Gürcüstandakı erməni kilsəsinin yeni iddiası
Qeyd etmək lazımdır
ki Gürcüstandakı
Erməni Apostol Kilsəsinin Tiflisdəki erməni millətçiləri,
Korxi kəndindəki kilsəni rəsmi olaraq iddia etdikləri
442 Gürcüstan kilsəsinin
siyahısına daxil etmiş və ermənilərə aid olduğunu iddia etmişlər.
Bu kilsə
Axalkələk bələdiyyəsinin
kilsələri arasında
sayca 33-cüdür. 1830-cu illərdəki
Korxi və Surb Stepanos (Surb Qriqor Lusavoriç ) 1884-1890-cı illərdə
bərpa olunmuşdur
– bu məlumat rəsmi Ermənistanın
iddiasına əsaslanır.
Lakin bu məlumat tamamilə yalandır. Çünki Korxi kilsəsi orta əsrlərdə tikilmiş bir gürcü kilsəsidir ki o zamanda da
Samtsxe-Cavaxetiyada heç
bir erməni yox idi.
1830-cu ildə
kilsə ermənilər
tərəfindən tutulmuşdur.
1884-1890-cu illərdə ermənilər
tərəfindən ələ
keçirilən gürcü
kilsələrində təmir
işləri aparılmış,
kilsələrin gürcülərə
mənsub olduğunu isbat edən dəlillər məhv edilmiş, yerinə isə erməni yazısı olan saxta daşlar
qoyulmuşdur.
Buna baxmayaraq,
Gürcüstanın Mədəni
İrsinin Qorunması
üzrə Milli Agentliyinin mütəxəssisləri
kilsəni araşdırmağa
başladıqları zaman
dərhal Korxi kəndindəki kilsənin
gürcülərə aid
olduğunu təsbit etmişlər. Ermənilər
isə onu erməni adlandıraraq yerinə guya ermənilərə aid olduğunu sübut edən saxta daşlar qoymuşlar. Bu isə XIX əsrin sonunda, ermənilər tərəfindən
Gürcüstan kilsələrinin
kütləvi şəklidə
mənimsənilməsi dövründə
baş vermişdir. Kilsənin təməlinin
və divarlarının
gürcülərə mənsub
olmasını istənilən
mütəxəssis sübut
edə bilər. Bundan əlavə,
1890-cı ildəki təmiri
dövründə vəhşicəsinə
dağıdılmış məbəd kompleksinin məzar daşlarını
ermənilər mənimsəmişlər.
Kilsənin bu cür vəhşicəsinə məhv
edilməsinin qarşısını
almaq üçün
Gürcüstanın Mədəni
İrsinin Qorunması
üzrə Milli Agentlik, Axalkələk bələdiyyəsinin Korxi
kəndində yerləşən
Müqəddəs Stefan
kilsəsinin dağıdılmasının
qarşısını almaq
üçün kilsəni öz himayəsi altına aldı. Kilsənin himayə altına alınması 2017-ci il iyunun 30-da Mədəniyyət
abidələrinin müdafiəsi
üzrə Milli Agentliyin direktoru Nikoloz Antidzenin tapşırığı ilə
yerinə yetirildi.
Müqəddəs Stefan kilsəsi kəndin şimal-şərq
hissəsində yerləşir.
XIX əsrin sonunda tikilmişdir. Daha əvvəllər kilsənin
şərq tərəfində
yerləşən zəng
qülləsinin yeri dəyişdirilmişdir.
Şərqə tərəf olan divarların yaxınlığında
orta əsrlərin təsvirləri olan qəbir daşları tikilmişdir. Kilsənin cənub-qərb küncündə
guya kilsənin ermənilərə aid olmasına dair saxta yazı qeyd olunmuşdur. Kilsə haqqında olan bu məlumatlar
Gürcüstanın Mədəni
İrs Agentliyinin saytında qeyd olunmuşdur. Kilsədəki
saxta erməni yazısı guya
1890-cı ilə əsaslanır
və beləliklə
də ermənilər
kilsəni sıfırdan
qurduqlarını iddia
etməyə çalışaraq
qədim gürcü kilsəsini tutmadıqlarını
iddia edirlər. Lakin ermənilər, kilsəni
mənimsəmə cəhdlərinə
baxmayaraq Gürcüstanın
Mədəni İrs Agentliyinin mütəxəssislərini
aldatmağı bacarmadılar.
Çünki mütəxəssislər
dərhal kilsənin təməlinin orta əsrlərə aid olduğunu, əvvəllər
bu yerdə yaşayan qədim gürcü kilsəsinin tikinti elementlərinin ermənilər
tərəfindən qəsdən
məhv edildiyini artıq qeyd etmişlər. Korxi kəndindəki gürcü
kilsəsinin erməni
mənşəli olmasını
isbat etməyin mümkün olmadığını
başa düşdükləri
üçün erməni
vandalları kilsənin
fundamentinə qədər
bərpa adı altında Gürcüstana
aid olan bütün izləri məhv etmişlər.
