145 illik yol: Dünənimizə
baxış, perspektivlərin müəyyənləşdirilməsində
zəngin mənbə
Azərbaycan milli mətbuatının 145 yaşı
tamam olur. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və
maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən
Azərbaycan dilində nəşr olunmağa
başlamış
“Əkinçi” qəzeti milli mətbuatımızın
ilk nümunəsi və həmin dövr Azərbaycanın
ictimai-siyasi həyatının mühüm hadisəsi kimi
tarixə yazılıb. Milli mətbuatın bu
illər ərzindəki tarixi inkişafını əsasən
4 mərhələyə bölmək olar: “Əkinçi” qəzetindən Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr, Cümhuriyyət dövrü, sovet dövrü və müstəqillik dövrü.
Mətbuatımız bütün
dövrlərdə həqiqətin carçısı kimi
çıxış etmiş, milli-mənəvi dəyərlərimizin,
Azərbaycan ədəbi dilinin, azərbaycançılıq
ideologiyasının təbliğinə, maarifçilik hərəkatının
inkişafına davamlı
töhfələr vermişdir. Bu gün böyük fəxr
hissi ilə qeyd edirik ki, ötən
dövlərdə zəngin və şərəfli yol
keçən Azərbaycan mətbuatı hazırda özünün yeni inkişaf mərhələsini
yaşayır.
Yeni dövrün
təməlini müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər
Əliyev qoyub. Mətbuatı cəmiyyətin
güzgüsü kimi dəyərləndirən Ümummilli
Lider söz, fikir
azadlığının prioritetliyini önə çəkərək
KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində
ardıcıl tədbirlər həyata keçirib.
Onun 6 avqust 1998-ci il tarixli Sərəncamı
ilə ölkəmizdə
senzura ləğv olunub. Bununla
da azad mətbuatın inkişafında yeni mərhələnin
əsası qoyulub. Ulu Öndərin mütəmadi
olaraq KİV və jurnalist təşkilatlarının
rəhbərləri ilə görüşü, onların
problemləri ilə yaxından tanış olaraq həlli
istiqamətində addımlar atması media ictimaiyyəti tərəfindən
böyük rəğbətlə qarşılanırdı.
Ümummilli lider Heydər Əliyevin mətbuata
belə dost, səmimi münasibəti
jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi
və Ulu Öndər 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu”
mükafatına layiq görüldü.
Son 16 ildən artıq dövrdə
ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün
istiqamətlərdə uğurla davam etdirən Prezident
İlham Əliyev “Hüquqi dövləti azad mətbuatsız
təsəvvür etmək olmaz” tezisini irəli sürərək
bu istiqamətdə davamlı
addimları ilə diqqət çəkir. Ölkəmizin
artan iqtisadi qüdrəti azad mətbuatın inkişafına
xidmət edən tədbirlərin həyata keçirilməsinə,
Dövlət proqramlarının icrasına, jurnalistlərin
sosial müdafiəsinin gücləndirilməsinə geniş
imkanlar yaradır. Belə ki, cənab İlham
Əliyevin 31 iyul 2008-ci ildə imzaladığı Sərəncamla
“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edildi, 3 aprel 2009-cu il tarixli Fərmanı
ilə Azərbaycan
Republikasının Prezidenti yanında KİV-lərə Dövlət
Dəstəyi Fondu yaradıldı. Hər iki sənəd azad mətbuatın
inkişafına geniş imkanlar
yaratmaqla jurnalist peşəkarlığını
artırmaq, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək
və sair kimi məqrsədlərə xidmət edir. 2005-ci ildən jurnalistlərə fəxri
adların verilməsi ənənəsinin
qoyulması, milli mətbuatımızın
yubileylərinin dövlət səviyyəsində keçirilməsi, jurnalistlərin
mənzil-məişət şəraitlərinin
yaxşılaşdırılması ilə bağlı sərəncamların
imzalanması azad mətbuatın inkişafının
prioritetliyini təsdiqləyən addımlardandır.
Bu məqamı da xüsusi qeyd etməliyik ki,
2003-cü ilin mayında mətbuata nəzarət
funksiyasını tənzimləyən Mətbuat
Şurasının yaradılması da azad sözün, fikrin
qorunmasına və imkişafına xidmət edir. Atılan bu
kimi addımlar ümumilikdə jurnalistlərin peşəkarlığını
şərtləndirir. Dövlətimizin
başçısı İlham Əliyev 22 iyul 2010-cu ildə Mətbuat Şurasının yeni
binasının açılışında bildirmişdir
ki, jurnalistlər çox məsuliyyətli
olmalıdırlar. Burada qərəzsiz
mövqe çox vacibdir: «Mən media sahəsində gələcək inkişafı
müstəqil, sözün əsl
mənasında, müstəqil medianın gücləndirilməsində
görürəm.»
