Güclü iqtisadiyyat,
güclü dövlət,
güclü Lider
Hər
bir xalqın dünyada tanınmasında, uğurlar əldə
etməsində və təbii ki, dünyada cərəyan edən
qlobal proseslərin öndə gedənlərinə
çevrilməsində liderlərin xüsusi əhəmiyyəti
mövcuddur. Liderlik amili
elə bir şəxsiyyətlərə aid
olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə
etməklə yanaşı,
həm də inkişaf etdirir. Məhz bu kimi önəmli
faktorun təhlilini apararkən, Azərbaycanın
bu siyahıda birinci olması şəksizdir. Çünki
Azərbaycanın inkişaf
və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda Azərbaycan Prezidenti İlham Əliyev Liderliyi amili mövcuddur.Azərbaycan
Prezidenti İlham Əliyev dəfələrlə
çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın
inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin
yürütdüyü müstəqil
siyasət həmişə
birmənalı olub:
"Güclü dövlət,
güclü iqtisadiyyat
və sosial rifah. Bax, bu
prinsiplərin vəhdəti
bu gün Azərbaycanı dünyada
seçilmiş ölkələrin
sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".Bu fakt son on
yeddi ildə Azərbaycan iqtisadi göstəricilərinə görə
islahatçı ölkələr
siyahısında olması
bir daha deyilənlərin göstəricisidir.
Belə ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 17 il ərzində
2,7 milyon yeni iş yerləri yaradılıb. Azərbaycan iqtisadiyyatı 3,5 dəfə, qeyri-neft sektoru 2,9 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə,
əsas kapitala yönəlmiş vəsaitlərin
həcmi 2,9 dəfə,
dövlət büdcəsinin
gəlirləri 20 dəfə,
əhalinin nominal gəlirləri 9,9 dəfə,
iqtisadiyyatın kreditləşməsi 22,8 dəfə
artıb. İşsizlik
səviyyəsi 9,2 faizdən
4,8 faizədək, yoxsulluq
səviyyəsi 44,7 faizdən
4,8 faizədək azalıb.
Həyata keçirilən
islahatlar nəticəsində
minimum pensiya 200 manata, minimum əməkhaqqı 250 manatadək
artıb. Hazırda nominal orta əməkhaqqı
700 manatdan çoxdur.
Rəqəmlər göstərir
ki, Azərbaycan iqtisadiyyatı son 17 ildə kifayət qədər çox ciddi inkişaf yolu keçib. Xüsusən də fiskal gəlirlərdə müşahidə edilən
artım, dövlət
gəlirlərinin 20 dəfə
artması böyük
rəqəmdir. Belə bir
artım digər ölkələrin təcrübəsində
çox nadir rast gəlinən artımdır. 2003-cü ildən
ölkə iqtisadiyyatına
260 milyard dollardan çox investisiya yatırılması sayəsində
ölkəmizin karbohidrogen
ehtiyatların ixrac kəmərləri, beynəlxalq
logistik nəqliyyat dəhlizləri, ölkə
daxili infrastruktur tikilib, Azərbaycan dünyanın ən sürətli inkişaf edən
iqtisadiyyatına malik ölkələrin sırasına
daxil ola bilib.Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı
alıcılıq qabiliyyəti
paritetinə görə
Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini
təşkil edir.
Azərbaycan enerji sahəsindən əldə
olunan gəlirlərin
indiki və gələcək nəsillər
arasında ədalətli
bölgüsünə xüsusi
əhəmiyyət verir.
Bu məqsədlə
1999-cu ildə Dövlət
Neft Fondu yaradılmışdır. Yaranma
vaxtı aktivlərinin
270 milyon dollar təşkil etdiyi Fondun bu günə
olan aktivlərinin həcmi ölkənin ümumi daxili məhsulunu üstələyir.
Azərbaycan gəlirlərin ədalətli
bölgüsünün səviyyəsinə
görə dünya üzrə ən yüksək pillələrdədir.Məhz
son 17 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini
daha da möhkəmləndirib,
regional gücünü və qlobal əhəmiyyətini
kifayət qədər
artırmış olub.
