Azərbaycan tarixində
dönüş günü
- 1969-cu il 14 iyul
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu il 14 iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilərək respublikanın
rəhbəri olmuşdur.
Ulu Öndərin Azərbaycanda rəhbər
seçilməsi xalqımızın
tarixi və taleyində əhəmiyyətli
dönüşün başlanğıcı,
eyni zamanda ölkəmizin sürətli
və uzunmüddətli
inkişafının əsasının
qoyulduğu tarixdir.
Daim doğma xalqının
böyük təəssübkeşi
olmuş Ulu Öndər Heydər Əliyev o mürəkkəb
tarixi şəraitdə
ölkəmizi keçmiş
ittifaqın ən qabaqcıl respublikalarından
birinə çevirmək
üçün qısa
müddətdə bütün
sahələrdə geniş
islahatlar proqramı həyata keçirməklə, əslində,
gələcək müstəqil
və güclü Azərbaycanın əsasını
qoyurdu. Azərbaycanın
ictimai-siyasi, mədəni
həyatında uğurları
ilə əbədiləşən
Ulu Öndər Heydər Əliyev xalqın düşüncə
tərzində, oyanışında
müstəsna rol oynamış Siyasi Liderdir. Dahi Şəxsiyyət Heydər
Əliyevin əsasını
qoyduğu siyasəti nəticəsində, Azərbaycan
özünün müstəqilliyinin
sütunlarını möhkəmlətdi,
onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.
Bu ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın sivilizasiyası
dayanır. Dahi Öndər Heydər Əliyev şəxsiyyət,
siyasi xadim, xalqın dayağı, onun hərəkətverici
qüvvəsi olaraq, Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi.
Onun ideyaları hər bir azərbaycanlı
üçün dəyərlidir.
Böyük Şəxsiyyət
bütün varlığı
ilə sevdiyi Azərbaycanı, xalqını,
onun dövlətçilik
tarixini çox çətin sınaq və imtahanlardan çıxardı.
Bu gün Onun Azərbaycana rəhbərlik
etdiyi dövrü vərəqlədikcə, Ulu
Öndər Heydər
Əliyev zəkasını,
düşüncəsini, müdrikliyini,
böyüklüyünü bir daha hiss
edir, Ümummilli Liderin respublikamız və xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin
şahidi oluruq. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik
etdiyi dövrdən etibarən, Azərbaycanın
iqtisadi inkişafının
əsaslarının yaradılması,
zəngin iqtisadi potensialının ölkənin
gələcək inkişafına
və xalqın rifahının yüksəlməsinə
yönəldilməsi prosesinə
başlanıldı. Ulu
Öndər Azərbaycan
Kommunist Partiyasının
Mərkəzi Komitəsinə
rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq
oldu. Kənd təsərrüfatının və
sənayenin, iqtisadiyyatın
digər sahələrinin
inkişafında, sosial
məsələlərin həllində
və əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş
əldə edildi.
Sovet rejiminin bütün
xüsusiyyətlərinə dərindən bələd
olan və zəngin idarəçilik
təcrübəsi qazanmış
Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşmüş
olduğu çox ağır vəziyyətdən
çıxarmaq üçün
qəti addımlar atmağa başladı. O,
dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək
ölkənin uzunmüddətli,
dinamik və hərtərəfli inkişafını
təmin edən kompleks inkişaf proqramları hazırlatdı
və dərhal onların icrasına başlandı. Böyük
Siyasətçi iqtisadiyyat,
o cümlədən, kənd
təsərrüfatı və
mədəniyyətin müxtəlif sahələrində
öz Vətəninin,
xalqının inkişafı
üçün zəruri
olan ən vacib məsələlər
barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində
əlverişli qərarlar qəbul edilməsinə nail olur. Azərbaycanı özü-özünü təmin
edə bilən, müstəqil yaşamağa
qadir olan və elmi-texniki cəhətdən yüksək
tərəqqi etmiş
bir ölkəyə çevirmək yolunda qətiyyətli mübarizə
aparırdı.
Tarixən qısa bir dövr ərzində, bütövlükdə, respublika
ərazisində yüzlərlə
zavod, fabrik və istehsalat sahələri yaradıldı.
213 iri sənaye müəssisəsi işə
salındı. Bir çox mühüm istehsal sahələrinə
görə Azərbaycan
Sovet İttifaqında
aparıcı yerlərdən
birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65
ölkəsinə ixrac
olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə
bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng
bir tikinti meydanını xatırladırdı.
