Azərbaycançılığın
mahiyyəti
Azərbaycançılıq
ideyaları özünün tarixi etibarı ilə qədim
dövrlərlə səsləşir. Azərbaycançılıq
ideyaları Azərbaycan xalqma məxsus etnik və psixoloji amillərlə,
ictimai təfəkkürün qaynaqları ilə, xalqın məişət
həyatı ilə dərindən bağlı olan
düşüncə və təsəvvürlər bazasmda
yaranır. Azərbaycançılıq ideyalarının
formalaşmasında insan və cəmiyyət amili xüsusi
yer tutur. Hər bir insan cəmiyyətin bir üzvüdür.
Cəmiyyətdə özünəməxsus mövqe tutan hər
bir şəxs bu və ya digər ideyanm yaradıcısı
ola bilər. Lakin hər bir fərdi ideya cəmiyyətin
ümumi psixologiyasını, təsəvvür və təfəkkürünü
təyin edə bilmir. Cəmiyyət həyatı
üçün ümumi xarakter daşıyan ictimai fikir və
düşüncələr zaman - zaman yetkinləşərək
bütöv bir sistemə çevrilir. Cəmiyyət həyatında
bütövləşən ictimai ideyalar cəmiyyət
üzvlərinin ictimai xarakterini təyin edir. Bütün 3
ictimai ideyaların mahiyyəti milli şəxsiyyət
obrazının yaranması ilə nəticələnir.
Belə ki, məsələn azərbaycançılıq ideyalrı mühitində formalaşan azərbaycanlı obrazı beynəlxalq ictimaiyyətə özünəməxsus xarakterə malik olan milli bir şəxsiyyət nümunəsi kimi təqdim edilir. Azərbaycançılıq ideyalrı ümumilikdə azərbaycançılıq anlayışının özünü formalaşdırır. Azərbaycançılıq ideyalrı azərbaycançılıq anlayışı ilə üzvi şəkildə bağlıdır. Yəni bu ideyalar mövcud olmasa, yaranmasa, formalaşmasa, yetkinləşməsə azərbaycançılıq anlayışından danışmaq mümkün deyildir. Başqa sözlə, azərbaycançılıq ideyalrı bütövləşir, ümumiləşir və azərbaycançılıq anlayışını yaradır. Azərbaycançılıq anlayışının yaranmasında ümumiləşən azərbaycançılıq ideyalımın bazasını ictimai təfəkkürün mövcudluğu, milli - mənəvi dəyərlər və müstəqil dövlətçilik ənənələri təşkil edir. Azərbaycançılıq anlayışının özü isə cəmiyyət həyatında çox mühüm ictimai, siyasi, ideoloji və hərəkətverici əhəmiyyət daşıyan milli şüur mənasında başa düşülür. Beləliklə, azərbaycançılıq anlayışının daxili məzmununu qısa olaraq belə xarakterizə etmək mümükündür: azərbaycançılıq ictimai təfəkkürün canlanması ilə yaranan, milli mənəvi dəyərlər bazasında yetkinləşən və müstəqil dövlətçilik ənənələri əsasında formalaşan milli şüurdur.
