Azərbaycançılıq
milli ideya və ideologiyanın vəhdətidir
Azərbaycançılıq
Azərbaycan xalqının ideologiyasıdır. Bu ideologiyanın əsasını Azərbaycanı
özünə vətən bilən hər bir kəsin milli,
etnik, dini və sosial hüquqlarının bərabərliyi
ideyası təşkil edir. Azərbaycançılıq
ideyasının təkamülünə nəzər salsaq, məlum
olur ki, bunu XIX əsrin sonu XX əsrin əvvəli ilə əlaqələndirmək
olar. Şimali Azərbaycanda dini identiklikdən, milli
ideyanın başlanğıcı sayılan etnik identikliyə
keçidə cəhd edilmişdir.
Akademik N.Cəfərov yazır ki, Azərbaycançılığın biri digəri ilə üzvü əlaqədə olmayan müxtəlif ideyalardan, daha doğrusu, həmin ideyaların mexaniki yığımından az-çox mükəmməl bir ideologiyaya çevrilməsi, heç şübhəsiz, Azərbaycanda milli dövlətçilik təfəkkürünün təşəkkülü, inkişaf edib möhkəmlənməsi ilə əlaqədardır. Və bu bir həqiqətdir ki, həmin ideologiya nə qədər dərin köklərə malik olsa da onun əsaslarını müasir Azərbaycan dövlətçiliyinin banisi, dünya azərbaycanlılarının lideri Heydər Əliyev məhz milli dövlət quruculuğu prosesində yaratmış (və yaratmaqdadır). Azərbaycanda olmaq yalnız Azərbaycanı, Azərbaycan xalqını, onun milli dəyərlərini sevməkdən ibarət deyil (bu, passiv azərbaycançılıqdır), daha çox həmin dəyərləri qoruyub inkişaf etdirməkdən ibarətdir ki, bu hərəkatın başında böyük mütəfəkkir-ideoloq Heydər Əliyev dayanır: O, Azərbaycanın, Azərbaycan xalqının, onun milli dəyərlərinin qorunub inkişaf etdirilməsinin tarixi qarantını (müstəqil Azərbaycan dövlətini!) qurur, həmin dövlətin ideologiyasını formalaşdırır. Onu da əlavə etmək lazımdır ki, bu möhtəşəm siyasi, sosial (və intellektual!) prosesdə ötən əsrlərin, onilliklərin düşüncə təcrübəsi (azərbaycançılıq ideyaları) oyadılır, müasir (və genişmiqyaslı) təfəkkürün süzgəcindən keçirilir, yeni dəyər qazanır... Heydər Əliyev dühası tarixi müasirləşdirir, tarixdən, o cümlədən azərbaycançılıq ideyaları tarixindən istifadənin özünəməxsus metodologiyasını hazırlayır... Və göründüyü kimi, azərbaycançılığın milli ideologiyaya çevrilməsi - bizim bir millət olaraq mövcudluğumuzun ideoloji əsaslarını təşkil etməsi olduqca mürəkkəb, çoxşaxəli, çoxmərhələli bir prosesdir. Həmin prosesi öyrənmək, onun qaynar, ehtiraslı gedişini elmin (Azərbaycanşünaslığın!) soyuq mühakimələri ilə təhlil etmək artıq dövrümüzün mədəni-intellekutal tələbidir. Oxuculara təqdim olunan bu kitab da haqqında söhbət gedən tələb-ehtiyacın nəticəsində meydana çıxmışdır. Müəllif, bir sıra cəhdləri nəzərə almasaq, ilk dəfədir ki, Azərbaycançılığın milli ideologiyaya çevrilməsinin (Heydər Əliyev dövründə dövlət quruculuğu praktikası səviyyəsinə yüksəlməsinə qədər!) tarixi mənzərəni təqdim edir. Onun təqdimində azər- baycançılıq yalnız etnoqrafik, etnolinqvistik, ədəbi- mədəni-mənəvi və s. komplekslərdən ibarət deyil, bunların hamısını ehtiva edən, lakin daha çox sosial-siyasi xarakter daşıyan ideyalar sistemidir ki, bu Azərbaycanda milli dövlət quruculuğu prosesinin hazırkı intensiv dövrü üçün tamamilə təbii olmaqla yanaşı, müəllifin maraq dairəsini də əks etdirir.
