FATEH
SƏRKƏRDƏ İlham Əliyevin fəlsəfəsi -
BİR PORTRET HAQQINDA DÜŞÜNCƏLƏR
24
dekabr 1961-ci il – doğulduğu il və bürcün bu tarixdə
dünyaya gələnlərdə təbiətin - hansı ki,
ətrafımızda tamamən yerdən və göydən
ulduzların düzülüşü, torpaq, su, hava və
energetik harmoniyanın təbiətən bəxş etdiyi
xarakterik xüsusiyyətlər insanların həyat
yolunda-talehində və şəxsi fəaliyyətində
daim onu müşayiət edir. Çünki həmin
tarix – il, ay, gün, saat, an onun bu dünyaya keçid kodudur. Həmin
an təbiətin kosmik, energetik və bütün digər
canlı təbii durumu insana nəsnələr verir və
genetik keyfiyyətlərlə həmin günün təsirli əlamətləri
insanın həyat portretinin ilk rənglərini yaradır. BU
GÜN ŞƏXSİ GÜNDÜR.
ŞUŞANI İŞĞALDAN AZAD EDƏN
SƏRKƏRDƏ "MƏN ONA ÖZÜM QƏDƏR
İNANIRAM" DEYƏN ULU ÖNDƏRİN ATA
VƏSİYYƏTİNİ YERİNƏ YETİRDİ
XXI əsrin ən qanlı
müharibəsinin ən qısa zamanda qalibi olan Azərbaycan
dövlətinin, Azərbaycan xalqının və Milli
Ordumuzun bir yumruq kimi birləşib müdrik sərkərdənin
rəhbərliyi ilə göstərdiyi şücaət, qəhrəmanlıq
haqqında hələ araşdırmalar davam edəcək.
Hələ bu qələbənin nəticələrininin
bugün görünməyən tərəfləri zamanla
regional və qlobal siyasi və geosiyasi proseslərdə yerinə
oturduqca, Azərbaycan tarixində və gələcək
inkişafında, Türk dünyasının
inteqrasiyasında siyasi, geosiyasi, mənəvi və psixoloji
rolu və təsiri müxtəlif aspektlərdən təhlil
olunub araşdırıldıqca Azərbaycan Prezidentinin siyasi,
hərbi və diplomatik ardıcıl məqsədli strateji
konseptual fəaliyyəti akademik səviyyədə analiz
olunacaqdır.
Ərazisinin bir hissəsi - 20%-i
işğal altına düşmüş, xalqının vətəndaşlarının
təxminən 12-13%-i qaçqın və məcburi
köçkün vəziyyətinə düçar
olmuş, dövlətçiliyi, müstəqilliyi itirilmək
təhlükəsi ilə üz-üzə, iqtisadiyyatı
dağılmış və iqtisadi
potensialı, nizami ordusu olmayan Azərbaycanı dünyada
siyasi nüfuza sahib, müzəffər güclü orduya, funksional,
stabil inkişaf edən kifayət qədər iqtisadi potensiala,
regional və qlobal söz sahibi olan müstəqil, qüdrətli,
qalib dövlətə çevirmək sözsüz ki,
ardıcıl strateji və
düşünülmüş siyasətin nəticəsidir.
Ölkəmiz bugünki dünya gücləri arasında
müstəqil siyasət yürütmək və seçim
etmək, hətta yeni geosiyasi vəziyyət yaratmaq, Türkiyə,
Qərb dövlətləri, Asiya və regional dövlətlərdə
əməkdaşlıq, tərəfdaşlıq və
müttəfiqlik münasibətlərinin strategiyasının
dəqiq perspektiv plan üzrə inkişaf mərhələlərindən
keçmiş və bu proses davam etməkdədir.
Cəmi 44 gün ərzində
dünyanı heyrətə gətirən döyüş
taktikası və texnikasının əsasında
güclü və dayanıqlı iqtisadiyyatın nəticəsində
əldə olunmuş yüksək texnoloji və intellektual hərbi
potensiala malik vətənpərvər nizami milli ordunun
yaradılması üçün xalqın sevgi, inam və
birmənalı dəstəyini qazanmış lider amili
çox vacib şərtlərdəndir. Ali
Baş Komandan Prezident İlham Əliyev siyasi fəaliyyətində
və karyerasında dürüst, xalqa açıq siyasət
yürütdüyü üçün təkcə Azərbaycan
xalqı arasında, cəmiyyətdə deyil beynəxalq
ictimai rəydə də nüfuz qazanmış, öz dəsti-xəttini
yazmışdır. Məhz erməni əsgər
analarının bütün dünyanın gözü
qarşısında Prezident İlham Əliyevə müraciət
etməsi özü çox böyük mənəvi-psixoloji
faktordur.
"Resurs" Analitik İnformasiya Mərkəzi
olaraq müzəffər Azərbaycan Ordusunun Ali Baş
Komandanı Azərbaycan Prezidenti İlham Əliyevin siyasi
portretini keçən ad günü hədiyyəsi kimi
ictimaiyyətə təqdim etmişdik. Bu ad
günündə isə Fateh Sərkərdə İlham
Əliyev Şuşanı və digər torpaqlarımızı
İŞĞALDAN AZAD EDƏRƏK XALQA HƏDIYYƏ ETDI -
doğma vətən torpaqlarımızın azad
olunmasını arzulayıb görə bilməyən azərbaycanlıların,
vətən müharibəsində canından keçən
bütün şəhidlərimizin ruhuna, bugünki və gələcək
nəsillərə Fateh Sərkərdə İlham Əliyevin
layiqli hədiyyəsi oldu.
24 dekabr 1961-ci il – doğulduğu
il və bürcün bu tarixdə dünyaya gələnlərdə
təbiətin - hansı ki, ətrafımızda tamamən
yerdən və göydən ulduzların
düzülüşü, torpaq, su, hava və energetik
harmoniyanın təbiətən bəxş etdiyi xarakterik
xüsusiyyətlər insanların həyat yolunda-talehində
və şəxsi fəaliyyətində daim onu müşayiət
edir. Çünki həmin tarix – il, ay, gün, saat, an onun bu
dünyaya keçid kodudur. Həmin an təbiətin kosmik,
energetik və bütün digər canlı təbii durumu
insana nəsnələr verir və genetik keyfiyyətlərlə
həmin günün təsirli əlamətləri insanın
həyat portretinin ilk rənglərini yaradır.
