Dövlət vətəndaşının sağlamlığını hər şeydən üstün tutur

 

 

Bu aksiomadır. Bunu dəfələrlə qeyd etmişik dövlət başçısı da çıxışlarında dəfələrlə vurğulayıb ki, dünyada öz vətəndaşına bu qədər qayğı diqqət göstərən ikinci ölkə yoxdur. Ölkə başçısının bu sözləri Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur, bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, son aylar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.Bütün dünya, həmçinin xalqımız görür ki, pandemiya başlayandan indiyə qədər məhz ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının realllığıdır.

 

Azərbaycan "Biz birlikdə güclüyük" şüarı ilə görünməmiş nümunə ortaya qoyur

Bəli, dövlət başçısı hər an öz xalqının yanında olduğunu sübuta yetirməkdədir. Dövlətin siyasəti onu göstərir ki, insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Təbii ki, cəmiyyət Prezidentin bu qayğısını görür, anlayır başa düşür. Dünya ölkələrinin koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərdən əziyyət çəkdikləri bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, insanların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusilə genişmiqyaslı sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır. Dövlət başçımızın tapşırıqları ilə həyata keçirilən bu tədbirlər ölkə vətəndaşları təoəfindən böyük razılıqla qarşılanılır. "Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır", "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikirlərinin təsdiqi bütün bunların əməli işlərlə tamamlandığının sübutudur.Cənab İlham Əliyev güc mənbəyi olan öz xalqının hər bir nümayəndəsinin prezidenti olduğunu 17 ildir ki, hər gün, hər saat öz əməli fəaliyyəti, düşünülmüş daxili xarici siyasəti, konkret əməli addımları ilə sübut edir. Dövlət başçımıza ünvanlanan çoxsaylı təşəkkür məktublarında pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə, mikro sahibkarlara, təxminən 600 min nəfərə dövlət tərəfindən ciddi maliyyə dəstəyinin göstərilməsi, dövlət sektorunda çaləşan bir milyona yaxın işçinin mütləq əksəriyyətinin işləmədikləri halda, əmək haqqının ödənilməsi, ilkin olaraq 200 min nəfərin hər birinə aprel may ayları müdədtində 190 manat ödənişin verilməsi, ünvanlı sosial yardımların verilməsi, kommunal kredit güzəştlərinin həyata keçirilməsi digər məsələrin həlli insanlarda yüksək razılıq hissi yaratdı.Dövlət başçısı bütün görüşlərdə aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bildirir. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılşında çıxışı zamanı dövlət başçısı bildirib: "Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir. Bizdə bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik.Onu da vurğulayaq ki, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi öz metodları mövcud oldu. Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Azərbaycanda da koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi qısa müddətdə həyata keçirildi. Bu baxımdan, Azərbaycan dövlət başçısının uğurlarını Ümumdünya Səhiyyə Təşkilatı da yüksək qiymətləndirir. ÜST baş direktoru Tedros Adhan Gebreyesus da Prezident Əliyevin rəhbərliyi ilə görülən işləri yüksək qiymətləndirdiyini bəyan edib pandemiyaya qarşı görülən tədbirlərlə əlaqədar Azərbaycanın nümunəvi ölkə kimi qəbul edildiyini vurğulayıb.

Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir

Bu faktın təsdiqi 130 ölkədən çox dövlətlərin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəkləməsidir. Çünki Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı real qiymətdir. Belə ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü zamanın həmrəylik çağırışı olmaqla yanaşı, həm ilk növbədə dövlət başçısının dünyada böyük nüfuza malik lider olmasının göstəricisidir. Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə təşkilata sədrliyi öz üzərinə götürən zaman Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini qarşılıqlı dəstəyi rəhbər tutacaq. Bu gün qrurverici haldır ki, dövlətimizin başçısının bu təklifi yekdilliklə qəbul edildi artıq 130-a qədər ölkə təşəbbüsə dəstək verdiyi barədə Baş katibin ofisini məlumatlandırıb. Bu ölkəmizin dünya birliyində artan nüfuzunun göstəricisi olmaqla yanaşı, həmçinin çox mühüm hadisədir. Bu fakt bir daha təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycana inam etimadı artmaqdadır. Bu, həmçinin dövlətləri millətləri birləşdirən siyasət oldu. Bu siyasət Azərbaycan tərəfindən təqdim olundu. Azərbaycanın gördüyü işlər təkcə bu gün yox, gələcəkdə öyrəniləcək.Çünki Azərbaycan hər zaman qlobal problemlərin həllində körpü rolunu oyanyıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq Bakı beynəlxalq humanitar digər qlobal problemlərin həlli məsələsində bir dialoq mərkəzinə çevrilib. O baxımdan Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər xalqlar arasında əlaqələr qurub, körpü yaratması indiyədək yürüdülən siyasətin məntiqi nəticəsi kimi dəyərləndirmək lazımdır. Prezident İlham Əliyev bir daha beynəlxalq aləmə sübut etdi ki, Azərbaycan dövləti ərazicə kiçik, əhalisinin sayına görə az olsa da, sözün əsl mənasında güclü dövlət böyük xalqdır.Bir sözlə, hamılıqla həmrəylik nümayiş etdirərək, dövlət başçımız İlham Əliyevin yürütdüyü siyasətə dəstək olmaqla bir daha "Biz birlikdə güclüyük!" şüarının sadəcə sözdə deyil əməlimizlə bu virusa qarşı irəli sürülən qaydalara məsuliyyətlə əməl edək!

 

İSA HƏBİBBƏYLİ

AMEA-nın vitse-prezidenti, millət vəkili

Səs.- 2020.- 8 iyul.- S.10