(əslində ermənilər nə istəmişdilər onu
artıqlaması ilə almışdılar) “2004-ci ildə
Ermənistanda, keçmiş iqtidarda olan
Respublikaçılar Partiyası tərəfindən çap
edilmiş “Garegin Njdenin Təlimi” kitabı hər bir erməni
üçün stolüstü kitab anlamına gəlir.
Tsexakron təlimi
aşağıdakı kimi inşa edilir: "Mən öz
Soyumu (tsex) bilirəm, mən öz nəslimə güvənirəm,
mənim soyum Allaha daha yaxındır, ali irqdir, mən cismimdə
Tsexarakonu daşıyıram". Bu cəhətdən
Tsexakron faşizmlə eyniləşir. Maraqlıdır
ki, eyni illərdə İtaliyada faşizm, Almaniyada isə
milli sosializm düşüncələri ictimai kütlələrə
sirayət etməyə başlamışdı. Başqa bir deyişlə, Ermənistan o dövrdə
müstəqil bir dövlət kimi qalsaydı, bir erməni
faşist quruluşundan bəhs edəcəkdik. Əslində XXI əsrin diqtə etdyi meyarlara
bugünki erməni dövləti əməl etmək, ona
uyğunlaşmaq istəmir. Bir çox məsələlərə
münasibətdə yenə də faşist yanaşma
açıqca görmək mümkündür. Dövlət bu gün də Njdenin məlum təlimi
ilə yönləndirilirsə demək nasional sosializmdən hələ
uzaqlaşa bilməmişdir. Ermənistan
Respublikaçılar Partiyasının ermənicə və
rusca çap etdirdiyi “Garegin Njde və onun təlimi”
(Yerevan-2004)14 kitabında qeyd olunur ki, II Dünya müharibəsi
başlanarkən Njde bilirdi ki, Avropa ölkələrində
antierməni ovqat güclənmişdi və Almanlarda belə
bir fikir vardı ki, ermənilər Almaniyanın düşmənlərinə
yardım edərlər.”
Q.Çaxmaqlı
daha sonar yazır: ”Ermənistan o dövrdə
müstəqil dövlət kimi qalsaydı, bir erməni
faşist quruluşundan bəhs edəcəkdik. Erməniləri
də yəhudilərin taleyini yaşayacaqlarından ehtəyatlanan
Njde hərəkətə keçərək Almanlarla əlaqəyə
girir və Bolqarıstan və Rumıniyada ermənilərin bu
ölkələrdən qovulub
çıxarılmasının qarşısını
alır. Rumıniya baş naziri Antoneskunun
erməniləri toplu halında yaşadıqları yerlərdən
çıxarılması əmri vardı. Njde 1942-ci ildə Berlinə gedərək ermənilərin
almanlara sədaqətli olacaqlarını sübut edən
materiallar aparmışdı. Bu materiallar sonradan onun həbs
olunaraq 25 il cəza almasına səbəb
oldu. O Berlində Dro ilə də
görüşmüşdü. Dro da
almanların yanında olan erməni liderlərdən idi.
Həbsdən sonra baxın nə edir bu ideoloq.
Sovet hökümətinin Türkiyəyə
heç də yaxşı olmayan münasibətlərindən
istifadə edərək 1947-ci ildə təklif edir ki, “Xaricdə
yaşayan ermənilərin hərbi-siyasi təşkilatı”
yaradılsın və o Türkiyənin Şərqindəki
vilayətləri SSRİ-yə (Sovet Ermənistanına) birləşdirməyi
təklif edir.
Amma bu qəbul olunmur. Sovet höküməti
bu cinayətkarla əməkdaşlıq etmir. “Qaregin Njde və KGB” adlı kitabında yazar Ustyan
qeyd edir ki, Njdenin məramı Sovetlərin məqsədləri
ilə üst-üstə düşmür.
Njdenin Tsexakron təliminə görə, hər bir erməni
bütün həyatı boyunca “Qərbi Ermənistanın”
(Şərqi Anadolu torpaqları) türklərin əlindən
alınmasına çalışmalıdır. “Batı Ermənistan”
dedikləri Türkiyənin 6 Şərqi Anadolu vilayətləri
də buraya aid edilirdi.
