Sumqayıt hadisəsi erməni təcavüzkarlarına
bəraət qazandırma vasitəsi idi
26-28 fevral 1988-ci il tarixində
Sumqayıt iğtişaşları nəticəsində iyirmi
altı erməni və azərbaycanlı
öldürüldü. Qeyd etmək lazımdır ki, bu hadisələrin
fəal iştirakçılarından biri ermənilərin qətli
və onlara qarşı zorakılıqda, ermənilərin yaşadığı
rayonlardakı qırğınlarda bilavasitə
iştirak etmiş Sumqayıt sakini olan milliyyətcə erməni
Eduard Qriqoryan idi. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət
şöbəsinin 22 dekabr 1989-cu il tarixli qərarı ilə
Qriqoryan 12 il həbs cəzasına məhkum edildi. Məhkəmə Qriqoryanın iğtişaşlar və
qırğınların təşkilatçılarından
biri olması barədə qərar qəbul etdi. Şahidlər
və hadisə qurbanlarının ifadələri göstərir
ki, Qriqoryanda ermənilərin yaşadığı mənzillərin
siyahısı var idi və o, digər üç erməni
ilə birlikdə ermənilərə
qarşı özünün şəxsən iştirakı
ilə intiqam aktlarına çağırırdı. Onun
qurbanları (hamısı erməni) Qriqoryanı
zorakılığın təşkilatçılarından və
fəal iştirakçılarından biri kimi
tanımışlar. Əslində erməni rəhbərliyinə
geniş anti-Azərbaycan kampaniyasına başlama və
Azərbaycana qarşı təcavüzkar addımlara bəraət
qazandırma vasitəsi kimi zəruri olan Sumqayıt hadisələri
əvvəlcədən planlaşdırılmış və
hazırlanmışdı.
1988-ci il fevralın 19-dan etibarən İrəvanda
kütləvi mitinqlər başlanır. Mitinq
iştirakçıları "Ermənistanı türklərdən
təmizləməli!", "Ermənistan yalnız ermənilər
üçündür!" kimi şüarlar irəli
sürürdülər. Mitinqlərin
üçüncü günü İrəvanda salamat
qalmış yeganə məscid binası (XX əsrin əvvələrində
isə şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı
orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı
Dram Teatrının ləvazimatı yandırıldı.
İrəvanda bu hadisələrə qarşı
etirazını bildirən azərbaycanlıların evlərinə
od vurdular. İrəvanda bütün bunlar törədilən
zaman Sumqayıt faciəsi hələ hazırlanırdı.
"Sumqayıt
qırğınları" proqramının
icracılarından ən fəalının 1959-cu ildə
anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin
olması (öldürülən 26 ermənidən 6 nəfəri
onun payına düşür), hadisədən 10 gün əvvəl
Sumqayıtın bütün əmanət
kassalarından ermənilərin öz əmanətlərini
kütləvi şəkildə götürmələri,
qırğınların videolentə alınması
üçün erməni operatorlarının əvvəlcədən
hadisələrin planlı şəkildə törədiləcəyi
yerlərdə özlərinə xəlvəti çəkiliş
mövqeyi seçmələri, iki gündən
sonra həmin lentlərin montaj edilib bütün dünyanı
dolaşdırılması, "Sumqayıt
qurbanları"nın xatirəsini "əbədiləşdirmək"
üçün əvvəlcədən hazırlanmış
abidənin dərhal Xankəndində qoyulması və bu kimi
faktlar sübut edir ki, bütün bunlar erməniləri,
eləcə də dünya ictimaiyyətini Azərbaycan
xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi"
obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından
erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə
uzun müddət mətbuatdan gizli saxlanmışdı[4].
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə
Sumqayıt şəhərində baş vermiş
iğtişaşlar nəticəsində 32 nəfər ölüb.
Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı
olub[1]. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin ermənilərin özləri ilə birgə təşkil
etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi
idi[5]. Sumqayıtda bu hadisəni təşkil etmək
üçün seçilmiş şəxs də erməni –
iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq
ki, Sumqayıt hadisələrinin təşkilatçısı
kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib,
amma şahid ifadələri əsl günahkarın əslində
erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.
