İtaliya parlamentinin
deputatları Ermənistanın
təxribatını pisləyən
bəyanatlar veriblər
İtaliyanın
nüfuzlu parlament üzvləri, Senatın Xarici əlaqələr
daimi komissiyasının sədri, senator Vito Petroçelli,
İtaliyanın ATƏT Parlament Assambleyası yanında
nümayəndə heyətinin sədri və Deputatlar
Palatasının Xarici əlaqələr daimi
komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, eləcə
də İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası
Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya
Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq
Assosiasiyasının sədri, deputat Rossana Boldi Ermənistan
silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarını
pisləyən və Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən bəyanatlar
veriblər.
Ordu.az
-ın xəbərinə görə, İtaliya Respublikası
Senatının Xarici əlaqələr daimi
komissiyasının sədri, senator Vito Petroçellinin bəyanatında
deyilir ki, Avropanın kandarında çox təhlükəli
müharibənin yenidən alovlanması təhlükəsi
mövcuddur.
“1990-cı
illərin əvvəllərində otuz mindən çox
insanın ölümünə və bir milyon insanın məcburi
köçkün vəziyyətinə düşməsinə
səbəb olan Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi. Dünən artilleriyadan istifadə
etməklə baş verən şiddətli silahlı
qarşıdurmalar 1994-cü ildə əldə edilmiş atəşkəs
rejiminin ciddi şəkildə pozulmasıdır və bir
müddətdir ki, dalana dirənmiş
danışıqların yenidən bərpa edilməsinə
böyük maneədir. Rəsmi Bakı Ermənistan tərəfinin
hərbi təxribatları barədə məlumat verir və rəsmi
İrəvanın uzun müddətdir ki,
danışıqları əngəllədiyini bildirir. Atəşkəs
rejiminə, beynəlxalq hüququ və Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən, eləcə
də Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmiş ərazilərdən erməni
qoşunlarının çıxarılmasını tələb
edən BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinə
hörmət edilməsinə çağırıram. Beynəlxalq
ictimaiyyət vəziyyətin yeni bir müharibə
ocağına çevrilməməsi üçün ən
qısa zamanda müdaxilə etməlidir”, - deyə V.
Petroçellinin bəyanatında vurğulanıb.
Səs.- 2020.- 14 iyul.-
S.7.