Dağlıq Qarabağ və ona bitişik
ərazilərdə ermənilərin ekoloji terroru
Dağlıq Qarabağ və ona bitişik ərazilərin
özünəməxsus, təkrarolunmaz təbiəti
vardır. Belə ki, uzun illər ərzində burada baş
verən təbii və fiziki proseslər mövcud təbii
amillərlə birləşərək rəngarəng fauna və
flora müxtəlifliyini, onların vəhdətini
yaratmışdır. Təbii şərait vətəbii
komponentlərin vəhdəti aran və dağlıq ərazilərin
birgə, qarşılıqlı ahəngdar mübadilədə
olan mövcud ekoloji sistemini təşkil edir.
Azərbaycanın meşə
ehtiyatlarının əsasını ermənilər tərəfindən
işğal olunmuş ərazilərin meşə fondu tutur. Kütləvi şəkildə məhv edilən
meşələrin min illər ərzində
formalaşmış ekosisteminin məhvi bəşəriyyət
və onun mövcudluğunu təmin edən təbiətə
qarşı ermənilər tərəfindən törədilən
ən böyük cinayətdir. Ermənistan tərəfindən
işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində
qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər
meşələrdir. Belə ki, Ermənistandan və
xaricdən axın edən ermənilər Kəlbəcər,
Laçın, Qubadlı və digər bölgələrdən
qiymətli ağac növlərini kütləvi şəkildə
qıraraq yarımfabrikat şəklində xarici ölkələrə
satırlar. Ermənilər meşələrin
qırılaraq məhv edilməsinə hələ 1989-cu ildən
başlamışlar. Ermənistanın işğalı
altında olan meşələrimizdə 460-dan çox
yabanı ağac və kol növləri bitir ki, bunların da
70-i endemik növlərdir və dünyanın heç yerində
təbii halda bitmir. Təbii sərvətlərin
ən maraqlı və mühüm tərkib hissəsi kimi qiymətləndirilən,
öz bənzərsiz və diqqətə layiq zahiri
görünüşü ilə nəzəri cəlb edən
mühüm estetik, elmi və əməli əhəmiyyətə
malik təbiət abidələri xüsusi əhəmiyyət
kəsb edir. Onlar Yerin dərinliklərində və səthində
müxtəlif vaxtlarda baş verən təbii hadisələrin
canlı şahidləri olmaqla Yerin inkişaf tarixinin öyrənilməsində
mühüm informasiya daşıyıcısı rolunu
oynayır. Azərbaycan Respublikasının erməni
silahlıları tərəfindən işğal edilmiş ərazilərində
hündürlüyü 45 metr, diametri 6-8 metrədək,
yaşı 120 ildən 2000 ilədək olan
pasportlaşdırılmış 145 Şərq
çinarı, 3 dağdağan, 1 azat ağacı, 1 armud, 1
palıd və 1 saqqız ağacından ibarət 152 ədəd
təbiət abidəsi olan pasportlaşdırılmış
ağaclar qalmışdır. Azərbaycanın
20 000 növə qədər canlıdan ibarət fauna
biomüxtəlifliyi 100 növ və yarımnöv məməli,
357 növ və yarımnöv quş, 124-ə yaxın
növ və yarımnöv balıq (bunların 40-dan
çoxu sənaye əhəmiyyətlidir), 67 növ və
yarımnöv suda-quruda yaşayanlar və sürünənlər,
350 növ xərçəng kimilər, 15 min növə
yaxın cücülərdən ibarətdir. Erməni
silahlı qüvvə-ləri tərəfindən
işğal olunmuş 20%-dən çox zəngin faunası
ilə seçilən torpaqlarımızda Azərbaycan
Respublikasının “Qırmızı Kitabı”na
düşmüş məməlilərin 4, quşların 8,
balıqların 1, amfi-biya və reptillilərin 3, həşaratların
8, bitkilərin isə 27 növü, hazırda ermənilərin
istifadə etdikləri əkin sahələrindən başqa
bütün əkinə yararlı torpaqlar məhv
edilmişdir.
