Şəhidin son sözü: “Məndən narahat olmayın”…
Azərbaycan Vətən müharibəsinin
19 yaşlı şəhidi
Röyal Elzar oğlu Aslanov 2001-ci il mayın 17-də Tovuz rayonunun Abulbəyli
kəndində doğulub.
2008-ci ilin sentyabr ayında N.Tusi adına Tovuz
şəhər tam orta
məktəbin 1-ci sinfinə
gedib, 5-ci sinfədək
burada oxuyub. 2013-cü ildə ailəsi ilə birlikdə yaşayış
yerini dəyişdiyi üçün orta məktəb təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri,
Panqodı qəsəbəsindəki
1 saylı məktəbdə
davam etdirib.
Röyal hələ 3-cü sinifdən
güləş və
boksla məşğul
olub. Tümendə oxuyarkən
də idmanla məşğul olmağa
davam edib, boks üzrə
şəhər və
vilayət yarışlarına
qatılıb, fəxri
yerlər tutub.
2017-cı ildə boks üzrə 16-17 yaşlı gənclər
arasında 2-ci yerə,
2018-ci ilin may ayında
1-ci yerə çıxıb.
Sonra doğma
Vətənə dönən
Röyal, 2019-cu ilin iyununda həqiqi hərbi xidmətə gedib. Hərbi xidmətini Tapqaraqoyunludakı
“N” saylı hərbi hissədə keçən
gəncimiz, Vətən
müharibəsi başlayandan
döyüşlərə qatılıb, Tərtər,
Füzuli istiqamətlərində
gedən döyüşlərdə
iştirak edib.
Soyadına uyğun aslanlar
kimi döyüşən
qorxmaz Röyal Aslanov, 29 sentyabrda Füzuli istiqamətində
gedən döyüşlərdə
şəhid olub, 30 sentyabrda Tovuz şəhər qəbristanlığında
dəfn olunub.
Röyalgil ailədə bir qardaş, bir bacı olub. Çox saf,
tərbiyəli, vətənpərvər
övlad olub Röyal. Hərbi xidmətdə olan
zaman, fürsət düşdükcə atası,
anası və bacısı ilə telefonla danışırmış.
Böyük ruh yüksəkliyi ilə deyirmiş: “Hər şey yaxşıdır.
Sizə zəng vurmasam, narahat olmayın”.
Vətən üçün narahat
olan, döyüşlərə
atılan oğulların
dilinin əzbəridir
bu söz: “mənimçün narahat
olmayın”... – bu sözü artıq neçə şəhid ailəsindən eşitmişəm;
demək, burada hansısa bir qanunauyğunluq var; demək ki, vətənpərvərlərin, qorxmazların ümumi cəhətləri var və onlar hər
nə olursa olsun, onlarıçün
kimnsə narahat olmasını istəmir...
Amma özləri məqsədə çatandək
rahat yuxu
yatmır... Məqsədsə
müqəddəsdir: Ana Vətən
Xidməti!
Yaxşı xatırlayıram, uzun
illər bundan öncə, Tovuzun “Həqiqət” qəzetində,
o zamankı hərbi çağırışçılardan olan İsmayıl adlı gənc şairin belə bir şeiri çap edilmişdi:
“Könlümü oxusaydın,
Mən indi fəxr edirəm. –
Ana, gözlərin aydın,
Bu gün əsgər
gedirəm.
Bu şad xəbəri bildik,
Bağçamız bağa döndü.
Vətən, hazıram! – deyə,
Ürəyim dağa döndü.
Könlümüzdə xoş səsdir
Vətənin məhəbbəti.
Vəzifə müqəddəsdir:
Ana Vətən xidməti”...
Ana Vətənin
müdafiəsini, torpaqlarımızın
azadlığını müqəddəs
bilən oğullarımız
olduqca, biz varıq! Çuvaşların məşhur
sözü ilə desək: Epir pulna, pul, pulatpır!
– Vardıq, varıq, var olacağıq!
Aslanov Röyal Elzar oğlu ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə
“Vətən uğrunda”
medalı ilə təltif olunub.
Biz Sizdən narahat deyilik, əziz şəhdlərimiz! Siz mərtəbələrin ən
gözəlindəsiz: Şəhidlik
mərtəbəsində! Məkanların
ən ülvisindəsiz:
Cənnətdə! Siz
də bizdən narahat olmayın – bu dünyanın cənnəti Şuşa
bizdədir – cənnət
şəhərimiz də,
milli ruhumuz da azaddır artıq!
Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin
sədri
Səs.-
2021.- 2 dekabr.- S.13.