Prezident İlham Əliyev cənablarının
dediyi "Əldə
edilmiş uğurların
dünyada bərabəri
yoxdur» fikri, bu gün həqiqətən
də ölkəmizdə
İkinci Vətən
müharibəsi getdiyi
bir zamanda görünməkdədir. Xüsusilə, mənfur terrorçu Ermənistan sentyabrın
27-də İkinci Vətən
müharibəsi başlayan
gündən bütün
dünya bir daha şahidi oldu ki, Azərbaycan
həqiqətən də
güclü dövlətdir
və bunu işğalçı, faşist
xislətli düşmən
dövlət də bir daha gördü.
Bu gün bir-birinin ardınca işğal olunmuş torpaqlarımızın azad
olunması, məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyev cənablarının uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın
ən güclü 50 ordusundan birinə çevrilməsidir ki, Müzəffər Azərbaycan Ordusu
və rəşadətli
əsgərlərimiz bu
gün döyüş
meydanında öz sözünü deyir və işğalçılıq
siyasətindən əl
çəkmək istəməyən
Ermənistan öz layiqli cavabını alır. Çünki Azərbaycan haqq və ədaləti, beynəlxalq hüquq müstəvisində
öz ərazi bütövlüyünün bərpa
olunması yolunda mübarizədə Qalib gələrək bir daha sübut etdi ki, Qarabağ
Azərbaycandır!Bu qələbənin altındakı imzanın müəllifi isə Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin diplomatik və qətiyyətli siyasəti, Ordumuzun gücü, rəşadətli
əsgər və zabitlərimizin şücaəti,
xalqımızın öz
rəhbəri ətrafında
səfərbərliyi Vətən
müharibəsində
Qələbəni təmin
etdi. Dekabrın 10-da keçirilən Zəfər
paradı da xalqımız öz tarixi qələbəsini bir daha bütün
dünyaya nümayiş
etdirdi. Bu parad hər birimizi qürurlandırdı,
duyğulandırdı, qələbəmizlə
fəxr etdik. Bu parada səbəb olan qələbə Azərbaycanın bir dövlət olaraq gücünü, qüdrətini,
xalqımızın öz
haqqı uğrunda mübarizə aparmaq əzmini beynəlxalq ictimaiyyətə bir daha yaxından tanıtdı. Bu qələbə ilə dünya erməniliyinin onilliklər boyu Azərbaycana qarşı apardığı saxta təbliğat
iflasa uğradı. Prezident İlham Əliyev öz müdrik siyasəti ilə zamanı yetişdirdi və rəşadətli ordumuz torpaqlarımızı işğaldan
azad edərək Cəbrayılda, Füzulidə,
Zəngilanda, Qubadlıda,
Qarabağın tacı
Şuşada, Ağdamda,
Kəlbəcərdə, Laçında
üçrəngli bayrağımızı ucaltdı və həmin qələbə bayraqları Zəfər paradında Qarabağ Azərbaycanındır, Qarabağ
Azərbaycandır! nümayiş
etdirildi.Azərbaycanımızı, xalqımızı isə
qarşıda daha nəhəng, daha davamlı uğurlar gözləyir - İlham Heydər oğlu Əliyev Cənablarının
Liderliyi, rəhbərliyi və əlbəttə ki, müdrik siyasəti nəticəsində. Çünki
bu gün Onun ətrafında həm də tükənməz xalq amili, tükənməz xalq sevgisi formalaşıb.
Bizə, xalqımıza
bu hissi, möhtəşəm qələbə
sevincini yaşatdığınız
üçün üçün
Azərbaycan Prezidenti,
Müzəffər Ali
Baş Komandan İlham Əliyev cənablarına minnətdarıq!.
MƏŞHUR
MƏMMƏDOV
Milli Məclisin deputatı
Səs.-
2020.- 22 dekabr.- S.11