Gürcüstanın Axalkələk
bölgəsində erməni problemi
Son
vaxtlara qədər Axalkələk rayonunda 18 kolxoz və 24
sovxoz, Ninotsminda da isə 24 kolxoz və 5 sovxoz var idi.
1985-1987-ci illərdə Cavaxetiyada istehsal olunan kolxoz və
sovxozların məhsulu belə görünürdü:
bitkiçilik məhsullarının payı 30%-i,
heyvandarlığın payı 70%-i, onların arasında iri buynuzlu mal-qaranın payı isə
60%-dən çox idi. 1990-cı ildə Cavaxetiyada
cəmi 82489 ( Ninotsmindada - 40342, Axalkələkdə
- 42147) baş iribuynuzlu mal-qara olmuş, bunlardan isə 34939
başı (Ninotsmindada - 16915, Axalkələkdə - 18024 ) inək
olmaqla 42.3 faizi təşkil etmişlər.
1986-cı ildə 1976-cı illə müqayisədə Axalkələk rayonundakı ictimai təsərrüfatlarda süd istehsalının, canlı çəkinin artırılması müvafiq olaraq 24,0 və 43,8 faiz, Ninotsminda rayonunda isə 39,7 və 49,4 faiz təşkil etmişdir.
1976-1986-cı illərdə ət istehsalı işində iribuynuzlu mal-qaranın xüsusi çəkisi 68,2-dən 71,8 faizə qədər yüksəlmişdir. Kolxozlardakı bir inəyin orta sağımı 2400 kq-a qədər, sovxozlarda isə - 2000 kiloqram olduğu halda qabaqcıl kolxozlarda bu göstərici 3000-3300 kiloqrama çatmışdır. Bu dövrdə 100 inəkdən 76-80-ə qədər buzov artımı müşahidə olunmuşdur. Yuxarıda qeyd olunan məlumatlar göstərir ki, Cavaxetiyada ət və süd istehsalı sahəsində artım üçün böyük imkanlar var.
Professor O. Maqlaperidzenin hesablamalarına görə, mövcud ehtiyatlardan lazımi qaydada istifadə edilməsi əsasında ictimai təsərrüfatlarda süd istehsalı 2005-ci ilə qədər iki dəfə artacaq, canlı çəkisinin artırılması isə 1,5 dəfə1 artacaq.
Sovet ittifaqı dağılandan sonra bütün Gürcüstanda və Cavaxetiyada çoxlu ictimai təsərrüfatlar talan edilmiş və məhv edilmişdir. Ermənistana böyük miqdarda iribuynuzlu mal-qara gətirilmişdir. Bütün bunlar isə Cavaxetiya əhalisinin sosial problemlərini daha da çətinləşdirmişdir. . Cavaxetiyada sosial infrastrukturun inkişafına böyük diqqət göstərilməlidir. Bizə məlum olan siyasi hallara görə onsuz da zəif olan infrastruktur dağılmış vəziyyətdədir. 1990-cı ilə qədər Ninotsminda rayonunda 91 ticarət obyekti olmuşdur. 39 məktəblərində 5547 uşaq təhsil almış, 32 kəndin rayonlararası rabitəsinin sayı isə yalnız 12 olmuşdur.
Axalkələk rayonunda cəmi 227 ticarət obyekti olmuşdur. Rayonun 64 məktəbində 2079 uşaq oxuyurdu, bu məktəblərdən 9-u gürcü məktəblərindən ibarət idi harda ki 500 şagird təhsil alırdı.
Rayonun yalnız üç kəndindəki 30 xəstəxana yerinin hər birində xəstəxanalar (Alastani, Baraleti, Sulda) var. Kiçik istehsal müəssisələrinin və məişət obyektlərinin sayı 36 olmuşdur. Rayonlararası avtomobil rabitəsi 63 kəndin 51-də olmamışdır. Telefon rabitəsi isə 16 kənddə olmamışdır.
Axalkələk rayonunda rayonlararası kənd yollarının uzunluğu 273 kilometrdən ibarətdir ki onların arasında da 256 kilometr uzunluğu olan yol möhkəmdir, bununla yanaşı isə torpaq yollarının uzunluğu 4,4 km, asfalt yollarının uzunluğu isə 12,6 kilometrdir.
Kəndlərdə ticarət və məişət xidməti məntəqələri fəaliyyət göstərmir.