Cənab İlham Əliyev hər addımında
mətbuatın hamisi olduğunu nümayiş etdirir. Dövlətimizin
başçısının 2010-cu ildə “Mətbuat işçilərinin
sosial müdafiəsinin gücləndirilməsi haqqinda” Sərəncamı
dünyada analoqu olmayan addım kimi dəyərləndirildi. Bu
yeni addım jurnalistlərin sevincini artırdı, onlara
xoş ovqat bəxş etdi. Bu məqsədlə
ilk Sərəncam 2010-cu ildə imzalanaraq birinci bina 2013-cü
ildə Milli Mətbuat Günündə jurnalistlərin
istıfadəsinə verildi. Növbəti sərəncamlar
2013 və 2017-ci illərdə imzalandı. 2017-ci ildə ikinci
bina istifadəyə verildi, ücüncü binanın istifadəsi isə cari il
üçün nəzərdə tutulub. Dövlətimizin
başçısı İlham Əliyev jurnalistlər
üçün tikilmiş ikinci binada Milli Mətbuat
Günü münasibətilə mənzillərin
paylanması mərasimində bildirmişdir: «Prezident kimi mən azad medianın
inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm.
Jurnalistlərin məişət problemlərinin həlli
üçün də bundan sonra da biz öz
addımlarımızı atacağıq. Çünki mən
yaxşı başa düşürəm ki, jurnalist biznesmen,
iş adamı deyil. Jurnalistika ilə məşğul olan
insan üçün mənzil almaq o qədər də asan məsələ
deyil və dövlət burada həmişə sizin
yanınızdadır. Azərbaycan dövləti güclü
dövlətdir, sosial dövlətdir.»
Ölkəmizin iqtisadi qüdrəti
artdıqca, maliyyə imkanları genişləndikcə, bu,
özünü digər sahələr kimi, mətbuatın da
inkişafına yönələn addımlarda göstərir. Media ictimaiyyəti
dövlətimizin bu diqqət və qayğısını
yüksək dəyərləndirir. Belə ki, cənab
İlham Əliyev son 16 ildən artıq dövrdə 3 dəfə
“Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
Cənab İlham Əliyev ilk «Jurnalistlərin dostu»
mükafatının təqdimatında «Bu gün mənim həyatımda
çox əlamətdar bir gündür. Mən
bu yüksək mükafata layiq görülmüşəm.
İstəyirəm ki, bu kürsüdən bu mükafatı mənə
verən, məni bu mükafata layiq görən bütün
insanları salamlayım, onlara dərin minnətdarlığımı
bildirim və sizi əmin edim ki, bundan sonra da mən öz fəaliyyətimdə
çalışacağam ki, Azərbaycanda azad mətbuatın,
müstəqil mətbuatın inkişafı üçün
səylərimi davam etdirəm, Azərbaycanda bütün
demokratik islahatların aparılmasında daha da fəal olam və
beləliklə, biz ölkəmizin hərtərəfli
inkişafını təmin edə bilək» söyləyərək
dövlət başçısının bu vədi növbəti illərdə
atdığı davamlı
addımlarda öz aydın ifadəsini tapdı.
Bu gün dünyanı cənginə
alan COVID-19-a qarşı
mübarizə tədbirlərinin
ölkəmizdə daha da
gücləndirildiyi, sərt karantin rejiminin tətbiq
edildiyi bir zamanda dövlətimizin başçısı
İlham Əliyevin 30 iyun 2020-ci il tarixli “Azərbaycan milli mətbuatının
145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bir daha azad mətbuatın inkişafına
verilən önəmi açıqladı. Sərəncamda
Prezident Administrasiyasına
COVID-19 pandemiyası ilə
əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri
və Nazirlər Kabineti
yanında Operativ Qərargahın tövsiyələri nəzərə
alınmaqla yubiley tədbirlərinin
keçirilməsini təmin etmək
tapşırılıb. Həmçinin
Prezident Administrasiyası jurnalist təşkilatlarının və redaksiyaların təklifləri
əsasında Azərbaycan milli
mətbuatının inkişafında xüsusi xidmətləri
olan jurnalistlərin mükafatlandırılması haqqında
təklifləri Azərbaycan
Prezidentinə təqdim etməlidir.
Dövlətimizin
başçısısının bu mühüm
addımı jurnalist əməyinə verilən yüksək
dəyərə bir daha işıq salır. Cənab
İlham Əliyevin pandemiyaya qarşı mübarizənin ilk
günlərindən “Biz birlikdə güclüyük!”