Erməni
işğalçılarının zəbt etdiyi rayonların
ərazisində sünbülqıranlar və gəmiricilər
həddən artıq çoxalmışdır. Əkilib-becərilməyən
torpaqlarda yabanı bitkilər artdığından vəhşi
heyvanlar, ilan, siçan, siçovul kimi gəmiricilər,
ziyanverici həşəratlar həddən artıq
çoxalmışdır və onlar ətraf ərazilərə,
o cümlədən qonşu rayonların ərazilərinə
yayılaraq təsərrüfatlara böyük ziyan vururlar.
İşğal altında olan nəzarətsiz ərazilərdə
bəşəriyyət üçün təhlükə mənbələrindən
biri olan Metsamor AES-in radioaktiv tullantıları basdırılır,
həmçinin narkotik bitkilər yetişdirilir və
onların məhsulları gizli yollarla xarici ölkələrə
ötürülür.
Qarsdan 100 km, İqdırdanisə
10 kilometr uzaqlıqda yerləşən, keçən əsrin
70-ci illərin texnologiyası əsasında inşa edilərək
1979-cu ildə istifadəyə verilmiş, 1988-ci il zəlzələsindən
sonra ziyan dəyərək bağlanmış, 1995-ci ildən
isə tam gücü ilə olmasa da, yenidən fəaliyyətə
başlamış Metsamor AES bütövlükdə regionun
ekologiyasını zəhərləyən infrastrukturdur. Onun təhlükəsizlik
baxımından əsas problemi yerləşdiyi məkan və
qəzalı vəziyyətdə olmasıdır.
"Mestamor" Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini
davam etdirməsi region üçün ciddi təhlükə
törədir. Bu barədə millət vəkili, professor Musa
Qasımlı "Metsamor"un istismar müddətinin
uzadılmasına münasibət bildirərkən deyib.
M.Qasımlı qeyd edib ki, bu AES köhnə
texnologiyalarla tikilib və öz istismar müddətini başa
vurub: "Burada texniki qəzaların baş vermə
mümkünlüyü yüksəkdir. Əgər hər
hansı bir qəza olsa, region radiaktiv şüalanmaya məruz
qala bilər".
Millət vəkilinin sözlərinə
görə, digər tərəfdən, Ermənistan aktiv
seysmik zonada yerləşir: "Əgər güclü zəlzələ
olsa və atom elektrik stansiyası zədələnsə, bu,
böyük bir faciəyə də yol aça bilər".
O bildirib ki, məsələnin başqa tərəfi
də var: "Onun biri Araz çayına çirkli maddələrin
axıdılmasıdır. Uzun illər boyu Azərbaycan bir
sıra beynəlxalq təşkilatlarda Araz ayının
çirkləndirilməsi, o cümlədən radiaktiv
tullantılarla çirkləndirilməsi ilə bağlı
ehtimalların çox olduğunu bildirir".
Millət vəkili əlavə edib ki, Azərbaycanın
işğal edilmiş Dağlıq Qarabağ regionunda və ətraf
rayonlarda zərəli maddələrin basdırılması ehtimalı
var: "Həmin ərazilər nəzarətsiz ərazilərdir
və Ermənistan tərəfi həmin ərazilərdə
radiaktiv tullantıları basdıra bilər".
M.Qasımlı vurğulayıb ki, Ermənistan
bir dövlət olaraq nüvə təhlükəsizliyinin
qorunmasına yardım etmir, əksinə, buna təhdiddir.
