Ermənistanın təcavüzkar müharibənin
ekoloji nəticələri
Ermənistanın 1988-ci ildən etibarən
başladığı təcavüzkar
müharibə Azərbaycan
torpaqlarının 20%-nin
işğal edilməsinə,
on minlərlə insanların öldürülməsinə,
yaşayış məskənlərinin
və infrastrukturun dağıdılmasına, milli-mədəni
vətəbii sərvətlərin
amansızlıqla məhv edilməsinə,ekoloji
tarazlığın ağır
şəkildə pozulmasına
səbəb Beynəlxalq
hüquq prinsiplərinə,
BMT, ATƏT vədigər beynəlxalq
qurumların qərar və qətnamələrinə
məhəl qoymayan və cəzasını hələdə almayan işğalçı Ermənistan
bu gün də dünya tarixində misli görünməmiş irticaçılıqla
məşğul-dur. Cənubi
Qafqazda,Xəzər hövzəsində
yerləşən Azərbaycan
Respublikası əlverişli
coğrafi mövqeyi,təbii
şəraiti vəzəngin
təbii sərvətləri
ilətarixən diqqət
mərkəzindəolmuşdur.
Ermənistanın bəşəriyyətə və
insanlığa qarşı
yönələn terror
siyasəti Azərbaycan
təbiətinə, bioloji
müxtəlifliyə ciddi
ziyan vurmuşdur. Ekologiyaya qənim kəsilmiş bədnam ermənilər və havadarları işğal etdikləri ərazilərdə mineral-xammal
ehtiyatlarının qanunsuz
mənimsənilməsinə, meşə zolaqlarının
vəhşicəsinə qırılmasına
və yandırılmasına,
Araz çayı və qollarının çirkləndirilməsinə, heyvanat aləminin xüsusi qəddarlıqla məhv edilməsinə səbəb
olan işğalçılığı
dövlət siyasətinə
çevirmişlər. Bir
sözlə, Azərbaycan
Respublikasının torpaqlarının
bütün növdən
olan təbii sərvətləri xarici şirkətlər tərəfindən
talan edilərək ərazidən çıxarılır.
Azərbaycan Respublikası
ərazisində yarımsəhra
və quru çöl iqlimindən dağ-tundra iqliminədək
bir-birindən fərqlənən
iqlim tipi mövcuddur. Odur ki, respublikanın bütün əraziləri
təbii-müalicəvi və
rekreasiya amillərinin
(iqlim amil-ləri, mədən suları vəs.) zənginliyinə
görə klimatoterapevtik
xüsusiyyətlərə malikdir.
Azərbaycan Respublikasının Ermənistan
tərəfindən işğal
olunmuş ərazilərinin
iqlim ehtiyatları onlardan kurort müalicəsi və istirahət üçün
olduqca əlverişlidir.
Bu gün Azərbaycan, təmiz dağ havası, qiymətli mədən suları olan Şuşa-Turşsu zonası, İstisu və s. kimi kurort zonalarından gələn gəlirlərdən
məhrumdur, əvəzində
isə Ermənistan Azərbaycana aid olan bu sahədən
böyük gəlirlər
əldə edir.
Azərbaycan Respublikasının
ərazisi bir sıra filiz, qeyri-filiz, yanacaq faydalı qazlntıları
ilə olduqca zəngindir.
Azərbaycanda faydalı qazıntılar
çox qədimlərdən
insanlara məlum olub və onlardan
primitiv şəkildə
olsa da, hələ daş dövründən etibarən
istifadə edilməyə
başlanılmışdır.
Naxçıvan duz mədənlərində
tapılmış daş
dövrü daş alətləri (baltalar, çəkiclər, bıçaqlar
və s.), həmçinin
Gədəbəy və
Daşkəsən rayonlarında
eneolit dövründən
etibarən mis və dəmir filizi yataqlarının istismarına aid məlumatların olması
göstərir ki, Azərbaycanda dağ-mədən işlərinə
eramızdan minillər
əvvəl başlanılmışdır.
