Ulu Öndər Heydər Əliyev Azərbaycan
xalqının yetişdirdiyi ən böyük dühalardan
biridir
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü
Bahar Muradova
- Bahar xanım, dekabrın 12-də Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin anım
günüdür. Fəaliyyəti XX əsr Azərbaycan
tarixinə qızıl hərflərlə yazılmış
Heydər Əliyev dühasının Azərbaycan xalqı
qarşısında göstərdiyi misilsiz xidmətlər
haqqında fikirlərinizi bilmək istərdik...
- Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan
xalqının yetişdirdiyi elə bir tarixi şəxsiyyətdir
ki, Onun haqqında danışanda yalnız həyatı və
fəaliyyəti barədə deyil, dövlət idarəçiliyində
təmsil olunduğu və Azərbaycan xalqının
mühüm tarixi dövrünü əhatə edən bütöv
bir qərinədən bəhs etmək lazım gəlir. Ona görə ki, Ümummilli Lider Heydər Əliyev
bütün ömrünü mənsub olduğu xalqa, onun
inkişafına, minilliklərin süzgəcindən
keçib gələn milli-mənəvi dəyərlərin
qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə
çatdırılmasına həsr edib.
Birmənalı şəkildə demək olar
ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövləti
və xalqı qarşısında misilsiz xidmətlər
göstərib. Bu xidmətləri tarixin yaddaşına
qızıl hərflərlə yazılıb.
Heç şübhəsiz, qətiyyətlə
demək olar ki, Heydər Əliyev Azərbaycan xalqının
yetişdirdiyi ən böyük dühalardan biridir. O, Öz fəaliyyəti ilə təkcə
böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib,
həm də malik olduğu qətiyyət və siyasi iradə
sayəsində mənsub olduğu xalqı və qurduğu
dövləti dünya miqyasında tanıda bilib. Ona
görə də hesab edirəm ki, Azərbaycan xalqı
yaşadıqca onun şüurunda, təfəkküründə
və yaddaşında Ulu Öndərin özünəməxsus
yeri olacaq. Onun xidmətləri zaman-zaman müzakirə predmeti,
araşdırma və tədqiqat obyekti olacaq. Gələcək
nəsillər, o cümlədən Heydər Əliyev irsinə
müraciət edənlər bu irsin bütün
calarlarını üzə çıxarmaqla yanaşı, həm
də bu şəxsiyyətin zəngin irsindən bəhrələnəcəklər.
Ən nəhayət, Ulu Öndər Heydər Əliyevin xalqımız
və dövlətimiz qarşısındakı misilsiz xidmətləri
hər zaman minnətdarlıqla xatırlanacaq.
- Azərbaycana rəhbərliyinin
birinci dövründə mərkəzi hakimiyyətin
bütün təzyiq və əngəllərinə rəğmən,
Ulu Öndər Heydər Əliyevin xalqının gələcəyi
naminə atdığı tarixi addımlar və
gördüyü mühüm işlərdən, onların əhəmiyyətindən
bəhs etməyinizi xahiş edirik...
- Ulu Öndər sovet
dövründə Azərbaycanın birinci şəxsi olanda
mövcud imkanlarından maksimum yararlanaraq tarixi əhəmiyyətli və gələcəyə
yönəlmiş addımlar atdı. Məsələn, Azərbaycan
dilinin Azərbaycanın 1978-ci il Konstitusiyasında dövlət
dili kimi rəsmiləşdirilməsi, təhsil və elm
sahəsində ana dilimizdə nəşrlərin
sayının artması bunlara misal ola bilər.
