2020-ci ilin büdcəsinə dəyişikliklər
yeni iqtisadi çağırışlara əsaslanır
Milli Məclisin
deputatı, YAP Qaradağ rayon təşkilatının sədri
Aydın Hüseynov
-
Aydın müəllim, məlum olduğu kimi Milli Məclis
2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə
bağlı qanun layihəsini qəbul etdi. Büdcənin
dəyişməsini zəruri edən əsas iqtisadi əsaslar
hansılardır?
- Azərbaycan iqtisadiyyatı
2020-ci ili çox nikbin iqtisadi-sosial göstəricilərlə
başlamışdı və cari ildə ölkəmizdə
inkişaf dinamikasının sürətlənəcəyi
proqnozlaşdırılırdı. Bütün makroiqtisadi
göstəricilər ümidverici idi, birinci rübdə
ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki
ilin eyni dövrü ilə müqayisədə
1,1 faiz artaraq 18 milyard 321,1 milyon manat təşkil etmişdi.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər
3,5 faiz artmışdı. ÜDM-in tərkibində
bütün sektorların artımı qeydə
alınmışdı. Ancaq mart ayından sonra dünyada
baş verən qlobal təlatümlərin Azərbaycana
təsirləri artmağa başladı, xüsusilə də
koronavirus pandemiyasının geniş yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin
artmasına və dünya enerji və səhm bazarlarında kəskin
dalğalanmalara səbəb oldu. Dünyanın
bir parçası olan Azərbaycan bu proseslərdən
heç cür kənarda qala bilməzdi və iqtisadi təzyiqlər
ölkəmizə təsirlərini göstərməyə
başladı. Xüsusilə də, neft qiymətlərinin kəskin
ucuzlaşması ölkəmizin xarici valyuta
daxilolmalarının kəskin azalmasına və tədiyyə
balansının pisləşməsinə səbəb oldu.
Eyni zamanda, pandemiya və ölkəmizdə tətbiq olunan
karantin rejimi və sosial təcrid tədbirləri
işgüzar fəallığın və iqtisadi
inkişafın zəifləməsinə səbəb oldu. Belə ki, cari ilin ilk altı ayında ötən
ilin eyni dövrü iləmüqayisədə ÜDM 2,7 faiz,
o cümlədən qeyri neft-qaz ÜDM-i 2,5 faiz, əsas
kapitala yönəldilmiş vəsaitin həcmi 2,7 faiz, o
cümlədən qeyri neft–qaz sektoru üzrə 15,5 faiz
azalıbdır, kənd təsərrüfatı, informasiya və rabitə sahələri
istisna olmaqla, ölkədəki digər bütün iqtisadi
sektorlarda azalma müşahidə olundu. İqtisadi aktivliyin zəifləməsi nəticəsində
qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin
daralması sözsüz ki, dövlət büdcəsinin gəlir
və xərclərinəki möhkəm tarazlığın
pozulmasına səbəb oldu.
Bütün bu mənfi tendensiyalara baxmayaraq
hökumət 2020-ci ilin birinci yarısında bütün
iqtisadi-sosial tədbirləri tam uğurla başa vurdu,
xüsusilə də büdcə-maliyyə öhdəlikləri
artıqlması ilə icra edildi. Belə ki, cari 2020-ci ilin
altı ayında dövlət büdcəsinin gəlirləri
11 milyard 684,5 milyon manat proqnoza qarşı 12 milyard 022,7 milyon
manat olmaqla 2,9 faiz artıq icra olunubdur. Bu da 2019-cu ilin eyni
dövrü ilə müqayisədə 15,5 faiz çoxdur. Eyni zamanda. altı
ayda dövlət büdcəsində 291,9 milyon manat profisit
yarandı. Dövlət büdcəsinin xərcləri isə
6 ay ərzində 11 milyard 625,7 milyon manat proqnoza qarşı
11 milyard 730,8 milyon manat və ya 0,9 faiz artıq icra edilibdir.
Eyni zamanda, bu dövrdə büdcə təşkilatlarının
təqdim etdikləri
xərc sifarişləri üzrə öhdəliklər
tam və vaxtında maliyyələşdirilibdir.
Ancaq məsələ
ondadır ki, ilk 6 ayda ayda dövlətin maliyyə-büdcə-fiskal
öhdəlikləri tam və vaxtında icra olunsa da,
qarşıdakı aylarda pandemiyanın diktə etdiyi yeni tələblər
iqtisadi və maliyyə davranışının, fiskal
mühitin də xüsusiyyətlərinin dəyişməsini
labüd edir. Nəzərə alsaq ki, pandemiya hələ davam
edir və nə vaxt bitəcəyini müəyyən etmək
çox çətindir, onda qarşıdakı aylarda bir
sıra vacib sahələrin - səhiyyənin artan
ehtiyaclarının ödənilməsi, əhalinin həssas
sosial qruplarının, dövlət şirkətləri,
sahibkarlıq subyektləri və kiçik-orta biznesə
dövlət dəstəyinin göstərilməsi, ölkənin
müdafiə qabiliyyətinin və təhlükəsizliyinin
daha da artırılması, digər dövlət
ehtiyaclarının təmin edilməsi olduqca zəruridir. Bütün bunlar isə dövlət büdcəsinin
xərclərinin artırılması ilə bağlı yeni
çağırışları formalaşdırır.