3 Qədim duz
mədəni.
http://qedim.nakhchivan.az/index.-php?option=com_content&view=article&id=74&Itemid=67
Azərbaycanda hələ eramızdan əvvəl 1-ci minillikdə
dəmir, bürünc,
qızıl, gümüş
məmulat və əşyalar hazırlanırdı.
Abşeronda və Ceyrançöldə birbaşa
yer səthinə çıxan neft bulaqları insanlara çox qədim zamanlardan məlum idi. Abşeron ərazisində və Quba rayonunun Xınalıq kəndi yaxınlığında yanar
qazın səthə çıxıb alovlanması
da başqa bir "möcüzə"
idi. Azərbaycan özünün neft və qaz yataqları
ilə çox qədim zamanlardan məşhurdur.
Hələ eramızdan
əvvəl VII-VI əsrlərdə
Abşeron yarımadasında
qaz və neftin yer səthinə
sızması məlum
idi və neftdən müxtəlif sahələrdə istifadə
olunurdu. Azərbaycan Respublikasının ərazisi
müalicəvi mineral
su mənbəyidir. Respublikanın bütün
fiziki-coğrafi vilayətlərində
müxtəlif tərkibli
mineral su bulaqları aşkar edilmişdir. Mineal bulaqlarının bir qrupunun suyu soyuq,
bir qrupunun ilıq, bir qrupununki isə istidir. Respublika ərazisində adi və müalicəvi suyu ilə seçilən
mineal bulaqların bəziləri öz əhəmiyyətinə görə
dünya şöhrəti
qazanmışdır.
Respublikanın Kiçik Qafqaz hissəsində İstisu,
Turşsu, Şirlan, Qızılca, Naxçıvanda
Badamlı, Sirab, Vayxır və b. mənbələri göstərmək
olar. Cənub rayonlarında (Masallı, Lənkəran, Astara vəs.) xlorlu-natriumlu mədən sularından və termal su mənbələrindən
məişətdə geniş
istifadə olunur. Qloballaşan dünyanın
iqtisadiyyatına nəzər
salsaq, burada dağ-mədən sənayəsinin
sürətlə artan
rolunu görünür.
Bu gün mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri Azərbaycan
Respublikasında dağ-mədən
sənayesinin daha da inkişaf etdirilməsinə, dağ-mədən
sənaye məhsulları
və xammalın dünya bazarına ixrac olunmasına geniş imkanlar yaradır.
Hazırda Azrəbaycanın
mövcud imkanlarıonu
yüksək dərəcədə
inkişaf etmiş dağ-mədən sənayəsinə
malik olan bir ölkəyə çevirməyə imkan verir. Bütün bu məsələlərin
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində
olması və artıq bu istiqamətdə
böyük işlərin
görülməsi gələcək
uğurlara xidmət edir. 1969-cu ildə Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə
gəldiyi vaxtadək respublikanın faydalı qazıntılarının Dövlət
balansında ehtiyatları
təsdiq olunaraq qeydiyyata götürülən
cəmi 65 yataq olduğu halda Ulu Öndər və onun layiqli
davamçısı cənab
İlham Əliyevin uzaqgörən siyasəti
sayəsində ölkədə
kifayət qədər
geniş mineral-xammal bazası formalaşmışdır. Belə
ki, hazırda faydalı qazıntıların
Dövlət və Sahə balanslarında qeydə alınmış
900-dək faydalı qazıntı
yatağı vardır.
1969-cu ilədək Azərbaycanın Dövlət
balansında bir dənə belə qızıl yatağı qeydə alınmadığı
halda, hazırda bu nəcib metalın
etibarlı bazası yaradılmış, xeyli miqdarda yataqları aşkarlanmış və
qiymətləndirilmişdir. Azərbaycan Respublikası
bu gün qızıl hasilatçısına
çevrilmişdir və
artıq Azərbaycan qızılı dünya birjalarında satılır.