Bakının və respublika rayonlarının
siması büsbütün
dəyişmişdi.
Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi,
xalq birliyi yarandı
Müstəqilliyimizin ilk illərində
hakimiyyətdə olan
və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı
vəziyyəti daha da ağırlaşdıraraq
təhlükəli böhran
vəziyyətinə çatdırmışdılar.
Ölkəni bürümüş
dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış
insanları son dərəcə narahat edirdi. Xalqı bütövlükdə, uçuruma sürükləyən
məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə
başlamışdı. İqtisadiyyatımız
böhranlı vəziyyətə
gəlib çatmış,
işsizlik, demək olar ki, kütləvi
hal almışdı.
Bunun nəticəsi
olaraq əhalinin yaşayış
səviyyəsi minimum
səviyyəyə çatmışdı.
Ölkənin ictimai-siyasi
həyatında anarxiya,
xaos hökm sürürdü. Bütün
bu və ya digər hadisələr
göstərir ki, Azərbaycanın dünyanın
siyasi xəritəsindən
silinmək ehtimalı
olduğu zamanda xalq çıxış yolu axtararaq mövcud
vəziyyəti nizama salmaq yollarını araşdırdı. Bütün
diqqət Ulu Öndər Heydər Əliyevə yönəlmişdi.
15 İyun 1993-cü ildə
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
ölkəni düçar
olduğu vəziyyətdən
çıxardı. Ölkəmiz
demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı.
Azərbaycan cəmiyyətində
dövlətçilik ideyalarının
bərqərar olması
fundamental mahiyyət kəsb etməyə başladı.
Ulu Öndərin
Azərbaycan dövlətçiliyi
qarşısında tarixi
xidmətlərindən biri
də dövlət quruculuğunun hüquqi bazasının yaradılması
oldu. Belə ki, 1995-ci ildə
qəbul olunmuş konstitusiya Azərbaycan Respublikasının dövlət
quruculuğunun əsaslarını
formalaşdırdı. Azərbaycan
demokratik-hüquqi və
dünyəvi dövlət
kimi, ilk dəfə olaraq, insan hüquqlarının
prioritetliyini və hakimiyyət bölgüsünü
özünün gələcək
inkişaf yolu kimi seçdi.
Dahi Öndər Heydər Əliyevin müəllifliyi
ilə hazırlanmış
və ümumxalq səsverməsi nəticəsində
qəbul olunmuş bu ali Sənəd
müstəqil Azərbaycan
Konstitusiyası kimi tarixə yazıldı.
1995-ci ildə müstəqil
Azərbaycanın ilk parlamentinə keçirilən
seçkilər isə
dövlət müstəqilliyinin
möhkəmləndirilməsi prosesinin hüquqi
bazasının yaradılmasına
daha geniş imkanlar açdı. Milli neft strategiyasının
əsası qoyuldu.
"Əsrin müqaviləsi"
imzalandı. Neft strategiyasının beynəlxalq
layihələrin və
iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə
bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına rəvac
verdi.
«Mən bütün
Azərbaycan xalqının,
hər bir Azərbaycan vətəndaşının
Prezidentiyəm»
Azərbaycanda bu gün müstəqil dövlətçilik
ənənələri formalaşdırılmışdır
və şübhəsiz
ki, bu mühüm
nailiyyətin əldə
edilməsində Ümummilli
Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna
əhəmiyyəti vardır.
Onun siyasi xadim olaraq yürütdüyü
siyasətin başlıca
qayəsi Azərbaycanı
hər bir vətəndaşının təhlükəsizliyini
qoruya biləcək qədər qüdrətli
dövlətə çevirmək
olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru
aparır.
Bu yol Dahi Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Nə qədər Azərbaycan var, Ulu Öndər
Heydər Əliyev də olacaq, Onun ideya və
əməlləri yaşayacaq,
bizi daim doğru yolla irəliyə aparacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü
siyasətin məqsədyönlülüyü,
bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın
hər bir vətəndaşında gələcəyə
böyük inam və əminlik yaradır. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm.
Mənim
borcumdur ki, imkan daxilində hər bir vətəndaş
inkişafa, yaxşılığa
doğru irəliləyişi
görsün və onu hiss eləsin"-
deyən Prezident İlham Əliyev imzaladığı məqsədyönlü
fərman və sərəncamlarla, qəbul
etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları
ilə ölkəmizin
dinamik yüksəlişini
və insanların rifahının yüksəlməsini
təmin edib.
ZÜMRÜD
BAYRAMOVA
Səs.- 2020.- 14 iyul.- S.3.