İşğaldan azad edilmiş şəhər və kəndlərimiz
Azərbaycan
Ordusunun sentyabrın 27-də Qarabağda
başladığı uğurlu əks-hücum əməliyyatı
nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə
və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri
və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri
və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın
rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində
bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri
və daha 5 adsız yüksəklik azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında
atəşin və bütün hərbi əməliyyatların tam
dayandırılması barədə
bəyanat imzalayıblar.
Bəyanata əsasən
2020-ci il dekabrın
1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır.
Bəyanata uyğun
olaraq, noyabrın 20-də
Ağdam rayonu Azərbaycana təhvil verilib.
Bununla da
rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən
Ağdam şəhəri
azad olunub.
Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər
rayonu Azərbaycana təhvil verilib.
Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi
işğaldan azad edilib.
Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli
bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının
sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.
AZƏRTAC işğaldan azad olunmuş şəhər, qəsəbə
və kəndlərimizin
siyahısını təqdim
edir:
27 sentyabr
Füzuli rayonunun
Qaraxanbəyli, Qərvənd,
Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı
kəndləri
Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
3 oktyabr
Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı
Maralyan, Şəybəy,
Quycaq kəndləri
Füzuli rayonunun
Aşağı Əbdürrəhmanlı
kəndi
4 oktyabr
Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı
Maralyan, Çərəkən,
Daşkəsən, Horovlu,
Decal, Mahmudlu, Cəfərabad kəndləri
5 oktyabr
Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı,
Məzrə kəndləri
9 oktyabr
Xocavənd rayonunun
Hadrut qəsəbəsi
və Sur kəndi
Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər
və Qışlaq kəndləri
Füzuli rayonunun
Yuxarı Güzlək,
Görəzilli kəndləri
Tərtər rayonunun Çaylı kəndi
14 oktyabr
Füzuli rayonunun
Qaradağlı, Xatunbulaq,
Qarakollu kəndləri
Xocavənd rayonunun
Bulutan, Məlikcanlı,
Kəmərtük, Təkə,
Tağaser kəndləri
15 oktyabr
Xocavənd rayonunun
Edişə, Düdükçü,
Edilli, Çiraquz kəndləri
Füzuli rayonunun
Arış kəndi
Cəbrayıl rayonunun Doşulu kəndi
16 oktyabr
Xocavənd rayonunun
Xırmancıq, Ağbulaq,
Axullu kəndləri
17 oktyabr
Füzuli rayonunun
Qoçəhmədli, Çimən,
Cuvarlı, Pirəhmədli,
Musabəyli, İşıqlı,
Dədəli kəndləri
və Füzuli şəhəri
18 oktyabr
Xudafərin körpüsü
üzərində Azərbaycan
bayrağı qaldırıldı
19 oktyabr
Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı,
Həsənli, Əlikeyxanlı,
Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar,
Keçəl Məmmədli,
Şahvəlli, Hacı
İsmayıllı, İsaqlı
kəndləri
20 oktyabr
Zəngilan rayonunun
Havalı, Zərnəli,
Məmmədbəyli, Həkəri,
Şərifan, Muğanlı
kəndləri və Zəngilan şəhəri
Füzuli rayonunun
Dördçinar, Kürdlər,
Yuxarı Əbdürrəhmanlı,
Qarğabazar, Aşağı
Veysəlli, Yuxarı Aybasanlı kəndləri
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı,
İmambağı, Daş
Veysəlli, Ağtəpə,
Yarəhmədli kəndləri
Xocavənd rayonunun
Ağcakənd, Mülküdərə,
Daşbaşı, Günəşli
(Noraşen), Çinarlı
(Vəng) kəndləri
21 oktyabr
Zəngilan rayonunun
Mincivan qəsəbəsi,
Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı,
Hacallı, Qırax Müşlan, Üdgün,
Turabad, İçəri
Müşlan, Məlikli,
Cahangirbəyli, Baharlı
kəndləri
Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
Füzuli rayonunun
Gecəgözlü, Aşağı
Seyidəhmədli, Zərgər
kəndləri
22 oktyabr
Zəngilan rayonunun
Kolluqışlaq, Malatkeşin,
Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə,
Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli,
Dərzili kəndləri
Füzuli rayonunun
Mollavəli, Yuxarı
Rəfədinli, Aşağı
Rəfədinli kəndləri
23 oktyabr
Xocavənd rayonunun
Dolanlar və Bünyadlı kəndləri
Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı
və Veysəlli kəndləri
Zəngilan rayonunun
Vənədli və Mirzəhəsənli kəndləri
Qubadlı rayonunun
Zilanlı, Kürd Mahrızlı, Muğanlı
və Alaqurşaq kəndləri
25-26 oktyabr
Zəngilan rayonunun
Birinci Alıbəyli,
İkinci Alıbəyli,
Rəbənd, Yenikənd
kəndləri
Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər,
Hovuslu, Çələbilər
kəndləri
Qubadlı rayonunun
Padar, Əfəndilər,
Yusifbəyli, Çaytumas,
Xanlıq, Sarıyataq,
Mollabürhan kəndləri
və Qubadlı şəhəri.