Azərbaycan ərazisi
davamlı və uzunmüddətli qızıl
emalı sənayesinin
yaradılması üçün
böyük perspektivə
malikdir. Son dövrlər ərzində
aşkar edilmiş çoxsaylı məxsusi
qızıl, həm də digər metallarla kompleks halda olan qızıl
yataq və təzahürləri bunu təsdiq edir.
Bununla belə,
onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl
filizləşməsinin hələ
yalnız bir hissəsini təşkil edir. Ermənistanın Azərbaycan torpaqlarını
zəbt etməsinin əsas səbəblərindən
biri də bu ərazilərin təbii sərvətlərlə,
o cümlədən qızıl
yataqları ilə zəngin olmasıdır. Münbit torpaqları, sıx meşələri, qiymətli
mineral və yeraltı su yataqları ilə yanaşı, bu gün də istismar edilən Qafan, Qacaran mis-molibden və Liçgivaz-Tey qızıl
yataqlarının olduğu
Zəngəzur quberniyasının
1920-ci ildə ilhaq edilməsi də bunun bariz nümunəsidir.
Ermənilər işğal edilmiş
ərazilərdə əvvəllər
azərbaycanlı əhaliyə
aid mülkiyyəti, evləri, digər maddi sərvətləri talan edib satmaqla
və meşələrimizi
qırıb məhv etməklə dolanırdılarsa,
sonradan bu talançılığın digər
istiqaməti – faydalı
qazıntı yataqlarının
qəddarlıqla
talanması geniş vüsət almışdır.
Qondarma “DQR” rejimi
üçün dağ-mədən
sənayesi ən çox gəlir gətirən perspektivli sahədir. Təkcə bir faktı demək kifayətdir ki, 2002-ci ilin avqust ayında yaradılmış “Base Metals” MMC şirkəti artıq 13 ildir ki, bir sıra
əsaslı filiz mədənlərini işlədir.
Bu şirkət ötən dövr ərzində işğal ərazilərindəki
faydalı qazıntıların
hasilatına 100 milyon
ABŞ dollarından çox
sərmayə qoymuşdur.Ümumi
ehtiyatı 150 tona yaxın olan Qızılbulaq, Vejnəli
və Söyüdlü
(Zod) kimi 3 böyük qızıl yatağının, həmçinin
37,3 min ton qurğuşun, 40,4 min ton sink, 29,2 ton gümüş və 211,2 ton kadmium ehtiyatı olan Mehmana polimetal,
435,6 min ton mis və 18,5 min ton molibden
ehtiyatı olan Dəmirli Cumo yataqlarının, eləcə
də bir sıra civə, onlarla tikinti materialları, bəzək
daşı, yeraltı
şirin su və mineral su yataqlarının talan edilməsi nəticəsində Azərbaycana
vurulmuş zərərin
məbləği olduqca
böyükdür.
Hazırda işğal altında
olan Azərbaycan Respublikası ərazilərindəki
təbii mineral-xammal ehtiyatlarının rəsmi
talanına daha çox ABŞ, Rusiya, Kanada, İsveçrə,
Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Hollandiya və digər dövlətlərdən 30-a yaxın
şirkət cəlb edilmişdir.
Son vaxtlar
separatçı erməni
rejiminin və havadarlarının maraqlarının
nəticəsi olaraq talanın miqyası daha da artmaqdadır.
Rusiyanın "Geologix
Group”şirkətinin işğal
altında olan ərazilərimizdə qızıl
hasilatına başlaması
da bunun nəticəsidir. Məşhur
bioloq E.Vilson biomüxtəlifliyi "həyatın
məğzi" adlandırırdı.
Biomüxtəlifiik ekosistemlərin ən vacib elementlərindən biridir. Təbii iqlimin, geoloji-morfoloji quruluşunun mürəkkəbliyi
və əlverişli
təbii şəraitin
mövcudluğu ilə
əlaqədar olaraq Azərbaycan, biomüxtəlifliyin
zənginliyinə görə
dünyada ən qabaqcıl yerlərdən
birini tutur.
Vahid Ömərov
Səs.- 2020.- 10 iyul.- S.15