Azərbaycan-İtaliya əməkdaşlığının
tarixi kökləri var
İtaliyalılar azad Qarabağda energetika
infrastrukturunun yaradılmasına əməkdaşlıq edəcəklər
Ali Baş Komandan İlham
Əliyevi rəhbərliyi ilə müzəffər Azərbaycan
Ordusunun işgaldan azad etdiyi ərazilərdə elektroenergetika
infrastrukturunun yaradılması məqsədilə “Azərenerji”
ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın “Ansaldo
Energia” şirkətinin rəhbəri Marino Guiseppenin və
İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin
iştirakı ilə video-konfrans formatında
qarşılıqlı əməkdaşlıq sahəsində
təchizat müqaviləsi imzalanıb.
Bununla da Azad Qarabağda həyata keçiriləcək
layihələrə Türkiyə şirkətlərindən
sonra başqa bir nüfuzlu dövlət - İtaliya da qol qoydu.
“Azərenerji” ilə “Ansaldo Energia” rəhbərlərinin
İtaliyanın Azərbaycandakı səfirinin iştirakı
ilə imzalanan müqaviləyə görə, Agdam,
Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında
inşa olunacaq 4 ədəd 110 kV-luq yarımstansiyanın
avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia”
şirkəti həyata keçirəcək.
Bir daha xatırladaq ki, Ermənistanın
30 il ərzində işgal altında saxladıqları
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan
rayonlarında butun infrastruktur, o cümlədən elektrik
stansiyaları, yarımstansiyaları, ötürücü xətləri
dagıdaraq yerlə yeksan edilib. Bu ərazilərdə
enerji sistemindən əsər-əlamət belə yoxdur. Laçın, Kəlbəcər, Şuşa və
digər işğaldan azad edilmiş ərazilərdə isə
erməni qəsbkarları bütün enerji infrastrukturunu
dağıdıblar, apara bildikləri avadanlıqları
daşıyıblar, apara bilmədiklərini isə ya
partladıb, ya da yandırıblar.
Ermənistan-Azərbaycan müharibəsi zamanı
İtaliya Azərbaycanın yanında olmuş, bu ölkənin
parlament qrupu Azərnbaycana səfər etmişdir. Senatorlar Gəncə
şəhərinin Ermənistan tərəfindən raketlərlə
atəşə tutulmasının nəticələri ilə,
Ağdam rayonunda işğalın fəsadları ilə yerində
tanış olmuş, öz fikirlərini
bölüşmüşlər.
Prezident İlham Əliyev bildirib ki, müharibə
dövründə Azərbaycana dəstək verən, dost
ölkələr işğaldan azad olunmuş ərazilərdə
bərpa və yenidənqurma işlərinə cəlb
olunacaqlar. Bu gün Müstəqil Dövlətlər
Birliyinin Dövlət Başçıları Şurasının
videokonfrans formatında keçirilən iclasında
çıxış edən dövlət
başçımız bir daha bu fikirləri təkrarlayaraq
qeyd edib ki, birinci müqavilə Türkiyə şirkəti ilə
imzalanıb, ikinci müqavilənin isə İtaliya
şirkəti ilə imzalanması nəzərdə tutulur.
Azərbaycan-İtaliya əməkdaşlığının
tarixi kökləri var
Azərbaycan-İtaliya ikitərəfli
münasibətləri
İtaliya Azərbaycan
Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə
tanımış, 8 may 1992-ci ildə iki ölkə
arasında diplomatik əlaqələr
yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya
höküməti Cənubi Qafqaz ölkələri
arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis
etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan
Respublikasının İtaliyada Səfirliyi təsis
edilmişdir;
1992-1993-cü illərdə
İtaliya ATƏM-in (indiki ATƏT) Minsk Qrupu çərçivəsində
Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması
istiqamətində danışıqlar prosesinə cəlb
olunmuşdur, lakin münaqişənin həllinə dair
İtaliya tərəfinin (Mario Rafaellinin sədrliyi ilə)
hazırladığı təkliflər heç bir nəticə
verməmişdir.
1997-ci ilin 25-28 sentyabr tarixlərində Azərbaycan
Respublikası Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi
səfəri iki ölkə arasındakı münasibətlərin
inkişafına təkan vermişdir.
