Ermənilərin Azərbaycanda törətdiyi
terror aktları
Ermənistan
dövlətinin və erməni diaspunun maliyyə və təşkilatı
yardımı ilə dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının
Azərbaycana qarşı apardıqları terror müharibəsi
XX əsrin əvvəllərindən başlanıb. Bu proses 1980-ci illərin sonlarından başlayaraq Ermənistan xüsusi xidmət orqanlarının
da fəal dəstəyi ilə ardıcıl xarakter almışdır. 1-ci Qarabağ
Müharibəsində Azərbaycanın
Qarabağ bölgəsinin
işğalı zamanı
kütləvi vahimə
yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın
xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi
ərazilərdən xeyli
uzaqda, dinc azərbaycanlı əhalisinin
yaşadığı məntəqələrdə
terror aktları təşkil etmiş, nəticədə minlərlə
günahsız insan həlak olmuşdur. 2-ci Qarabağ Müharibəsi
zamanı isə cəbhədən uzaqda yerləşən şəhərlərə raket
atəşləri ilə
100 mülki vətəndaşı
qətlə yetirmişlər.
Terrora qarşı mübarizədən dəm
vuran dünya birliyi isə bunları görmür…
Əvvəli burada
https://sia.az/az/news/politics/844634.html
II
HİSSƏ
Son 30 ildəki erməni terroru faktları
16 sentyabr 1989-cu il.
“Tbilisi-Bakı” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər
həlak olmuş, 25 nəfər yaralanmışdır.
18 fevral 1990-cı il.
Yevlax-Laçın yolunun 105-ci km-də
“Şuşa-Bakı” marşrutu
ilə hərəkət
edən avtobus partladılmış, çoxlu
insan tələfatı
olmuşdur.
11 iyul 1990-cı il.
“Tərtər-Kəlbəcər”
sərnişin avtobusu
partladılmış, dinc
əhali olan maşın karvanına qarşı terror aksiyası
keçirilmiş, nəticədə
14 nəfər qətlə
yetirilmiş, 35 nəfər
yaralanmışdır.
10 avqust 1990-cı il.
“Tbilisi-Ağdam” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər
həlak olmuş, 30 nəfər yaralanmışdır.
Cinayətin təşkilatçıları
A. Avanesyan və M. Tatevosyan cinayət məsuliyyətinə cəlb
olunmuşlar. Həmin
gün “Şəmkir-Gəncə”
avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı
43-80 AQF dövlət nömrə
nişanlı avtobus partladılmış, nəticədə
17 nəfər həlak
olmuş, 26 nəfər
yaralanmışdır.
30 noyabr 1990-cı il.
Xankəndi aeroportu yaxınlığında
sərnişin avtobusu
partladılmış, 2 nəfər
həlak olmuş, 11 nəfər yaralanmışdır.
09 yanvar 1991-ci il.
“Molodyoj Azerbaycana”
qəzetinin müxbiri
Salatın Əsgərova
və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı
terror aktı nəticəsində
4 nəfər qətlə
yetirilmişdir. Terrorçu qrupun
üzvləri A.Mkrtçyan,
Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə
cəlb olunmuşlar.
30 may
1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının
Xasavyurd stansiyası yaxınlığında “Moskva-Bakı”
sərnişin qatarı partladılmış,
nəticədə 11 nəfər
həlak olmuş, 22 nəfər yaralanmışdır.
19 iyun 1991-ci il.
“Yevlax-Laçın” avtomobil
yolunun 106-cı kilometrində
5459 saylı hərbi hissəyə məxsus
“UAZ-469” markalı avtomaşın
partladılmış, 3 nəfər
həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.
31 iyul 1991-ci il.
Dağıstan Respublikasının
Temirtau stansiyası yaxınlığında
“Moskva-Bakı” sərnişin
qatarı partladılmış, nəticədə
16 nəfər həlak
olmuş, 20 nəfər
yaralanmışdır.
02 avqust 1991-ci il.
Hadrut rayonunun Dolanlar kəndində
“QAZ-53” markalı avtomaşın
partladılmış, nəticədə
4 nəfər həlak
olmuş, 8 nəfər
yaralanmışdır.