Ermənistanın nə təbii sərvəti
nə də ki dəniz yolu yoxdur. O, faktiki olaraq “blokada” halındadır. Nəzərə
alsaq ki, lazımi xammal, enerji resursları, məhsullar, sənaye
malları Rusiyadan alınır və bu yükü həyata
keçirmək üçün də yeganə yol
Gürcüstandır, onda Ermənistanın
Gürcüstandakı bu cür marağı aydın olur.
Erməni kapitalı Gürcüstana daxil
olmağa çalışaraq özəl mülkləri
satın almağa çalışır. Amerikada
yaşayan ermənilərin Poti limanının səhmdarlığı
ilə əlaqədar fəallığı buna əyani şəkildə
sübutdur. Hələ Sovet İttifaqı
dövründə ermənilərin bir qismi Moskvada yüksək
vəzifələrdə olmuş, Batuminin onlara verilməsi məsələsini
dəfələrlə qaldırmışlar. Ermənilərin
işgüzar dairələri Axalkələk - Batumi dəmir
yolunu və s. ələ keçirməyə
çalışırlar. Qeyd etmək lazımdır ki,
1997-ci ilin noyabrında Gürcüstanda səfərdə olan
Ermənistanın sabiq baş naziri daha sonra isə prezidenti
olmuş Robert Koçaryan fikrini bu cür ifadə etmişdir:
“Ermənistan dənizə çıxışının
olmasında maraqlıdır. Bu, Ermənistan üçün
Avropaya yol açır, ona görə də biz bütün
imkanları araşdıracağıq, onların arasında isə
həm bərə dəmir yolu həm də avtomobil yolları
var...”.
.
Gürcüstanın kütləvi informasiya vasitələri,
məsələn, İlya Çavçavadze, Akakiya Tsereteli,
Vaja Pşavela, Yakoba Qoqebaşvili, Arçila Corcadze, İvane
Cavaxişvili, Pavle İnqorokva, Gerontiya Kikodze və s.
gürcülərin əleyhinə olan Şaxatunyan,
Ter-Abramyan, Naxapetyan, Eritsov, Artsrun, Vermişov, Babaxanyan və
s. kimilərinə qarşı prinsipial mövqe
tutmalıdırlar. Belə bir məqamda
prinsipsizlik və əsassız güzəştlər xəyanət
sayılır, xüsusən də Gürcüstanın milləti
qarşısında böyük bir cinayətdir. Bu cür siyasət erməni ultrasiyasətçilərinin
gürcülərin əleyhinə yönəlmiş fəallığına
da daha çox kömək edir, Gürcüstan və Ermənistanın
isə mehriban qonşuluq münasibətlərinə ciddi ziyan
vurur.
Təəssüflər olsun ki bu gündə kilsə və
“elmi xadimlər” tərəfindən gürcülərə
qarşı nifrət və əsassız ərazi
iddiaları, Gürcüstanın tarixinin və mədəniyyətinin
saxtalaşdırılması hökm sürməkdədir. Belə bir mərhələdə
isə biz əfvsiz şəkildə bu cür şeytani xislətli
siyasi qüvvələri ifşa etməliyik.
Xaricdə
yaşayan alim M. Sarkisyan fikrini bu cür qeyd etmişdir:
“Əsl erməni və əsl gürcü anlamalıdır
ki, “xalqın xatirəsi yalnız tarixi hekayələrlə və
sənədlərlə məhdudlaşmır.” Xatirə
əsrlərlə və minilliklərlə
ötürülür. Bu isə erməni
və gürcü xalqlarının dostluğunun heç vaxt
ləkələnməməsinin sübutudur”.
Yeni nəslin yetişdirilməsi üçün
çox əhəmiyyətli olan qədim erməni əlyazmaları
eləcə də Kartlidəki həyat, millətlərimizin həyat
və mübarizəsinin əsl sənədi və təsdiqidir.
Tarix insana necə dostluq etməyi öyrədir, eləcə
də onu göstərir ki ən dəhşətli dəqiqələrdə
belə xarici işğalçılara qarşı mübarizənin
ən güclü silahı bizim dostluğumuz olmuşdur.
Hazırda isə biz gürcü və erməni
xalqlarının ənənəvi dostluğunu və mehriban
qonşuluq münasibətlərini daha da inkişaf etdirmək
və möhkəmlətmək üçün hər
şeyi etməliyik. Ermənilərin ayrı-ayrı
şovinist qrupları isə heç vaxt gürcü
torpaqları və gürcü mədəniyyəti ilə
bağlı əsassız iddialarını irəli sürməməlidirlər.