BU GÜN ŞƏXSİ GÜNDÜR.
Bu il gücü və zəhmətsevərliyi
təmsil edir, irəliləməyə söz verir. Həmin
ildə doğulanlar böyük səbirə malik, az
danışan, ətrafındakı insanları səmimiliyə
çağıran, öz işinin fanatlarıdır. Qapalı adam olsalar da hərdən gözəl
natiqlik edirlər. Əldən zirək olduqlarına görə
evi həmişə səliqəli qurulmuş olsa da tərsdirlər
və uğursuzluğu xoşlamırlar. İşlərini
görməyə mane olanları vurub yolundan atırlar. Həmin il torpaq ünsürlü oğlaq
bürcü altında doğulanlar sözünün
üstündə duran, qarşıya çıxan çətinliklərin
çəkinmədən öhdəsindən gəlməyi
bacaran, həyata real baxan, komfortu sevən, əliaçıq,
səxavətli olsalar da pulun dəyərini bilən, onu harada
necə xərcləməyi bacaran
insanlardı. Onlarla ciddi mövzularda, fəlsəfi və ya
maliyyə xəbərləri barədə söhbət etmək,
onların gözəl yaddaşına və iti ağlına
baxıb zövq almaq olar. İşgüzar oğlaqlarla birlikdə
işləmək bir fərəhdir.
Vətənpərvərlik,
patriotizm, yüksək ziyalılıq keyfiyyətləri ilə
əhatə olunan məhəbbətdən doğulub, sevimli
övlad kimi diqqət, qayğı, mərhəmət-sevgi,
yüksək təlim-tərbiyə və təhsil mühitində
böyüyüb formalaşmışdır.Valideynlərini
daim insanların, müraciət edənlərin,
ehtiyacı olanların köməyinə tələsdiyini
görən övladın, bu hal sözsüz ki, xarakter və
xüsusiyyətinə öz ciddi təsirini buraxmamış
deyil. Vicdanlı, ləyaqətli, vətənpərvər,
qorxubilməz, cəsarətli, ağıllı fenomenal şəxsiyyət
Heydər Əliyevin zəhmətkeş, sədaqətli,
qayğıkeş, ziyalı Zərifə xanımın ailəsində,
bu izdivacdaan dünyaya gələn İlham Əliyev sanki
zamanı qabaqlayaraq böyümüşdür.
Gənc prezident İlham
Əliyevin 42 yaşında dünyanın ən mürəkkəb
geosiyasi regionunda və 2003-cü ildə hələ sabitliyin,
inkişafın qarantına çevrilmiş bir çox
meqalayihələrin işə düşmədiyi, risk faizinin
çox yüksək olduğu Azərbaycana rəhbərliyə
seçilməsi və bütün məsuliyyəti
öz üzərinə götürməsi nümunəsi təkcə
talehin nəsibi deyil, şəxsiyyətin xarakter göstəricisidir.
Heydər Əliyev və Zərifə xanımın ailəsində
böyümək ən böyük həyat və siyasət
akademiyasını keçmək deməkdir. Lakin
onun portretinin zəngin cizgi və rəng çalarları
keçdiyi həyat yolunda daha dolğun mükəmməl mərhələsini
keçərək öz kamil formasını
almışdır.İlham Əliyev 1961-ci il dekabrın 24-də
Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə
Bakı şəhərindəki 6 saylı orta məktəbdə
təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutuna daxil
olmuşdur. Oranı bitirdikdən sonra institutun
aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya
müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi
almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunda müəllim
işləmişdir.1991-1994-cü illərdə özəl
biznes sahəsində çalışmışdır.
Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik
etmişdir.1994-cü ildən 2003-cü ilin avqust ayınadək
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər
Əliyevin neft strategiyasının həyata keçirilməsində
fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin
geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin
müəllifidir. Siyasi elmlər doktorudur.1995-ci
və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə
deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan
Respublikasının Baş naziri vəzifəsinə təyin
edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə
xitam vermişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin
prezidentidir. İdmanın və Olimpiya hərəkatının
inkişafında böyük xidmətlərinə görə
Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif
edilmişdir. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin
müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə
isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü
illərdə Avropa Şurası Parlament
Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin
nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvarında Avropa Şurası Parlament
Assambleyası sədrinin müavini, AŞPA-nın Büro
üzvü seçilmişdir. 2004-cü ilin aprelində
AŞPA-nın fəaliyyətində fəal iştirakına
və Avropa ideallarına sədaqətinə
görə AŞPA-nın fəxri üzvü diplomu və
AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü il
avqustun 4-də Milli Məclis tərəfindən təsdiq
edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri
təyin edilmişdir. 2003-cü il 15 oktyabrda Azərbaycan
Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin
76%-dən çoxu İlham Əliyevin lehinə səs
vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin
icrasına başlamışdır. 2008-ci ildə yenidən
prezident seçilmişdir. 2013-cü ildə
üçüncü müddətə prezident
seçilmişdir. .2018-ci ildə səslərin 86.03% -ni
toplayaraq dördüncü müddətə Azərbaycan
Respublikasının prezidenti seçilmiş və hazırda
prezident vəzifəsini icra edir. O, KEÇDİYİ
HƏYAT YOLUNDA BÜTÜN DÖVRLƏRDƏ ZAMANIN
ÖNÜNDƏ OLMUŞDUR.
Keçən əsrdə
yaşamış Hind yoqa təlimçisi və filosofu Oshonun
(Bhagwan Shree Rajneesh) belə bir fikri var ki, hər hansı nəticənin
necəliyini dəyərləndirmək elmi yanaşmadır, səbəbini,
yəni mövcud faktın niyəsini incələmək isə
fəlsəfi yanaşmadır. Yəni fəlsəfədə
sual edilir: "Bu niyə mövcuddur?". Elm isə belə
sual verir: "Bu necə mövcuddur?".