Digər tərəfdən, ittifaq dövlətinin
bir sıra resurslarının respublikanın hərtərəfli
inkişafı ücün
yönəldilməsi barədə vacib qərarların
qəbul edilməsi Heydər Əliyevin adı ilə
bağlıdır. Belə ki, Onun rəhbərlik etdiyi
dövrdə Azərbaycan inkişaf etmiş sənaye
potensialına malik respublikaya çevrildi. Bu
zaman mərkəzi hakimiyyətin tələblərini yerinə
yetirməklə yanaşı, ittifaqa göndərilən məhsulların
çox hissəsinin Azərbaycana investisiya və maliyyə
qismində geri qaytarılması, ayrı-ayrı sənaye sahələrinin
yaradılması vasitəsilə xalqın bütün
potensialını inkişafa yönəltməklə genişmiqyaslı
tərəqqinin təməli atıldı.
Həmin dövrdə o vaxta qədər Azərbaycanda
mövcud olmayan və çatışmayan kadrların
yetişdirilməsi, bir çoxlarının ittifaq təhsil
müəssisələrinə göndərilməsi gələcəyə
hesablanmış addımlar idi. Eyni zamanda hərbi sahədə
kadrların yetişdirilməsi üçün Ulu Öndər
böyük işlər görüb. Bakıda
C.Naxçıvanski adına hərbi məktəbin yaradılması,
ittifaqın hərbi kadrlar hazırlayan ali məktəblərinə
azərbaycanlıların göndərilməsi də məhz
həmin uzaqgörən siyasətin nəticəsi idi. Zaman da göstərdi ki, həmin hərbi kadr
potensialı Qarabağ
uğrunda gedən müharibədə Azərbaycanın zabit və komandirlərə olan
ehtiyacını aradan qaldırdı. Ona görə də bu
addımları birmənalı şəkildə müstəqilliyin
bünövrəsi hesab etmək olar.
Digər bir məqam o idi ki, Azərbaycanda
hakimiyyətinin birinci dövründə Heydər Əliyev mərkəzdən
olan təzyiq və maneələrə baxmayaraq, xalqın
yetişdirdiyi milli təfəkkürlü elm, təhsil və
mədəniyyət xadimlərini, o cümlədən
ziyalıları qoruyurdu. Bu da sübut edir ki, O, təkcə
Azərbaycanın sərvətlərinin, iqtisadiyyatının
inkişafına deyil, xalqın yetişdirdiyi ziyalılara da
diqqət və qayğı göstərirdi. Məhz
həmin ziyalılar da 1980-ci illərin sonu və 1990-cı illərin
əvvəllərində mərkəzdənqaçma meyillərinin
gücləndiyi vaxtda Azərbaycanda yeni ictimai-siyasi təfəkkürün
formalaşmasında, ictimai şüurda dəyişikliyin
yaranmasında yaxından
iştirak edirdilər.
Təbii ki, həmin potensial
olmasaydı, ermənilərin separatizm meyillərinə
qarşı xalqın kütləvi müqavimətini təşkil
etmək mümkün olmazdı. Yəni xalqın milli
özünüdərk hissinin oyanmasının təməlində
məhz Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dövründə
yürütdüyü siyasət dayanırdı. Sonradan
bu özünüdərk Ümummilli Liderin Azərbaycanda
ikinci dəfə hakimiyyətə qayıtması və
müstəqil dövlət qurmaq imkanı və bu yöndə
məqsədlərin reallaşması üçün istifadə
edildi.
- Müstəqilliyimizin bərpasından
sonra Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi
ilə üz-üzə qaldı. Xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər
Əliyev Azərbaycanı bütün təhlükələrdən
xilas edərək dövlətimizin müstəqilliyini əbədi
və dönməz etdi. Bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə, həmin dövrdə
olduqca təhlükəli vəziyyət yaranmışdı və
doğrudan da Azərbaycan parçalanmaqdan, vətəndaş
müharibəsindən qurtuldu. Xalqın xilası
üçün yeganə istinadgah olan Heydər Əliyevin sayəsində
Azərbaycan müstəqilliyini qoruyub saxladı.
