İsrailli ekspert: Bakıda Zəfər paradı Azərbaycan tarixində əlamətdar
hadisədir
Bakıda
Zəfər paradı erməni işğalçıları
üzərində Azərbaycanın dəfedilməz və
güclü qələbəsi, Ermənistanın tam
kapitulyasiyası ilə başa çatan 44 günlük “Dəmir
yumruq” əməliyyatına nöqtə qoydu. Bu hərbi parad
Azərbaycan dövlətinin beynəlxalq nüfuzu barədə
də çox şeydən xəbər verir. Bakıda parad
olduqca təəssüratlı və çox layiqli
keçdi. Tədbirdə XXI əsrin müasir yüksəktexnologiyalı
Azərbaycan Ordusunun bütün qüdrəti nümayiş
etdirildi.
AZƏRTAC
xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər
sahəsində israilli ekspert, İsrailin “Cəmiyyət
üçün beynəlxalq layihələr” qeyri-hökumət
təşkilatının rəhbəri Arye Qut bildirib.
İsrailli ekspertin fikrincə, Azərbaycan öz qarşısına qoyduğu vəzifəni - öz ərazilərinin tam qaytarılması məsələsini əminliklə və sərt şəkildə məntiqi sona çatdırdı. Arye Qut deyib: “Bu işdə heç bir yarımçıq variantlara baxılmırdı. Müasir müharibədə isə döyüş əməliyyatlarının təminatında qabaqcıl yüksəktexnoloji vasitələrə sahib olan kəs qalib gəlir. 44 günlük müharibə zamanı erməni işğalçılarına qarşı təkcə İsrail və Türkiyə istehsalı olan pilotsuz zərbə uçuş aparatlarını yada salmaq kifayətdir və bu barədə çox danışmaq olar. Bu gün faktdır ki, Azərbaycan – postsovet məkanında 30 ildən sonra öz ərazilərini geri qaytaran və öz ərazi bütövlüyünü bərpa edən yeganə ölkədir”.
A.Qut vurğulayıb ki, il yarım bundan əvvəl o, təmas xəttində olub və atəşkəs rejiminin zəifliyini və amanabəndliyini real şəkildə hiss edib. O deyib: “Müasir qüdrətli və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonundakı ölkə deyil. Hamı gözəl başa düşür ki, yoxsul Ermənistan üçüncü ölkənin köməyi olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbir kasası isə çoxdan dolmuşdu”.
İsrailli ekspertin fikrincə, Ermənistan rəhbərliyində nəhayət başa düşməli idilər ki, Azərbaycanla ultimatum, təhqir və şantaj dilində danışmaq olmaz və bu, mümkün deyil.
Qutun fikrincə, Zəfər paradının keçirilməsi nümayiş etdirdi ki, bu, şəxsən Azərbaycan Prezidentinin, rəşadətli Azərbaycan əsgərinin və zabitinin, bütün Azərbaycan xalqının hərbi, siyasi, mənəvi və texnoloji qələbəsidir. Ekspert vurğulayıb: “Azərbaycan dövləti 30 il erməni işğalı altında olan ərazilərini azad edərək qalib gəldi və Cənubi Qafqaz regionunda özünün artan geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik qüdrətini bütün dünyaya sübut etdi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında olan və bu yaxınlardakı müharibədə fəal şəkildə istifadə edilən silah və hərbi texnikanın əsas nümunələri göstərildi. Azərbaycan Ordusunun yekun uğurunda böyük rol oynayan artilleriya və tank əleyhinə raket komplekslərinin patrulunu çəkən İsrail istehsallı müxtəlif pilotsuz uçuş aparatları paradda əlbəttə ki, xüsusi diqqət mərkəzində idi”.
Azərbaycanın uğurlu çoxvektorlu siyasəti sayəsində İsrail Dövləti və onunla qarşılıqlı münasibətlər rəsmi Bakının daxili siyasi konsepsiyasında xüsusi yer tutub və hazırda da belədir.
Arye Qut vurğulayıb: “Birincisi, İsrail-Azərbaycan münasibətləri strateji və hərbi-texniki xarakter daşıyır, ən yüksək hökumətlərarası və dövlətlərarası səviyyədə dəstəklənir. Bu gün bu strateji tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki tərəfdaşlıq sahələrində həyata keçirilir. Vurğulamaq yerinə düşər ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir.
Əfsuslar olsun ki, Ermənistan məhz Azərbaycanın Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı olması və Azərbaycanın İsraillə hərbi-strateji tərəfdaşlıqdan postsovet məkanında heç bir başqa ölkənin əldə edə bilmədiyi hər növ texnoloji üstünlüklər qazanması faktını qəbul edə bilmir. Paradın mexanikləşdirilmiş dəstəsinin ön sırasında İsrail istehsalı olan “SandCat-Stormer” zirehli maşınları üzərində quraşdırılmış 12,7 millimetrlik “NSV” pulemyotları, tank əleyhinə idarə edilən “SPIKE-ER”, “NLOS”, “LAHAT” raketləri, 120 millimetrlik “SPEAR” minaatanları, çoxsaylı pilotsuz uçuş aparatları (“Orbiter-1KM”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar-BP”, “Heron”, “Hermes-450”, “Hermes-900” və “Harop”) və patrul sursatının nümayiş etdirilməsi faktı – bizim tərəfdaşlığımıza qibtə edənlərə real və düzgün cavabdır. Ermənilər həsəd apara, təxribatçı əməllər törədə, cəfəng xəbərlər yaya bilərlər, lakin bu gün artıq tarixi faktdır ki, İsrailin müdafiə sənayesi şirkətləri Azərbaycan hərbi sənaye quruculuğunda fəal iştirak ediblər və bu, davam edir. İsrail özünün Cənubi Qafqazdakı mühüm geosiyasi və geostrateji tərəfdaşının ədalətli qələbəsinə ürəkdən şaddır”.
Qutun fikrincə, Ermənistan bu müharibədə tam geosiyasi və hərbi fiaskoya məruz qalıb. O deyib: “44 gün ərzində “şanlı erməni ordusu”nun imici məhv edildi və bu işğalçı ordu darmadağın olundu. Azərbaycanın Ermənistan üzərindəki hərbi üstünlüyü ani baş verməyib. Son 17 il ərzində Azərbaycan rəhbərliyi ölkənin iqtisadi potensialını möhkəmlədir, güclü və müasir ordunun formalaşması üçün şərait yaradırdı ki, bu da hər bir ölkənin uğur və inkişafını müəyyən edən mühüm amillərdən biridir. Texnoloji cəhətdən güclü müasir ordu ölkənin müstəqilliyinin möhkəmlənməsində və inkişafında, həmçinin regionda mühüm geosiyasi aktora çevrilməsində əhəmiyyətli rola malikdir.
İsrailli ekspert
sonda deyib: “Son illər Azərbaycanda logistikanın
möhkəmlənməsi, texniki cəhətdən yenilənmə, ən müasir silahların alınması üzrə
böyük işlər
aparılıb və bu gün Azərbaycan
Ordusu regionda ən güclü ordulardan biridir. Bakıda Zəfər paradı bunu bir daha sübut
etdi. Tarixi ədalət, beynəlxalq
hüquq, iqtisadi güc, hərbi qüdrət və vətənpərvərlik ruhu
Azərbaycan tərəfindədir”
Səs.- 2020.- 16
dekabr.- S.5.