İLHAM ƏLİYEVİN SİYASİ PORTRET
CİZGİLƏRİ SİYASİ PORTRETDƏN
ŞTRİXLƏR
Yaxud regionun inkişaf və sabitliyində
İlham Əliyev xarizmasının rolu
İlham Əliyevin doğulub,
böyüyüb, təlim-tərbiyə aldığı,
şəxsiyyət kimi formalaşmasında müstəsna rol
oynayan ailə mühiti, təhsili və eyni zamanda sağlam və
geniş dünya görüşünün kamilləşməsində
Ulu Öndərin genetik kodunun daşıyıcısı
olmaqla bahəm, onun siyasi məktəbinin yetirməsi, yaxud
da Heydər Əliyev siyasətinin ən yaxın izləyicisi
və müşahidəçisi olması faktı siyasi
portret cizgisində xüsusi iz buraxmış ştrixlərdəndir.
Hətta Heydər Əliyevin həyatının
rəvan olmadığı dövrlərdə istər-istəməz
böyük təzyiqi öz üzərində hiss edən
oğul Əiyevin siyasi portret cizgilərində iz buraxan bu təzyiqlərə
sinə gərmək qətiyyəti İlham Əliyevin
xarakterik xüsusiyyətlərində öz əksini tapmışdır.Mətinlik,
əzmkarlıq, dözüm və iradə, Onun siyasi porterindəki
xüsusi ştrix və yaxud ən böyük cizgi-səbrlə,
təmkinlə Qalib Gəlmək əzmi və qəti iradə
nümayişidir. O, başladığı istənilən
layihədə öz qalibiyyətinə, uğurlu nəticəyə
böyük inamla əmindir ki, bu da onun xarizmasını şərtləndirən
ən vacib keyfiyyətlərdəndir.
İrsi xüsusiyyət və
fitri istedadı, eyni zamanda təlim-tərbiyə, təhsili və
keçdiyi heç də rəvan olmayan həyat yolu və
böyük siyasi təcrübəsinin Onun siyasi portretində
dərin iz buraxmış xarakterik xüsusiyyətlərinin
formalaşmasına ciddi təsir göstərdiyi daha aydın
görünür.Azərbaycan tarixinin ən
ciddi, həyati əhəmiyyətli, dönüş məqamı
və dönüş mərhələsinin
yaşandığı bir dövrdə bu qədim xalqa rəhbərlik,
sərkərdəlik etmək missiyası nəsib olmuş
İlham Əliyevin geniş analitik təfəkkürü-dərin
zəkanın, formalaşdığı və
yaşadığı zaman-dövran və mühitin,
keçdiyi burulğanlarla zəngin olan siyasi-həyat təcrübəsinin
məcmusudur. Onun keçmiş və müasir
liderlərdən bir fərqliliyi də, bəlkə də
hardasa müəyyən energetik-mistik qanunauyğunluq da var ki,
sanki Uca yaradan oğul Əliyevi xarakterik olaraq müasir Azərbaycan
coğrafiyası üçün görəvləndirmişdir.O,
ən böyük azərbaycanlı kimi ölkənin
geosiyasi, mədəni-mənəvi əksliklərin və
müxtəlif sivilizasiyaların kəsişməsində yerləşdiyi
üçün geniş tollerant dünya
görüşü ifadə etməyi bacaran nadir siyasətçilərdəndir.
O, xaraktercə islahatçıdır, yeniliklərin
mənimsənilməsi və daha da modernləşdirilib tətbiq
olunmasında daim təşəbbüskardır. Eyni zamanda, xüsusən milli-mənəvi, mədəni
və əxlaqi, ənənəvi dəyərlərin qorunub
saxlanılmasında mühafizəkardır və bu məsələlərdə
konkret münasibət ifadə etməkdən çəkinmir.Onda
Şərqin uzaqgörən müdrikliyi, qərbin təmkinli,
praqmatik soyuqqanlılığı, ancaq eyni zamanda
qafqazlıların da mərdliyi və istiqanlılıq
xüsusiyyətləri cəmləşmişdir. Azərbaycan liderinin 24.04.2014-cü ildə Praqada
keçirilən dövlət və hökümət
başçılarının iştirakı ilə
"Şərq tərəfdaşlığı"
proqramının 5 illiyinə həsr olunan sammitdə beynəlxalq
tribunadan "Türkiyə burada yoxdur, biz burdayıq" deyə
çıxış edərək Türkiyənin müdafiəsinə
qalxması onun mərdliyi, ədaləti və qətiyyəti
ifadə edəın şəxsi keyfiyyətlərinin göstəricisi
kimi xarakterizə olunur.O, eyni zamanda əks qütblərdə,
yaxud ziddiyətli mövqelərdə dayanan qüvvələrlə
açıq faydalı dialoq qurmaq istedadına malikdir.
Çünki, O, dərin analitik təfəkkürlə hadisələrin və ya situasiyanın rassional analizini verərək,
praqmatik yanaşma ilə müxtəlif mövqelərin
proqressiv uzlaşma nöqtələrini tapmaq zəkasına və
məntiqi yanaşma ilə inandırmaq bəlağətinə
malikdir.O, vaxtilə yaşadığı Kreml mühitini də,
yüksək təhsil və geniş dünyagörüşü
ilə qərb dünyasını da əla tanıyır və
dünyagörüşü baxımından həm
moskvalıdır, həm avropalıdır, həm də
asiyalıdır.
NEFT XOŞBƏXTLİKDİRMİ?
