Atropatena: qədim
dövlətimizin etnik, dini, mədəni tarixi
"Artaksinin
və Zariadrinin müharibələri əvvəllər
kiçik bir ölkə olmuş Ermənistanı
böyütdü... Onlar qonşu xalqların
torpaqlarının bir hissəsini qoparıb mənimsədilər"
- Strabon
Ermənilərin saxtakar tarixçiləri daim
iddia edirlər ki, guya ermənilər qədimdən Qafqazda məskunlaşıb
və bu torpaqlarda olan qədim mədəniyyət, tarixi abidələr,
dini məbədlər onlıara məxsusdur. Halbuki, tarix elmi
bunun tam əksini göstərir. Ermənilər
son əsrlərədək Qafqazda yaşamayıblar, onlar
indiki Türkiyə, İran və Suriya ərazilərində
yaşamış və köçəri tayfa kimi Asiyanı
gəzib dolanmışlar. Əvvəlki
yazılarımızda, Qafqaz Albaniyanın qədim tarixi, mədəniyyəti,
dini və etnik tərkibi haqda məlumat vermişik. Bu
yazıda isə, hazırda adını
daşıdığımız qədim Azərbaycan dövləti
olan Atropatenadakı etnik, dini, mədəni proseslər haqda məlumat
verəcəyik.
2500 illik Azərbaycan dövləti- Atropatena
Atropatena (Azərbaycan adının qədim
variantı)- tarixi Azərbaycan torpaqlarının bir hissəsində
mövcüd olmuş qədim dövlətimiz. Dünyanın
ən qədim mədəniyyətlərindən birini, ən
qədim dövlətçilik sistemlərindən birini bərqərar
edən ölkə. Bu gün tarixi torpaqlarımızın
kiçik bir hissəsində yaradılmış və
adını daşıdığı respublikamızın sələfi
olan qədim dövlətimiz.
Əslən, midiyalı olan Atropat e.ə. IV əsrin
20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı
olur; bu dövlət rəsmən Mada, sonralar isə antik
qaynaqlarda özünün ilk hökmdarının adı ilə
Atropatena adlandırılır.
Atropatenanın ərazisi
hazırki İranın şimal-qərb vilayətlərini, Azərbaycan
Respublikasının cənub ərazilərini əhatə
edib. Ərəb coğrafiyaşünası İstəxriyə
görə, Atropatena Şərqdən Guhistan (Gilan) və Xəzər
dənizi, Qərbdən Ərməniyyə (Şərqi
Anadolu), Şimaldan Allan Böyük Qafqaz dağları, Cənubdan
İraq Cəzirəsi ilə həmsərhəddir.
Cənubi Azərbaycanın bütün ərazisi
və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi
bu və ya digər dərəcədə Atropatenaya daxil idi. Atropatena əhalisinin
atropaten dili və yazı ənənələri olan bir
ölkə idi.
Atropatenanın adı müxtəlif dilli mənbələrdə
fərqli şəkildə qeyd edilib. Əksər
tarixçilərə görə, Azərbaycan öz adını
Atropatenadan alıb. Antik müəlliflərdən
Plutarx, Ammian Marselin bu ölkəni Atropat Midiyası
adlandırıblar. Strabon isə Atropatena ərazisini
Kiçik Midiya adlandırıb, Atropatın
başçılığı ilə Kiçik Midiya ərazisində
Atropatena dövlətinin təşkil edildiyini göstərib.
Sasani hakimiyyəti dövründə ölkə
Adərbadaqan, ərəbdilli mənbələrdə isə
Adərbican kimi qeyd olunur.
Atropatena ərazisi ərəblər tərəfindən
fəth edildikdən sonra isə Atropatenanın adı erkən
ərəbdilli mənbələrdə "Adabarqan",
"Azərbaycan" kimi işlənməyə
başlanıb. Daha sonrakı dövr ərəb
tarixçilərin əsərlərində isə həmin ad
ancaq "Azərbaycan" kimi göstərilib.
Atropatenada
əsas dini təlimlər
Qədim atropatenalılar Zərdüştün
yaratdığı Zərdüştülük dininə
sitayiş edirdilər. Artıq e.ə. I minilliyin ilk əsrlərində
Qərbi
Madada (Midiya), xüsusilə gələcək Atropatenada
müxtəlif mazdaist təlimlər yayılmışdı. Burada və ona qonşu olan ərazilərdə təxminən
həmin minilliyin başlanğıcında Avesta
ocaqlarının mövcud olduğunu bir çox müəlliflər
qeyd ediblər.