Məlum olduğu kimi, təsadüfən
hakimiyyətə yiyələnən, heç bir iqtisadi və
siyasi konsepsiyası, proqramı olmayan AXC-Müsavat
cütlüyünün səriştəsiz fəaliyyəti
dövlət quruculuğunda və dövlət idarəçiliyində,
habelə xalqın müdafiə qabiliyyətini müharibə
şəraitində olan Azərbaycanın təhlükəsizliyinə
yönəltmək işində uğur
qazanılmasını istisna edirdi. Son nəticədə
müstəqillik əldə etdikdən qısa müddət
sonra Azərbaycan nəinki müstəqilliyin itirilməsi,
ümumiyyətlə, parçalanma təhükəsi ilə
üz-üzə qaldı. Belə bir məqamda xalqın
verdiyi düzgün qərar Heydər Əliyevə müraciət
olunması və təkidlə hakimiyyətə
qayıtması oldu.
Ulu Öndərin hakimiyyətdə
kifayət qədər mühüm posta seçilməsi bu
prosesi təhlükəsiz məcraya, vətəndaş
müharibəsindən xilas yoluna yönəltməyə imkan
verdi. Çünki Heydər Əliyevin gəlişi Azərbaycanı
vətəndaş qarşıdurmasından xilas etdi, qısa müddətdə
ölkədəki separatçı qüvvələrin fəaliyyətinə
son qoyuldu. Tarix də göstərdi ki, həmin qərar Azərbaycan
xalqının və dövlətinin sonrakı taleyinin həllində,
dövlətçiliyinin bünövrəsinin qoyulmasında əsas
amil kimi çxış edib.
Burada mühüm məqamı
qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti seçildikdən
sonra Ümummilli Liderin birbaşa xalqa müraciəti və
bundan sonra könüllü olaraq kütləvi şəkildə
cəbhəyə yollanan vətən övladlarının qəhrəmanlığı
sayəsində Azərbaycan Ordusunun 1994-cü ilin yanvarında
həyata keçirdiyi Horadiz əməliyyatı ilə
Füzuli rayonunun 22 kəndi və 1 qəsəbəsi
işğaldan azad olundu. Nəticədə düşmən
atəşkəsə razı oldu və əldə olunan atəşkəsdən
sonra Azərbaycan dövlət quruculuğu mərhələsinə
qədəm qoydu.
Bundan sonra ölkənin müdafiə
qabiliyyətinin gücləndirilməsi, iqtisadi tənəzzüldən
xilas edilməsi, daxili ictimai-siyasi sabitliyin təmin olunması
və xarici siyasətinin müəyyənləşdirilməsi
istiqamətində mühüm işlər görüldü.
Bu da keçmiş iqtidarın fəaliyyəti nəticəsində
ölkənin düşdüyü siyasi
blokadadan, izolyasiyadan qurtulmaq üçün zəmin
yaratdı. Ümummilli Lider keçmiş hakimiyyətin
yanlış siyasəti nəticəsində münasibətlərin
gərgin olduğu region dövlətləri ilə, habelə
dünya siyasətində həlledici rola malik böyük
güclərlə əməkdaşlığın
mümkün olmasını sübut etdi.
Bütün bunlar da Azərbaycanın
siyasi və iqtisadi potensialı yüksək olan bir dövlət
kimi formalaşmasına, hətta dünyanın aparıcı
dövlətləri ilə tərəfdaş qismində
çıxış etməsinə imkan yaratdı. Azərbaycanın
bu mövqeyə çıxması onun gələcək təhlükəsizliyinə
zənanət verən
münasibətlərin qurulması, bu kontekstdə beynəlxalq
əhəmiyyətli layihələrin həyata keçirilməsində
milli maraqların qətiyyətlə təmin olunması
baxımından mühüm tarixi əhəmiyyət
daşıyır.
Ulu Öndərin hakimiyyətə
qayıdışından sonra qanunvericilik sahəsində
islahatlar aparıldı, müstəqil Azərbaycanın ilk
Konstitusiyası qəbul edildi, ilk parlament seçkiləri
keçirildi, gənclər siyasəti, mədəniyyət,
idmanın inkişafı sahəsində addımlar
atıldı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın
dövlət müstəqilliyini xilas etməklə
yanaşı, ölkəmizdə yaşayan bütün
xalqların və millətlərin hüquqlarının təminatçısı
olduğunu sübuta yetirdi. Bununla da əsl vətəndaş
cəmiyyətinin qurulmasına zəmin yaratdı. O, həmçinin
xaricdə yaşayan soydaşkarımızın təşkilatlanmasına,
Azərbaycan diasporunun formalaşdırılmasına, dünya
azərbaycanlılarının vahid azərbaycançılıq
ideologiyası ətrafında birləşdirilməsinə
nail oldu.
