“Fransa Senatının
bədnam qətnaməsi
erməni mənafeyinə
xidmət edir”
“Fransa Senatının
qəbul etdiyi qətnamə bu ölkənin parlamentarilərinin
cılız erməni
mənafeyinə xidmət
etdiklərini göstərdi.
Bunun da səbəbi, görünür,
Azərbaycanın öz
tarixi torpaqlarını
düşmən tapdağından
azad edərək ərazi bütövlüyünü
bərpa etməsi Fransa kimi ölkənin
rəhbərliyini ciddi
narahat edir. Belə olmasaydı, nə Paris meriyası,
nə də Fransa Senatı həll olunmuş münaqişəni separatçılara
dəstək məqsədilə
yenidən alovlandırmağa
hesablanmış addımlar
atmazdı”. Bu fikri “SƏS” qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Məşhur Məmmədov
bildirərək deyib.
Deputat bildirib
ki, bu ölkə
indi də noyabrın 10-da imzalanmış
üçtərəfli bəyanatın
pozulması, ermənilərin
yenidən qarşıdurmalara,
müharibəyə getmələri
üçün əlindən
gələni edir: "Ancaq bir
həqiqəti anlamır
ki, Fransanın son iki ayda
etdiyi bütün cəhdlər axırda ona gətirib çıxaracaq ki, Qarabağda qalan beş-on min tör-töküntü millətçi
erməni də bezib bu torpaqlardan
rədd olub gedəcək. Xüssilə
də, Fransanın bu gün Makronun
rəhbərliyi ilə
sərgilədiyi ermənipərəst
mövqeyi, Azərbaycanın
haqq, ədalət işinə qarşı apardığı siyasət
birbaşa sülhə
təhlükədir. Belə
olan halda, Fransa Dağlıq Qarabağ münaqişəsilə
bağlı bitərəf
mövqe tutduğunu nə qədər iddia etsə də, bu ölkənin
əslində ermənipərəst
siyasət yeritməsi
istər-istəməz özünü
büruzə verir".
"Ermənistan–Azərbaycan münaqişəsinin
30 ildən çox davam etməsinin əsas səbəblərindən
biri də erməni terroruna, barbarlığına, törətdikləri
soyqırımı aktlarına
və işğalçı
siyasətinə beynəlxalq
birliyin laqeyd münasibəti, sanksiyalar
tətbiq etməməsi
olub",-deyən millət vəkili onu da deyib ki,
hətta münaqişənin
nizamlanmasında vasitəçilik
missiyasını üzərinə
götürmüş ATƏT–in Minsk qrupunun
həmsədrlərinin də
30 il ərzində Ermənistan ordusunun törətdiyi vəhşiliyə,
dinc əhalini qətlə yetirməsinə,
yaşayış məntəqələrini
yararsız hala salmasına ciddi münasibət bildirməməsi
təcavüzkarları daha
da həyasızlaşdırdı:
"Sentyabrın 27–də ölkəmizə qarşı müharibəyə
başlayan Ermənistan
dinc əhalini ağır artilleriyadan, ballistik raketlərdən və qadağan olunmuş silahlardan atəşə tutanda, yüzlərlə dinc əhalini qətlə yetirəndə, yaralayanda,
evindən-eşiyindən edəndə,
həmçinin yüzlərəl
mülki obyekti, çoxmənzilli yaşayış
binasını yararsız hala salanda da beynəlxalq
təşkilatlar, xüsusilə
də ATƏT-in Minsk qrupu “dur!”
demədi. Ancaq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Güclü
Ordumuz, rəşadətli
əsgər və zabitlərimizin gücü,
igidliyi ilə təcavüzkara layiq olduğu yeri göstərdi. Azərbaycan
Ordusunun qarşısında
davam gətirə bilməyən Ermənistan
silahlı qüvvələri
də diz çökdü və məğlub olduqlarını
rəsmən etiraf etdi".
M.Məmmədov qeyd edib ki, görünür Ermənistanın məğlubiyyətinin
acısı ermənilərdən
daha çox Fransa senatorlarını “kədərləndirdiyi” üçün
noyabrın 18-də erməni
diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator
tərəfindən qondarma
“Dağlıq Qarabağ
respublikası"nın
tanınmasının zəruriliyinə
dair” təqdim olunan qətnamənin tələm-təlsik noyabrın
25-də müzakirə edilərək
qəbul olunmasına çalışıblar: “Bu
qətnamə, ilk öncə bu ölkənin parlamentarilərinin
cılız erməni
mənafeyinə xidmət
etdiyini və alətə çevrildiyini
bir daha təsdiqlədi. Bu da faktdır ki, Fransa ATƏT-in Minsk Qrupunun
həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
vasitəçilik missiyasını
üzərinə götürsə
də, 30 ildir ki, bu istiqamətdə
heç bir müsbət addım atılmayıb. Hətta Fransa Senatı
ATƏT-in Minsk qrupu həmsədr dövlətlərindən birinin
- Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinin yaxın günlərdə, hətta
Ermənistanın belə
qondarma “Dağlıq Qarabağ respublikası”nın
müstəqilliyini tanımadığını
belə xatırlatmasını
da “unudub”. Putin açıq şəkildə bəyan
etdi ki, beynəlxalq hüquqa əsasən, Dağlıq
Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının
ayrılmaz tərkib hissəsidir”. Sözsüz
ki, təcavüzkar, faşist xislətli Ermənistanın baş naziri Nikol Paşinyan-
Fransanın Prezidenti Emmanuel Makronun mövqeyləri üst-üstə
düşdüyü üçün
bu xəbərdarlığı
xatırlaya və eşidə bilmir. Ancaq Makron anlamır ki, Fransa Senatının
həm ölkəsinin
maraqlarına, həm də beynəlxalq hüquq normalarına zidd olan qətnaməni
qəbul etməklə
beynəlxalq hüquq normalarını, BMT Nizamnaməsi
və BMT Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələrinin kobudcasına
pozulması ilə yanaşı, istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə
də BMT Təhlükəsizlik
Şurasının daimi
üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə ziddiyyət təşkil edir”.