Bu gün biz istər dil, istər ədəbiyyat, istər ümumən mədəniyyət məsələlərinə hər bir xalqın şah əsəri olan milli dövlət quruculuğu mövqeyindən yanaşmağa daxili bir ehtiyac hiss edirik. Bu, təsadüfi mahiyyət daşıya bilməz. Belə ki, milli ideya bir günə yaranmır. Bu anlayışa çatmaq üçün xalq müəyyən tarixi yol keçməlidir. Milli ideya ilk olaraq milli şüurun oyanması sayəsində müstəqillik uğrunda mübarizə ilə başlanır. Milli ideya, ilk növbədə, hər bir xalqın mədəniyyətində, fəlsəfəsində, mentalitetində, iqtisadiyyatında, siyasətində, elmində öz ifadəsini tapır. Qeyd edək ki, çoxmillətli dövlətlərdə ərazi bütövlüyünün qorunub saxlanması ideyası dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının müqəddəs borcudur. İdeya və ideologiya xalqların və cəmiyyətlərin həyatında öz spesifik xüsusiyyətləri və mahiyyətləri etibarilə bir-birindən fərqlənirlər. Bu fərqlər milli xüsusiyyətlərə əsaslanır. Bizim ideologiyamızın əsasını milli müstəqillik təşkil edir. O, demokratik ideallara, ümumbəşəri dəyərlərə, dövlətimizin Konstitusiyasına, milli mədəniyyət və adətlərə, vicdan azadlığına, humanizmə, fikir plüralizminə müvafiq yaradılır. Qanunun aliliyi prinsipi milli müstəqillik ideologiyasının hüquqi əsasını ifadə edir. Əlbəttə ki, siyasi institut olaraq dövlət ölkənin stabilliyinin və inkişafının qarantıdır. O cəmiyyətdə sosial-siyasi stabilliyi, milli təhlükəsizliyi, qanunun aliliyini, sosial ədaləti təmin edir. Ölkəmiz milli və ümumbəşəri dəyərlərə, xalqımızın zəngin irsinə, inkişaf etmiş dövlətlərin təcrübəsinə istinad edərək vətəndaş cəmiyyəti qurur. Ümumbəşəri demokratik prinsiplərin həyatımızda möhkəm kök salması respublikanın qanunverici aktlarında və beynəlxalq hüquq normalarında əks olunan məqsəd və qayələrin tələblərə müvafiq şəkildə həyata keçirilməsindən asılıdır.
A.Rüstəmova yazır ki,hüquq, insan azadlığı və azadfikirlilik prinsipləri milli müstəqillik ideologiyasının sosial mahiyyətini müəyyənləşdirir. Konstitusiya və qanunlarda vətəndaşın bütün hüquq və vəzifələri tam şəkildə öz əksini tapıb. Milli müstəqillik ideologiyasının prinsipləri bu hüquqi əsaslara istinad edilərək reallaşdırılır. Fikir plüralizmini təsdiq edən milli müstəqillik ideologiyası demokratik cəmiyyətin qurulmasının təməl prinsiplərindəndir. Bu prinsip müxtəlif fikir və mülahizələrin harmoniyasını, insanların ümumi məqsəd əsasında müxtəlif görüşlərini ifadə edir. Bu harmoniya milli müstəqillik ideyasını hərəkətverici qüvvəyə çevirir. Milli müstəqillik ideologiyası prinsiplərindən biri milli və ümumbəşəri dəyərlər arasında harmoniyanın yaradılmasıdır. Bu prinsip böyük gələcəyin qurulmasında insanların inamının möhkəmləndirilməsinə, vətəndaşların siyasi mədəniyyətinin artırılmasına, tərəqqinin düzgün dərk edilməsinə qulluq edir.
Milli dəyərlərə sadiqlik müstəqillik ideyasının dayağıdır. Bu prinsip göstərir ki, hər bir Azərbaycan vətəndaşı öz milli dəyərlərini zənginləşdirərək və qoruyaraq onları gələcək nəsillərə ötürməyi öz üzərinə götürməlidir. Azərbaycanda yaşayan bütün millətlərin və xalqların nümayəndələri öz doğma dillərini, mədəniyyətlərini, adət-ənənələrini qorumaq və inkişaf etdirmək imkanına malikdirlər. Milli müstəqillik ideologiyası insana öz mənəvi dünyasını zənginləşdirməyə geniş imkan yaradır. Bunun reallaşdırılması, hərtərəfli təhsilli, mənəvi, əqli, fiziki cəhətdən yetkin nəslin formalaşdırılması ilə bağlıdır. Sağlam, kamil nəslin yetişdirilməsi, azad vətəndaş mənəviyyatına malik insanın formalaşdırılması da milli müstəqilliyin inkişafına və davamlı olmasına güclü stimul verən amillərdəndir. Belə keyfiyyətlərə malik şəxsiyyət ideoloji proseslərdə fəal iştirak edə, digər insanların şüurlarına milli müstəqillik ideologiyanın prinsiplərini təlqin edə bilər. Təbii ki, aktiv, məqsədyönlü şəxsiyyət dövlətin ideologiyasının mahiyyətini daha mükəmməl şəkildə insanlara çatdıra bilər. Müəllifin fikrincə,milli müstəqillik ideyasının həyata keçirilməsi prosesində şəxsiyyət azadlığı məsələsi də mühüm yer tutur, çünki yalnız öz hüquq və vəzifələrini yaxşı bilən, öz gücünə və imkanlarına güvənən insan ətrafda baş verən hadisələrə müstəqil şəkildə münasibət göstərə bilər, şəxsi maraqları ilə ölkənin, xalqın maraqları arasında harmoniya yarada bilər. Bu keyfiyyətlərə malik insan milli ideyanın prinsiplərini düzgün şəkildə dəyərləndirə bilər.
