Erməni terrorunun qısa tarixi: faşizm və genosid siyasətinin nəticələri
Elmi araşdırmalar
beynəlxalq terrorizmin
tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir.
Belə ki, “Böyük Ermənistan” dövlətinin
yaradılmasını qarşısına
məqsəd qoymuş
radikal erməni təşkilatları bu planı həyata keçirmək üçün
siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində
başlıca vasitə
kimi nəzərdə
tutmuşlar. Dünya
tarixinə bəziləri
siyasi partiya və ya ictimai
təşkilat adı
altında maskalanmış
15-dən artıq erməni
terror təşkilatı
məlumdur ki, onların öldürdüyü
azərbaycanlıların sayı
1 milyona yaxındır.
Bu yazıda həmin təşkilatlar haqqında qısa məlumat verəcək, erməni terrorunun beynəlxalq himayədarlarını
məqsədləri və
əməllərini göstərməyə
çalışacağıq.
Erməni terror
təşkilatlarından bəziləri
haqda qısa məlumat
“Armenakan” partiyası:
1885-ci ildə yaradılıb.
Türkiyənin Van, Muş, Bitlis,
Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda
olub.
“Hnçak” partiyası:
1887-ci ildə Cenevrədə
yaradılıb. Təşkilatın əsas məqsədi Türkiyənin Şərqi
Anadolu bölgəsini,
“Rusiya Ermənistanı
və “İran Ermənistanı”
adlandırdıqları əraziləri
birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdır.
Partiyanın proqramının 4-cü bəndində göstərilir;
“Qarşıya qoyulmuş
məqsədə çatmaq
üçün təbliğat,
təşviqat, terrorizm
və dağıdıcı
təşkilat yaradılması
metodu seçilməlidir”.
“Daşnaksütyun”- erməni
federativ inqilab partiyası: 1890-cı ildə
Tiflisdə yaradılıb.
Əsas qayəsi Azərbaycanın
Qarabağ, Naxçıvan
və Türkiyənin
Şərqi Anadolu torpaqlarında “Böyük
Ermənistan” dövləti
qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən
“Daşnaksütyun” türklərə
qarşı sui-qəsdlərin
təşkil olunması
barədə qərar
çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” təşkilatı “türkü,
kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən
dönənləri, erməni
xainlərini öldür,
intiqam al!” əmrini vermişdir. “Daşnaksütyun” partiyası
tərəfindən yaradılan
bir sıra terror qrupları mövcuddur və fəaliyyətlərini
davam etdirirlər.
“Erməni gizli azadlıq ordusu” (ASOA):
1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq
keçən 1000-dən artıq
döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat
dünyanın müxtəlif
ölkəsində 19 türk
diplomatının ölümünə
səbəb olan terror
aktları keçirib.
“Ermənistanın azadlığı
uğrunda erməni gizli ordusu” (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı
Beyrutda, təlim-məşq
bazaları isə Suriyada yerləşir. Məqsədi Şərqi Türkiyə,
Şimali İran və
Azərbaycanın Naxçıvan
və Qarabağ əraziləri üzərində
“Böyük Ermənistan”
qurmaqdır. Əsasən, Türkiyə və Azərbaycan vətəndaşlarına
qarşı terror aktları
həyata keçirir.
Təşkilatın lideri
A.Akopyan 01.08.80-ci ildə
“Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir:
“Düşmənimiz türk
rejimi, NATO və bizimlə əməkdaşlıq
etməyən ermənilərdir”.
“Geqaron”: 2001-ci ilin fevralında ASALA tərəfindən
yaradılmışdır. Məqsəd-
Cənubi Qafqaz və Orta Asiya
ərazilərinə türk
mənşəli siyasi
lider, diplomat və biznesmenlərə qarşı
terror aktlarının keçirilməsidir.
“Erməni azadlıq hərəkatı” (AOD): 1991-ci ildə
Fransada yaradılıb.
Terror fəaliyyətini ASALA
ilə sıx əlaqədə
həyata keçirir.
“Erməni azadlıq cəbhəsi”: 1979-cu ildə
yaradılan bu terrror təşkilatı
ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan
əleyhinə terrorçular
hazırlayır.
“Orli qrupu”: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən
yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın
müxtəlif aeroportlarında
10-dan artıq terror aktı
həyata keçirib.
“Erməni soyqırım ədalət komandosları”:
1972-ci ildə Vyanada “Daşnaksütyun” partiyasının
qurultayı zamanı yaradılıb. “Erməni
soyqırımı ədalət
komandosları”nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını
hərbi birləşmələrdə
cəmləşdirmək, türklər
və azərbaycanlılara
qarşı qanlı
terror aksiyaları təşkil
etməkdir.
“Gənc ermənilər ittifaqı”: Diplomatların
oğurlanması ilə
məşğul olan bu təşkilat
1990-cı ildə Fransada
yaradılıb.
“İsveçrə qrupu”: Avropanın bir çox ölkəsində
fəaliyyət göstərən
bu təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının
məsuliyyətini öz
üzərinə götürmüşdür.
“İntiharçılar eskadronu”:
1981-ci ildə Parisdə
yaradılmışdır. Həmin ildə bu təşkilat
Türkiyənin Fransadakı
baş konsulluğunu zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin
keçmiş rəhbəri
Yan Kaşkayan həbs
edilmişdir.