“Fransa artrıq özünün
əsl ermənipərəst
simasını gizlədə
bilmir”, - deyən M.Məmmədov bildirib ki, Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi
ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat
münaqişənin həll
edilməsi üçün
yaradılan Minsk Qrupu həmsədri kimi, həmçinin ölkənin vasitəçilik
missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir: “Makronun bəyanatı bölgə
və beynəlxalq təhlükəsizliyin təmin
edilməsinə xidmət
etmir və açıq-aydın hiss olunur ki, Fransa
işğalçının yanındadır. Həmçinin Minsk qrupu həmsədri kimi, Fransa vasitəçilik missiyasını yerinə
yetirmir, hər cəhdlə erməniləri
qorumağa, mühafizə
etməyə çalışır,
qərəzli və siyasi etik qaydalara
sığmayan bəyanatları
ilə Azərbaycan torpaqlarının zəbt
olunmasının davamında
Ermənistan və ermənilərə yardımçı olacağını
sübut etmək istəyir. Ancaq qəbul olunan bəyanatlar, mənasız
istəkləri elə
istək olaraq qalıb və bundan sonra da
mənasız qətnamələr
olaraq adi kağızlar kimi cırılıb zibil yeşiklərinə atılacaq.
Digər bir məqam isə, Makronu daha çox
narahat edən məsələ Türkiyənin
bu savaşda iştirak etməsidir və Fransa Türkiyənin Azərbaycana
olan siyasi dəstəyini də həzm edə bilmir. Bu qardaşlığın,
dostluğun səyləri
nəticəsində əldə
etdiyimiz qələbə,
eyni zamanda, Türkiyənin bölgədə
nüfuzunun artması,
təbii ki, Makronu daha ciddi
narahat edir”.
M.Məmmədov həmçinin onu da vurğulayıb ki, hər kəs,
eləcə də faransızlar bilməlidir ki, Azərbaycan işğalçıya qarşı
Vətən Müharibəsi
aparır: "Bu savaş Azərbaycanın
işğal olunmuş
torpaqlarını azad
etmək uğrunda Vətən Müharibəsidir.
Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən
tanınmış tarixi
torpağıdır. Azərbaycan
44 günlük Vətən
müharibəsində öz
sözünü dedi və igid oğullarımızın
qanı, canı bahasına öz ərazi bütövlüyünü
təmin etdi. Noyabrın
25-də Fransa Senatında
müzakirəyə çıxardığı
və qəbul etdiyi o kağız parçasının isə
heç bir təsiri yoxur. Çünki artıq Azərbaycan haqq işində qalib gəlib, istər Fransa siyasi dairələri,
senatorlar, həmçinin
ermənipərəst dairələr
əmin ola bilərlər ki, onların ikili mövqeyi, riyakarlığı,
işğalçıya dəstək
vermələri və
ağa qara demələri, habelə Ermənistan təəssübkeşliyinin
növbəti təzahürü
olan bu kağız
parçası Azərbaycan
üçün heç
bir əhəmiyyət
kəsb etmir. BMT
çərçivəsində Azərbaycanın ərazi
bütövlüyünü tanıyan Fransa bu cür addımlarla
açıq-aydın beynəlxalq
hüququn normalarına
qarşı çıxış
etməklə tam ermənipərəst mövqe
nümayiş etdirir. Bir daha Azərbaycana
qarşı işğalçılıq
siyasətini sübut edir. Həmçinin, bu addımla
BMT Təhlükəsizlik Şurasının
Azərbaycan torpaqlarının
qeyd-şərtsiz boşaldılması
ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə
sayılmasıdır. Çünki
həmin qətnamələrə
səsverən Fransa olub və bu
gün isə öz-özünü inkar
edir. Ancaq onlar hər zaman xəyanətin cavabını alıblar və alacaqlar. Azərbaycan isə qalib ölkə, qalib xalqdır. Dövlət başçımızın
dediyi kimi, “Qarabağ Azərbaycandır!
və nida! işarəs”.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2020.- 1 dekabr.- S.13