Rusiya eksperti: Azərbaycan 30 illik milli faciəyə son qoydu

   

 

Bakıda hərbi qələbə paradı. Bu, uğurun haqlı vizuallaşdırılmasıdırmı? Azərbaycan nəyi kimə göstərdi? Ermənistanda daxili siyasi vəziyyət son dərəcə kəskin olaraq qalır. Müxalifət məğlubiyyət simvolu olan Paşinyanı yıxmağa çalışır. Niyə o hələ müqavimət göstərir?

 

Rusiyanın nüfuzlu hərbi eksperti, “Milli Müdafiəjurnalının baş redaktoru İqor Korotçenko Pravda.Ru İnternet nəşrinin baş redaktoru İnna Novikovaya müsahibəsində son günlərin ən vacib maraqlı hadisələri barədə danışıb. Müsahibəni təqdim edirik.

 

- İqor, Bakıda Zəfər hərbi paradı keçirildi. Bu üçün lazım idi? Azərbaycanlıların mənəvi ruhunu yüksəltmək üçün? Deyəsən bu, onsuz da ən yaxşı vəziyyətdədir. Fransızları, erməniləri, başqalarını incitmək? Yoxsa gələcək üçün bir bəyannamədir? fikirləşirsən?

 

- Yəqin ki, nəhayət, bu müəyyən dərəcədə simvolizmdir təsadüfi deyil. Əvvəldən elan olundu ki, Azərbaycan vətənpərvərlik müharibəsi aparır, ərazisini azad etmək üçün müharibə aparır. Artıq bunun içində müəyyən bir simvolika var idi.

 

30 il ərzində Azərbaycan ərazilərinin 20%-i Bakının yox, Ermənistanın nəzarətində idi. Nəticəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası olan bu 44 günlük müharibə, əlbəttə ki, Azərbaycan xalqı tərəfindən qələbə kimi qəbul olunur. həqiqətən belədir.

 

Keçmişdəki səhvləri düzəltmək

 

Beləliklə, bu hərbi paradla Azərbaycan bu ölkənin tarixində baş verən təxminən 30 illik milli faciəyə son qoyur.

 

1990-cı illərin əvvəllərində Ermənistanın qələbəsi mümkün oldu, çünki o dövrdə Azərbaycanda güclü dövlət gücü yox idi. Cəbhədəki uğursuzluqlarda Azərbaycanın verdiyi ərazi itkilərində günahkar olan Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldi.

 

Qaliblərin zəfəri

 

Bu parad müasir Azərbaycan ümumilikdə Cənubi Qafqaz üçün epoxa yaradan bir hadisədir.

 

Əlbətdə ki, İrəvandakı əhval-ruhiyyə tamamilə başqa cürdür. Ermənistan üçün ermənilər üçün bu milli bir faciə şokdur, çünki orada heç kim belə bir nəticə gözləmirdi.

 

Bir çoxları, hətta Rusiyada belə bir nəticə gözləmirdilər, çünki əvvəlki toqquşmalar ciddi bir şeylə bitməmişdi.

 

Budur bir zəfər, əsl hərbi qələbə. Əlbətdə ki, hadisə siyasi semantik əhəmiyyətinə görə çox böyükdür. Azərbaycan qələbə çaldı!

 

Bu baxımdan, hərbi parad bütün bu az qala 30 illik qarşıdurmaya son qoyur. İndi hadisələrin necə inkişaf edəcəyini müşahidə edəcəyik.

 

- Aydındır ki, indi Ermənistanda vəziyyət tamamilə fərqlidir. Bir sıra siyasətçilərin hədələrinə, kifayət qədər sərt açıqlamalarına baxmayaraq Paşinyan hələ yerində qalır. Özü sərt açıqlamalar verir, xalqı fərqli addımlar atmağa çağırır. Əhəmiyyətli sayda insan onu dəstəkləyir, baxmayaraq ki, belə bir məğlubiyyətdən sonra istefa verməli idi. Necə düşünürsünüz?

 

- Bəli, Paşinyan məğlubiyyətin simvoludur. Bundan əlavə, Paşinyan Azərbaycanın şərtləri ilə üçtərəfli siyasi müqavilə imzaladı.

 

Paşinyanın hələ hakimiyyətdə olmasının əsas amili, düşünürəm ki, ona qarşı çıxmayan erməni hərbçilərinin mövqeyidir.

 

Paylaşılan məsuliyyət

 

Paşinyan deyir ki, erməni generalları, Ermənistan Müdafiə Nazirliyinin rəhbərləri döyüş əməliyyatlarını dayandırmasını təklif etməklə özləri bu müqaviləni imzalayıblar.

 

Bu səbəbdən cəbhədəki mövcud vəziyyətdən yalnız o cavabdeh deyil. Bu məsuliyyəti hərbi rəhbərlik bölüşür.

 

Düzdür, müdafiə naziri Tonoyan artıq vəzifəsindən azad edildi. Yeni bir müdafiə naziri gəldi, döyüş əməliyyatları zamanı Paşinyanın hərbi müşaviri idi. Ordunun milli təhlükəsizlik xidmətinin sədaqəti Paşinyana müəyyən siyasi sabitlik verir.

 

Əlbəttə ki, Yerevanda bir neçə gün ərzində tam xaos hökm sürdü. İzdiham hökumət binasını Paşinyanın iqamətgahını ələ keçirdi, poqromlar var idi. Paşinyan xaos anarxiya günlərində Müdafiə Nazirliyinin binasının altındakı yeraltı bunkerdə gizləndi. Erməni hərbçiləri özləri Paşinyanı qoruyurdular.

 

Kaş bunlar olmasın

 

Bu gün, buna baxmayaraq, müxtəlif təxminlərə görə, Ermənistan əhalisinin 54-58% -i Paşinyanı dəstəkləyir, çünki erməni xalqı əvvəlki siyasi rəhbərliyə iddialarla çıxış edib.

 

Paşinyan bir sıra böyük korrupsiya işləri açıb. Buna görə insanlar, məğlubiyyətin acılarına baxmayaraq, onu dəstəkləyirlər, çünki keçmiş korrupsionerlərin erməni siyasi Olimp zirvələrinə qayıtmasını istəmirlər.

 

Digər bir vacib vəziyyət Paşinyanın partiyadaşları tərəfindən dəstəklənməsi, Paşinyan fraksiyasının isə konstitusiya çoxluğuna sahib olmasıdır. Ermənistanda hakimiyyəti yalnız parlamentdə səs verməklə dəyişdirmək mümkündür.

 

Paşinyan Putin tərəfindən saxlanıldı

 

Paşinyanın siyasi sabitliyi təbii ki, gözlənilməz bir amildir. Ancaq daha bir şey var. Bu gün Ermənistan çoxvektorluğun artıq seçim məsələsi olmadığı bir vəziyyətdədir. Ya Rusiya ilə, ya da milli bir fəlakət.

 

Putin ictimaiyyət qarşısında Paşinyanı dəstəklədi bildirdi ki, Paşinyanın cəsarətli, lakin çox sərt bir qərarı ilə müharibəni Ermənistanın əvvəllər əlində saxladığı ərazilər üzərində nəzarətdən imtina etmək şərti ilə dayandırmaq lazımdır.

 

Putin beləliklə Rusiyanın Paşinyanın dərhal istefasında israr etməyəcəyini açıq şəkildə bildirdi. Bu, müəyyən dərəcədə sabitliyin təməlini qoydu

 

(Davamı olacaq)

 

Tərcümə: Elçin Bayramlı

 

 Səs .- 2020.- 17 dekabr.- S.12.