"The Washıngton
Times": Azərbaycanda bütün
xristian məbədləri
bərpa edilib
"The Washıngton Times" qəzetində
Azərbaycan Prezidentinin
köməkçisi Hikmət
Hacıyevin "Azərbaycanda
bütün xristian məbədləri bərpa
edilib" sərlövhəli
məqaləsi dərc
olunub.
Milli.Az
AZƏRTAC-a istinadən
bildirir ki, müəllifin sözlərinə
görə, altı həftəlik müharibə
başa çatandan sonra Azərbaycan ərazilərini otuz ilə yaxın müddətdə işğal
altında saxlamış
Ermənistan silahlı
qüvvələri öz
ölkələrinə qayıdıblar.
İndi barışmaq və
dağıdılanları bərpa
etmək vaxtıdır,
lakin bəzi beynəlxalq KİV-lər
əsassız olaraq belə ittihamlar irəli sürürlər
ki, guya Azərbaycan bu ölkədəki xristian abidələrinə və
xristian irsinə qarşı "mədəni
soyqırım" törətməyi
planlaşdırır.
Belə iddiaları "sübut etmək" üçün
dini abidələrin sovet dövründə dağıdılmasına əsaslanan
fərziyyələr irəli
sürülür. Keçmiş SSRİ-nin bütün ərazisində dini binalar dağıdılırdı.
Bütün sovet məkanında
dini abidələrin bilərəkdən dağıdılması
dövlət siyasətinin
tərkib hissəsi olub. Stalin rejimi
dövründə Moskvada
pravoslav kilsələri,
Azərbaycanın paytaxtı
Bakıdakı Aleksandr
Nevski kilsəsi sökülüb, 25 mindən
çox məscid dağıdılıb.
Müasir Azərbaycanda bunun tam əksi olan siyasət həyata keçirilir. 1991-ci ildə
dövlət müstəqilliyini
bərpa etmiş Azərbaycan çoxkonfessiyalı
irsin bərpa edilməsinə tərəfdar
olduğunu bütün
dünyaya nümayiş
etdirib. Bakıdakı erməni kilsəsi
1990-cı ildə hərc-mərclik
dövründə zədələnəndən
sonra tam bərpa olunub. Hikmət Hacıyev vurğulayır
ki, hazırda bu kilsədə yerləşən kitabxanada
beş minə
yaxın qiymətli erməni əlyazması saxlanılır. Bir neçə il
bundan əvvəl Erməni Kilsəsinin başçısı Bakıdakı
kilsənin fəxri qonağı olub. Azərbaycan hökuməti tərəfindən
Bakıda ayrılmış
ərazidə yeni katolik kilsəsi tikilib, bu kilsənin
açılışında Roma Papası şəxsən
iştirak edib. Köhnə sinaqoqlar bərpa edilib, yeniləri açılıb, yeni yəhudi məktəbləri
tikilib.
Azərbaycan hökuməti respublika hüdudlarından kənarda
- Vatikan katakombaları,
Fransada roman kilsələri,
Strasburq kilsəsinin vitrajları kimi dini abidələrin bərpası layihələrinə
maliyyə yardımı
göstərib. Ona görə də
dünya Azərbaycan rəhbərliyinə inana
bilər və inanmalıdır, çünki
ölkə rəhbərliyi
bizim bu sözlərimizi öz əməli fəaliyyəti
ilə təsdiq edir. Azərbaycan rəhbərliyi açıq
elan edib ki, işğal nəticəsində dağıdılmış
Qarabağ regionunda xristian və müsəlman irsini bərpa edəcək.
UNESCO-nun da həmin layihədə iştirak edəcəyini bildirməsi
alqışa layiqdir.
Prezidentin köməkçisi
daha sonra yazır ki, Azərbaycan tərəfi
1990-cı illərin əvvəlində
700 minə yaxın azərbaycanlının qovulduğu
ərazilərdə ermənilər
tərəfindən dağıntılar
törədilməsini bilirdi.
Dağıdılmış evlərin və
dini binaların şəkillərini "Google"
axtarış sisteminin
xəritələrində görmək
olardı. İndi isə bütün bunları əyani şəkildə görmək
mümkündür. İşğal
nəticəsində 700-dən çox tarix və mədəniyyət
abidəsi, 927 kitabxana,
808 mədəniyyət mərkəzi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən
çox artefaktın saxlandığı 22 muzey,
4 rəsm qalereyası,
4 teatr, 2 konsert zalı zədələnib
və ya məhv edilib.
Ermənistanın bu dağıdıcı siyasəti hələ də davam edir:
BBC teleşirkətinin noyabr ayında nümayiş etdirdiyi kadrlarda işğal altında olan əraziləri üçtərəfli
Bəyanatın şərtlərinə
uyğun olaraq tərk edən ermənilər tərəfindən
"azərbaycanlıların oraya gələ bilməmələri üçün"
evlərin yandırılması
aşkar görünür.
Hikmət Hacıyev
yazır: "Biz hesab edirik ki,
Azərbaycanın müxtəlif
mədəniyyətlərə və dinlərə həssas münasibəti ibrət götürülməli
nümunədir. Bu gün bizim ölkədə azərbaycanlılarla
birgə yaşayan minlərlə yəhudi və xristian müsəlman qonşuları
ilə birlikdə öz dininə açıq etiqad edir, öz mədəniyyətini
təbliğ edir.
2016-cı ildə
Papa Fransisk Bakıda səfərdə
olarkən müsəlman,
yəhudi və xristian dini liderləri
ilə görüşdə
xüsusi qeyd edib ki, bu
ölkədə "dinlərin
qarşılıqlı münasibətləri
və xoş niyyətləri əsasında
harmoniya qurula bilməsi" təqdirəlayiqdir.
Biz bəzi
şəxslərin uydurma
ittihamlarını qəbul
edə bilmərik ki, guya Azərbaycan
xristian irsinə qarşı təhlükə
mənbəyidir. Azərbaycanı
işğaldan bu yaxınlarda azad edilmiş ərazilərdə
xristian irsinə təhdid yaratmaqda ittiham edənlər nəzərə almalıdırlar
ki, Azərbaycan ölkənin qalan ərazisində dini binaları bərpa edib və dini
etiqad mərasimlərini
təşviq edib".
Səs.- 2020.- 9 dekabr.- S.3.