Son 200 ilərzində Qafqazda baş
vermiş15-dən çox katastro-fik vədağıdıcı
zəlzələlərin nəticəsində 200 mindən
artıq insan həyatını itirmiş, böyük maddi
itkilər əmələ gəlmişdir. Dünyanınən
təhlükəli 5 nüvə stansiyasından biri sayılan
Metsamor AES-dən radiasiya sızması ilə bağlı
aparılan araşdırmalar sübut edib ki, həqiqətən
də həmin stansiyadan insan sağlamlığını təhdid
edən səviyyədə ətrafa nüvə axını
vardır. Təbiət və təbii sərvətlərə
mənfi münasibət XX əsrdə daha da artaraq ən
yüksək həddə çatmışdır və bunun
nəticəsində ətraf mühitin biotik (canlı) və
abiotik (cansız) amilləri güclü antropogen təsirə
məruz qalmış, bir çox bitki və heyvan növləri
(biotlar) məhv olmuş və ya kökü kəsilmiş, bəziləri
isə məhv olmaq ərəfəsində olduğundan
"Qırmızı kitab"lara düşmüşdür.
Bu proses yenə də davam edir. Statistikaya görə Yer
kürəsində əvvəllər hər 100 ildə
yalnız bir növ biot məhv olurdusa, hazırda 1 saat ərzində
50 növ məhv olur. Müharibə təkcə insanlar
üçün deyil, həm də təbiət
üçün öldürücü bir amildir. Müharibələrin
ətraf mühitə təsiri insanın təbiətə təsirinin
güclü və ən çirkin formasıdır. Ermənistanın
işğalı altında olan ərazilərdə vahid
ekosistemin dağılma prosesinin getməsi və bu prosesin beynəlxalq
ekoloji təşkilatların nəzarətindən kənarda
qalması bölgədə böyük fəlakətin
başlanğıcını qoymuşdur. Ekoloji
problemlər dünyanın hər yerində qlobal məsələ
kimi müzakirə olunur və həyəcan təbili
çalınır. İşğal olunmuş Azərbaycan ərazilərində
erməni işğalçılarının canlı təbiətə
və bəşəriyyətə qarşı yönəlmiş
əməlləri barədə Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin
Mühafizəsi üzrə Bern Konvensiyasının Baş
Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın
İcraçı katibinə, Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının
katibliyinə, Təbiətin və Təbii Sərvətlərin
Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə
rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların
diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin
görülməsinin zəruriliyi
çatdırılmışdır. Hazırda ətraf
mühitin mühafizəsinin müxtəlif aspektlərinə
dair 500-ə qədər beynəlxalq saziş mövcuddur.
Ancaq beynəlxalq təşkilatlar ermənilərin Azərbaycan
təbiətinə vurduğu ziyanın
qarşısını almaq üçün nəinki ciddi
işlər görür, əksinə buna göz yumurlar. Azərbaycan
Respublikasının işğal altındakı ərazi-lərindəki
təbii sərvətlərimizin talanmasının
qarşısının alınması üçün əsasən
diplomatik kanallardan istifadə edilir ki, bu da çox yüksək
effektli deyildir. Belə ki, Azərbaycan tərəfindən
hansısa xarici ölkədə qeydiyyatdan keçmiş
şirkətin işğal edilmiş bölgələrdə
fəaliyyəti qeydə alındıqdan sonra həmin ölkəyə
verilən notaya cavab olaraq bildirilir ki, söhbət özəl
şirkətdən getdiyi üçün onların fəaliyyətinə
müdaxilə etmək mümkün deyildir. Odur ki, işğal edilmiş ərazilərdə
talançılıq fəaliyyəti göstərən
şirkətlərlə bağlı sübutlar
toplanılmalı və Azərbaycana vurulmuş zərərlərin
məbləğini müəyyən etməklə beynəlxalq
məhkəmə instansiyalarına müraciət edilməlidir.
Ermənistanın Azərbaycanın ətraf
mühit və təbii sərvətlərinə vurduğu zərərlərin
hesablanması olduqca vacibdir və erməni silahlı qüvvələrinin
işğalı nəticəsində məruz qalınan itki və
tələfatların qiymətləndirilməsi üzrə 9
İşçi Qrupu Azərbaycan Respublikasına dəymiş
yekun zərərlərin müəyyənləşdirilməsi
üçün müvafiq dövlət qurumları ilə
birlikdə ciddi səylə çalışır. Bu olduqca çətin və şərəfli bir
işdir və ciddi uğurların əldə olunması
üçün hər bir kəsin bilik və
bacarığını səfərbər etməsi gərəkdir.
