Dmitri Savelyev:
Qarabağ problemi konkretlik tələb edir
Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini
COVID-19-a qarşı dünyada
ilk vaksinin qeydiyyata alınması münasibətilə
təbrik edib. Bundan əlavə,
prezidentlər telefon söhbəti zamanı Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədində
vəziyyətin kəskinləşməsi
problemini müzakirə
ediblər.
Xatırladaq ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan bu yaxınlarda RBK telekanalına verdiyi müsahibədə Azərbaycan
ilə Ermənistan arasında dövlət sərhədində silahlı
münaqişələrlə bağlı vəziyyəti
yalnız özü üçün sərfəli
mövqedən şərh
edib. Onun dediyinə görə,
azərbaycanlılar Rusiyada
vəziyyətin sabitliyini
pozmaq üçün
Moskvada ermənilərə
hücumlar təşkil
ediblər.
AZƏRTAC Rusiya Dövlət
Dumasının deputatı,
Rusiya-Azərbaycan Parlamentlərarası
Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən
bu tendensiyaların inkişaf perspektivləri barədə öz fikrini bildirməsini xahiş edib.
-Dmitri İvanoviç, sizin fikrinizcə, iyul ayında Azərbaycan-Ermənistan
sərhədində nə
baş vermişdi? Münaqişənin kəskinləşəcəyini
proqnozlaşdırmaq olardımı?
-Hesab edirəm ki, Azərbaycan-Ermənistan
sərhədində iki
ölkə arasında
gərginliyin gözlənilmədən
artması üçün
obyektiv səbəblər
yox idi. Dağlıq
Qarabağ ilə təmas xəttində toqquşmalar vaxtaşırı
baş verir, lakin 2012-ci ilin iyun ayından sonra bilavasitə Azərbaycan-Ermənistan sərhədində
belə hadisələr
olmamışdı.
Bu vəziyyətin yaranma mənbələrini üzə
çıxarmaq üçün
kriminalistikanın sınanmış
prinsipindən istifadə
etmək lazımdır:
axtar, gör kim üçün
sərfəlidir. Mənim üçün
bir fakt aşkardır ki, Azərbaycanın Ermənistana
qarşı provokasiya
etməsinin mənası
yox idi. Azərbaycan tərəfi yalnız işğal olunmuş torpaqlarının qaytarılmasını
istəyir və rəsmi Bakı, öz ordusunun hazırlıq və texniki təchizat səviyyəsinin çox
yüksək olmasına
baxmayaraq, otuz ildir ki, bu
problemi dinc yolla həll etməyə çalışır.
Ermənistanın niyyətlərinə gəldikdə isə, burada hər şey o qədər də birmənalı deyil.
-Sizin fikrinizcə, Ermənistan tərəfindən
bu cür hərəkətlərin məqsədləri
nədən ibarət
ola bilərdi?
-Koronavirus pandemiyası nəticəsində Ermənistan
vətəndaşlarının yerdəyişmə imkanları
məhdudlaşıb, onlar
işsiz qalırlar, çünki ölkədə
iqtisadi fəallıq dondurulub. Ermənistanda siyasi böhranın
üzərinə sosial
problemlər də əlavə olunub, bu isə ümumi
vəziyyəti çox
kəskinləşdirir. Mən bunu istisna etmirəm
ki, Ermənistan rəhbərliyi bu provokasiyanın köməyi
ilə əhalinin diqqətini ölkə daxilində problemli sosial-iqtisadi vəziyyətdən
yayındırmağa çalışırdı.
Bundan əlavə, qeyd etmək lazımdır ki, bütün əsas atışmalar və döyüşlər
Tovuz rayonunda, bu rayonun Ağdam
kəndi ətrafında,
Azərbaycanın karbohidrogenlərinin
nəql edilməsi üçün strateji marşrutların - Bakı-Ceyhan,
Bakı-Supsa neft kəmərlərinin, habelə
Bakı-Ərzurum qaz kəmərinin bilavasitə
yaxınlığında baş
verirdi.