Azərbaycan müstəqillik
tarixinin Heydər Əliyevin hakimiyyətinə təsadüf
edən həmin 10 illik dövrü Ulu Öndərin Azərbaycan
xalqını ağır vəziyyətdən
çıxararaq uğura qovuşdurması, müstəqilliyinin,
eyni zamanda bu müstəqilliyin dönməzliyinin, əbədiliyinin
təmin olunması ilə yadda qalır.
Ümummilli Liderin hakimiyyəti dövründə
Azərbaycan Respublikası beynəlxalq təşkilatların
bərabərhüquqlu üzvünə çevrildi. Azərbaycanın
daha uğurlu beynəlxalq əhəmiyyətli layihələrin
təşəbbüskarı kimi çıxış etməsi,
bəzilərinin həyata keçirilməsi və digərlərinin
də əsasının qoyulması Ulu Öndərin adı
ilə bağlıdır. Azərbaycan nəinki
öz təbii ehtiyatlarının, digər dövlətlərin
də enerji ehtiyatlarını Azərbaycandan keçməklə
dünya bazarına çıxaracaq beynəlxalq əhəmiyyətli
layihələrə imza atdı. Yeni neft və qaz
yataqlarının işlənməsi üçün xarici
dövlətlərin nüfuzlu şirkətləri ilə
müqavilələr imzaladı. “Əsrin müqaviləsi”
sazişinin imzalanması ilə dünyanın aparıcı
dövlətlərinin nüfuzlu şirkətlərinin
iştirak etdiyi konsorsiumların yaranmasına nail oldu. Azərbaycan
daha genişmiqyaslı tərəfdaşlar əldə etmək
dövrünə qədəm qoydu. Ölkəmiz 1992-ci ildən
BMT-yə, ATƏT-ə və bir çox beynəlxalq təşkilatlara
üzv olmuşdu. Avropa Şurası başda olmaqla digər
nüfuzlu beynəlxalq təşkilatlara üzvlük nəticəsində
isə Azərbaycan insan hüquq və azadlıqlarının
qorunduğu bir məkanın bərabərhüquqlu
iştirakçısına çevrildi. Və
biz bu vəzifənin hansı çətin və məsuliyyətli
bir dövrdə yerinə yetirilməsi haqqında məlumatları
bugünkü və gələcək nəslə
çatdırmalıyıq ki, müstəqilliyin nəyin
bahasına qorunub saxlandığını dərk etsinlər
və unutmasınlar.
- Bahar xanım, Sizin də qeyd
etdiyiniz kimi, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin
bütün mərhələləri göstərir ki,
müasir müstəqil Azərbaycanın inkişafı məhz
Onun yorulmaz, çoxşaxəli fəaliyyəti sayəsində
mümkün olmuşdur. Heç kimə sirr deyil ki, Ulu
Öndərin əsasını qoyduğu siyasət Prezident
İlham Əliyev tərəfindən müasir dövrün tələbləri
və reallıqlarına müvafiq surətdə uğurla
davam etdirilir. Bu baxımdan, müasir müstəqil Azərbaycanın
hazırkı və gələcək inkişafını necə
dəyərləndirirsiniz?
- Bu bir faktdır ki, Ümummilli
Liderin ən böyük xidmətlərindən biri Azərbaycan
dövlətinin sonrakı dövr üçün
inkişafını, xalqın bugünkü və gələcək
rifahını, təhlükəsizlik, sabitlik və tərəqqi
şəraitində yaşamasının dönməzliyini təmin
edən siyasi xadimi yetişdirməsi oldu.