“Apostol”: 2001-ci il
aprel ayının
29-da əsasən Ermənistan,
Suriya və Livan vətəndaşlarından
ibarət olan Ermənistan Müdafiə
Birliyi tərəfindən
yaradılmışdır. Məqsəd-
Türkiyə və Azərbaycan ərazilərində
terror aktlarının keçirilməsidir.
Ermənilərin terroru əcnəbilərin
gözü ilə
“Ermənlərin xalq
qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı
mübarizələrinin adları
harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə
öz xalqlarının
xilaskarlarından daha çox cəlladı olublar”. /Rus diplomatı general Mayevskinin
xatirələri. "Ermənilərin
törətdiyi kütləvi
qırğınlar" kitabından./
Kəndlərə aparılan yollara
müsəlman kəndlilərinin
süngüyə keçirilmiş
meyitləri, kəsilmiş
bədən hissələri
və dağılıb
tökülmüş daxili
orqanları səpələnmişdi…
Əsasən qadınlar
və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil
etmiş, erməni ordusu onu yerinə
yetirmişdir. Dərin quyular
qazılmış və
köməksiz insanlar
heyvan kimi kəsilərək bir-birinin
ardınca quyulara atılmışdır. Qətllər üçün məsuliyyət
daşıyan ermənilər
bir evə səksən nəfər müsəlman doldurur, sonra isə onların başlarını
kəsirdi. /Polkovnik-leytenant
Qryaznovun 1915-ci ildə
Ərzincandakı qırğınlar
haqqında raportundan./
11-12-mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı
ərazilərdə müsəlmanları
süngülər və
baltalarla qətlə yetirdilər. Bu vəhşilər
öz qurbanlarını
əksərən öz
məşum planları
məqsədi ilə qazılmış xəndəklərə
atırdılar. Mənim yavərim
200 belə xəndək
saymış və cinayətlərin üstünü
açmışdı. /Rusiya ordusunun generalı L.Odişelidzenin
1915-ci il tarixli məlumatından./
"Ali məktəbdən tutmuş ibtidai məktəblərə qədər
bütün erməni
məktəbləri Avropa
paytaxtlarında ifrat dərəcəyə çatdırılmış
erməni təbliğatçılarının
qızğın fəaliyyət
meydanına çevrilmişdi. Vətənpərvərlik
mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər
mühitindən yeniyetmələrin
odlu qəlbinə düşürdü, onlarda
müsəlmanların “mənfur
hakimiyyətinə” qarşı
qəzəb, kin-kudrət
hissini heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının
bütöv bir silsiləsini alovlandırırdı.
Beləliklə, ən qısa
bir vaxt (3-4 il) ərzində onların yaratdığı
illüziyanın müdafiəsi
üçün qanlı
fədakarlığa hazır
olan qudurğan, inadkar gənclər yarandı…" /Rus diplomatı general Mayevskinin
xatirələri. "Ermənilərin törətdiyi
kütləvi qırğınlar"
kitabından./
“Biz Xocalı müdafiəçilərinin,
yüzlərlə dinc
sakinlərinin-qadınların, uşaqların, qocaların
eybəcər hala salınmış cəsədlərini
gözlərimizlə gördük…
Ermənilər bizim vertolyotu
da atəşə tutduqlarına
görə çəkilişi
başa çatdıra
bilmədik. Amma elə
yüksəklikdən gördüklərimiz
də törədilən
vəhşilikləri təsəvvürə
gətirmək üçün
kifayət edirdi.
Bu, tükürpədici mənzərə idi.
5-6-yaşlı uşaqları,
qundaqdakı körpələri,
hamilə qadınları
vəhşiliklə öldürən
ermənilər cəlladlıqda
heç kəslə müqayisəyə gəlməzlər".
/Xocalı qırğınının
şahidi fransız jurnalisti Jan İv Yunet./
…Əsirlər var. Lakin
artıq yaşamağa
yararlı deyillər. Qışda onları
səhərlər ayaqyalın
qarın-buzun üzərinə
çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında
şüşə sındırır,
sonra təzədən
kameraya salırlar.
Əsl işgəncələr isə
bundan sonra başlanır. Barmaqlarını qapının arasına qoyub qırır, cığırdıqca rezin
dəyənəklə döyürlər.
Çoxu əzablara
tab gətirməyərək dəli olub ölür. Biz növbəti
kəndi zəbt edəndə bir erməninin diri uşağı götürüb
iki böldüyünü
görmüşəm. Sonra bədənin bir hissəsi ilə anasının sifətinə,
başına o qədər
döydü ki, övladının al qanına
bulaşmış qadın
dəli olub gülməyə başladı.
/"Moskovskiy komsomolets" qəzeti.
29. 01. 1994. "Neft sindromu"
məqaləsindən./
Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində
daş-kəsək yığınlarından
başqa bir şey qalmamışdı.
Bütün evlər yandırılmış,
onların sahibləri
isə öldürülmüşdü.
Eyni hal Xankəndidəki türk məhəlləsinin də
başına gətirilmişdi…
Bakıda ermənilər ingilislərin
yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər
və şəhərin
türk əhalisindən
25 min nəfərini qırdılar".
/Ohanes Apresyanın
xatirələrindən. Leonard Ramsden Hartvill. "İnsanlar belədir.
1918-1922-ci illər Azərbaycan hadisələri
bir erməninin xatirələrində". ABŞ,
İndianapolis, "Bobbs Meril
kompani" nəşriyyatı,
1928./
Davamı olacaq
Elçin Bayramlı.-
Səs.-
2020.- 23 dekabr.- S.15.