Ərazisinin 20 %-nin işğal, əhalisinin
10%-nin məcburi köçkün halında yaşamaq məcburiyyətində
qalma səbəbi müstəqilliyimizə təhdidlər
fonunda Azərbaycan dövlətinin yerləşdiyi vacib
strateji-geosiyasi mövqedə və neft ölkəsi olaraq tam
müstəqil siyasət yürütməsi bügünki
dünyanın möcüzələrindəndir. Azərbaycanın vəziyyətində olan və Azərbaycan
böyüklüyündə ikinci bir ölkə yoxdur ki,
müstəqil siyasət həyata keçirə bilə, həm
də müsəlman ölkəsi olaraq."Əsrin
müqaviləsi" neft kontraktlarının imzalanması
böyük çətinliklərdən keçmiş,
dövlət çevrilişlərinə
cəhdlər, hətta sui-qəsd cəhdləri və nəhayət
adı çəkilən layihənin fəaliyyətə
başlaması və s. barədə mətbuatda, ictimaiyyətdə
geniş məlumatlar olduğu üçün məsələyə
daha çox basqa tərəfdən baxmağa
çalışacağıq. Onu da yeri gəmişkən
qeyd etməyi vacib hesab edirik ki, XXI əsrin ən böyük
enerji layihəsi olan Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 2006-cı
il iyul ayının 13-də təntənəli
açılış mərasimindən sonra Azərbaycan
dövlətinin həyata keçirdiyi həm daxili, həm
regional, sosial-iqtisadi, humanitar-mədəni layihələr
baxımından, çevik, ardıcıl, sabit, sürətli
və perspektiv nəticələrə hesablanmış
konseptual siyasəti təhlil predmetidir.
Xəzərin Azərbaycan sektorunda neft və
qaz ehtiyyatlarının istismarı ildən-ilə genişlənir
və bunun nəticəsində Azərbaycan özünün
enerji təhlükəsizliyini tam şəkildə təmin
etmişdir. Dünyanın enerji təminatında ölkəmizin
xüsusi çəkisi və strateji əhəmiyyəti daha
da yüksəlir. Eyni zamanda, "Şahdəniz"
yatağında qazın istismarının genişlənməsi
ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını
tam ödəməklə bərabər, bu mavi yanacaq
növünün beynəlxalq bazarlara ixrac etmək
imakınını əldə etmişdir. 2007-ci il iyul
ayının 3-də Xəzərin Azərbaycan
sektorundakı "Şahdəniz" qaz-kondensat
yatağından hasil edilən təbii qaz
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkəyinin
qaz kəmərləri sisteminə daxil oldu. Qaz nəqliyyat
infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum
qaz boru kəmərinin fəaliyyəti sayəsində Azərbaycan
qərbin mühüm qaz ixracatçısına və qlobal
enerji təhlükəsizliyinin təminatçılarından
birinə çevrilmişdir. Neft strategiyasının
mühüm tərkib hissəsini xarici şirkətlərlə
birlikdə hasil olunan neftin və qazın iri həcmli nəqlini
və xarici bazarlara ixracını təmin edəcək
çoxvariantlı boru nəqliyyat infrastrukturunun
yaradılması təşkil edilmişdir. Belə ki, neft
strategiyasının həyata keçirilməsinin ilk illərində
ilk növbədə Bakı-Novorossiysk və Bakı-Supsa boru
kəmərləri yenidən quruldu. Yuxarıda
qeyd olunan və mövcud olan layihələrin fəaliyyət
göstərməsi və bu kəmərlər ilə neft və
qazın nəqlinin ildən-ilə genişlənməsi neft
strategiyasının mühüm qələbəsi kimi qəbul
edilir. Xəzər dənizi ilə
Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin
fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq
bazarlara genişmiqyaslı nəqli və ölkədə
çoxvariantlı ixrac strategiyasının həyata
keçirilməsi üçün əlverişli imkan
yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir
neçə dəfə artdı.Dünya
ölkələri xüsusilə Avropa İttifaqına üzv
ölkələrlə birbaşa nəqliyyat əlaqələri
genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri
və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada
enerji təhlükəsizliyinin təmin olunmasına layiqli
tövhələr vermişdir. 2012-ci ildə
"Şahdəniz-2" layihəsi üzrə Trans-Anadolu qaz
boru kəmərinin (TANAP) tikintisi ilə bağlı
razılıq əldə edildi. Layihə çərçivəsində
hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında
Avropa İttifaqı ölkələrinə ixrac edilməsi
üçün mühüm addımlar atıldı,
Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin
inşaasına dair sazişlər imzalandı. 2018-ci ildə
istismara verilən TANAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard
kubmetr olaraq kəmərin bu qabiliyyətinin 2023-cü ildə
23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard
kubmetrə çatdırılması nəzərdə
tutulur. 2013-cü ilin iyul ayının 28-də "Şahdəniz"
konsersiumu "Şahdəniz-2" layihəsi çərçivəsində
hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub
Şərqi Avropadakı istehlakçılara
çatdırılması üçün Trans-Adriatik qaz
boru kəmərinin seçildiyini elan etdi. Uzunluğu 870 km
olan və ilkin olaraq, 5.2 milyard ABŞ dolları məbləğində
qiymətləndirilən TAP layihəsi Cənubi Qafqaz qaz kəmərinin
(BTƏ) və Trans-Anadolu qaz kəmərinin davamıdır. Bu boru kəməri "Şahdəniz-2"
yatağından çıxarılan qazın Yunanıstan və
Albaniya vasitəsilə, Adriatik dənizi ilə
İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini
nəzərdə tutur. 2014-cü sentyabr ayının 20-də
isə Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyinə
və "Cənub" qaz dəhlizinin təməlinin
qoyulmasına həsr olunmuş təntənəli mərasim
keçirildi. Mərasimdən sonra təbii qaz boru kəmərləri
zənciri kimi qiymətləndirilən "Cənub" Selim
rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan
prezidentləri TANAP-ın təməlini qoydular. TANAP Yunanıstan sərhədinədək uzanacaq.
"Əsrin müqaviləsi" ilə əsası
qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi
olaraq, Azərbaycanın regionun lider dövləti, eləcə
də regional və qlobal iqtisadi layihələrin
aparıcı iştirakçılarından biri kimi
tanınmasına şərait yaranmışdır.
Regionun ümumi inkişafında
hətta perspektiv planda orta Asiya regionuna daxil olan ölkələrin
və avropanın enerji ixracı, enerji təminatı və
enerji təhlükəsizliyi layihələrində birbaşa
və bilavasitə təşəbbüskar və
aparıcı rol oynayan Azərbaycan dövlətinin
gücü artdıqca beynəlxalq nüfuzunun da yüksəldiyini müşahidə edirik ki, o da
öz növbəsində müstəqilliyimizin dönməzliyini,
dövlət siyasətinin yalnız milli maraqlar üzərində
qurulmasını inamla möhkəmləndirir.Keçən
dövrün təhlili göstərir ki, Azərbaycan dövləti
tərəfindən yaranmış əlverişli şəraitdə
çox səmərəli ardıcıl kompleks tədbirlər
həyata keçirib.