Sumqayıt faciəsi zamanı
yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını
təhlükə qarşısında qoyaraq, erməni
qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən
xilas etmələri haqqında mətbuatda çox
yazılıb.
Bu sözlər aydın sübut edir ki,
Sumqayıt faciəsi ermənilərə öz
separatçılıq aksiyalarını həyata keçirməkdən
ötrü lazım olmuşdur. Ermənistanın
tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da
etiraf edirdi ki, "Sumqayıt hadisələri Moskva tərəfindən
təşkil olunmuşdu".
Bu hadisələrin Moskva tərəfindən
törədilməsini SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf
etmişdir.
Bakının 30 km-də yerləşən
Sumqayıt şəhəri təsadüfən seçilməmişdi.
Həmin ərəfədə Ermənistandan
zorla çıxarılmış 41 mindən artıq Azərbaycan
türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı
və ermənilərin onlara qarşı törətdikləri
vəhşiliklərə görə qəzəb içərisində
idilər. Hələ Sovet dövründə də
"ölü zona" adlandırılan şəhərin
yerli əhalisi də yoxsulluq və səfalət ucbatından
radikal addımlar atmağa meylli idi. Ona görə də burada
geniş miqyaslı iğtişaşlar törətmək
mümkün oldu. Bir gün davam edən
ixtişaşlar nəticəsində erməni evləri
dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər,
o cümlədən, 26 erməni, 5 Azərbaycan türkü, 1
ləzgi öldürüldü. O da məlumdur ki,
öldürülən ermənilərin, demək olar ki,
hamısı erməni terror fondlarına pul keçirməkdən
imtina edənlər idi.
Zərərçəkmiş
Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, "Qriqoryan mənim mənzilimə
daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə
anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə
müqavimət göstərməyə
çalışdım, ancaq qadın olduğuma görə
gücüm çatmadı, o, məni yerə
yıxaraq, istədiyini etməyə başladı". Hadisələrdə iştirak etmiş Nəcəfov
soyadlı bir gənc isə istintaqa bildirirdi ki, "Qriqoryan tərəfindən
təşkil olunmuş dəstə Emma adlı erməni
qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt
soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə
küçəyə çıxartmağı təklif etdi,
sonra onun iştirakı ilə Emma vəhşicəsinə
öldürüldü".
İstintaq materiallarının
başqa bir yerində göstərilir ki, "E.Qriqoryan öz
dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə
daxil olmuş, müqavimət göstərmək istəyən
mənzil sahibinə başından zərbə endirərək
halsız vəziyyətə salmışdır".
E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini
şəxsən özü öldürmüş, 8 erməni
qadınını zorlamışdır. Bu cür faktlar
çoxdur. Erməni təşkilatları bu cür cinayətlər
törətmiş E.Qriqoryanı ağır cəzadan da
qurtara bildilər. Məhkəmə Azərbaycanlı Əhməd
Əhmədov haqda ölüm hökmü çıxardı
və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə
yalnız 12 il iş verildi və bir neçə ildən sonra
azadlığa buraxıldı. Bu hadisələr məşhur
deyimi bir daha təsdiq etdi: "ermənilər
üçün ən yaxşı erməni ölü ermənidir".
Ermənilər ölmüş və yaxud
öldürülmüş həmtayfalarından həmişə
məharətlə istifadə edirdilər. Ermənilər
Sumqayıt hadisələrindən öz məkrli niyyətləri
üçün yararlanmaq məqsədi güdürdülər.
Ona görə də bu hadisələr haqda dərhal dünya
ictimaiyyətində yanlış rəy formalaşdırmağa,
antiazərbaycan əhvalruhiyəsi yaratmağa
başladılar. Digər tərəfdən, erməni təşkilatları
Azərbaycan və Ermənistan arasında qarşıdurmaya
dönməz xarakter verməyə, münasibətləri daha
da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini
heçə endirməyə çalışırdılar.
