Milli ailə dəyərlərinin mahiyyəti

   Xalqımız vətənə hədsiz məhəbbəti, torpağa bağlılığı, el-obaya sonsuz sevgisi, ağsaqqala, ağbirçəyə dərin hörməti, ailəyə sədaqəti, qayğısı, ibrətamizliyi ilə tanınır, sayılır, seçilir. Heç şübhəsiz, bu həmişəyaşar, yüksək bəşəri keyfiyyətlər arasında ailə dəyərləriağsaqqallıq, ağbirçəklik institutu böyük maraq doğurur, müstəsna məna məzmun kəsb edir. Ağsaqqallıq ağbirçəkliyin cəmiyyətdə oynadığı rol, tutduğu mövqe bütün bunların öyrənilməsi, tədqiqi, son zamanlar getdikcə zəifləmə səbəbləri tədqiqatçıların mühüm tədqiqat obyektlərindən biri olmaqla yanaşı, həm mənəvi mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir.

Onlar təlim-tərbiyə örnəyi, gör-götür abidəsi, şərəf, ləyaqət hikmət mənbəyi sayıla bilər. A.Maslounun artıq bizə tanış olan, insanın harmoniyası, təhlükəsizliyi, qabiliyyətlərinin maksimal inkişaf imkanları özünü reallaşdırma prinsipləri üzərində qurulan “ideal cəmiyyətmodelindən istifadə etmək olar. O, insanın şüurunun humanist yolla dəyişdirilməsi mədəniyyətin sosial institutlarını yenidən təşkil etməklə onun pozitiv dəyişdirilməsini nəzərdə tutur. Özünü qorumada, təhlükəsizlikdə sülhdə, məhəbbətdə birgəlikdə, özünütəsdiqdə tanınmada, yaradıcılıq vasitəsi ilə özünün aktuallığında təkmilləşməsində olan sosial tələbatlar, həmçinin fizioloji tələbatlar ailə idarəçiliyi üçün aktualdır. Ailədə onlar məhəbbət bağlılıqla, valideynlər övladlar, qardaşlar bacılar, nəvələr, babalar nənələr arasındakı qan qohumluğu borc hissi ilə şərtlənən spesifik ailə tələbatları ilə tamamlanırlar. Ailə motivasiyasını daha yaxşı başa düşmək məqsədi ilə A. Maslounun konsepsiyasını geniş interpretasiyada aşağıdakı kimi təqdim etmək olar:

1. Fizioloji tələbatlar (aclıq, susuzluq, yuxu, sağlamlıq s.).

2. Təhlükəsizlik tələbatları (əminlik, təhlükədən qorunma, sabitlik nizam-intizam, ruhi dinclik s.).

3. Sosial tələbatlar (ailəyə mənsub olma, təqdir edilmə, ictimai həyat, məhəbbət dostluq, ailə rifahı xoşbəxtlik).

4. Hörmətdə tələbat (özünəhörmət, tanınma, uğur, status).

5. Özünü aktuallaşdırma tələbatı (təkmilləşmə, nailiyyətlər, şəxsiyyətin inkişafı).

6. Öyrənmə başqalarını maarifləndirmə tələbatı.

7. Estetik düyğu gerçəkliyin dəyişdirilməsi tələbatı.

8. Allaha inam, dərk etmə məhəbbətdə tələbat.

Tarixən dünyagörüşü, həyata baxışı, dərin müşahidə qabiliyyəti olan müdrik ağsaqqallar həmişə mizan-tərəzini saxlayar, hökmlü, hünərli olduğu qədər məsləhətli, mərhəmətli, rəhmli olardılar, bir əlində qılınc, bir əlində qalxan tutar, bir əllərində od, bir əlllərində su olardı. Dəyərli əsərlərdən öyrənmişik ki, elin ağsaqqalı səliqəsahmanlı olar, ağır oturar, ağır durar, davranışı, duruşu, ağayana yerişi, müdrikliyi, sadəliyi, səmimiliyi, sədaqətliliyi, fikrinin aydınlığı, dərin düşüncəsi ilə seçilərdi.

Yaşına görə deyil, başına görə ağsaqqal, ağbirçək sayılan şəxslər hazırcavab, az danışan, inamlı danışan, hikmət söyləyən, sözübütöv, əməlisaleh, zəhmətsevər, işgüzar, işbilən, gözü-könlü tox, tamahsız, təmənnasız, qəlbi təmiz, ürəyi təpərli, hünərli, arzusu geniş, sarsılmaz, el arasında başı yığnaqlı, qeylü-qallı, məclislərdə, mərasimlərdə başda oturan, məclis yaraşığı olardı. Onlar elin yolgöstərəni, adət ənənələrimizin, milli-mənəvi dəyərlərimizin daşıyıcısı, 8 qoruyucusu, inkişaf etdirəni kimi milli-mənəvi dəyərlər sistemimizdə kultlaşıblar.

Ağsaqqallıq, eləcə ağbirçəklik son dərəcə çətin, mürəkkəb, məsuliyyətli bir vəzifə, böyük zəhmət, min bir əziyyət, məhrumiyyətlər bahasına başa gələn ictimai missiya, məişət-sosial vəzifə sayılır. Ağsaqqalara, yaşlılara, dünyagörmüşlərə, çətinliklərə sinə gərmişlərə sınaqdan çıxmış insanlar arasında daha çox rast gəlinir. Belə ixtiyarların həyat təcrübəsi zəngindir, onlar öz əməlləri, uzaqgörənlikləri ilə sayılıb-seçilirlər. Bu şərəfli vəzifə əsasən başdan-binadan, nəsildən, əsildən-kökdən gəlir. Hər ixtiyar yaşında olana ağsaqqal səlahiyyəti verilməz. Ağsaqqallıq yaşda deyil, başdadı, işdə, əməldədi. Ağsaqqallığın çoxçalarlı keyfiyyətlərini özündə birləşdirən cavan ya orta yaşlılar arasından da ağsaqqal hesab edilən şəxslər çıxa bilər.