YOLLAR MƏDƏNİYYƏTLƏRİ
BİRLƏŞDİRİR
Prezident İlham Əliyev tərəfindən
imzalanan və vaxtında istismara verilən həm beynəlxalq
avtomagistralların, həm daxili avtomobil yollarının
yüksək standarta uyğun şəkildə əsaslı təmiri
və bir çox hallarda yeni avtomobil yollarının tikilib
istismara qəbul edilməsi trayektoriyası və
xronologiyası məsələnin planlı şəkildə
hansı ardıcıllıqla həyata keçirildiyinin əyani
göstəricisidir. Məsələn: Azərbaycan
Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiqlənən
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"
çərçivəsində Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi,
Bakı-Şamaxı-Yevlax, Xocasən-Lökbatan-Yevlax-Gəncə,
Gəncə-Qazax-Gürcüstan dövlət sərhədinədək
avtomobil yolları yenidən qurulmuşdur. Bundan
başqa, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi
üzrə 2006-2007-ci, həmçinin 2008-2013-cü illər
üçün tədbirlər planlarına müvafiq olaraq,
paytaxtda 26 yol qovşağı, körpü və 88 piyada
keçidi tikilmiş, paytaxtətrafı kənd və qəsəbələrin
inkişafını nəzərdə tutan yolların yenidən qurulması işləri
aparılmışdır.Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasının yol kompleksində idarəetmənin təkmilləşdirilməsi
tədbirləri haqqında" 28 dekabr 2015-ci il tarixli sərəncamı
yol təssərüfatında yeni dövrün
başlanması kimi xarakterizə olunmalıdır. Bu sərəncamın imzalandığı vaxtdan
keçən qısa dövr ərzində 4.1 milyon nəfər
əhalinin yaşadığı və 1318 yaşayış
məntəqəsini birləşdirən uzunluğu 3438.2 km
olan avtomobil yollarının tikintisi, yenidən qurulması və
təmiri başa çatdırılmışdır.
Ümumi istifadədə olan avtomobil yollarında və
Bakı şəhərində 29 yeni körpü və 19
piyada keçidi tikilmişdir. Paytaxtda
görülən işlərdən danışarkən,
Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə
keçidin və müxtəlif səviyyəli yol
qovşağının inşaasını da xüsusi
vurğulamaq lazımdır.Qeyd edilənlərlə bərabər,
2016-cı ildə Bakl-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 km hissəsi
açılmış, Ələt-Astara-İran İslam
Respublikası dövlət sərhədi avtomobil yolunun Yenikənd-Salyan
rayonun ərazisindən keçən 23.4 km hissəsi istifadəyə
verilmişdir. Çoxdan gözlənilən Kür
çayı üzərində uzunluğu 201 m, eni 14.5 m olan
yeni körpünün açılışı
olmuşdur. Eyni zamanda, 87.8 km olan Bakı-Ələt-Qazax-Gürcüstan
dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax
hissəsi istismaraburaxılmışdır.
Ötən il, eyni zamanda, "40 kənd
yolu" layihəsinin icrası çərçivəsində
mühüm işlər görülmüşdür.
Regionların sosial-iqtisadi inkişafına mühüm təsir
göstərən bu layihənin gerçəkləşdirilməsinin
kənd yollarının tikintisinə və yenidən
qurulmasına yönəldilməsi xüsusi əhəmiyyət
kəsb etmişdir. Layihə çərçivəsində
respublikanın 34 rayonunda 1 milyon 400 min nəfər əhalinin
yaşadığı 423 yaşayış məntəqəsini
birləşdirən 52 kəndlərarası və Bakı
şəhərinin qəsəbələrarası avtomobil yolu
layihəsi, həmçinin 14 respublika əhəmiyyətli
layihənin icrası uğurla reallaşdırılmışdır.
Yol infrastrukturunun inkişafına xüsusi diqqət
ayıran Prezident İlham Əlyev demək olar ki, bütün
yolların çəkilişində və istifadəyə
verilməsində şəxsən iştirak
etmişdir.Əsası 2004-cü ildə qoyulan bu layihələr
əslində şimal-cənub və şərq-qərb
tranzit nəqliyyat qovşağının perspektiv strateji inkişaf proqramının mühüm hissəsi kimi
artıq böyük regional proyektin tərkib hissəsinə
çevrilmişdir.Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü
ilə Avropa və Asiyanı birləşdirən şərq-qərb
və şimal-cənub nəqliyyat dəhlizlərinun
yaradılması istiqamətində böyük işlər
görülmüşdür. Təməli 2007-ci ildə
qoyulmuş, uzunluğu 826 km olan Bakl-Tbilisi-Qars dəmir yolunun
2017-ci il oktyabr ayının 30-da Bakıda rəsmi
açılışı olmuşdur. Bununla yanaşı 20
aprel 2016-cı ildə şimal-cənub beynəlxalq nəqliyyat
dəhlizinin genişlənməsi istiqamətində ikitərəfli
müqavilə imzalanmışdır. Müqaviləyə əsasən,
Azərbaycan tərəfi İran sərhəddində bir dəmir
yol körpüsünün və uzunluğu 8.3 km olan
(İran-Astara) birxətli dəmir yolu qovşağının
tikintisini həyata keçirmişdir. Bununla da
Azərbaycan siyasi-iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə
malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal
iştirak etməklə Avrasiyada mühüm tranzit və
logistika mərkəzlərindən birinə
çevrilmişdir.Cənab Prezidentin təşəbbüsü
ilə Xəzər dənizində ən böyük
beynəlxalq dəniz limanı olan Ələt dəniz ticarət
limanının təməli 2007-ci ildə atılmış və
2017-ci ildə fəaliyyətə başlamışdır. Bununla paralel olaraq 2011-ci ilin mart ayında Heydər
Əliyev Adına Beynəlxalq Aeroportun yenidən qurulması
ilə bağlı Prezident İlham Əliyev sərəncam
imzalamış, tikinti işləri sürətlə həyata
keçirilərək 2014-cü ilin mart ayın 17-si yeni
aeroportun inşaası başa çatmış və
Bakının Heydər Əliyev Beynəlxalq hava
limanı dünyanın "5 ulduz"lu 9 əsas hava
limanı sırasına daxil olmuşdur. Həmçinin Azərbaycanda
7 aeroport tamamilə yenidən qurularaq istifadəyə
verilmişdir ki, onlardan 6-sı (Bakı, Gəncə,
Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala) beynəlxalaq
hava limanı statusu almışdır.