21 avqust 1991-ci il.
Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında “KAVZ” markalı
70-30 AQO dövlət nömrə
nişanlı avtobus partladılmış, nəticədə
2 nəfər həlak
olmuş, 10 nəfər
ağır bədən
xəsarəti almışdır.
08 sentyabr 1991-ci il.
“Ağdam-Xocavənd” avtobusunun atəşə tutulması nəticəsində
5 nəfər qətlə
yetirilmiş, 34 nəfər
müxtəlif dərəcəli
xəsarət almışdır.
Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta
yetirilmişdir. Həmin gün
“Ağdam-Qaradağlı” marşrutu
ilə işləyən
avtobus erməni quldurları tərəfindən
atəşə tutulmuş,
8 nəfər həlak
olmuş, 42 nəfər
müxtəlif dərəcədə
xəsarət almışdır.
26 sentyabr 1991-ci il.
“Yevlax-Laçın” yolunda
“VAZ-2106” markalı D 72-07 AQ nömrə nişanlı
avtomaşın partladılmış,
nəticədə 2 nəfər
həlak olmuş, 14 nəfər yaralanmışdır.
19 oktyabr 1991-ci il.
Ağdərə rayonunun
Sırxavənd kəndi
yaxınlığında “UAZ-469” markalı avtomaşın partladılmış, nəticədə
3 nəfər həlak
olmuş, 2 nəfər
ağır yaralanmışdır.
20 noyabr 1991-ci il.
Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” vertolyotunun atəşə
tutulması nəticəsində
vertolyot heyəti və sərnişinlər
- Azərbaycanın görkəmli
dövlət və hökumət nümayəndələri,
Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur.
26 dekabr 1991-ci il.
Şuşa-Laçın yolunun
4-cü kilometrliyində “ZİL-130” və “Moskviç” maşınları partladılmış,
5 nəfər həlak
olmuş, 4 nəfər
yaralanmışdır.
08 yanvar 1992-ci il.
Türkmənistandan “Krasnovodsk-Bakı” marşrutu ilə hərəkət edən dəniz bərəsində
törədilən terror aktı
nəticəsində 25 nəfər
həlak olmuş, 88 nəfər yaralanmışdır.
28 yanvar 1992-ci il.
“Ağdam-Şuşa” marşrutu
ilə uçan
Mİ-8 mülki vertolyotu
Şuşa şəhəri yaxınlığında
erməni terrorçuları
tərəfindən vurulmuşdur.
Nəticədə çoxu qadın
və uşaq olan 44 nəfər həlak olmuşdur.
1992-ci ilin yanvar ayında
erməni terrorçu
dəstələri Kərkicahan
qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində
77 nəfər və
26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər
dinc sakini qətlə yetirmiş,
650 nəfəri isə
yaralanmışlar.
22 mart
1992-ci il. “UAZ 469” markalı 60-25 AZU dövlət nişanlı
avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə
3 nəfər həlak
olmuş, 2 nəfər
yaralanmışdır.
28 mart
1992-ci il. “Kamaz-5410” markalı 40-53 AQŞ dövlət nişanlı
avtomaşın partladılmış,
nəticədə 3 nəfər
həlak olmuş, 2 nəfər yaralanmışdır.
18 aprel 1992-ci il.
“Qazax-cəfərli” yolunun 10-cu kilometrliyində
“Vaz” markalı maşın silahlı basqına məruz qalmış, nəticədə
2 nəfər ölümcül
yaralanmışdır.
20 may
1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında “UAZ-469” markalı 80-33 AQD dövlət
nömrə nişanlı
avtomaşın silahlı
basqına məruz qalmış, nəticədə
2 nəfər həlak
olmuş, 2 nəfər
yaralanmışdır.
28 fevral 1993-cü il.
Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı”
sərnişin qatarı partladılmış,
11 nəfər həlak
olmuş, 18 nəfər
yaralanmışdır.
02 iyun 1993-cü il.
Bakı dəmir yolu vağzalında sərnişin
qatarının vaqonunun
partladılması nəticəsində
dövlətə külli
miqdarda maddi ziyan dəymişdir.
