Dünyanın etiraf etdiyi reallıq
İlham Əliyevin fəaliyyətinə verilən
real qiymətdir
Bu gün Azərbaycan
nəinki milli səviyyədə COVID-19-la mübarizədə
səmərəli tədbirlər
həyata keçirir,
eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə
həmrəyliyin və
əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli
töhfə verir. İlk addım olaraq Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının sədri
İlham Əliyevin təşəbbüsü ilə
aprelin 10-da Türk Şurasının videokonfrans
vasitəsilə fövqəladə
Zirvə görüşü
keçirildi. Qeyd etmək lazımdır ki, Türk Şurası
dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində
koronavirus pandemiyasına
həsr olunmuş Zirvə görüşü
keçirib. Və bunun davamı
olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə
Bakıda Qoşulmama Hərəkatının üzvləri
bir araya gələrək mayın
4-də videokonfrans vasitəsilə
ilk dəfə koronavirusla mübarizəyə
həsr olunan
“COVID-19-a qarşı birlikdəyik”
mövzusunda Zirvə görüşü keçirildi.
Sirr deyil ki, COVİD-19 pandemiyasının
yayılmağa başladığı
vaxtdan bu günə kimi beynəlxalq müstəvidə
bu formatda və miqyasda konfranslar, birgə müzakirələr keçirilməyib.
Bu da əlbəttə
ki, Azərbaycan Prezidentinin təşəbbüsünə
verilən növbəti
qlobal dəstək deməkdir. Çünki Prezident İlham Əliyevin kritik məqamlarda verdiyi çevik və qətiyyətli qərarlar
Azərbaycanı dünyada
fərqləndirir. Bölgədə
yeganə güc sahibi olan Azərbaycan
beynəlxalq aləmdə
güvənilən, etibar
edilən ölkə statusunu artırır, yerini və mövqeyini möhkəmləndirir.
Həmçinin, onu da vuğulamaq
lazımdır ki, bu gün bütün
sahələrdə olduğu
kimi, koronavirusla mübarizə tədbirlərində
də ölkəmiz dünyada özünəməxsus
imic formalaşdırıb.
Bu gün artıq Azərbaycan modeli, unikal təcrübəsi mövcuddur
və bu reallıq dünya tərəfindən qəbul
edilir, bəyənilir.
Həmçinin, reallaşdırılan sosial-iqtisadi dəstək proqramları, genişmiqyaslı
antiböhran tədbirlər
də beynəlxalq qurumlar tərəfindən
yüksək qiymətləndirilir.
Çünki Azərbaycan
artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş
simvoluna çevrilir.
Və bütün dünyanın etiraf etdiyi bu reallıq
Prezident İlham Əliyevin fəaliyyətinə
verilən haqlı və real qiymətdir.
Dövlət başçısı bu görüşün keçirilməsinə
böyük inam və edimadın olduğunu da bildirib: "120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına
sədrlik edəcək.
Bizə göstərilən
böyük inam və etimada görə bir daha minnətdarlığımı
bildirirəm. Sədrliyi öz
üzərimizə götürərkən
mən bəyan etdim ki, Azərbaycan
beynəlxalq arenada üzv ölkələrin
maraqlarının müdafiə
edilməsi üçün
əməli addımlar
atacaq, həmrəyliyin
gücləndirilməsini və
qarşılıqlı dəstəyi
rəhbər tutacaqdır.
Azərbaycan Qoşulmama
Hərəkatında sədrliyinə
dair əhatəli Tədbirlər Planı hazırlamış və
praktiki fəaliyyətə
başlamışdır. Koronavirus
pandemiyası dünyada
vəziyyəti tamamilə
dəyişmiş və
nəticədə yeni
reallıqlar meydana çıxmışdır. Azərbaycan
yeni vəziyyətə
çevik və adekvat reaksiya vermişdir. Azərbaycanın
təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının
koronavirusa qarşı
Təmas Qrupunun Zirvə Görüşü
bunu göstərir".
Prezident İlham Əliyev
Qoşulmama Hərəkatının
videokonfrans Zirvə görüşündə çıxışı
zamanı qlobal həmrəyliyin nümunəsi
kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş
Assambleyasının dövlət
və hökumət başçıları səviyyəsində
videokonfrans vasitəsilə
xüsusi sessiyasının
keçirilməsi təklifi
ilə çıxış
etdi. Məlum olduğu kimi, BMT Baş Assambleyası ildə bir dəfə
sentyabrın üçüncü
həftəsində azı
3 aylıq müddətə
toplanır. BMT Nizamnaməsinə
əsasən, BMT Baş
Assambleyası zəruri
ehtiyac olduğu fövqəladə vəziyyətlərdə
xüsusi sessiyalar keçirə bilər. Azərbaycan Prezidentinin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatının
120 üzv ölkələri
arasında yekdilliklə
razılaşdırılmış və bunun ardınca
hazırda Hərəkatın
sədri olan Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri
adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları
səviyyəsində videokonfrans
vasitəsilə xüsusi
sessiyasının keçirilməsi
təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlamışdır.