DÜNYA AZƏRBAYCANI YENİ RAKURSDAN TANIYIR
Azərbaycan Respublikasının
Avropa və Asiya qitələri arasında əlverişli
geoiqtisadi, cografi, eləcə də informasiya
magistrallarının kəsişdiyi məkanda yerləşməsi
informasiya mübadiləsinin xarici ölkələrdən
asılılığını, iqtisadi və informasiya təhlükəsizliyinin
əsas kompenentlərindən olan telekomunikasiya peyklərinin
hazırlanması və orbitə
çıxarılması Azərbaycanı regionda
informasiyanın ötürülməsi sahəsində lider
ölkəyə çevrilməsi baxımından
böyük əhəmiyyət kəsb edir.Azərbaycanda
yüksək texnologiyaların tətbiq olunmasına və
ölkədə kosmik sənayenin yaradılmasına təkan
verilməsi məqsədilə, "Azərbaycan
Respublikasında Kosmik sahənin yaradılması və
Telekommunikasiya Peykərinin orbitə çıxarılması
haqqında" Prezident İlham Əliyevin 2008-ci il 04 noyabr
tarixli sərəncamında Kosmik Sənayenin yaradılması
və inkişafına dair Dövlət Proqramının
hazırlanması nəzərdə tutulur.
Dövlətin iqtisadi və hərbi
gücünün inkişafı zərurəti kosmik tədqiqatlar
sahəsində fundamental elmi biliklərin genişləndirilməsini
tələb edir. Kosmik fəzanın fəth edilməsi
iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini
müəyyənləşdirən amillərdəndir. Aerokosmik fəzada yerləşdirilmiş cihazlar və
komplekslər öyrənilən obyektlər haqqında
genişmiqyaslı və keyfiyyətcə yeni olan məlumatları
operativ şəkildə əldə etməyi, aerokosmik
laboratoriyalar isə komponentlərin, dünya okeanının,
planetlərin və digər xüsusi obyektlərin öyrənilməsinə
geniş imkanlar yaradır.Prezident İlham Əliyev tərəfindən 15 fevral 2011-ci ildə xüsusi sərəncamla
2011-ci ili Turizm ili elan etdi və Azərbaycanın həm daxili
avtomobil yollarının, beynəlxalq aeroportların eyni zamanda
otelçilik və xidmət sahələrini əhatə edən
yeni turizm infrastrukturunun əsası qoyuldu. Turizm infrastrukturunun yaradılması və eyni zamanda
ölkəmizin tanıdılması xarici turistlərin cəlb
olunması məqsədilə müxtəlif istiqamətlərdə
işlər həyata keçirilmişdir ki, bu baxımdan
Evroviziya 2012 mahnı müsabiqəsinin Bakıda keçirilməsi
çox əlamətdar hadisə kimi qiymətləndirilir.Dövlət başçısının xüsusi diqqət
ayırdığı prioritet sahələrdən biri də cəmiyyətin
sağlam inkişafını şərtləndirən
insanlarda əzmkarlığı və iradəni
formalaşdıran, fiziki sağlamlığı və
sağlam rəqabəti stimullaşdırıb tərənnüm
edən bədən tərbiyəsi və
idman sahəsidir ki, Azərbaycan dövlətinin bu sahədə
sistemli olaraq həyata keçirdiyi layihlər paketi nəticəsində
ölkədə idman və bədən tərbiyəsi
sürətli inkişaf prosesi keçmiş, böyük
uğurlar əldə edilmişdir. Bakıda və
bölgələrdə 43 Olimpiya İdman Kompleksi, xeyli sayda
idman qurğuları, stadionlar və digər idman
meydançaları tikilib istifadəyə verilmiş,
mövcud idman obyektləri yenidən qurulmuşdur. Azərbaycan idmançıları ildən ilə
öz nəticələrini yaxşılaşdırır,
yüksək nailiyyətlər əldə edirlər.
İdmançılarımız 2004-cü il Afina
Olimpiadasında 5 medal (1 qizil, 4 bürünc), 2008-ci il Pekin
Olimpiadasinda 6 medal (1 qizil, 1 gümüş və 4
bürünc), 2012-ci il London Olimpiadasinda 10 medal (2 qizil,2
gümüş,6 bürünc), 2016-cı il Rio-de-Janeyro
Olimpiya oyunlarinda isə 18 medal (1 qızıl, 7
gümüş, 10 bürünc) qazanmışlar. Sonuncu Olimpiya oyunlarında qazanılmış
medalların sayına görə Azərbaycan dünyada
14-cü, Avropada 7-ci, MDB ölkələri arasında 2-ci
müsəlman aləmində isə 1-ci olmuşdur.2015-ci ildə
Azərbaycan tarixində ilk dəfə keçirilən Avropa
oyunlarına ev sahibliyi etmişdir. 50 ölkəni təmsil edən
6000 idmançının iştirak etdiyi
oyunlarda ümumi hesabda 2-ci yer tutmuşdur, 21-i qızıl
olmaqla 56 medal qazanmışdır. 2017-ci ilin mayında
Bakıda keçirilmiş IV İslam Həmrəylik
oyunlarında isə Azərbaycan kamanda hesabında 1-ci yerə
çıxmışdır. 2016-cı ildən etibarən
Bakıda hər il ümumi auditoriyası 500 milyon nəfərdən
çox olan "Formula 1" yarışları təşkil
edilir.