Bu çağırışlar dövlət büdcəsi
qarşısında yeni çağırışların təmin
olunması,büdcənin gəlir və xərcləri
arasında tarazlığın bərqərar edilməsi məqsədi
ilə büdcə qaydasının
tətbiqini müvəqqəti dayandırmaqla cari ildə
yumşaq kontrsiklik büdcə siyasətinin həyata
keçirilməsini
dövlət və icmal büdcələrinə yenidən
baxılmasını zəruri etmişdi. Məhz
buna görə də, büdcəyə dəyişiklik, daha
doğrusu 2020-ci ilin dövlət büdcəsinin
dürüstləşdirilməsi ilə bağlı qərar
qəbul edildi.
- Dəyişikliklərdən
sonra dövlət büdcəsinin gəlir və xərcləri
hansı həcmdə müəyyən edildi?
- Cari il
üçün yenilənmiş makroiqtisadi
proqnozlar əsas götürülməklə
aparılmış hesablamalar əsasında 2020-ci il dövlət
büdcəsinin dürüstləşdirilmiş gəlirləri
24 milyard 124 milyon manat nəzərdə
tutulur ki, bu da ÜDM-in
35,3faizi həcmində
olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə10,5
milyon manat azdır. Nəticədə yenidən baxılma ilə
təsdiq olunmuş dövlət büdcəsinin vergi və
rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində
azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəyə
transferti 850 milyon manat, dövlət büdcəsinin sair
daxilomaları isə 30 milyon manat artırılıb.
Dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin
58 faizi və yaxud 13 milyard 990 milyon manatı neft sektorunun, 42
faizi və ya 10 milyard 134 milyon manatı isə qeyri-neft
sektorunun payına düşür.
Beləliklə,
dövlət büdcəsi gəlirlərinin 12 milyard 200 milyon
manatını və ya 50,6 faizini
Dövlət Neft Fondunun transferti, 7 milyard 190 milyon
manatını və ya 29,8 faizini Dövlət Vergi Xidmətinin
daxilolmaları, 3 milyard 830 milyon
manatını və ya
15,9 faizini isə Dövlət Gömrük Komitəsinin
daxilolmaları təşkil edəcəkdir. Büdcənin 804
milyon manatı (3,3
faiz) büdcə təşkilatlarının büdcədənkənar
daxilolmaları olacaqdır. Yəni burada
qeyri-neft gəlirlərinin, yəni vergi və gömrük
daxilolmalarının həcminin azalmasının əsas səbəbləri
koronavirus pandemiyası ilə əlaqədar qeyri-neft sektoru
üzrə maliyyə gəlirlərinin azalmasıdır.
2020-ci il
dövlət büdcəsinin dürüstləşdirilmiş
xərcləri isə 27 milyard 492,2
milyon manat təşkil edəcəkdir. Bu,
ötən il təsdiq edilmiş büdcə göstəricinə
nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur. Dövlət
büdcəsinin xərclərinin 18 milyard 46,9
milyon manatı və ya 65,6
faizi cari xərclərə yönəldiləcəkdir.
Dövlət
büdcəsinin kəsiri dürüstləşmədən
608 milyon manat artırılaraq 3 milyard 368,2
milyon manat səviyyədə olacaqdır.
- Büdcədə
əlavə tələb olunan 1 milyard 371,5
milyon manat zəruri xərclərin əsas istiqamətləri
hansı sahələrdir?
- Büdcə
dəyişikliklərindən sonra büdcə layihəsində
konkret hansı sahələr və istiqamətlər üzrə
xərc maddələrinin istiqamətləri müəyyənləşibdir.
Bunlar ölkəmizin müdafiə qabiliyyətinin və milli
təhlükəsizliyinin daha da artırılması,
pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən
proqnozlaşdırılması mümkün olmayan əlavə
xərclərin örtülməsi və digər zəruri xərclərin
maliyyə təminatı üçün yaradılmış
465 milyon manat ehtiyat vəsaitlərin ayrılması, səhiyyə
sahəsi üzrə əlavə tələbatın ödənilməsi
üçün 369,0 milyon manat xərclərin yönəldilməsi,
pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat
üzrə maliyyə dəstəyinin davam etdirilməsi
üçün 238 milyon manat əlavə vəsaitin sərf
edilməsi, pandemiya ilə əlaqədar dövlət şirkətlərinə
maliyyə dəstəyinin davam etdirilməsi üçün
136,6 milyon manat, iqtisadi dəstək üzrə tədbirləri
üçünsə 100,0 milyon manat vəsaitlərin
ayrılmasıdır. Bundan başqa, cari ildə bir sıra təşkilatlar
üzrə artırılmış əmək
haqlarının maliyyə təminatı və vakant vəzifələrin
komplektləşdirilməsi üçün 37,3 milyon manat, bəzi
təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi,
hərbiçilərə ev kirayəsi haqqının ödənilməsi
və digər zəruri xərclərin maliyyə təminatı
üçün 9,1 milyon manat, “ASAN xidmət” üzrə
elektron hökumətin tətbiqinin maliyyə təminatı
üçün 7 milyon manat, pandemiya dövründə
ölkəyə xaricdən gələn Azərbaycan vətəndaşlarının
sərhəddə yaradılmış səyyar düşərgələrdə
karantindən keçmələri üçün 2,8 milyon
manat, biometrik pasport blanklarının və yeni nəsil şəxsiyyət
vəsiqələrinin çap edilməsi ilə bağlı əlavə
6,7 milyon manat vəsaitin yönəldilməsi nəzərdə
tutulubdur.
