Dağlıq Qarabağ həqiqətləri:
bu günkü işğalın tarixi kökləri
“Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisinin 20 faizinin
işğalını davam etdirir. Dağlıq Qarabağ və
Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın
işğalı altındadır. Ermənistanın etnik təmizləmə
siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkünə
çevrilmişdür”. Bu sözləri Azərbaycan Prezidenti
İlham Əliyev 2020-ci il iyunun 18-də Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans formatında keçirilən
Sammitində söyləyib.
BMT Təhlükəsizlik Şurasının 4
qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın
işğal edilmiş bütün ərazilərindən
qeyd-şərtsiz və tam çıxarılmasını tələb
etdiyini deyən dövlətimizin başçısı
bildirib: “Ermənistan bu qətnamələrə,
habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa
Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən
qəbul edilmiş müvafiq sənədlərə əməl
etmək əvəzinə işğal olunmuş ərazilərdə
qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir.
Danışıqların mahiyyət və formatını məhv
etməyə çalışan Ermənistanın baş
nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan
deyil, Dağlıq Qarabağ Azərbaycandır və
bütün dünya bunu belə tanıyır. Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmalıdır”.
Prezident İlham Əliyev vurğulayıb ki,
Dağlıq Qarabağ Azərbaycandır: "Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı cənab Prezident dediyi kimi, biz məsələni
müzakirə etdik. Bu məsələnin həlli yolları
imzalanmış Birgə Bəyannamədə də göstərilir.
Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin
ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin
toxunulmazlığına hörmətlə yanaşır və
bunu dəstəkləyir. Eyni zamanda Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin məhz bu
prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və
ATƏT tərəfindən qəbul edilmiş qətnamə və
qərarların əsasında həll olunması göstərilir.
Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq
hüquqa əsaslanmış mövqedir və bu mövqeyə
görə biz İtaliya tərəfinə minnətdarıq.
O ki qaldı, məsələnin konkret həlli ilə
bağlı addımlara, Ermənistan tərəfindən
çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli
bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə
demişdi ki, Dağlıq Qarabağ Ermənistandır.
Ondan sonra demişdir ki, Dağlıq Qarabağ
müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks
etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix,
beynəlxalq hüququn norma və prinsipləri göstərir.
Azərbaycanın ərazi bütövlüyü, o cümlədən
Dağlıq Qarabağ daxil olmaq şərtilə
bütün dünya tərəfindən tanınır və
qəbul edilir. Ona görə münaqişənin həlli
yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında,
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır".
Prezident İlham Əliyev növbəti
dəfə mühüm beynəlxalq platformada Ermənistanın
işğalçılıq siyasətini ifşa etdi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilən sosial-iqtisadi siyasətin strateji məqsədləri
sərbəst bazar münasibətlərinə və
özünü inkişaf qabiliyyətinə malik olan
sosialyönümlü, diversifikasiya olunmuş milli
iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat
sisteminə inteqrasiyanın təmin olunmasıdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan
bu siyasətin həyata keçirilməsi nəticəsində
qazanılmış uğurlar daha da möhkəmləndirilmiş,
bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış,
iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin,
regionların inkişafı sürətlənmiş, strateji
valyuta ehtiyatlarının səmərəli istifadəsi
təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin
etibarlılığı artırılmış, konservativ
xarici borclanma strategiyası həyata keçirilmiş,
sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş,
əhalinin sosial rifahı davamlı olaraq
yaxşılaşmışdır.
Xalqımıza qarşı erməni təcavüzkarlığı
və silahlı münaqişənin əsası XIX əsrin əvvəllərində
qoyulmuşdur. Belə ki, XVII əsrin sonu - XVIII əsrin
əvvəllərində çar Rusiyasının Osmanlı
dövlətinin torpaqlarını bölüşdürmək,
Aralıq dənizinə çıxış əldə etmək
məqsədilə Türkiyə və İranla
apardığı amansız müharibələrin nəticəsi
olaraq, Rusiya və İran arasında bağlanmış
1813-cü il "Gülüstan" və
1828-ci il "Türkmənçay" müqavilələri
ilə Azərbaycan xalqına qarşı tarixi ədalətsizlik
rəsmiləşdirilmiş, Azərbaycan torpaqları bu iki
dövlət arasında bölüşdürülmüş
və həmin Türkmənçay müqaviləsi ilə
hazırda da davam edən geosiyasi oyunların və faciələrin
əsası qoyulmuşdur.
Türkmənçay müqaviləsi
nəticəsində Azərbaycan İran və Rusiya
arasında yenidən bölüşdürüldü.
Gülüstandakı bölüşdürülməyə əlavə
olaraq Azərbaycanın İrəvan və Naxçıvan
xanlıqları da Rusiya imperiyasına qatıldı.
Araz çayının hər iki tərəfində
daşınmaz əmlakı olan şəxslərə əmlaklarını
3 il ərzində satmaq, yaxud dəyişmək göstərişi
verilmişdi. Lakin rus imperatoru İrəvan
xanlığının sərdarı (baş komandanı)
olmuş Hüseyn Xanı, onun qardaşı Həsən
Xanı və Naxçıvan xanlığının
başçısı olmuş Kərim Xanı bu imkanlardan məhrum
etmişdi.
Türkmənçay müqaviləsinin şərtlərinə
görə müharibədə Rusiya imperiyasına dəyən
ziyanı İran tərəfi iyirmi milyon manat gümüş
pul ilə ödəməyi öhdəsinə
götürmüşdü.