Qeyd edək ki, “azadlıq” anlayışı son dərəcə geniş məna kəsb edir. Bu mənalar sırasında həm müsbət, həm də mənfi çalarlar təzahür edir. Əgər şəxsiyyət maddi və mənəvi nemətlərdən şüurlu şəkildə istifadəyə cəhd göstərirsə, digərlərinin maraqlarına zərər vermirsə bu, azadlığın müsbət aspektidir. Əksinə, əgər insan öz məqsədinə çatmaq naminə digərlərinin azadlığını və maraqlarını nəzərə almırsa, belə “azadlıq” mənfi mahiyyət daşıyır.Cəmiyyətin inkişafında mühüm əhəmiyyətə malik, bəşəriyyətin əzəldən bəri can atdığı ümumbəşəri prinsiplərdən biri vicdan azadlığıdır. O “əqidə azadlığı”ndan daha geniş məna kəsb edir. “Əqidə azadlığı” insanın öz şəxsi qənaətinə görə hər hansı bir dinə inamını ifadə edir. “Vicdan azadlığı” prinsipi isə insana cəmiyyətin qanunlarına müvafiq olaraq inam və məslək azadlığını nəzərdə tutur. Vətəndaşlıq azərbaycançılıq ideologiyasının mühüm atributlarından biridir. O özündə vətəndaşların siyasi, əxlaqi, hüquqi və sosial xüsusiyyətlərini birləşdirir. Vətəndaşlıq insan və dövlət arasında qarşılıqlı hüquq və vəzifələrdə ifadə tapan sabit siyasi-hüquqi əlaqədir. Monarxiya idarə üsuluna malik ölkələrdə şəxsin dövlətlə əlaqəsi təbəəlik formasında, yəni, bütövlükdə, dövlətlə deyil, bilavasitə monarxla reallaşır. Hazırda isə bir çox monarxiya üsulu ilə idarə olunan ölkələr bu konsepsiyadan imtina ediblər və təbəəlik institutu vətəndaşlıq institutu ilə əvəzlənib. Vətəndaşlıq konstitusiya hüququnun institutlarından biridir və öz ifadəsini dövlətin konstitusiyasında (əsas qanununda) və digər normativ-hüququ aktlarda tapır. Vətəndaşlıq kollektiv qərarların qəbul edilməsində mühüm amildir, çünki bu kontekst cəmiyyətdə həm hüququn, həm də əxlaqın inteqrasiyasını həyata keçirməyə imkan verir. İnsanın vətəndaşlıq mövqeyi onun cəmiyyət həyatında aktiv iştirakında ifadə tapır. Bu mövqe şəxsi və ictimai dəyərləri ağıllı şəkildə əlaqələndirməklə reallaşdırmanı nəzərdə tutur. Elmi ədəbiyyatda aktiv vətəndaşlıq mövqeyinin, əsasən, üç komponenti qeyd edilir: sosial aktivlik, vətəndaş özünüdərki və vətəndaşlıq keyfiyyətləri. Bu komponentləri nəzərdən keçirdikdə belə qənaət yaranır ki, sosial aktivlik əməyə və ictimai-siyasi fəaliyyətə şüurlu və yaradıcı münasibət kimi təzahür edir və nəticədə, fərdin özünüreallaşdırması təmin olunur.