Ətraf mühit və təbii sərvətlərə
vurulmuş zərərə görə Ermənistan tərəfi
kompensasiya ödəməyə borcludur.
Belə ki, beynəlxalq hüquqa əsasən zərər
çəkmiş dövlətə dəymiş real ekoloji zərərlərə
görə kompensasiyanın ödənilməsi zəruri hesab
olunur. Nəzərə almaq lazımdır ki,
dövlətlərin məsuliyyəti haqqında "Beynəlxalq
hüquqazidd əməllərə görə dövlətlərin
məsuliyyəti" Konsepsiyasınin 36-cı maddəsinə
aid şərhin 15-ci bəndində qeyd olunur ki, miqdar cəhətdən
hesablanması çətin olsa da hərdən "utilitar əhəmiyyət daşımayan dəyərlər"
adlanan bioloji rəngarənglik, təbii landşaftın
gözəlliyi və s. kimi ekoloji dəyərlərə vurulmuş
faktiki zərər heç də əmlaka vurulmuş zərədən
az real deyildir və bu zərər təcavüzkar tərəfindən
ödə-nilməlidir.
Ramil CƏBRAYIL. “Qarabağın sərvətlərinə
və ekologiyasına vurulan zərərlərin son hesabatı”
mövzusunda tədbir. http://lacin.info/xeber/xmanset/2582-facebook-google-myspace
Beynəlxalq hüquqda bu sahəyə
aid normaların formalaşması və inkişafı
Küveytə qarşı təcavüz nəticəsində
vurulmuş zərərin İraq tərəfindən ödənilməsinə
dair məsələlərin həllində BMT Təhlükəsizlik
Şurasının və BMT Kompensasiya Komissiyasının fəaliyyəti
ilə bağlıdır. Belə ki, BMT Təhlükəsizlik
Şurasının 3 aprel 1991-ci il tarixli 687 saylı qətnaməsinin
16-cı bəndində qeyd edilir ki, Küveytə hüquqazidd
təcavüz və onun işğalı nəti-cəsində
meydana gəlmiş bütün itkilərə, o cümlədən
ətraf mühitə vurulmuş zərərə və
təbii resursların azalmasına görə beynəlxalq
hüquq üzrə İraq dövləti məsuliyyət
daşıyır.
Bu qətnaməyə əsasən BMT-nin
Kompensasiya komissiyası konkret olaraq, "ətraf mühitə
vurulmuş zərər və təbii resursların
azalması" anlayışlarını əhatə edən
zərərin müxtəlif növlərini göstərdi. Azərbaycan dövləti işğal edilmiş ərazilərin
sülh yolu ilə azad olunması və işğalın nəticələrinin
aradan qaldırılması üçün bütün
sferalarda fəallıq göstərsə də Ermənistanda
hakimiyyətdə olan faşist rejim və himayədarları
işğal edilmiş Azərbaycan ərazilərinin azad
olunmasına mane olurlar. Amma özlərini və Ermənistanı
ağır duruma salan bu mənfur rejim bilməlidir ki, əslində
torpaqlarımızdan çıxmadıqca Ermənistanı
daha da ağır fəlakətlərə sürükləyirlər.
Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin dediyi kimi - "… Ermənistanın
havadarları - onlara ən çox dəstək verən dairələr,
xarici olkələrin dairələri, o cümlədən erməni
diasporu - onlar başa düşməlidirlər ki, bu gün
Ermənistan üçün çox böyük problem yarana
bilər. Əgər o, öz öhdəliyini yerinə yetirməsə,
əgər beynəlxalq təşkilatların qərarlarını
icra etməsə, torpaqlarımızı boşaltmasa,
onların axırı çox ağır ola bilər...".
Vahid Ömərov
Səs.- 2020.- 11 iyul.-
S.15.