Çox ehtimal ki, Ermənistan
özünün bu cür hərəkətləri
ilə Şərq-Qərb
xəttindəki kommunikasiyalara
potensial təhlükə
yaratmaq imkanlarını
nümayiş etdirir və beləliklə, dolayı yolla Azərbaycana təzyiq göstərməyə çalışır.
Mənim
fikrimcə, əsas səbəb budur: məhz Azərbaycan-Ermənistan
sərhədində provokasiya
Ermənistanın bu münaqişəyə üçüncü
tərəfləri cəlb
etmək cəhdinə
dəlalət edə bilər. Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtlərinə
görə, xaricdən
təhlükə yarandığı
halda Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) üzvləri olan ölkələr və
ilk növbədə Rusiya
həmin müqavilə
üzrə özlərinin
müttəfiqi olan Ermənistanı dəstəkləməlidirlər.
İndiki halda Ermənistanın KTMT üzvü
olan ölkələrdən
kömək istəməməsi
barədə Paşinyanın
bəyanatları qəribə
səslənir, axı
Ermənistanın rəsmi
şəxsləri, konkret
olaraq Ermənistanın
Moskvadakı diplomatik nümayəndəliyin rəhbəri
Vardan Toqanyan açıq bəyan edib ki, Ermənistan
KTMT-dən olan həmkarlarının və
konkret olaraq Rusiyanın reaksiyasına ümid bəsləyir.
-KTMT-nin bu bəyanata cavabı nə dərəcə simmetrik oldu?
-KTMT üzvləri tarazlaşdırılmış
mövqe tutaraq hər iki tərəfi
atəşkəsə çağırdılar.
Bu, BMT-nin COVID-19 pandemiyasının nəticələrini
araşdırmağa imkan
yaranması üçün
münaqişə zonalarında
hərbi əməliyyatları
dayandırmaq barədə
çağırışına müvafiqdir. Mənim fikrimcə,
Rusiyanın və KTMT
üzvü olan digər ölkələrin
bu qərarı çox cəhətdən
Azərbaycanın ardıcıl
xarici siyasəti ilə bağlıdır.
Bu qərar həm
də onu göstərdi ki, münaqişə KTMT-nin fəaliyyət zonasına
daxil deyil, buna görə də Azərbaycan dünya birliyinin nəzərində ucaldı.
KTMT üzvü olan ölkələrin bitərəf mövqe tutması erməni tərəfi o dərəcədə
hiddətləndirdi ki,
dünyada azərbaycanlılara
hücumlar dalğası
yarandı. Kanada, Belçika
və ABŞ-da belə
hallar qeydə alındı, hadisələr
bilavasitə diplomatik missiyaların qapılarının
yanında baş verirdi. Mən bunu erməni tərəfin acızliyi ilə bağlı kin-küdurət əlaməti
hesab edirəm: Nikol Paşinyan etiraf etməlidir ki, Ermənistan bütün dünyada Azərbaycanın sülhsevər
siyasətinin beynəlxalq
miqyasda dəstəklənməsi
ilə üzləşdi.
-Dünyamız Azərbaycan-Ermənistan
münaqişəsinin növbəti
dəfə kəskinləşməsindən
necə dərs almalıdır?
-Aşkardır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ
probleminin nizamlanmasına
dair tədbirləri fəallaşdırmalıdırlar. Belə olmayınca, Cənubi Qafqazda vəziyyət müharibə
həddində gərgin
olaraq qalacaq. Zaman çərçivələri
dəqiq müəıyyən
edilməklə "Kazan
formulu”na əsaslanan konkret plan lazımdır:
Ermənistan işğal
etdiyi bütün rayonları Azərbaycana verir, bundan sonra
Azərbaycan Ermənistanın
iqtisadi blokadasını
götürür, qaçqınlar
qayıdandan sonra Dağlıq Qarabağda bu ərazinin statusu barədə referendum keçirilir. Bu, Madrid prinsiplərinə və BMT Təhlükəsizlik
Şurasının Qarabağa
dair qəbul etdiyi qətnamələrə
müvafiqdir. İndi əsas məsələ danışıqlar prosesini
predmetli müstəviyə
keçirməkdir ki,
münaqişənin həllində
real irəliləyiş
baş versin.
Səs.- 2020.- 15
avüust.- S.5.