Kommersant” qəzeti:
"Azərbaycan xalqının
tarix boyu belə lideri olmamışdı"
Dekabrın 18-də MDB Dövlət Başçıları
Şurasının videokonfrans
formatında keçirilmiş
sammitində Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışı
Rusiya KİV-lərinin
diqqət mərkəzindədir.
SİA xəbər
verir ki, bu ölkənin aparıcı nəşrlərindən
olan “Kommersant” qəzetinin “Kreml pulu” deyilən jurnalistlər qrupuna daxil olan müxbiri
Andrey Kolesnikov ali tədbirə həsr olunmuş məqaləsində Azərbaycan
Prezidentinin çıxışını
qələbə nitqi
kimi qiymətləndirib.
Jurnalist yazır
ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə təşkil olunmuş tədbirdə Ermənistan baş nazirindən başqa MDB-yə daxil olan
bütün dövlətlərin
başçıları iştirak
edirdi.
A.Kolesnikov xatırladıb
ki, Azərbaycan Prezidenti sammitdə ilk çıxışçı
idi. Onun bir saat davam
edən, demək olar, bütövlükdə
Azərbaycan xalqının
düşmənlə mübarizəsinə
və düşmən
üzərində qəti
qələbəsinə həsr
olunmuş nitqinin məğzi belə idi: “Biz Ermənistanı
məğlub etdiyimiz kimi, koronavirusa da qalib gələcəyik”.
Jurnalist yazır
ki, MDB üzrə həmkarları Prezident İlham Əliyevi müəyyən gərginliklə
dinləyirdilər. Azərbaycan Prezidenti
onlara Ermənistanın
işğalçı dövlət
olduğunu, danışıqların
davam etdiyi 28 il ərzində dünya birliyini aldatdığını, bir
santimetr də olsun torpaq qaytarılmayacağı
barədə bəyanatları,
işğal olunmuş
ərazilərin qeyri-qanuni
məskunlaşdırılmasını,
ATƏT-in Minsk qrupunun isə danışıqlar prosesinə,
yeni heç bir töhfə
verməyə qadir olmadığını xatırladıb.
A.Kolesnikov Azərbaycan liderinin
“Ermənistanın hərbi-siyasi
rəhbərliyinin belə
bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa
çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına
dair öz mövqeyində bundan sonra da israr
edərsə, tezliklə
erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də
oldu, amma erməni tankları bizim küçələrdə
dekabrın 10-da Azərbaycanın
bu müharibədə
Zəfərinə həsr
edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü” sözlərini
xüsusi diqqətə
çatdıraraq yazır:
“İlham Əliyev rahat və inamla
danışırdı.
Onun nitqində bir kəlmə də olsun artıq
söz yox idi, dəqiq formalaşdırdığı fikirləri, heç şübhəsiz, Azərbaycan
PUA-ları erməni tanklarını vurduğu
kimi, birbaşa hədəfə dəyirdi.
Qarşımızda Azərbaycan
xalqının liderini
görürdük. Tarix
boyu bu xalqın
hələ belə lideri olmamışdı və xalq özü
də indi buna əmindir”, - deyə məqalədə
bildirilir.
Sammit iştirakçılarının
Azərbaycan Prezidentini
diqqətlə dinlədiklərini
vurğulayan müxbir
yazır: “Görünür
onların hər biri özünü ambisiyalarından asılı
olaraq gah Nikol Paşinyanın, gah da İlham
Əliyevin yerində hiss edirdilər”.
Azərbaycan Prezidentinin İkinci
Qarabağ müharibəsi
dövründə düşmən
tapdağı altından
azad edilən şəhər və rayonların adlarını
sadaladığını, noyabrın
8-də qədim Azərbaycan
şəhəri, Qafqazın
incisi Şuşanın
işğalına son
qoyulması ilə hərbi əməliyyatların
başa çatdığını
söylədiyini
qeyd edən A.Kolesnikov onun “darmadağın edilmiş
ordu Paşinyanın ordusu deyil, bu,
20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı
ordudur” sözlərini
də sitat gətirib. Onun fikrincə, Azərbaycan Prezidenti bu sözləri
üçtərəfli müqavilənin
sonadək yerinə yetirilməsinə nail olmaq üçün deyib.
Sonda A.Kolesnikov
yazır: “İlham Əliyev “biz, Qarabağı dirçəldəcəyik
və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik” sözləri
ilə öz benefisini başa çatdırdı. Qəribə
idi ki, alqış
səsləri eşidilmirdi.
Sammitdə bundan sonra baş verənlər isə artıq heç bir əhəmiyyət kəsb etmirdi”.
Səs.-
2020.- 22 dekabr.- S.5.