Avestaya gəldikdə göstərmək lazımdır
ki, bu müqəddəs kitabın bizə gəlib
çatmış nüsxəsi Sasanilər dövründə
dövlət dini kimi elan olunmuş "Avesta" məcmuəsinin
bir hissəsidir.
Belə güman edirlər ki, Sasanilər sülaləsinin
hakimiyyəti dövründə, Avesta bir neçə dəfə
– III, IV, hətta VI və VII əsrlərdə kodifikasiya
edilib. Hesab
edirlər ki, məhz zərdüştiliyin intibahı
dövrü olan Sasanilər hakimiyyəti zamanında
Avestanın müqəddəs mətnlərinin daha dəqiq,
incə çalarlarını ifadə edən
yazılışı üçün pəhləvi əlifbası
(öz mənşəyi etibarilə arami yazısına gedib
çıxır) əsasında xeyli miqdarda işarələri
olan xüsusi şrift yaradılmışdı (bu isə tələffüzü
daha dəqiq çatdırmağa imkan verirdi). Nüfuzlu
tədqiqatçıların fikrincə, bu şrift birdəfəlik
fərdi yaradıcılığın nəticəsi idi.
Maraqlıdır ki, bu hadisə gürcü, erməni və
alban əlifbalarının meydana gəldiyi bir zamanda baş
verib
Avestanın
kanonlaşdırılmış mətni pəhləvi (Sasani
İranının yazı dili– orta fars
dili) dilinə tərcümə və şərhlə təchiz
edilmişdi.
Atropatenada bəzi tayfalar bütpərəstlik dinlərinə
sitayiş edirdilər ki, bunların da bir çoxu yunan-roma məıdəniyyətinin
təsiri ilə formalaşmışdı. Eramızın
ilk əsrlərində burada xristianlıq da yayılmağa
başlayırdı. Bu barədə
yazımızın 2-ci hissəsində
danışacağıq.
Atropatenanın etnik tərkibi necə olub?
Eramızdan
5-6 yüz il əvvəl Müasir İranın
şimalında yaşayan tayfaların və xalqların– kuti,
lullubi, mannalı və başqalarının madalılarla
qaynayıb-qarışması nəticəsində yeni bir
etnos- madalıların üstünlük təşkil etdiyi
atropatenalılar etnosu təşəkkül tapdı.
Atropatena tayfaları arasında maqlar xüsusi yer
tuturdular. Onlar Zərdüşt dini ayinlərinin əsas
icraçısı olub, xalq içərisində
böyük nüfuza malik idilər. Maq
dedikdə, təkcə bu adı daşıyan tayfa deyil, eyni
zamanda Zərdüşt dininin kahini nəzərdə tutulurdu.
Maqlar Zərdüştün varisləri
sayılırdı. Muğam
sözünün mənasının da maqların
(muğların) müqəddəs mahnıları demək
olduğunu bir çox fiololqlar təsdiq edir.
Ərəbdilli qaynaqlarda ilk orta əsrlərdə Cənubi
Azərbaycan əhalisinin böyük bir hissəsinin azərilərdən
ibarət olduğu göstərilir.
Mənbələrdə adları keçən Atropatena
tayfalarından biri də Qafqaz albanlarıdır. I əsr
müəllifi Strabonun verdiyi məlumatdan aydın olur ki, Qafqaz
albanları təkcə Azərbaycanın Arazdan
şimaldakı ərazisində deyil, həm də Arazdan cənubdakı
ərazilərində yaşayıblar. Strabon
albanların Atropatenada, Midiya dağlarında
yaşamasını qeyd edir. Müəllif
yazır ki, albanlar kellər, kaduslar, utilər və
mardların qonşuluğunda yaşayırlar.
Atropatenada tatlar, yəhudilər, gurganlar, parslar və
mardlar da yaşayırdılar. Onların bir hissəsi
Sasanilər vaxtında şimala köçürülüb.
Erkən orta əsrlərdə Cənubi Azərbaycan
ərazisinə bir sıra yeni türk tayfaları gəlib məskunlaşmışdı.
Atropatenada (yəni, cənubi Qafqaz və Şimali
İran əraziləri) ermənilər yaşamayıb, onlar
bu ölkənin cənub-qərb sərhədlərindən o
tərəflərdə yaşamış və kiçik
çarlıq yaratmış davakar tayfa olublar.
Atropatena
və Ermənistan əlaqələri
Bu ərəfədə Ermənistan yaylasında meydana gələn
erməni çarlıqları, xüsusilə Artaşesin çarlığı
lap əvvəldən özlərini çox təcavüzkar
aparır, qonşularına qarşı fəal qəsbkarlıq
siyasəti yeridirdilər.