Belə bir nəticəyə gəlmək olar ki
Gürcüstanda ilk növbədə yerli mətbuat
orqanları artırılmalı və aktiv şəkildə
ermənilərin əleyhinə fəaliyyət göstərməlidirlər. Cavaxetiyada əhalinin
maarifləndirilməsi üçün dövlət tərəfindən
televiziyada mütəmadi olaraq gürcü dili dərslərinə
dair verilişlər təqdim olunmalıdır. Əhalinin tələbinə əsasən məktəblər
ixtisaslı gürcü dili müəllimləri ilə təmin
edilməlidir. Uşaqlara
şüaraltı olaraq erməni ideologiyasının təlqin
edilməməsinə görə gürcü əsilli
uşaqlar üçün Axalkələkdə ayrıca
uşaq bağçaları açılmalıdır. Gürcülərin sosial və maddi vəziyyəti
yaxşılaşdırılmalıdır. Axalkələkdəki Rusiya hərbi bazasının
qarşısının alınması üçün həll
yolları axtarılmalıdır. Cavaxetiyada dayaq məqsədilə
milli ziyalıların sayının artırılması
üçün elmi - tədqiqat müəssisələri eləcə
də ali və xüsusi təhsil
ocaqları yaradılmalıdır. Cavaxetiyadakı
rəhbər vəzifələrdə və yerli idarəçilikdə
gürcülərin sayı ermənilərə nisbətən
artırılmalıdır. Gürcüstanın
kəndlərindəki dağınıq halda olan kilsələr
bərpa olunmalıdır. Acarıstanda
çarəsiz vəziyyətdə sığınacaqlarda
yaşayan gürcülər və mühacirlər
üçün yeni tikilmiş evlər istifadəyə verilməlidir.
Kəndlərdə dağınıq vəziyyətdə
olan məktəblər təmir olunmalıdır. Gürcüstanın vətəndaşları
gürcü dilini bilməli və vətənin müdafiəsi
üçün orduda xidmət etməlidirlər.
İşçilərin mövcud həyat şəraitinin
yaxşılaşdırılması üçün
onların əmək haqları artırılmalı,
işsizlər üçün isə yeni iş yerləri
yaradılmalıdır. İstifadəsiz
qalmış torpaqlar sakinlər tərəfindən becərilməlidir,
kənd təsərrüfatı - taxılçılıq,
bitkiçilik və heyvandarlıq kimi sahələr inkişaf
etdirilməlidir. Cavaxetiyadakı sosial
infrastruktura diqqət yetirilməli, xəstəxanlar eləcə
də ticarət və məişət xidməti məntəqələri
yaradılmalıdır. Ninotsmindada və Axalkələkdəki
İrəvan dövlət universitetinin, gürcüləri
alçaltmağa və Gürcüstanın tarixini
saxtalaşdırmaqla bu əraziləri Ermənistanın adına çıxarmağa
çalışan erməni professorlarının və alimlərinin
təxribatçı fəaliyyətləri ifşa
olunmalıdır.
Gürcüstanın Samtsxe-Cavaxetiyasının
inteqrasiyası prosesi sürətləndirilir. Lakin
Samtsxe-Cavaxetiyada qeyri-gürcü əhalisi, xüsusən ermənilər
dövlət dili olan gürcü dilini öyrənmək istəmirlər.
Əksinə erməni dilinə bölgədə
ünsiyyət vasitəsi statusu verilməsini istəyirlər.
Ona görə də Gürcü dilini dövlət
dili kimi öyrənmək məqsədi ilə televiziya vasitəsilə
mütəmadi olaraq gürcü dili dərsləri verilməlidir,
gürcü dilinin öyrənilməsi üçün
dövlət kursları təşkil edilməli və bu
baxımdan xüsusi proqram hazırlanmalıdır. Məktəbi gürcü dilinin ixtisaslı müəllimləri
ilə təmin etmək gürcü əhalisinin tələbləri
sırasındadır. Qeyri-gürcü məktəblərində
gürcü dilinin öyrənilməsi birinci sinifdən
başlanmalıdır. Gürcü dilinin
mənimsənilməsi yalnız gürcülərin
maraqlarına daxil deyil, bütün Gürcüstanın
qeyri-gürcü əhalisi də bu məsələdə
maraqlıdır. Bu məqsədlə Axalkələkdə
“beynəlmiləl tərbiyə almış” Xruşşovun təşəbbüsü
ilə 50-ci illərin əvvəllərində ləğv
edilmiş gürcü pedaqoji texnikumunu bərpa etmək
lazımdır. Bu texnikumun məzunları
təhsilini Tbilisi Dövlət Universitetinin Axalkələkdəki
filialında davam etdirirlər. Bununla da
region üçün gürcü dili müəllimlərinin
hazırlanması problemi həll ediləcək. Məzunlar təhsilini Tbilisi Dövlət
Universitetinin Axalkələk filialında da davam etdirə bilərlər.