çağırışı bütün ölkə vətəndaşlarını
səfərbər etdi, insanların
sağlamlıqlarının, Azərbaycanın davamlı
inkişafının təmin edilməsi istiqamətində
ciddi səylər göstərməyi bir tələbə
çevirdi. Hər zaman olduğu kimi, bu gün də Azərbaycan
mətbuatı öz vəzifə borcunu, missiyasını
layiqincə yerinə yetirməyə çalışır.
Dövlətimizin başçısı İlham Əliyevin,
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın
xalqımıza müraciətlərində əksini tapan
fikirlər mətbuatın maarifləndirmə işinin
gücləndirilməsi istiqamətində göstərdiyi səylərdə
öz ifadəsini tapır.
Mehriban xanım Əliyevanın
xalqımıza müraciətində
vurgulandığı kimi, bu gün koronavirus epidemiyası ilə
mübarizədə ön cəbhədə olanlara ən
gözəl minnətdarlıq özünütəcrid rejiminə
riayət etməkdir. Cənab İlham Əliyevin ilk gündən
özünütəcridi mübarizədə qələbənin
əsası kimi önə çəkməsi beynəlxalq səviyyədə
də təqdir olundu və əksər dövlətlər
ölkəmizin təcrübəsindən istifadə etdilər.
Hər bir məsələnin həllində
maarifləndirmə işinin lazımi səviyyədə
qurulmasının əhəmiyyətini nəzərə alsaq,
yazılı və elektron KİV-in üzərinə
düşən məsuliyyətin nə dərəcədə
böyük olduğunu görərik. Pandemiyaya
qarşı mübarizə tədbirləri ilə
bağlı maarifləndirici
yazılar, verilişlər son dövrün əsas
mövzularıdır. Çağırışımız
belədir: Evdə qalaq,
doğmalarımızı qoruyaq, həkimlərə dəstək
olaq, dövlətimizin davamlı inkişafını
düşünək!
Bu kimi məqamlar bir daha belə
bir reallığı ortaya qoyur ki, mətbuat hər bir
dövrün çağırışlarını lazımi
səviyyədə cavablandırmalı, cəmiyyətin
informasiya tələbatını hec bir qərəzə, təhrifə
yol vermədən ödəməli, ən əsası
qarşısında dayanan obyektivlik, milli şüur və
vətənpərvərlik kimi prinsiplərə dönmədən əməl etməlidir. Dövlətimizin başçısı İlham
Əliyevin mətbuatın 145 illiyi ilə bağlı Sərəncamında
da bu vacib məqamlara xüsusi diqqət yönəldilib:
Ökəmizdə müstəqil, güclü, fəaliyyətini
günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, dövlətçilik
ənənələrinə bağlı və
xalqımızın milli
maaqlarını rəhbər tutan medianın
inkişafı prioritet vəzifələrdən biri kimi daim
diqqət mərkəzində saxlanılır. Bununla
yanaşı, KİV də ölkəmizdə həyata
keçirilən köklü islahatlardan kənarda
qalmamalı, kommunikasiya texnologiyalarının inkişaf etdiyi
hazırkı dövrdə
qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət
prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin
obyektiv və peşəkar şəkildə məlumatlandırılması
sahəsində öz səylərini daha da
artırmalıdır. Modernləşmə,
obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş şəkildə
tətbiqi, aparıcı trendlərin izlənilməsi
medianın inkişafını şərtləndirən
başlıca amillər olmalıdır.
Təbii ki, bu tələblər mətbuatın
inkişafına diqqət və qayğıdan irəli gəlir.
Məhz atılan addımların nəticəsidir
ki, Azərbaycan mətbu orqanların sayına görə MDB məkanında
liderliyini qoruyur. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir.
İnternetin azad olduğu, heç bir məhdudiyyətin
olmadığı ölkədə azad mətbuatın
inkişafı qaçılmazdır. Demokratik, hüquqi
və sivil dövlət quruculuğu yolunu tutan Azərbaycan bu yönümdə
atdığı davamlı addımları ilə hər zaman
demokratik ölkə imicinə yeni-yeni əlavələr edir. Mətbuatımız müasir dövrün
yaratdığı imkanlardan istifadə edərək yeganə
problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılması işinə töhfələrini
daha da artıraraq, dövlətimizin qətiyyətli
mövqeyi, xalqımızın iradəsi, beynəlxalq dəstəyin
fonunda qələbə sevincimizin müjdəçisi
olacağına əmindir. O gün uzaqda deyil.
Xatirə Əliyev
Səs.-
2020.- 8 iyul.- S.7.