Strabon
yazır: "...Artaksinin və Zariadrinin müharibələri
əvvəllər kiçik bir ölkə olmuş Ermənistanı
böyütdü... Onlar birlikdə qonşu
xalqların torpaqlarının bir hissəsini qoparıb mənimsədilər.
Onlar midiyalılardan (atropatenalılardan) Kaspiananı,
Favnitidanı və Basoropedanı, iberlərden Pariadr
dağlarının ətəklərini, Xorzenanı və
Qoqarenanı... xaliblərdən və mossiniklərdən
Karenitidanı və Kseroksenanı..., kataonlardan Akilisenanı və
Antitavrboyu vilayəti, suriyalılardan Taronitidanı... tutub
aldılar".
E.ə.
III əsrin 20-ci illərində Atropatena taxt-tacında biz
Arazın yalnız cənubunda deyil, şimalında da çox
geniş əraziyə malik olan, antik yunan müəllifi
Polibinin təbiri ilə desək, "ən qüdrətli və
ən müdrik hökmdarı", "atropatilər və
onlarla həmsərhəd xalqlar üzərində"
hökmranlıq edən Artabazanı görürük.
Polibinin yazdığına görə, Artabazanın
dövləti Kaspi dənizindən Rioni çayının
yuxarılarınadək uzanırdı; beləliklə, Ermənistanı
və İberiyanı da, hər halda onların müəyyən
bir hissəsini əhatə edirdi. Bu vilayət, yunan
müəllifinin (Polibinin) təsdiq etdiyinə görə,
"...Midiya ilə yanaşı olub ondan dar silsiləsi ilə
ayrılır, onun bəzi hissələri Fasisdən (Rionidən)
yuxarıdakı yerlərdə Pontun (Qara dənizin) üzərində
yüksəlir; digər tərəfdən o, Hirkan (Xəzər)
dənizinə qədər çatır. Vilayətdə
əsasən at belində vuruşan və müharibə
üçün daha nə lazımdırsa hamısına
kifayət qədər malik olan güclü bir xalq
yaşayır".
Gürcü mənbələrinə görə, e.ə.
III əsr Kartli (İber) çarlığı tarixində
"fars" elementlərinin (bu adın altında Atropatena
midiyalılarını nəzərdə tutulur)
üstünlüyü dövrü olub. Məhz bu
zaman Atropatena ilə Ermənistan arasında sıx siyasi, mədəni
və digər əlaqələr yaranır. Bu
dövrün erməni əyanları arasında anadangəlmə
atropatenalılar az deyildi. Atropatena
və erməni kübarları arasında nikah əlaqələri
isə adi hal idi.
Ermənistanla münasibətlər heç də həmişə
rəvan olmurdu. Dostluq, nikah əlaqələrini, ənənəvi
mədəni-iqtisadi təmasları bir çox hallarda
açıq düşmənçilik, bəzən hərbi
toqquşmalar dərəcəsinə çatan düşmənçilik
əvəz edirdi.
Atropatena mədəniyyətindən nə qalıb?
Atropatenanın
antik ənənə ilə salınan bir neçə şəhəri
haqqında məlumatlar var. Bunlar Qazaka, Fanaspa, Fraaspa, Aqanzana
şəhərləri və Atropatena ərazisində
tapılmış bir neçə qədim yaşayış
yeri, o cümlədən Mil düzündəki Təzəkənd
yaşayış yeridir. Qədim adlarını
bilmədiyimiz, lakin ümumən antik dövrə aid olan bir
neçə başqa abidə də məlumdur.
Mənbələr Atropatenanın iki- yay və yaz
paytaxtlarının olmasından xəbər verir. Ölkənin
yay paytaxtı Vera- indiki Marağa şəhəri, yaz
paytaxtı isə farsdilli mənbələrin Qazaka, ərəbdilli
mənbələrin isə Şiz adlandırdıqları Gəncək
şəhəri olub. Gəncək şəhəri
öz adını sak tayfalarından biri olan gəncəklərin
adından alıb.1958-ci ildə İran və Almaniya
arxeoloqlarının Təxti-Süleyman ərazisində
arxeoloji qazıntlar aparması nəticəsində Qazaka şəhərinin
xarabalıqları və möhtəşəm Azərgüşnasp
məbədinin qalıqları aşkarlanıb. Burada Şiz məbədinın qalıqları
tapılıb.
Bu gün həm Azərbaycan Respublikasında, həm də
Şimali İranda Atropatenanın tarixi və mədəni
irsinə aid xeyli sayda tikili, məbəd, qəbirüstü
abidlər, həmçinin mədəni tapıntılar var.
Elçin
Bayramlı
Səs.-
2020.- 1 dekabr.- S.15.