Şərtlərə görə
ikinci müharibə başlanmazdan qabaq, yaxud müharibə
zamanı məcburiyyət qarşısında Çiəri
çayı, Urmiya gölü, Cakatu çayı və
Qızılüzən çayı xətti boyu ilə Araz
çayı arasında yerləşən əraziləri tərk
edən azərbaycanlılara geri, öz ocaqlarına dönmələrinə
İran tərəfi icazə vermirdi. Ruslar isə öz
növbəsində azərbaycanlıların Qarabağ,
Naxçıvan və qismən İrəvan xanlıqları ərazilərinə,
öz el-obalarına geri dönmələrinə imkan vermirdilər.
Türmənçay müqaviləsi nəticəsində
Azərbaycan tam surətdə parçalanmışdı.
Rusiya–İran müharibəsi dövründə milyonlarla azərbaycanlı
öz el-obasını tərk etmişdi.
Həqiqi mülki müşavir
Mogilevski və polkovnik Yermolov tərəfindən tərtib
olunmuş Qarabağın 1823-cü ilə dair kameral
siyahısında Hüseyn bəy və Şıxəli
Ağa ilə birlikdə təkcə Cəbrayıl ərazisində
139 azərbaycanlı ailəsinin doğma yurdlarından didərgin
düşməsi bildirilir. General-mayor Kotlyarovskinin general
Rtişevə ünvanladığı 30 sentyabr 1812-ci il
tarixli raportundan məlum olur ki, birinci Rus–İran müharibəsi
dövründə təkcə Qarabağ xanlığında
4.845 azərbaycanlı ailəsi məcburiyyət
qarşısında öz isti ocaqlarını tərk
etmişdir.
Ruslar Cənubi Qafqaz və Azərbaycanın
şimal ərazilərini işğalı prosesində müsəlman
əhalisi arasında xristianlığı yaymaqdan ötrü
missioner xristian cəmiyyətləri yaradırdılar. Rus
imperiyasının müstəmləkə siyasətinin əsasını
isə köçürülmə prosesləri təşkil
edirdi. Gülüstan müqaviləsi imzalandıqdan sonra
imperiya Azərbaycan ərazisinə ermənilərin kütləvi
surətdə köçürülməsi prosesinə
başlamışdır. Lakin Türmənçay
müqaviləsinin imzalanmasından sonra ermənilərin Azərbaycan
ərazisinə köçürülməsi kütləvi
xarakter aldı. Onlar erməniləri ən çox Qaradağ,
Naxçıvan və İrəvan xanlıqlarına
köçürürdülər, çünki bu ərazilər
Cənubi Qafqazı əldə saxlamaqdan və Osmanlı
imperiyasına qarşı plasdarm yaratmaqdan ötrü
mühüm əhəmiyyətə malik idi. Ermənilərin
bu ərazilərə köçürülmələri rusların
qədim Azərbaycan torpaqlarında erməni dövləti
yaratmaq arzusunu reallaşdırırdı.
Məsələn, Quberniya katibi Zolotnitski tərəfindən
tərtib olunmuş Naxçıvan əyalətinin 1831-ci ilə
dair kameral siyahısında Naxçıvan şəhərinə
110 nəfərdən ibarət 265 erməni ailəsinin
köçürülməsi;
Günnüt kəndinə 513 nəfərdən
ibarət 96 erməni ailəsinin köçürülməsi;
Arazın kəndinə 188 nəfərdən
ibarət 39 erməni ailəsinin köçürülməsi;
Nuraşin kəndinə 60 nəfərdən
ibarət 12 erməni ailəsinin köçürülməsi;
Qazançı kəndinə 104 nəfərdən
ibarət 23 erməni ailəsinin köçürülməsi;
Qaraxanbəyli kəndinə 440 nəfərdən
ibarət 101 erməni ailəsinin köçürülməsi
faktları öz əksini tapmışdır.
Yuxarıda göstərilən faktlar rus
imperiyasının təşkil etdiyi köçürülmə
prosesini çox cuzi bir hissəsini təşkil edir. Rus imperiyasına qatılmış İrəvan və
Naxçıvan xanlıqlarının bütün sənədləşmələrdə
erməni vilayəti kimi adlandırılması haqda 21 mart
1828-ci ildə göstərişin verilməsi və arxiv sənədlərində
öz əksini tapmış köçürülmə
faktları imperiyanın qədim Azərbaycan
torpaqlarında erməni dövləti yaratmaq istəyinə və
ermənilərin Azərbaycana sonradan köçürülmələrinə
əyani sübutdur.
Türkmənçay müqaviləsinin
imzalandığı gündən 6 ay ərzində
Naxçıvan və İrəvan xanlıqlarına aid
bütün sənədlər və arxiv materialları Rusiya
hakimiyyətinə təhvil verilmişdir.
Rusiya ilə İran arasında
bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və
Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri
kimi sənədli mənbələr, habelə Qarabağ
xanlığının Rusiyanın hakimiyyəti altına
keçməsi haqqında Qarabağ xanı İbrahim xanla
Rusiya imperiyasının 1805-ci il mayın 14-də
imzaladıqları traktat əyani surətdə gostərir ki,
imperiya sırf Azərbaycan torpaqlarını işğal
etmişdir, ermənilər isə bura sonralar Türkiyə və
İrandan köçürülüb gətirilmişlər.
Bu sənədlərin heç birində Qarabağda erməni
malikanələri və onların Rusiya tabeleyinə keçməsi
haqqında işarə belə yoxdur.
Vahid Ömərov
Fəlsəfə
üzrə fəlsəfə doktoru, dosent
Səs.- 2020.- 9 iyul.- S.9.