AQRAR İSLAHATLAR
Cənab Prezidentin aqrar sektorda da
keçirdiyi islahatlar, kənd təsərrüfatı məhsulları
istehsalçılarına edilən güzəşt və
yardımlar ölkə iqtisadiyyatında bu sahənin
ardıcıl inkişafına zəmin yaradılması məqsədilə
2003-2008-ci illərdə meliorasiya tədbirlərinin həyata
keçirilməsi üçün bir
sıra imzaladığı sərəncamlarını qeyd etmək
zəruridir. Ölkədə iri su anbarları, 4 min kilometrlik
suvarma kanalları, 2,4 min kilometr kollektor-drenaj şəbəkələri
tikilmiş və bərpa olunmuş, 360 min hektar
torpağın su təminatı və digər meliorativ tədbirlər
həyata keçirilmişdir.Azərbaycan Respublikasının Prezidenti "Kənd təsərrüfatına
dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin
təkmilləşdirilməsi haqqında" 19.12.2019-cu il
tarixdə fərman imzalamışdır ki, bu fərmanla da
ölkədə kənd təsərrüfatı məhsulları
istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması
istiqamətində mühüm işlər
görülmüş, kənd təsərrüfatı
istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin
təmin edilməsi, fermerlərə güzəştli şərtlərlə
aqrotexniki xidmətlər istiqamətində mühüm
işlər görülmüş, fermerlərə
güzəştli şərtlərlə aqrotexniki xidmətlər
göstərilməsi, həmçinin heyvandarlığın
cins tərkibinin yaxşılaşdırılması
üçün tədbirlər həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
REGİONDA AZƏRBAYCAN FAKTORU
Əlbəttə, bütün bu
layihələrin həyata keçirilməsi və uğurlu nəticəsi
Prezident İlham Əliyevin cəsarətli, çevik,
uzaqgörən praqmatik siyasət yürütmək
bacarığı və uğurlu qələbə əzmi,
iradə və qətiyyəti ehtiva edən şəxsi keyfiyyətlərinin
təzahürü inikasıdır ki, bu da təkcə
Azərbaycan xalqının bugünü və gələcəyinin
deyil, regionun ümumi inkişafını şərtləndirən
perspektiv plan üzərində qurulmuş siyasətinin nəticəsidir.
Azərbaycan dövlətinin və şəxsən
İlham Əliyevin, liderliyi ilə,
yaşadığımız əsrin əvvəlində regionda
həyata keçirilən regional və beynəlxalq layihələr
və meqalayihələr hazırda və perspektiv planda
böyük bir regionun təhlükəsiz, inteqrativ iqtisadi
inkişafını sürətləndirməklə bərabər
Azərbaycanın beynəlxalq siyasi çəkisini
artırır. Sözsüz ki, dövlətin və
ölkənin iqtisadi gücü, siyasi çəkisi və
nüfuzu yüksəldikcə hərbi qüdrəti də
durmadan inkişaf edərək, həm şəxsi heyətin
fiziki, mənəvi-psixoloji, həm peşəkarlıq səviyyəsi,
həm də ən müasir texniki və hərbi təhcizatı
daim inkişaf edərək ən yüksək həddə
saxlanılır. Bir faktı qeyd etməklə bu sahənin necə
dinamik, çevik və hazırlıqlı olduğuna diqqət
çəkmək olar ki, 2018-ci il ərzində müxtəlif
vaxtlarda iki dəfə hərbi parad keçirilmişdir.
Neft xoşbəxtlikdirmi sualına yenidən
döndükdə, düzgün yürüdülməyən
neft siyasətinin Holland sindromuna və yaxud müasir dünyada
Venesuela nümunəsinə tarix şahidlik edir. Bu gün istər
Afrikada, Asiyada demək olar ki, bütün neft ölkələri
müxtəlif təzyiqlər altında inləyirlər. Azərbaycanda
isə neft kapitalının qeyri-neft sektorunun inkişafına
transmissiyası prosesi çox uğurla həyata keçirilməklə
yanaşı, eyni zamanda paralel olaraq neft kapitalının insan
kapitalına çevrilməsi prosesi də diqqətlə həyata
keçirilir.
AZƏRBAYCAN DÖVLƏTİNİN ƏN
QIYMƏTLİ SƏRVƏTİ ONUN VƏTƏNDAŞIDIR
Həyata keçirilən bir
çox sosial layihələr və bu sahəyə davamlı
dövlət investisiya yatırımları vətəndaşların
sosial şəraitinin yüksəldilməsi, yaşam tərzinin
yaxşılaşdırılması ilə yanaşı, cəmiyyətin
mədəni-intellektual səviyyəsinin daha da
inkişafına hesablanmış konseptual dövlət
siyasətidir.
Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyasının təsdiqlənməsi barədə
2013-cü il 24 oktyabr tarixli Sərəncanı böyük əhəmiyyətə
malikdir. Sərəncamda dövlətimizin inkişaf
konsepsiyasına uyğun olaraq, strategiyamızda davamlı,
dayanıqlı və rəqabət qabiliyyətli
inkişafı təmin edən, insan kapitalının
inkişafına önəm verən, insan resurslarının
yetişdirilməsini və idarəedilməsini gerçəkləşdirən
müasir təhsil sisteminin yaradılması ön plana
çəkilir. Eyni zamanda, bu konseptual sənəddə
ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil
sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri
dəqiq müəyyənləşdirib, təhsil
işçiləri qarşısında yeni, məsul vəzifələr
qoyulub. Prezident İlham Əliyev bu məsələyə
böyük önəm verərək qeyd edir: "Əlbəttə,
qarşımızda duran bütün vəzifələri
gerçəkləşdirməyə nail olmaq
üçün bizə ilk növbədə, peşəkarlar
lazımdır. Bütün sahələrdə peşəkarlar
lazımdır. Hansısa mühüm bir istiqamətə
peşəkar kadr gələn kimi, biz o saat müsbət
dinamika görürük. Müasir dünyada ölkənin
uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən
edir...".Lideri xalqa sevdirən ən vacib və üstün
keyfiyyətlərindən biri şəxsiyyətin insanlar, cəmiyyət
və xalqın qarşısında sözü ilə əməlinin
vəhdətin nümayiş etdirməsidir. Bu
baxımdan xalqın seçdiyi lider bütün digər
xarizmatik keyfiyyətləri ilə bərabər xalq
qarşısında verdiyi söz və
götürdüyü öhdəliklərə sədaqəti
ilə özünün ən yüksək insani keyfiyyət
olan sadiqlik və sədaqət, həqiqət və ədalət
xarakterik xüsusiyyətlərini nümayiş etdirir.