Azərbaycan-İtaliya əməkdaşlığının
tarixi kökləri var
1997-ci ildən sonrakı dövrdə
İtaliyanın rəsmi şəxsləri Azərbaycana, Azərbaycanın
rəsmi şəxsləri isə İtaliyaya çoxsaylı
səfərlər etmiş, iki ölkə arasında ikitərəfli
əlaqələrin tənzimlənməsi, əməkdaşlığın
inkişaf etdirilməsinə dair sənədlər
imzalanmışdır.
2005-ci ilin 24-25 fevral tarixlərində Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi
səfər etmişdir. Səfər vaxtı Azərbaycan-İtaliya
Birgə Bəyannaməsi qəbul olunmuş və iki ölkə
arasında əməkdaşlığa dair
aşağıdakı 8 sənəd imzalanmışdır:
2008-ci ilin 25-26 noyabr tarixlərində, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin İtaliya
Nazirlər Şurasının Sədri Silvio Berluskoninin dəvəti
əsasında ilə İtaliyaya rəsmi səfər
etmişdir. Səfər zamanı Azərbaycan Prezidenti
İtaliya Nazirlər Şurasının Sədri Berluskoni və
İtaliya parlamentinin Deputatlar Palatasının Sədri Fini,
aparıcı İtaliya şirkətlərinin rəhbərləri
görüşmüşdür.
2 iyun 2011-ci il tarixində İtaliya
Respublikasının Prezidenti Corcio Napolitanonun dəvəti ilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
İtaliyanın birləşdirilməsinin 150-ci
ildönümü ilə bağlı təşkil olunmuş
rəsmi tədbirdə iştirak etmişdir. O, həmçinin
5000 hərbçinin iştirak etdiyi hərbi paradda və
nümayəndə heyətlərinin şərəfinə təşkil
olunmuş konsert proqramında iştirak etmişdir və bir
sıra görüşlər keçirmişdir.
2011-ci ilin 25 noyabr – 4 dekabr tarixlərində
Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva
İtaliyaya səfər etmişdir.Azərbaycanın Birinci
Xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən
Romada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr edilən mərasimdə
iştirak etmək məqsədilə Mehriban Əliyevanın
İtaliyaya səfəri zamanı İtaliya Baş nazirinin
xanımı Elza Antonioli Monti və prezident C.Napolitano ilə
görüşlər keçirilmişdir.
2012-ci ilin 19-22 aprel tarixlərində Azərbaycanın
Birinci Xanımı Mehriban Əliyeva İtaliyaya səfər
etmişdir.
2012-ci ilin 17-21 aprel tarixlərində
İtaliyada ilk dəfə olaraq Azərbaycan Mədəniyyət
Günləri keçirilmişdir.
2012-ci ilin 18-19 iyul tarixlərində İtaliya
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
general Biacio Abrate Azərbaycana rəsmi səfər
etmişdir. Səfər zamanı o, müdafiə naziri ilə
görüşmüş, Prezidenti tərəfindən qəbul
edilmişdir.
2013-cü il 5 mart tarixində Romanın
Müasir İncəsənət Muzeyində “Fly to Baku”
müasir incəsənət sərgisinin
açılış mərasimi keçirilmişdir. Sərginin
açılışında Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva iştirak etmişdir. Sərgi 26 mart tarixinədək
davam etmişdir.
2013-cü ilin 11-12 avqust tarixlərində
İtaliyanın baş naziri Enriko Lettanın
başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana
səfər etmişdir. Səfər çərçivəsində
Azərbaycan Prezidenti və İtaliya baş naziri arasında
görüş keçirilmişdir. Səfərin sonunda Birgə
Bəyannamə qəbul edilmişdir.
25 oktyabr tarixində Heydər Əliyev Fondunun dəstəyi
ilə təmir-bərpa işlərinin həyata
keçirildiyi Romanın Kapitolini Muzeyinin “Filosoflar
zalı”nın açılış mərasimi
keçirilmişdir.
2013-cü ilin 12-14 noyabr tarixlərində
İtaliyanın nüfuzlu işgüzar dairələrinin
nümayəndələrindən ibarət heyətin Azərbaycana
səfəri və Bakıda iri miqyaslı Azərbaycan-İtaliya
Biznes Forumu təşkil edilmişdir.