Təbii ki, Heydər Əliyev irsi Azərbaycanın
gələcək inkişafı üçün fundamental əsas
kimi çıxış edir. Lakin XXI əsrin əvvəlində
dünyadakı proseslər də dəyişirdi. 2003-cü
ilin ortalarında Ulu Öndərin qəbul etdiyi vacib qərarlardan
biri cənab İlham Əliyevin sonrakı 5 illik dövr
üçün prezidentliyə namizədliyinin irəli
sürülməsi idi. Yeni Azərbaycan Partiyası da bu qərarı
yekdilliklə dəstəklədi. Xalq böyük səs
çoxluğu ilə cənab İlham Əliyevi dövlət
başçısı seçməklə bu davamlı
inkişafın təmin olunmasına böyük dəstək
verdi.
Bundan sonra Azərbaycanda
inkişaf dövrünün yeni mərhələsi
başladı. Ötən 17 ildə Azərbaycanın
rifahı, çiçəklənməsi, ölkəmizin
regionda və dünyada nüfuzunun daha da artması, beynəlxalq
hüququn ən mühüm aktorlarından birinə
çevrilməsi, vətəndaşların, dövlətin
təhlükəsizliyinin müdafiəsi yönündə
çox mühüm addımlar atılıb. Azərbaycan
dövlətinin hərtərəfli qüdrətli dövlətə
çevrilməsi üçün Azərbaycan Prezidenti
İlham Əliyevin bu illər ərzində atdığı
addımlar beynəlxalq dairələr tərəfindən də
dəstəklənir. Artıq etiraf edilir ki, Azərbaycan son 17
ildə olduğu qədər qüdrətli və qətiyyətli
mövqeyə malik olmayıb.
Xüsusilə qeyd etməliyik ki, Ulu Öndər
Heydər Əliyevin layiqli siyasi varisi, ölkə Prezidenti, Ali
Baş Komandanımız İlham Əliyevin rəhbərliyi
ilə ərazi bütövlüyümüzün bərpa
edilməsinə nail olduq. Bu gün biz bu qələbənin
sevincini, onun doğurduğu fəxarət hissini
yaşayırıq. Bu illər ərzində birliyə, həmrəyliyə
daha çox önəm verən xalqımızın, etnik mənsubiyyətindən,
dini inancından asılı olmayaraq bu coğrafiyanın sakinlərinin
dövlətimiz üçün çalışmaları
öz müsbət nəticəsini verdi. Bu
gün biz təkcə vahid Azərbaycan
xalqından, dövlətindən və vahid azərbaycançılıq
məfkurəsindən deyil, həm də bu əsasda əldə olunan nəticələrin
doğurduğu böyük
qürur və fəxarətlə müasir dünya tarixinin
yenilməz xalqa, müzəffər orduya,Qalib Ali Baş
Komandana malik Qüdrətli Azərbaycan Dövlətindən
söhbət açırıq.
Həmcinin ulu öndərimizin Dəmir yumruğunda
xalqının gücünü və birliyini cəmləşdirməyi
bacaran,müdrikliyi və qətiyyəti ilə hamını
heyran qoyan Varisi haqqında danışırıq.
Bu gün əkbəttə ki, ən
böyük minnətdarlığımız
partiyamızın Sədri, Prezident, Ali Baş Komandan İlham
Əliyevədir. Çünki məhz Onun uzaqgörən və
qətiyyətli siyasəti nəticəsində biz qələbəyə
nail olduq.
Eyni zamanda, biz Ulu Öndər Heydər
Əliyevi böyük ehtiramla yad edirik. Cünki
məhz onun müəyyənləşdirdiyi yolla inamla irəliləyən
xalqın iradəsi bizi öz ərazi
bütövlüyümüzə
qovuşdurdu. İnanıram ki, bu yol Azərbaycanın
bundan sonra daha da qüdrətli ölkə olmasına öz
töhfələrini verəcək.
Səs.-
2020.- 12 dekabr.- S.7.