Yeri gəlmişkən Azərbaycanlı
gənclərin xaricdə təhsil alması ilə əlaqədar
gənclərimizlə görüşdə Belarus Prezidenti
Aleksandr Lukaşenko bildirib: "Əgər biz gənclərə
və təhsilə böyük diqqət ayırmasaydıq,
bu, mümkün olmazdı. Mən həmişə deyirəm
ki, İlham Heydər oğlu bizim aramızda ən
ziyalı və savadlı Prezidentdir və o bu məsələyə
böyük diqqət yetirir. Görünür, bu səbəbdən
o, dünyada normal təhsil olan yerlərə Azərbaycan gənclərini
göndərməyə çalışır. Gənclər
də əlbəttə, yeni texnologiyaları buraya, öz vətənlərinə
gətirəcəklər, onlar yüksək bilikli adamlar
olacaqlar. Bu gün bizdə 150 azərbaycanlı tələbə
təhsil alır. Onlar bizim üçün heç bir problem
yaratmırlar. Ağıllı, sakit gənclərdir, normal təhsil
almağa çalışırlar. Bax, bu mütəxəssislər
hər il Azərbaycanın iqtisadiyyatına cəlb edilir və
sanballı nəticə verirlər. Bunlar olmasa, təhsil olmasa
- bilirəm ki, texniki peşə təhsili üzrə də
yeni layihələr vardır - normal əməkdaşlıq
mümkün deyildir".
O, XALQLA HƏMİŞƏ AÇIQ,
SƏMİMİ TƏMAS QURMAĞI BACARIR VƏ BU BİR
ÇOX LİDERİN ƏN BÖYÜK ARZUSUDUR DESƏK
YANILMARIQ
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası İlham Əliyevin
ölkənin gələcək inkşafı məqsədilə
göstərdiyi əsas strateji təşəbbüslərdən
biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması barədə
müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və
29 dekabr 2012-ci ildə isə qəbul olunmuş Fərmanla
konsepsiya təstiq olundu. Konsepsiya 2020-ci ilə qədər
iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı
və ictimai rifahın artırılması üçün tədbirlər
və fəaliyyətlər nəzərdə tutur. BMT-nin Dayanıqlı İnkşaf Məqsədlərinin
tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin
qiymətləndirilməsində İlham Əliyev tərəfindən
təstiqlənmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası uzunmüddətli
milli istəkləri, sərmayəçilər
üçün imkanları və bu məqsədlər
barəsində əsas məsələləri əks etdirən
strategiya kimi təsvir olunmuşdur. Eyni
yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün
hazırlanmış və Xarici Siyasət jurnalında nəşr
olunmuş Məruzədə də qeyd olunmuşdur.
İqtisadi sahədə ixtisaslaşmış “The Business Year”
jurnalı İlham Əliyev tərəfindən təşəbbüs
edilən konsepsiyanı Azərbaycanın milli iqtisadi
maraqlarını qorumaq məqsədilə
hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi.
1993-cü ildə Azərbaycanın xilasına
tələsən Ulu Öndər Müstəqil Azərbaycan
dövlətini qurdu və öz siyasi varisinə əmanət
etdi. 42 yaşlı Prezident İlham Əliyevin seçimi yox
idi. Ulu öndər onu Azərbaycan xalqına
bağışlamışdı, həyatı boyu bu xalqa xidmət
etməkdən başqa seçimi də yox idi və gərgin
əziyyət, zəhmət bahasına- müstəqilliyin
möhkəmlənməsi, dövlətin qüdrətlənməsi
yolunda Azərbaycan dövləti 16 ildə yarım əsr
irəlilədi, indi isə geriyə yol yoxdur...Ulu
öndərin yolunu davam etdirən İlham Əliyev şəxsiyyəti
Azərbaycan tarixində Ulu Öndərdən fərqli olaraq gənc
yaşda həm Azərbaycanın keçən bütün
tarixində dünyada tanınan qüdrətli dövlət
kimi tarixə düşməsinə, həm də Ulu Öndərin
irsinin, ideyalarının və siyasi yolunun uğurla davam
etdirilməsi ilə Heydər Əliyev fenomenal şəxsiyyətinin
adının tarixə qızıl hərflərlə
yazılmasının məsuliyyətini üzərinə
götürdü.
İlham Əliyev rasional düşüncəli
praqmatik baxışlı, optimist və realist siyasətçidir.
Prinsipial, səbrli və qətiyyətlidir. Bəlli
hədəfə atəş açmağın
zamanını dəqiq bilən peşəkardır.Onun həyat
yolu və tarixi missiyası daim Azərbaycan xalqı ilə
sıx bağlı olub və hələ Azərbaycan tarixinə
qızıl hərflərlə uğurlar, nailiyyətlər və
zəfərlər yazdırmaq imkanını Uca Tanrı
artıq müdrik dövlət xadimi İlham Əliyevə nəsib
edib.
YOLUNUZ AÇIQ OLSUN CƏNAB ALİ BAŞ
KOMANDAN!!!
Böyük ingilis siyasətçisi və
dövlət xadimi Uinston Çörçill demişdir:
"Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi
gələcək seçkiləri, dövlət xadimi isə
gələcək nəsilləri düşünərək fəaliyyət
göstərir"."Dünyaya gələn insanlar nə
üçün gəldiyini bilmirlər, çünki onlar
özləri bu dünyaya könüllü olaraq gəlməyiblər,
lakin öz tarixlərini yazmaqda, yol ayrıclarındakı
seçimlərində müstəqildirlər, yoxsa imtahan
omazdı ki... Hər kəs öz portretini yaradıb altına
öz imzasın atır”.“Resurs” Analitik İnformasiya Mərkəzi
İctimai Birliyi adından Cənab Prezidentimizin DOĞUM
GÜNÜ MÜBARƏK OLSUN deyirik, Uca və Qadir Allahdan ona
millətimiz və dövlətimiz adına uzun,
sağlıqlı, xeyirli-bərəkətli ömür
arzulayırıq.
Səs.- 2020.- 24 dekabr.- S.9;10-11.