-
Aydın müəllim, büdcə siyasətinə dəyişikliklərdən
biri də 2019-cu ildən tətbiq edilən büdcə
qaydasının dəyişdirilməsidir. Bunun əsas
səbəbini necə izah etmək mümkündür?
- Məlum
olduğu kimi 2019-cu büdcə ilindən tətbiq edilən
yeni büdcə qaydasına əsasən icmal büdcə xərclərinin
və Dövlət Neft Fondundan dövlət büdcəsinə
transfertin yuxarı hədləri xalis maliyyə aktivləri və
proqnozlaşdırılan neft gəlirləri əsasında
müəyyən edilir. Eyni zamanda, büdcə qaydası icmal
büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə
nisbətinin də hər il əvvəlki
ilin müvafiq göstəricisindən az olmasını tələb
edir. Dürüstləşdirilmədən sonra
2020-ci ildə neftin bir barelinin orta illik qiymətinin 35 dollar əsasında
götürüldküdə büdcə parametrlərinin də
yenidən hesablanması qaçılmaz olur. Büdcə
qaydasından kənarlaşmamaq üçün icmal büdcə
xərclərinin və Neft Fondundan dövlət büdcəsinə
transfertin gözlənilən həcmləri təqribən 2,5 milyard manat və ya 8,4 faiz və 21,7 faiz
azaldılmalıdır. Yeni neft qiyməti reallıqları və
neft hasilatının azalması nəzərə alınmaqla
2021-ci il vəsonrakı üç il üçün fiskal
çərçivənin hazırlanması zamanı büdcə
qaydasının tətbiqi ortamüddətli dövrdə büdcəxərclərinin kəskin azaldılmasını da zəruri edir. Baş vermiş iqtisadi və
maliyyə böhranlarından əldə olunan təcrübə
göstərir ki, iqtisadiyyatın böhranlı dövrlərində
tətbiq edilən kəskin daraldıcı fiskal
siyasət ölkələrdə
iqtisadi faəllığın və
məşğulluğun kəskin azalmasına və tənəzzülün
dərinləşməsinə səbəb olur. Bu baxımdan,
məcmu tələbin dövlət xərcləri vasitəsilə müəyyən səviyyədə
stimullaşdırılmasına ehtiyac yarandığı bir
şəraitdə cari və növbəti ildə büdcə
qaydasına uyğun olaraq büdcə xərclərinin
və Neft Fondundan dövlət büdcəsinə transfertin kəskin
azaldılması vəziyyəti daha da çətinləşdirə
bilər. Ona görə də, 2020-ci ilin dövlət büdcəsinin
təsdiq olunmuş xərclərinin
təmin olunması və
növbəti ilin dövlət büdcəsinin gəlir
və xərclərinin
proqnozlaşdırılmasında tarazlığa nail
olmaq məqsədilə büdcə
qaydasının müvəqqəti dayandırılması
labüddür.
- Büdcəyə
dəyişiklikdən sonra, ölkəmzin iqtisadi və sosial
sahələrində nəzərdə tutulan maliyyə məslələrini
icra etməkdə çətinlik yaranmayacaqdır ki?
-
Dürüstləşdirilən büdcəmiz ölkəmzin
maliyyə planlarını tam və bütün istiqamətlər
üzrə icra etməyə imkan verəcəkdir. Büdcəmiz
yenə də əsas etibarilə sosialyönümlü
olmaqla, sosial müdafiə və dsətək tədbirlərinin
gücləndirilməsinə, bütün sosial layihələrin
uğurla başa çatdırılmasına, dövlətin
iqtisadi sahələrə dəstəyinin tam şəkildə
başa çatdırılmasına, biznesə və
investorlara maliyyə dəstəyinin davam etdirilməsinə, nəzərdə
tutulan vacib iqtisadi proqramların gerçəkləşməsinə
güclü maliyyə təminatı yaradır. Eyni zamanda, büdcəmiz qeyri-neft sektorunun
dayanıqlı inkişafını, maliyyə
intizamının gücləndirilməsini və şəffaflığın
artırılmasını təmin edir. Ölkəmiz
pandemiyanın yaratdığı bu həssas dövrü cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə arxada qoyacaq
və yenidən inamla öz inkişaf yoluna davam edəcəkdir.