Partlayışın icraçısı
İqor Xatkovski Ermənistan Respublikası
Milli Təhlükəsizlik
Baş İdarəsi kəşfiyyat şöbəsinin
rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi
əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə
Azərbaycana göndərildiyini,
böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar
törətmək tapşırığı
aldığını etiraf
etmişdir. İstintaq zamanı sübuta
yetirilmişdir ki, həmin qrup 1992-1994-cü
illərdə Rusiya ərazisindən Bakıya
gələn sərnişin
qatarlarında silsilə
partlayışlar törətmişdir.
22 iyul 1993-cü il.
Tərtər rayonunda törədilmiş
partlayış nəticəsində
5 nəfər həlak
olmuş, 18 nəfər
yaralanmışdır. Həmin gün Qazax rayonunun mərkəzində
törədilmiş partlayış
nəticəsində 6 nəfər
həlak olmuş, 10 nəfər yaralanmışdır.
30 avqust 1993-cü il.
Hadrut rayonu ərazisində
“ZİL” markalı maşın
partladılmış, nəticədə
2 nəfər həlak
olmuşdur. Həmin
hadisədən bir neçə gün sonra içərisində
12 nəfər kənd
sakini olan “QAZ-66” markalı sərnişin avtobusu partladılmış,
nəticədə 4 nəfər
həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.
01 fevral 1994-cü il.
Bakı dəmir yolu vağzalında “Kislovodsk-Bakı”
sərnişin qatarında
terror aktı törədilmiş,
3 nəfər həlak
olmuş, 20 nəfər
yaralanmışdır.
18 mart
1994-cü il. Xankəndi şəhəri yaxınlığında
İran Hərbi Hava Qüvvələrinə məxsus
“Herkules” tipli təyyarə vurulmuş,
34 diplomat və ailə
üzvləri həlak
olmuşlar.
19 mart
1994-cü il. Bakı metropolitenin “20 Yanvar” stansiyasında törədilmiş
partlayış nəticəsində
14 nəfər həlak
olmuş, 49 nəfər
yaralanmışdır. Məhkəmə sübut etmişdir
ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış,
separatçı “Sadval”
ləzgi təşkilatının
üzvləri tərəfindən
həyata keçirilmişdir.
13 aprel 1994-cü il. Dağıstan Respublikasının “Daqestanskiye
Oqni” stansiyası yaxınlğında “Moskva-Bakı”
sərnişin qatarı partladılmış,
6 nəfər həlak
olmuş, 3 nəfər
yaralanmışdır.
03 iyul 1994-cü il.
Bakı metropolitenin
“28 May” və “Gənclik”
stansiyaları arasında
elektrik qatarındakı
partlayış nəticəsində
13 nəfər həlak
olmuş, 42 nəfər
müxtəlif dərəcəli
bədən xəsarəti
almışdır.
Bunlar erməni
terror təşkilatlarının və Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda
törətdikləri terror aktlarının tam siyahısı
deyil. Bu faktların
hamısı təkzibedilməz
dəlillər və faktlarla sübuta yetirilmişdir. Ermənilərin çoxu Avropada olmaqla 15-dən artıq
terror təşkilatının olması və Azərbaycanda bu qədər terror aktı törətməsi nədənsə
insan hüquqlarından
dəm vuran beynəlxalq təşkilatların,
həmçinin böyük
dövlətləri narahat
etmir. Onlar ermənilərin saxta məlumatları əsasında Azərbaycan
ordusunda əcnəbi muzdlu axtarmaqla məşğul olurlar.
Belə bir ədalətsiz və qərəzli yanaşmanın mahiyyətini
və buna qarşı sərt etirazı Azərbaycan Prezidenti İlham Əliyev öz çıxış və
müraciətlərində, həmçinin beynəlxalq
tribunalardan dəfələrlə
sərt şəkildə
demişdir. Lakin “erməni
sevgisi” bu beynəlxalq təşkilatları
və böyük dövlətləri ədalətli
olmağa qoymur. Beləliklə, terrora qarşı
mübarizədən danışanlar,
məhz terorru müdafiə edirlər.
Dünya birliyi deyilən şeyin acı reallığı budur!
Elçin Bayramlı
Səs.- 2020.- 26 dekabr.- S.15