“Mən
Yer Kürəsindəki ilahi izləri öz soyumda oxudum,
gördüm, öpdüm, təzim etdim və Tsexakrona
çevrildim” deyərkən Njde ermənilərin ilahi soydan gəldiyini
iddia edir və iddia edir ki, “Soy Allah kimi birincidir. Erməni soyu da Allah kimi əsrlərin şahididir,
o, əbədi olaraq ermənidir, Allahın ortağıdr”.
Ona görə, soy Ruhun və Qanın sintezidir,
psixoloji anbardır və eyni zamanda bioloji quruluşdur, insan
etnosuna bir birindən fərqlilik, özünəxaslıq
xarakteri verir. Onun fikrincə, Tsexakronutyun bu
cəhdləri qoruyub saxlamaq üçün soyun əlində
bir əbədi varlıqdır. Bu erməni
varlığını Əbədi etmək və erməni
kimi Yaşamağı təlqin və özündə ehtiva
edir. Erməninin özünüdərki
üçün bu təlimə inam da
aşılanmalıdır. Kronçular
bunu etməlidirlər.”
Tsexakron
Müqəddəs Soyu tanıyır və elan edir: "Erməni
olmağa o adam layiq deyildir ki, onun
üçün bizim planetdə “erməni” kəlməsindən
daha üstün şeylər vardır".
Və
yaxud, “Erməni olmaqdan əvvəl də sən Erməni
olmalısan!”, “Erməni öz tarixində Ermənidən daha
öncə adam olmuşdur, bu xüsusiyyətinə
görə də onun faciələri qaçılmaz
olmuşdur”.
Njdeyə görə, erməni xalqı
aşağıdakı Kultlarlahəyatını davam etməlidir. Bunlardır:
Vətən kultu, Qan kultu, Dil kultu, Vətən
uğrunda öz həyatını qurban etmə kultu, Ulular
kultu, Güc kultu, Öndər kultu.Erməni üçün
dəyişməyən prinsiplər də bunlardan ibarətdir.
Prezident
İlham Əliyev həm tarixi arqumentlərlə, həm də
bugünkü işğalçılıq siyasətinin həyata
keçirilməsi kontekstində Ermənistanda faişizmi,
nasizmi ifşa etdi, bunun bütün MDB məkanında
fiaşizmin qurbanları olmuş insanların xatirəsinə
hörmət baxımından da yolverilməz olduğunu
bildirdi: “Arqumentlərlə əsaslandırılmış bu
fikirlər Soçi şəhərində keçirilən
“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının
plenar sessiyasından səsləndirilən “Dağlıq
Qarabağ Azərbaycandır!” bəyanatından sonra Ermənistana
yeni zərbə oldu. Bununla Prezident İlham Əliyev Ermənistanda
hansı proseslərin getdiyini və bunun nə dərəcədə
təhlükəli olduğunu dünya ictimaiyyətinə
çatdırmış oldu.Ermənistanın həyata
keçirdiyi işğalçılıq siyasətinin və
onun ideoloji əsaslarının bir mənbəyi ermənilərin
faşizm və nasizmə sevgisidir.MDB ölkələri
sırasında isə belə zərərli, terrorizmlə
silahlanmış bir dövlətin olması təkcə Azərbaycan
deyil, bütün MDB ölkələri üçün təhlükə
mənbəyidir.Azərbaycan Prezidenti öz
çıxışında bütün bunları bir daha ifşa
etməklə Ermənistanın nə qədər təhlükəli
yolda olduğunu diqqətə
çatdırdı.Düşünürəm ki, bu, bir daha
Azərbaycan həqiqətlərinin erməni
işğalçılarının fəaliyyəti kontekstində
dünyaya çatdırılması idi.Bu
çıxışdan sonra Xocalı
soyqırımının, Ağdaban faciəsinin törədilməsinin
ideoloji, siyasi əsaslarını da MDB dövlət
başçıları daha düzgün dərk etmiş
oldular.Əgər bunun qarşısı alınmasa, bu zərərli
tendensiya pis nümunə kimi yaxşı nəticələrə
gətirib çıxara bilməz.Ona görə Dağlıq
Qarabağ münaqişəsinin həlli bir daha zərurət
kimi ortaya çıxır.Dövlət
başçısı da çıxışında bunu
vurğuladı”.