BMT-nin Baş
katibi mayın 28-də
BMT Baş Assambleyasının
“Prosedur Qaydaları” adlı sənədinin 9
(a) bəndinə uyğun
olaraq bütün üzv ölkələrə
müraciət edərək
30 gün müddətində,
yəni iyunun 27-dək
edilən təşəbbüsə
dair münasibət bildirilməsini xahiş etmişdir. Azərbaycan Prezidentinin bu təklifindən keçən dövr ərzində rəsmi məlumatlara görə,
130-a qədər ölkə
təşəbbüsə dəstək verib.
Bu isə, Qoşulmama
Hərəkatının sədri
statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının
xüsusi sessiyasının
keçirilməsi barədə
təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən
dəstəklənməsi beynəlxalq
ictimaiyyət tərəfindən ölkəmizə,
eləcə də dövlətimizin başçısına
olan böyük etimadın və hörmətin növbəti
göstəricisidir.
Onu da vurğulamaq istərdim ki, bu təşəbbüsə
qarşı çıxış
edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə
qlobal həmrəyliyin
vacibliyini vurğuladığı
halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı
çıxış etməklə
BMT sistemində və
dünya dövlətləri
arasında özünün
bir daha təcavüzkar mahiyyətini
göstərdi. Eyni zamanda,
onu da xatırlatmaq
istərdim ki, iyunun 18-də Prezident İlham Əliyevin iştirak etdiyi Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans
formatında keçirilən
Sammitində bir daha Ermənistan dövlətinin işğalçılıq
siyasətini qlobal müstəvidə ifşa
etdi. Dövlət başçısı Sammitdə danışıqların
mahiyyət və formatını məhv etməyə çalışan
Ermənistanın baş
nazirinin dediyinin əksi olaraq, "Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır" deməklə
Paşinyana növbəti
dəfə tarix dərsi keçdi.
Ermənistanın baş naziri çıxışında koronavirusla
mübarizə üçün
ehtiyacların ödənilməsi
məqsədilə Avropa
İttifaqından 92 milyon
avro həcmində yardım aldıqlarını
qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb
ki, ölkəmiz pandemiya ilə mübarizə üçün
Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon
dollar könüllü
maliyyə yardımı
ayırmaqla, eyni zamanda, 29 dövlətə
humanitar yardım göstərdiyini və bu işin davam
etdirildiyini bildirdi.
Göründüyü kimi, Ümumdünya
Səhiyyə Təşkilatı
Azərbaycanı koronavirusla
mübarizədə nümunə
ölkə adlandırır,
Azərbaycanın digər
ölkələrə yardımını
təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə,
məqsədli şəkildə
pul dilənir. Zirvə görüşündə Ermənistan
və onun havadarlarının bütün
səylərinə baxmayaraq,
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin
təmsil olunduğu Zirvə görüşündə
Ermənistanın işğalçı
dövlət kimi ifşa edilməsinə nail olundu.
Bir məqamı da
qeyd etmək istərdim ki, BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının
XVIII Zirvə görüşünün
Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və
2019-2022-ci illər üzrə
sədrliyin Azərbaycana
həvalə edilməsi
Azərbaycanın böyük
diplomatik uğurudur. Məhz dövlət başçısının
diplomatik uğurunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyasının
xüsusi sessiyasının
keçirilməsi barədə
təşəbbüsünü 130 ölkənin dəstəkləməsi
dünya dövlətlərinin
Azərbaycana və onun liderinə hörmətinin əyani təsdiqidir. Bu fakt bir
daha təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin
Azərbaycana inam və etimadı artmaqdadır. Postsovet dövlətləri arasında
Azərbaycanın dünya
birliyində belə yüksəkliyə qalxması
və beynəlxalq ictimaiyyətin inamını
qazanması düzgün
müəyyənləşdirilmiş siyasi kursun bariz
nümunəsidir.
Əminliklə vurğulamaq istərdim
ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında
Qoşulmama Hərəkatında
sədrliyi dönəmində
bundan sonra da multilateralizmə, dünya ölkələrinin
ümumi təhdidlər
qarşısında birləşməsinə
və qlobal həmrəyliyin gücləndirilməsinə
yönəlmiş fəaliyyətini davam etdirəcək.
İnanıram ki, Prezident İlham Əliyevin yeni təşəbbüsü
həm amansız
COVİD-19 pandemiyasına qarşı
beynəlxalq mübarizənin
daha səmərəli
şəkildə təşkil
edilməsində, həm
də qlobal miqyasda əməkdaşlıq
və həmrəyliyin
möhkəmləndirilməsində yeni imkanlar yaradacaq.
Və ən qısa zamanda BMT-yə üzv olan dugər ölkələr də bu baqda məlumatlandırılacaq
və sessiya mümkün qədər tez bir zamanda
təşkil olunaraq, baş tutacaqdır.
İSA
HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik
Səs.- 2020.- 1 iyul.- S.7.