28 oktyabr
Zəngilan rayonunun
Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı,
Zərnəli kəndləri
Füzuli rayonunun
Mandılı kəndi
Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac
kəndləri
Qubadlı rayonunun
Qiyaslı, Əbilcə,
Qılıcan kəndləri.
30 oktyabr
Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli,
Xubyarlı kəndləri
Zəngilan rayonunun
Aladin, Vejnəli kəndləri
Qubadlı rayonunun
Kavdadıq, Məmər,
Mollalı kəndləri.
2 noyabr
Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri
Zəngilan rayonunun
Dərə Gilətağ,
Böyük Gilətağ
kəndləri
Qubadlı rayonunun
İşıqlı, Muradxanlı,
Milanlı kəndləri.
4 noyabr
Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri
Zəngilan rayonunun
Məşədiismayıllı, Şəfibəyli kəndləri
Qubadlı rayonunun
Başarat, Qarakişilər,
Qaracallı kəndləri.
7 noyabr
• Füzuli rayonunun
Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli,
Qorqan, Üçüncü
Mahmudlu, Qacar, Divanalılar kəndləri
• Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri
• Qubadlı rayonunun
Qəzyan, Balasoltanlı,
Mərdanlı kəndləri
• Zəngilan rayonunun Beşdəli kəndi
• Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri
• Xocalının Qarabulaq, Moşxmaat kəndləri
8 noyabr
ŞUŞA şəhəri
9 noyabr
Füzuli rayonunun Qobu
Dilağarda, Yal Pirəhmədli, Yuxarı
Yağlıvənd, Dilağarda,
Seyid Mahmudlu, Ələsgərli, Aşağı
Güzdək, Qovşatlı,
Mirzəcamallı, Şəkərcik,
Mərdinli, Şıxlı,
Qaraməmmədli, Dövlətyarlı,
Hacılı, Hüseynbəyli,
Saracıq kəndləri
Xocalı rayonunun
Dəmirçilər, Çanaqçı,
Mədətkənd, Sığnaq,
Şuşakənd, Muxtar,
Daşaltı kəndləri
Xocavənd rayonunun
Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq,
Aragül, Tağavard,
Böyük Tağavard,
Zərdanaşen, Şəhər
kəndləri
Cəbrayıl rayonunun Hüseynalılar,
Söyüdlü, Aşağı
Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı,
Yuxarı Nüsüs,
Aşıq Məlikli,
Niftalılar, Qərər,
Çələbilər kəndləri
Qubadlı rayonunun
Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli,
Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı,
Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu,
Çərəli kəndləri
Zəngilan rayonunun
Keçikli, Ördəkli,
Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri,
Bartaz qəsəbəsi
Laçın rayonunun Güləbürd,
Səfiyan, Türklər
kəndləri
10 noyabr
Azərbaycan Respublikasının Prezidenti,
Ermənistan Respublikasının
baş naziri və Rusiya Federasiyasının Prezidentinin
bəyanatına əsasən
Dağlıq Qarabağ
münaqişəsi zonasında
atəşin və bütün hərbi əməliyyatların tam
dayandırılması elan
olunub.
Bəyanata əsasən
2020-ci il noyabrın
15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək
Ağdam rayonu, dekabrın 1-dək isə
Laçın rayonu Azərbaycana qaytarılacaq.
20 noyabr
Noyabrın 10-da imzalanmış üçtərəfli
bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun
işğal edilmiş
73 faiz ərazisi azad olunub.Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında
əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış
məntəqəsi var.
25 noyabr
Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib.
Qeyd edək
ki, Kəlbəcər
ərazi baxımından
respublikamızın ən
böyük rayonlarından
biridir.
2020-ci il yanvarın
1-nə olan məlumata
görə, əhalisi
77 min nəfərdən
çoxdur. İşğaldan
əvvəl rayonda 147
yaşayış məntəqəsi
olub.
1 dekabr
Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri
Laçın rayonundan
çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə
təhvil verilib.
Qeyd edək
ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir
qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi
var.
Səs.-
2020.- 2 dekabr.- S.7.