2014-cü il 13-15 iyul tarixlərində Prezident
İlham Əliyev İtaliyaya rəsmi səfər etmişdir.
2015-ci il 4 mart Romada Bakı 2015 Birinci Avropa
Oyunlarının təqdimat mərasimi keçirilmişdir. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva mərasimdə iştirak etmişdir.
2015-ci il 8-10 iyul tarixlərində Prezidenti cənab
İlham Əliyev “Milan EXPO 2015” beynəlxalq sərgidə Azərbaycan
pavilyonunun açılışında iştirak etmək məqsədilə
İtaliyaya işgüzar səfər etmişdir;
7-8 noyabr tarixlərində İtaliyanın
xarici işlər və beynəlxalq əməkdaşlıq
naziri Paolo Centiloni ölkəmizə rəsmi səfər
etmişdir. Belə ki, P.Centiloni Azərbaycana ilk rəsmi səfər
etmiş italyan xarici işlər naziri olmuşdur.
2018-ci il 18-19 iyul tarixlərində İtaliya
Respublikası Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfər
etmişdir. Bu, İtaliya Respublikası Prezidentinin Azərbaycana
ilk rəsmi səfəri olmuşdur. Səfərdə
Prezident Sercio Mattarellanı xarici işlər və beynəlxalq
əməkdaşlıq naziri Enzo Moavero Milanesi müşayiət
etmişdir. 18 iyul tarixində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev ilə İtaliya
Respublikasının Prezidenti Sercio Mattarella arasında əvvəlcə
təkbətək, sonra isə geniş tərkibdə görüş
keçirilmişdir. Görüş başa çatdıqdan
sonra hər iki dövlət başçısı mətbuata
bəyanatlarla çıxış etmişlər. Ardınca
hər iki dövlət başçının iştirakı
ilə aşağıdakı sənədlər
imzalanmışdır.
18-19 iyul tarixlərində İtaliya
Respublikası Prezidenti Sercio Mattarella Azərbaycan
Respublikasına rəsmi səfər etmişdir. Bu, İtaliya
Respublikası Prezidentinin Azərbaycana ilk rəsmi səfəri
olmuşdur. Səfərdə Prezident Sercio
Mattarellanı xarici işlər və beynəlxalq əməkdaşlıq
naziri Enzo Moavero Milanesi müşayiət etmişdir. 18 iyul
tarixində Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ilə İtaliya Respublikasının Prezidenti Sercio
Mattarella arasında əvvəlcə təkbətək, sonra
isə geniş tərkibdə görüş keçirilmişdir.
Görüş başa çatdıqdan sonra hər iki
dövlət başçısı mətbuata bəyanatlarla
çıxış etmişlər. Ardınca hər iki
dövlət başçının iştirakı ilə sənədlər
imzalanmışdır.
2020-ci il 19-21 fevral tarixlərində Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevin İtaliyaya dövlət səfəri həyata
keçirilib. Azərbaycan Respublikası Prezidentinin
İtaliyaya ilk dövlət səfəri olan bu səfər
mahiyyət və məzmun etibarilə tarixi səfər olub.Səfər
çərçivəsində ümumilikdə 28 sənəd
imzalanıb.
Azərbaycan-İtaliya əməkdaşlığının
tarixi kökləri var
Enerji sahəsində əməkdaşlıq
1995-cu ilin 10 noyabr tarixində
ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də
daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin
Azərbaycan sektorundakı Qarabağ perspektiv strukturunun kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsünə
dair Saziş imzalanmışdır.
1996-cu ilin 4 iyun tarixində
ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də
daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin
Azərbaycan sektorundakı Şah Dəniz perspektiv strukturunun kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsünə
dair Saziş imzalanmışdır.
1998-ci ilin 2 iyun tarixində
ARDNŞ və İtaliyanın ENİ/Agip şirkətinin də
daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin
Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun
kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsünə dair Saziş imzalanmışdır.
2002-ci ilin sentyabr ayında İtaliyanın
ENİ şirkəti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri
layihəsinə dair Sazişi imzalayaraq 5 % payla layihə
üzrə sponsorlar qrupunun üzvünə
çevrilmişdir.
Səs.- 2020.- 19 dekabr.- S.8.