Əslində Gürcüstan hakimiyyətinin
Gürcüstan ərazisindəki
erməni qəsəbələrində
yerləşən bütün
gürcü məbədlərini
qoruması heç də gec deyil.
Əgər bu istiqamətdə müvafiq
tədbirlər görülməsə
onda gürcü mədəniyyətinin qiymətli
abidələri eləcə
də gürcü xalqının məbədləri,
Korxi kəndində olduğu kimi ermənilərin tərəfindən
vəhşicəsinə məhv
ediləcək. Ermənilərin
isə iddia etdikləri gürcü kilsələri hər an dağılma təhlükəsi ilə
qarşı-qarşıyadır. XIX-XX əsrlərdə Gürcüstanda Qriqorian kilsəsinin fəaliyyətinin
əsas istiqamətlərindən
biri gürcü kilsələrində və
monastırlarında köhnə
Lapid yazılarının
və gürcü nişanlarının məhv
edilməsi idi ki, bu da
ermənilərə gürcü
kilsələrini və
digər mədəniyyət
abidələrini mənimsəməyə
imkan verirdi. Tbilisidə, Samtsxe-Cavaxetidə,
Kvemo-Kartlidə, Samaçabloda
və Gürcüstanın
digər rayonlarında
bir çox məbədlər olmuşdur.
Hətta ərəblərin
hakimiyyəti dövründə
belə ermənilərin
Gürcüstanı xilas
etməsinə dair hər hansı bir hadisə baş verməmişdir. Onlar dəmir çubuqlarla məbədləri
dağıdaraq simvolları
məhv etmişlər.
Samtsxe-Cavaxetiyada səfərdə olan məşhur tarixçi Georgi Boçoridze Yakov Balaxaşvilidən öyrənmişdi
ki, erməni məktəbinin divarlarında
Skaltbila kəndinə
Fetobendən gətirilmiş
çarın və kraliçanın rəsmləri
olmaqla yanaşı daş üstündə yazıları da yazılmışdır. Alim,
məktəb rəhbərləri
olan E. Simonyan və pedaqoq A. Abramyanla görüşərək
onlara səfərlərinin
səbəblərini izah
etməsinə baxmayaraq
soyuq bir şəkildə rədd cavabı almışdır.
Samtsxe-Cavaxeti ermənilərinin
gürcü tarixi abidələrinə olan mənfi münasibəti -
bütün gürcü
nişanlarını silmələri
və məhv etmələri, sonra da bu abidələri
mənimsəmələrinə dair məqamları Q. Boçoridzenin xatirələrindən
aydın şəkildə
görünür.
1990-cı ilin yayında Marneuli rayonunun Axkerpi kəndində Lançava
şəhərinin rəhbərliyi
altında gürcü
polisinin batalyonu durmuşdu. Q. Lançava səhər bel çantası ilə hansısa kişinin kəndin yanında yerləşən köhnə
gürcü bazilikasına
getməsinə və
axşama qədər
orada qalmasına dair məlumat almışdı. Q. Lançava
maraqlanaraq oraya getdi. Bu zaman
orada qazılmış
bazilikanın bünövrəsini
gördü. Bir erməni isə xəndəkdə dayanaraq
bu daşın üzərinə erməni
yazısını həkk
etdirirdi. Yaşlı bir gürcü qadını Lançavaya
şikayətlənərək bunun birinci hal
olmadığını qeyd
etdi. Belə ki bura gələn
ermənilər tez-tez
qədim gürcü kilsələrinin daşlarında
erməni yazılarını
yazırlar.
1987-ci ildə ermənilər gürcü
məbədinə - Xucabi
monastırına iddia
qaldırmışdılar. Guya bu ərazidə
qədim zamanlardan bəri ermənilər yaşamışlar və
bu kilsə ermənilərə məxsusdur.
Ayrılmış xüsusi komissiya,
Gürcüstan və
Ermənistanda aşkar
edilmiş sənədlər
əsasında təsdiq
etdi ki, abidə Tamara dövründə tikilmişdir
və Gürcüstan
sərhədinin hüdudlarında
yerləşir. 1918-ci ilin
dekabrında ermənilər
ingilislərlə Loru
tərəfini tutduqdan
sonra Ermənistanın sərhədləri
Xucabet monastrına çox yaxın idi. 1935-ci ildə ermənilər Xucabini vəhşicəsinə talan
edərək oradakı
rahibləri monastrdan qovdular. Məşhur Xucabi monastırının,
həqiqətən də,
gürcülərə aid
olmasına dair mətbuatda həqiqəti
əks etdirən çoxlu sayda məqalələr dərc
olunmuşdur, lakin ermənilər isə bunu da mənimsəmişlər.
Bu faktı onlar 1986-1988-ci illərdə
İrəvanda erməni
dilində dərc edilmiş “Ermənistanın
toponimlərinin və
onun sərhədyanı
ərazilərinin lüğəti”ndə
qeydə almışlar.
Vahid Ömərov
Səs.- 2020.- 8 iyul.-
S.15.