Tarixçilərin etnoqrafçı tədqiqatçıların da vurğuladığı kimi, insan oğlu, bəşər övladı dünyaya gəldiyi gündən üstündə yaşadığı torpağın qədrini bilmiş, vətənini sevmiş, valideynlərinə, ağbirçək ağsaqqallarına pənah gətirmiş, arxalanmış, güvənmişdir. Müxtəlif tarixi dövrlərdəibtidai icma dövründə, qəbilə dövründə, feodalizm sosializm, eləcə kapitalizm formasiyalarında toplumun inam bəslədiyi, dəyər vediyi, hörmət göstərdiyi, bəzi hallarda isə qorxduğu, çəkindiyi ağbirçəkliyin, ağsaqqallığın tarixi insanlığın tarixi, cəmiyyətin yaranması ilə bir dövrə təsadüf edərək zaman-zaman inkişaf etmiş, tarixi mərhələlərdən 9 keçmişdir. Azərbaycanda bu tarixin yaşı iki milyon ilə qədərdir.

Bəşəriyyətin ilkin çağlarındaninsanlığın ilk vaxtlarından ağsaqqallar ağbirçəklər kiçik insan dəstələrinə, kollektivlərə başçılıq etmiş, onların qayğıları ilə yaxından məşğul olmuşlar. Ağsaqqallar, bəzi vaxtlarda isə ağbirçəklər (məsələn, amazon qadınlarda, yaxud Nizami Gəncəvinin əsərlərində, “Min bir gecənağıllarında, dastanlarda göstərilən qadın başçılar, xanımlardan ibarət icmalar s.) bütün hallarda başçılıq, rəhbərlik missiyasını ləyaqətlə yerinə yetirmiş, birliyi, bütövlüyü təmin etmişlər.

Elin başçısı kimi, ölkə ağsaqqalı daha çətin, daha məsuliyyətli vəzifədir. Ağsaqqal həm nəsil ya dövlət başçısı, daha müdrik, təcrübəli, siyasətçi uzaqgörən, səlahiyyətli, geniş təsir dairəsinə malik, yenilməz hökmlü, cəsarətli, inamlı, güclü əqidəli insan olmalıdır.

Tarixi düşüncəmizdə bu hikmət dünyasında Dədə Qorqud ağsaqqalların ağsaqqalı, müdriklərin müdriki, ucaların ucası kimi özünəməxsüs yerəmövqeyə malikdir. Dədə Qorqud elə havadar olan, arxa duran, el üçün yanan, el üçün canından keçməyə hazır olan ərərən kimi təqdim edilir. Hər şeyin bilicisi, çətinliklərdən baş çıxaran uzaqgörəndir:loğman, münəccim Dədə Qorqud öz xeyir-duası ilə oğuzlara məsləhət verən, tədbir görən, onları döyüşə səfərbər edən, zəfərə səsləyən, qələbəyə ruhlandıran ilhamçı, xilaskar qəhrəmandır.

Söz yox ki, yalnız Dədə Qorqud deyil, dastan–folklor düşüncəmizdə, tariximizdə Zərdüşt Peyğəmbər, 10 Cavanşir, Babək, Şah İsmayıl Xətai, Koroğlu da elin ağsaqqalı, insanlarıncəmiyyətin inandığı mənəvi ata vəzifəsində görsənir. Mənəvi mədəniyyət son əsrlərdə sivilizasiyanın, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq etnik mənsubiyyətin əsas göstəricisi kimi çıxış etməkdədir.

XX-XXI əsrlər mədəniyyətlərin mübarizəsi əsri kimi özünü göstərdiyinə görə, Azərbaycan xalqının mənəvi mədəniyyətinin öyrənilməsi təbliği, eyni zamanda gələcək nəslə çatdırılması qarşıya əsas məqsəd kimi qoyulmalıdır. Son 30 ildə isə Ermənistanın işğalçı siyasəti nəticəsində Qərbi Azərbaycan, Qarabağ ona bitişik ərazilərdəki tarixi torpaqlarımızın, doğma bölgələrimizin bir çox qeyri-maddi maddi sərvətləri talana uğramış, dəyərlərimiz aşınmaya məruz qalmış, qaçqın məcburi köçkün soydaşlarımız doğma diyarlarından qovulub çıxarılmış, bütün bunların sonucunda ailə dəyərlərimizağsaqqallıq ağbirçəklik institutumuz zəifləmiş, deformasiyaya məruz qalmışdır.

Müasir cəmiyyətdə qədim ağsaqqal ağbirçəklik dəyərlərinə söykənən milli ailə institutunun mövcud vəziyyətinin araşdırılması bu ictimai-sivil yaşam fəlsəfəsi vasitəsilə daşınan mənəvi dəyərlərin aktivləşdirilməsi yollarını öyrənmək cəmiyyətimiz qarşısında çox vacib bir məsələ kimi durur.

Vahid Ömərov, f.ü.f.d. dos

Səs.- 2020.- 28 iyul.- S.15.