Ermənilər qanlı terror aktlarını davam etdirirdilər.
Dövlət ittihamçısı Qriqoryan
üçün ömürlük iş istəsə də
bu qəbul olunmayıb. Sumqayıtda keçirilmiş məhkəmə
proseslərində azərbaycanlılara qarşı qərəz
nümayiş etdirilib. Dövlət
ittihamçısının xəstə və hadisələrdə
heç bir günahı olmayan Nəcəf Nəcəfalıyev
haqda həbs qəti-imkan tədbirin dəyişdirilməsi ilə
bağlı təklifi də qəbul olunmayıb və o
prosesin gedişində vəfat edib. Digər
təqsirləndirilən şəxs Əhməd Əhmədov
isə Moskvada keçirilmiş məhkəmənin qərarı
ilə güllələnməyə məhkum edilib. Əhməd
Əhmədovun hadisələrin əsas təşkilatçısı
olduğunu sübuta yetirmək üçün
istintaqçılar həmin gün əynində əslində
boz kostyum olmuş Əhmədovdan guya üzərində
qan ləkələri olan qara kostyumda olması ilə
bağlı ifadə alıblar və bu dəlil kimi məhkəmədə
ortaya çıxarılıb. Sumqayıtlılar da Əhməd
Əhmədovun cinayətkar olmadığına çoxdan
inanır. Onun yaşadığı həyətdə
qurulmuş xatirə bulağı xalqın artıq
Ə.Əhmədova bəraət verdiyini göstərir.
SSRİ DTK-sının himayə etdiyi həmin
qruplar şəhərin müxtəlif yerlərində qətliamlar
törədib. Erməni milliyətindən olan
26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr
həyata keçirib. Şəhərə yeridilən general
Krayevin rəhbərlik etdiyi ordu hissələri isə
bunları kənardan izlədikdən sonra, fevralın 29-da
hadisələrə müdaxilə edib. Nəticədə
6 azərbaycanlı tankların tırtılları altında
qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb,
200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti
dağıdılıb, 40-dan çox avtomobil yararsız hala
salınıb. Martın 1-dən Sumqayıtda komendant saatı
tətbiq olundu.
Azərbaycanın o zamankı rəhbərliyi
Sumqayıt hadisələrinin səbəblərini
araşdıran istintaq qrupunun ermənilərin xeyrinə
işləməsini təkcə susmaqla müşayiət etməyib,
ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini
araşdıran keçmiş SSRİ Prokurorluğu və
DTK-nın nümayəndələrindən ibarət istintaq
qrupu baş verənləri bütövlükdə azərbaycanlıların
üzərinə qoymaqla əsl həqiqəti
ört-basdır edib. Təəssüf ki, həmin istintaq
qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə
orqanlarının nümayəndələri
haqsızlığa qarşı çıxmaq əvəzinə
günahsız insanların mühakiməsində iştirak
ediblər. Nəticədə 3 minə yaxın günahsız
Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü inzibati məsuliyyətə
cəlb edilib, böyük bir qismi rüşvət verməklə
canını qurtarıb, 94 nəfər barəsində isə
cinayət işi açılıb.
İstintaq dövründə zorla müttəhim
elan edilmiş, ikinci qrup əlil, insulindən asılı
yaşayan Elçin Güləliyev Bayıl türməsində
müəmmalı şəkildə
öldürülmüşdür. Onun işinə məhkəmə
baxışı zamanı günahsızlığı üzə
çıxmışdır. Ziyalı ailədən
olan Taleh İsmayılova isə 15 il iş kəsilmiş, cəzasını
"siyasi məhbus" kimi çəkmək
üçün Tbilisiyə göndərilmiş, bir ildən
sonra meyiti gəlmişdiir.Digər azyaşlı Azər
Babayev isə ömürlük yataq xəstəsi olmuşdur.
Vahid Ömərov
.
Səs.- 2020.- 15 iyul.- S.15.