Prezident
İlham Əliyevin MDB Dövlət Başçıları
Şurasının məhdud tərkibdə iclasında yenidən
Ermənistanın işğalçılıq siyasəti və
onun ağır nəticələri barədə və Ermənistanda
bu gün beynəlxalq sülhə və təhlükəsizliyə
qarşı yönəlmiş siyasətin bütün mahiyyətini
açan çox mühüm çıxış edib:
““Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının
plenar sessiyasından sonra Prezident İlham Əliyevin artıq
ikinci dəfə Aşqabadda hücum taktikasına söykənən
növbəti çıxışının şahidi olduq.
Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini
söykəyən çıxışları ilə əlaqədar
zamanın, məqamın və yerin seçilməsinə
xüsusi önəm verir.Bu baxımdan MDB məkanında
baş verən proseslərin öyrənilməsi
baxımından MDB dövlət
başçılarının iclası da dünyada diqqətlə
izlənilir.Eyni zamanda faşizm üzərində qələbənin
75-ci ildönümü yaxınlaşdığı
üçün iclasda müzakirələr həm də bu ətrafda
olacaqdı.Bütün bəşəriyyət faşizm
üzərində qələbənin 75 illiyini qeyd etməyə
hazırlaşır.Bu məqamdan Prezident İlham Əliyev
maksimum faydalandı və ilk növbədə Azərbaycanın
1941-1945-ci illərdə faşizm üzərində qələbənin
əldə edilməsində müstəsna xidmətlərini
faktlarla, arqumentlərlə əsaslandırdı. Dövlət
başçısı vurğuladı ki, həmin dövrdə
neftin 70 faizi, benzinin 80 faizdən çoxunu, mühərrik
yağının 90 faizindən çoxunu Azərbaycan təmin
edirdi və Bakı nefti olmasaydı, faşizm üzərində
qələbə də çox çətin olardı.
Prezident İlham Əliyev bu reallıq fonunda bu gün MDB məkanında
faşizmin qəhrəmanlaşdırılmasına, təbliğinə,
faşistlərlə əməkdaşlıq etmiş şəxslərin
Ermənistanda qəhrəman kimi təqdim olunmasına diqqət
çəkdi, 2016-cı ildə Ermənistanda faşistlərin
əlaltısı olmuş cinayətkar Qaregin Njdeyə heykəl
qoyulduğun xatırlatdı. Bu heykəli Ermənistanda
əvvəlki hakimiyyət qoysa da, bugünkü hakimiyyət də
heykəli qoruyub saxlayır.Faşistə xidmət etmiş
şəxsi qəhrəmanlaşdırırsansa, bu, faşizmə
qarşı mübarizəyə ziddir”.
Ermənistan
dünyada nadir ölkələrdəndir ki, faşist Qaregin
Njdeyə heykəl ucaldıb və onu milli qəhrəman
statusuna yüksəldib.Njdenin faşistlərlə əlaqəsi,
25 minlik erməni faşist legionun yaradılmasında rolu,
bütün keçmiş sovet xalqlarından formalaşan
sovet ordusuna qarşı döyüşməsi və yəhudilərə
qarşı soyqırımda aktiv iştirakı
danılmazdır və sənədlərlə artıq
sübut olunub.Qaregin Njde həm də 1918-1921-ci illərdə
Zəngəzur mahalında yerli azərbaycanlılara
qarşı vəhşi cinayətlərin törədilməsinə
də başçılıq edib.Belə bir faşist cinayətkara
Ermənistan hökuməti tərəfindən heykəl
qoyulması ilk növbədə Ermənistanın əvvəlki
hökumətinin xislətindən, faşist ideyalarının
daşıyıcısı olmasından irəli gəlir.Çünki
məhz onlar eyni faşist metodları ilə Dağlıq
Qarabağda azərbaycanlıların qətlinin müəllifləri
idi.Məsuliyyətli və regionun gələcək taleyində
maraqlı olan lider kimi İlham Əliyevin bu məsələdə
qətiyyətli mövqeyi regionun bütün
xalqlarının maraqlarına xidmət edir.
Vahid Ömərov
Fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent
Səs.-
2020.- 16 aprel.- S.15.