Azərbaycanda yol infrastrukturu müasirləşib
Prezident İlham Əliyev: "Müasir infrastruktur və yol olmadan iqtisadi
inkişaf mümkün
deyil"
Son illər
paytaxt Bakıda və rayonlarda yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür.
Bütün bu tədbirlər vətəndaşların
rahatlığının və
onların təhlükəsizliyinin
təmin olunmasına yönəlib. Həyata keçirilən məqsədyönlü
işlər nəticəsində
yol-nəqliyyat kompleksinin
ayrı-ayrı qurğuları
yüksək keyfiyyətlə
tikilərək istismara
verilir. Dünyada neftin qiymətinin aşağı düşməsinə
və iqtisadi çətinliklərə baxmayaraq,
ölkəmizdə dövlət
başçısının rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə
tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Azərbaycanda
yol infrastrukturunun inkişafı dövlətin
əsas prioritetlərindən
birinə çevrilib.
"Azərbaycanda ən
müasir nəqliyyat-yol
infrastrukturu yaradılacaq",
- deyən ölkə
başçısı İlham
Əliyevin sərəncamları
və tapşırıqları
ilə ölkəmizdə
yol infrastrukturu müasirləşib. Prezident
İlham Əliyevin tapşırığına uyğun
olaraq Bakı-Sumqayıt
yolunun genişləndirilməsi
layihəsi də bu baxımdan çox böyük rol oynayır. Bakı şəhərinin
şimal girişində
xüsusən günün
pik saatlarında yaranan tıxac və avtomobillərin sıxlığının aradan
qaldırılması baxımından
bu layihənin olduqca mühüm əhəmiyyəti var. "Nəzərə alsaq ki, Bakı-Sumqayıt
yolu artıq mövcud olan nəqliyyatı götürə
bilmir və hərəkət çox
intensiv xarakter daşıyır, əlbəttə,
bu yolun genişləndirilməsi zəruri
idi" - deyən dövlət başçısı
bildirib ki, indi Bakı ilə Sumqayıt elə bil ki,
birləşib, bir çox adamlar Bakıda işləyib Sumqayıtda
yaşayırlar və
əksinə: "Ona
görə bu yolun strateji xarakterini nəzərə
alaraq, - eyni zamanda, bu, şimal
istiqamətə gedən
yoldur, - biz bu layihəni icra edirik. Bu,
əlbəttə, texniki
cəhətdən asan
layihə deyil. Çünki çoxlu köçürülmələr, yeni körpülərin tikintisi, bəzi obyektlərin köçürülməsi
nəzərdə tutulur.
Bu nəqliyyat layihəsinin icrası Dövlət İnvestisiya
Proqramında da nəzərdə tutulur. Ona görə piyada keçidlərinin tikintisi,
- bu istiqamətdə də son illər
böyük işlər
görülüb və
vətəndaşların təhlükəsizliyi
üçün bunun
çox böyük əhəmiyyəti var, - yol infrastrukturunun müasirləşdirilməsi, tıxacların
azalması və aradan qaldırılması istiqamətində əlavə addımlar atılacaqdır".
"İNDİ KORONAVİRUS
DÖVRÜNDƏ İQTİSADİ FƏALLIQ AŞAĞI
DÜŞÜB, AMMA BU, MÜVƏQQƏTİ
MƏSƏLƏDİR"
Qeyd edək ki, dövlət başçısının
Sərəncamı ilə
Bakı-Quba-Rusiya Federasiyası
ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrindən başlayaraq 14-cü kilometrə
- Masazır körpüsü
deyilən yerə qədər yolların genişləndirilməsi ilə
bağlı işlər
davam etdirilir. Eyni zamanda, dövlət
başçısının göstərişi ilə
"Xırdalan dairəsi"
deyilən hissədə
yeni tunelin inşasına başlanılıb.
May ayının sonuna qədər görülən işlərə
yekun vurulacaq. Görülən işlər
piyadaların və sürücülərin hərəkətini
rahatlandırır. Azərbaycan
Prezidenti İlham Əliyevin vurğuladığı
kimi, son illər ərzində Bakıda bir çox yol-nəqliyyat layihələri icra edilmişdir. Əgər bu layihələr icra edilməsəydi, bu gün Bakıda
tıxacdan tərpənmək
mümkün deyildi:
"Onlarla körpü,
yol qovşaqları, yeni yolların çəkilişi, yolların
genişləndirilməsi, yol
çəkilişində nəzərdə
tutulan standartlar. Təsadüfi deyil ki, Davos Ümumdünya
İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini
ən yüksək qiymətlərlə fərqləndirir
və yolların keyfiyyətinə görə
biz dünyada 30-cu yerlərdəyik. Ancaq əhali artır, fəallıq artır. Baxmayaraq ki, indi koronavirus dövründə iqtisadi fəallıq aşağı
düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı
mübarizə yekunlaşandan
sonra iqtisadi fəallıq bərpa ediləcək".
AVTOMOBİL YOLLARININ YENİDƏN QURULMASI
VƏ TİKİNTİSİ ÜZRƏ İRİMİQYASLI
LAYİHƏLƏR HƏYATA KEÇİRİLİR
Ölkə regionlarının sosial-iqtisadi inkişafına
dair dövlət proqramları təsdiq edilərkən qarşıya
qoyulan başlıca hədəflər arasında
yol təsərrüfatının
bərpası, yenidən
qurulması və müasir standartlara çatdırılması xüsusi
yer tutub. "Müasir infrastruktur
və yol olmadan iqtisadi inkişaf mümkün deyil" - deyən Azərbaycan Prezidenti buna nail olmaq
məqsədilə yol
qurğularının, eləcə
də ölkənin bütün regionlarını
və yaşayış
məntəqələrini birləşdirən
avtomobil yollarının
yenidən qurulması
və tikintisi üzrə irimiqyaslı layihələr
həyata keçirilməsinə
diqqət ayırır.
Prezident İlham
Əliyev bölgələrə,
demək olar ki, bütün səfərləri zamanı
respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi
ilə bağlı konkret tapşırıqlar
verir. Bunun nəticəsi olaraq
Lənkəran-Lerik, Masallı-Yardımlı,
Gəncə-Daşkəsən-Xoşbulaq,
Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli,
Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki,
Quba-Qəçrəş-Qımılqazma,
Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar,
Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi,
Yevlax-Bərdə və
digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili
yol infrastrukturu əhəmiyyətli dərəcədə
inkişaf etmişdir.
Bu gün
ölkəmizdə avtomobil
yollarında hərəkətin
təhlükəsizliyini və
vətəndaşların avtomobil
yollarını rahat və təhlükəsiz
şəkildə keçməsini
təmin etmək məqsədilə kompleks
tədbirlər icra olunur. Bu baxımdan,
yerüstü və yeraltı piyada keçidlərinin tikintisi
işləri xüsusi
əhəmiyyəti ilə
seçilir. Görülən
işlər ümumilikdə
paytaxtımızın nəqliyyat
infrastrukturunun müasirləşdirilməsinə
töhfə verir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2020.- 15
aprel.- S.6.