Bu o deməkdir ki, ictimai təfəkkürdə milli ideyalar yaranmasa milli - mənəvi dəyərlər də meydana gələ 4 bilməz. İctimai təfəkkür bazasında yaranan milli - mənəvi dəyərlər isə dövlətçiliklə qorunur, zənginləşir və inkişaf edir. Dövlətçilik olmadan milli ideyalar ancaq lokal səviyyədə qalmaqla məhdudlaşır. İctimai təfəkkür cəmiyyətlə birlikdə yaşadığı üçün həm tarixidir, həm də müasir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz çıxışları zamanı milli ideyaların formalaşmasında, tarixliyin və müasirliyin dialektik vəhdət təşkil etdiyini dönə-dönə bəyan etmişdir. Ulu Öndər Heydər Əliyev göstərirdi ki, yalnız azərbaycançılıq, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, milli həmrəylik, vahid mənəvi dəyərlərin qorunması, ümumi tarix və mədəniyyət, ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya Ümumi Vətənin qurulmasına öz töhfəsini verməyə kömək edəcək. Akademik Ramiz Mehdiyev bu münasibətlə yazır: "Heydər Əliyev 1969-cu ildən başlayaraq azərbaycanlılarda özünə inam hissi formalaşdırır, milli maraqların müdafiə olunmasının mümkünlüyünü təsdiq edir, azərbaycanlıları milli inkişaf naminə birləşdirirdi. Heydər Əliyevin siyasəti nəticəsində "millət" anlayışının strukturuna özünüidentifikasiyanın etnik, dini, sosiomədəni, siyasi və bütün başqa kollektiv formaları daxil edilmişdir. Azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış etmişdir. Bu dövrdən etibarən milli identifikasiyanın yeni forması daha geniş və yenilənmiş formatda "azərbaycançılıq" ideologiyası ilə eyniləşdirilir". Azərbaycan sabit dövlətdir. Son dövrün nəticələri göstərir ki, dövlətimiz ayaq üstə möhkəm dayanmışdır və möhkəm siyasi, iqtisadi, mədəni və sosial platforma üzərində inkişaf edir. Bəs, müasir mərhələdə milli ideyanın inkişafı üçün hansı şərtlər əsasdır? Bu suala akademik Ramiz Mehdiyev belə cavab verir: "Heç bir şübhə yoxdur ki, XXI əsrdə iqtisadi tərəqqiyə, azad və layiqli həyata, millətin müstəqilliyinin və təhlükəsizliyinin güclənməsinə aparan yol demokratik prinsip və normaların sosial və siyasi praktikaya tətbiqindən keçir… Ancaq demokratikləşmənin özü də milli ideyaya bağlı olmasa, sosiumun milli xüsusiyyəti nəzərə alınmasa uğursuzluğa məhkumdur. Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, demokratiyanı "kəməndinə salmalıdır", cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. İnsanların şüuruna hakim kəsilən milli ideya millətin konkret fundamental məqsəd və vəzifələrinə nail olmaqda reallaşmalıdır". Akademik Azərbaycançılıq ideologiyası əsasında Azərbaycanda vətəndaş dövləti yaratmağın qısa tərifini belə verir: "Azərbaycan üçün vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, orada bütün sosial və etnik qruplar dinc yanaşı yaşayır, özlərini ölkənin siyasi və iqtisadi inkişafında, bütün millətlərin nümayəndələrinin birgə yaşayış atmosferinin mütəmadi mənəvi-psixoloji yeniləşməsində dərin marağı olan bərabərhüquqlu vətəndaşları kimi hiss edirlər. Beləliklə, müasir dövrdə milli ideyanın vətəndaş cəmiyyətinin maraqları xaricində reallaşdırılmasının perspektivi yoxdur".
R.Mehdiyevin fikrincə, "azərbaycançılığın" mahiyyəti müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdətidir. O, ənənəvi mifləri və rəmzləri özündə birləşdirir, lakin bunlardan milli dövlətin simasında yeni fenomenlərin qorunması və əsaslandırılması üçün istifadə edir. "Azərbaycançılığın" gücü ondadır ki, o, xalqın milli-mədəni eyniyyətini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyllərini üzvi şəkildə birləşdirməyə qadirdir. Şübhəsiz ki, öz birliyinə mənsubiyyət hissi həyatın özünə də məna və əhəmiyyət verir, qarşılıqlı məsuliyyət və qarşılıqlı əlaqə hissini möhkəmləndirir və beləliklə, tənhalıq və qəriblik hissini azaldır. Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium formalaşdırır. Görünür, bu baxımdan bir sıra Qərb tədqiqatçılarının dəlilləri əsassız deyildir. Onlar hesab edirlər ki, insan "möhkəm köksalma və demək olar ki, tayfa mənsubiyyəti duyğuları doğuran tarixi ənənələrin mövcudluğu şəraitində özünü müdafiə olunmuş kimi hiss edə bilər" . Üstəlik, cəmiyyətin mürəkkəbləşməsi, modernləşməsi, kosmopolitləşməsi, simasızlaşması və buna müvafiq surətdə köklərin itirilməsi ilə bu ehtiyac nəinki azalmır, əksinə, müəyyən şəraitdə qat-qat güclənir. Belə vəziyyətdə məhz dövlət - insan cəmiyyətinin bu özünütəşkil forması öz növbəsində, tam olmasa da, bir çox, bəlkə də bütün sosial fenomenlərin formalaşması və institusionallaşmasının amilinə çevrilir. "Mən - sivilizasiya"nın inikası kimi "azərbaycançılıq" hər kəsin hüquq və azadlıqlarının təmin olunduğu siyasi və dövlət quruluşunun milli mahiyyətinə, inkişaf strategiyasına, formasına etno-siyasi baxış kimi çıxış edir. "Azərbaycançılıq" cəmiyyətin normativ dəyərlərinin vəhdətinə - dövlət hüquq düşüncəsinin, əmək və işgüzar etika tərbiyəsinə, mənəvi həyatın dəyərlərinə qovuşmağa səmtlənir və beləliklə də, mühafizəkarlığa yaxınlaşır. O, milli maraqları ifadə edən güclü dövlət hakimiyyətinin və yüksək milli intizamın, formalaşmış milli özünüdərkin olmasını tələb edir, ən müxtəlif sosial təbəqələrdə həmrəylik axtarır, daimi, lakin mötədil, millətin və dövlətin öz potensialından irəli gələn reformizmi təbliğ edir. "Azərbaycançılıq" ideyasının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət tezliklə həmin nəsillər üçün həyatı, azadlığı dərk etməyin ayrılmaz atributlarına çevriləcəkdir. Bu gün biz Azərbaycanda milli ideologiyanın formalaşmasının şahidiyik. Millətin potensialının və ölkəni tərəqqiyə, firavanlığa doğru aparmağa qadir siyasi elitanın olması onu göstərir ki, neokonservatizmin milli forması kimi "azərbaycançılıq" milli ideologiyanın əsasıdır və Azərbaycan dövlətinin bütün tarixi boyu da əsası olaraq qalacaqdır "Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər" tezisi təkcə azərbaycanlılar kimi doğulanlar üçün deyil, həm də etnik bağlılığı olmadığı halda bu ölkənin vətəndaşları olanlar üçün aktualdır.
Son illərdə Azərbaycan bütün azərbaycanlıların Vətəninə çevrilib və universal dəyərlərin daşıyıcısı statusu qazanıb. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir. Məhz Azərbaycançılıq ideologiyasının cəmiyyətdə bərqərar olması səbəbindən uzun müddətdir ki, Azərbaycanda daxili sabitlik hökm sürür. Özü də bu tendensiya qonşu ölkələrdə baş verən vətəndaş müharibələrinin, kütləvi iğtişaş və qarşıdurmaların fonunda baş verir. Azərbaycan cəmiyyəti isə belə təhlükələrdən sığortalanmışdır. Çünki vətəndaşlar ölkə hakimiyyətinin daxili siyasəti stabil və normal olaraq həyata keçirdiyinin fərqindədirlər. Bununla belə bizim xalq dünyada, xüsusilə də bizimlə bağlı olan regionlarda baş verənlərlə daha çox maraqlanır. Bu da təbiidir. Çünki həmin regionlarda gedən proseslər bizə birbaşa və dolayı təsir edir.
Daha doğrusu qlobal qüvvələr bu təsirin güclü olması üçün müvafiq işlər həyata keçirirlər. Bunu həyata keçirmək üçün isə Azərbaycanda fəaliyyət göstərən bəzi, QHT, KİV orqanlarından, bəzi ictimai xadimlərin imkanlarından istifadə edirlər. Azərbaycanda əhalinin siyasi mövqeyini formalaşdırmağa cəhd edən yüzlərlə KİV və QHT var. Belə media orqanları idarə olunduqları xarici mərkəzlərdən gələn tapşırıqla onların maraqlarına cavab verən məsələlərdə xalqı səhv yönləndirməyə çalışırlar. Yəni, hər hansı bir məsələyə münasibətdə Azərbaycanın maraqları arxa plana atılır. Başqa dövlətlərin maraqlarından informasiya yayılır. "Beşinci kolon" kritik situasiyalarda öz fəaliyyətini daha da gücləndirir, Azərbaycan cəmiyyətinin fikrini yönləndirməyə cəhdlər edir. Bu məqsədlə Qərb dairələri dini və etnik cəmiyyətləri qızışdırır, onlara yardımlar edir, bu icmaların əli ilə ölkədə vəziyyəti gərginləşdirməyə çalışırlar.
Vahid
Ömərov, f.ü.f.d. dos.
Səs.-
2020.- 23 iyul.- S. 15.