Təbii ki, qeyd edilən proses öz-özlüyündə həyata keçmir. Bunun üçün dərin bilik, hərtərəfli inkişaf etdirilmiş qabiliyyət və vətəndaşlıq şüuru mövcud olmalıdır. Başqa sözlə, sosial aktivlik ictimai inkişafın qanunauyğunluqlarının dərindən dərk edilməsi sayəsində reallaşa bilir. Vətəndaşlıq anlayışının mahiyyətində, ilk olaraq, vətənə sevgi, vətənpərvərlik ideyaları durur. İnsanlarda vətəndaşlıq, vətənpərvərlik mövqeyinin formalaşdırılması müasir siyasətin prioritet istiqamətlərindəndir. Vətəndaşlıq, vətənpərvərlik şəxsin fundamental keyfiyyətlərindəndir və bu keyfiyyətlər erkən yaşlardan formalaşdırılmalıdır. Müasir milli ideyanın əsasını fərdin və cəmiyyətin iqtisadi rifahına qayğı, siyasi müstəqilliyin, mədəniyyətin, ərazi bütövlüyünun, xalqımızın həyat tərzinin qorunub saxlanılması kimi mühüm amillər təşkil edir. Bu baxımdan vətənpərvərlik və milli maraq milli ideyanın iki qoludur.
Azərbaycançılığın milli ideya və ideologiyanın vəhdəti kimi inkişafında mühüm rol oynamış Ulu Öndər Heydər Əliyevin parlaq azərbaycanlı obrazında cəsarətlilik, təşəbbüskarlıq, yorulmazlıq, mərdlik, dəyanətlilik, uzaqgörənlik, hadisələri qabaqlamaq məharəti, dövlətə, xalqa sədaqət, milli mənafeyi uca tutmaq kimi keyfiyyətlər ümumiləşmişdir. Eyni zamanda, Heydər Əliyevin şəxsiyyətində milli - mənəvi dəyərlərlə bəşəri dəyərlər qovuşmuşdur. Heydər Əliyev şəxsiyyəti bu mənada nəsillərə nümunə obrazını formalaşdırmışdır. Məhz Heydər Əliyev kimi böyük insanların şəxsiyyətində yaranmış obraza görə Azərbaycan xalqının milli - mənəvi dəyərləri bəşər mədəniyyətinin bir tərkib hissəsinə çevrilir. Beləliklə, müasir dövrdə milli - mənəvi dəyərləri özündə birləşdirən azərbaycanlı obrazı bəşər mədəniyyətinin ən yaxşı ənənələrini mənimsəməklə öz şəxsiyyətinin bütövlüyünü və tamlığını nümayiş etdirməyə qadir olur.
Bu gün Azərbaycan Renspublikasmm prezidenti İlham Əliyev əsrimizin lideri kimi ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etməklə, siyasi və diplomatik fəaliyyətində yeni uğurlar qazanmaqla, regionda sülhün və ictimai sabitliyin qorunmasına təminat yaratmaqla Azərbaycanm nüfuzunu qaldırır, öz şəxsiyyətinin nümunəsində azərbaycanlı obrazının şərəfini ucaldır. Azərbaycan milli mədəniyyətinin və Azərbaycan milli ideologiyasınm təbliği və tətbiqi sahəsində bu gün birinci vitse–prezident Mehriban xanım Əliyevanın çox böyük əməyi, zəhməti və xidmətləri vardır. Mehriban xanım Əliyeva azərbaycançılıq ideyalarının yayılması, heyata keçirilməsi və təbliği ilə xalq arasında böyük nüfiız qazanaraq özünün parlaq şəxsiyyətində şərəfli bir azərbaycanlı qadını obrazım yaratmışdır. Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüskarlığı və əməli fəaliyyəti ilə respublikamızda müasir məktəb binalarının və səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi, maddi-mədəniyyət abidələrinin qorunması, saxlanması və bərpası milli azərbaycançılıq şüurunun inkişafına böyük təsir göstərən vətənpərvərlik nümunəsidir.
Mehriban xamm Əliyevanın bu sahədə apardığı işlər ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının mənafeyi naminə yönəlmiş fəaliyyəti ilə həmahənglik təşkil edərək bütövlükdə Ulu Öndər Heydər Əliyev irsinin ləyaqətlə davam etdirilməsinin bariz nümunəsinə çevrilmişdir. Prezident İlham Əliyevin siyasi və diplomatik fəaliyyəti Azərbaycan Respublikasının dünya siyasəti meydanında getdikcə daha artıq nüfiız qazanmasına təsir göstərir. Azərbaycanın nüfuzunun artması dünya azərbaycanlıları məkanında azərbaycançılıq ideyalarına marağm və diqqətin genişlənməsinə səbəb olur. Azərbaycançılıq ideyalarının yaranması, formalaşması və onların milli şüura, milli düşüncə tərzinə, bütövlükdə milli ideologiyaya çevrilməsi prosesini aydın başa düşüb dərk etməkdən ötrü ictimai təfəkkürün, milli mənəvi dəyərlərin və milli dövlətçilik ənənələrinin üzvi əlaqələrinə aid proseslərin araşdırılması vacibdir.
Vahid
Ömərov f.ü.f.d.dos
Səs.- 2020.- 24 iyul.- S.15.