Axalkələkdə gürcülərə məxsus
uşaq bağçası yoxdur. Yalnız bir
gürcü qrupu erməni uşaq bağçasına gedir ki
nəticədə də onların erməniləşdirilməsi
prosesi baş verir.
Gürcüstanın dövlət təhlükəsizliyi,
o cümlədən xüsusi xidmət orqanları guya “xeyriyyə-təhsil
fəaliyyəti” ilə ört-basdır edilmiş
qeyri-hökumət təşkilatlarının hərəkətlərini
diqqətlə izləməlidirlər. Xalqlararası
əvvəllər mövcud olan çoxəsrlik mehriban
qonşuluq münasibətləri və ənənələri
qorunub saxlanılmalıdır və bərqərar
olunmalıdır.
Daşnaklar
Cavaxetiyada özlərini sərbəst hiss edirlər. “Cavaxetiya"nın üzvlərinin - xaricdəki zəngin
erməni diasporu isə Cavaxetiyanın iqtisadi dirçəlişi
üçün külli miqdarda pul ayırmağa
hazırdır və onlar artıq Cavaxetiyada
özünüidarəetmə hüququnun olmasını tələb
edirlər. Ona görə də bir daha qeyd
etmək lazımdır ki, Cavaxetiyada heç bir şey baş
vermir, orada yalnız sosial problem hökm sürür. Təəssüf ki, real vəziyyət göstərir
ki, erməni əhalisinin sosial və maddi şəraiti yerli
gürcü əhalisindən xeyli yaxşıdır.
Odur ki, erməni şovinist təşkilatları sosial problemlərlə
uğurla maskalanırlar ki, bu da gələcəkdə
Cavaxetiyada acınacaqlı nəticələrə səbəb
ola bilər.
Ermənistanda, Ter-Petrosyanın prezidentliyi dövründə
müxalif daşnak partiyası qadağan olunandan sonra bu
partiyanın radikal əhval-ruhiyyəli liderləri Cavaxetiyada məskunlaşmışdılar
ki burada da onlarla həmfikir2 olanlar meydana çıxdı. Qərblə
sıx şəkildə təmasda olmaqlarına baxmayaraq, Ermənistan
Zaqafqaziyada Rusiyanın “mövqelərinin qorunub
saxlanılmasına” olduqca mühüm əhəmiyyət
verir. Bəzi rəsmi şəxslərin
guya Cavaxetiyada belə bir şeyin baş vermədiyini və
“Cavaxk”ın yalnız sosial problemlərin həll
olunmasını öz qarşısına məqsəd
qoyduğunu bəyan etməsi həqiqətə uyğun
deyildir. Bu, Amsterdam universitetinin
aspirantları olan Yudit Xint və Kriz Siqalofun
qarşısında çıxış edən “Cavaxk” liderlərinin
bəyanatı ilə təsdiqlənir.
Cavaxetiyada gürcülərin əleyhinə yönəlmiş
istiqamətin ayrı-ayrı qrupları Axalkələkdəki
Rusiyanın hərbi bazasını özlərinə
etibarlı dayaq hesab edirlər. Həmin bazada hərbi
əməkdaşların böyük əksəriyyəti ermənilərdən
ibarətdir. Rusiya-Gürcüstan
münasibətlərinin kəskinləşməsi halında
bu baza yeni qaynar nöqtənin mərkəzinə çevrilə
bilər. Gürcüstanın suverenliyinə
və ərazi bütövlüyünə qəsd edən
Rusiyanın təcavüzkar siyasi kursundan irəli gələn
Gürcüstanın milli maraqları rus silahlı və
sülhməramlı qüvvələrinin işğal
edilmiş ərazilərdən dərhal
çıxarılmasını tələb edir. Gürcüstan, Axalkələkdə Rusiyanın hərbi
bazasını ləğv etmək üçün
bütün diplomatik və siyasi vasitələrdən istifadə
etməlidir.
Ninotsminda
və Axalkələkdə İrəvan Dövlət
universitetinin və digər ali məktəblərin
filialları açılmışdır. İrəvan
universitetlərindən olan bəzi professorlar gürcülərin
əleyhinə fəaliyyət göstərərək təxribatçılıqla
məşğul olurlar. Məsələn, İrəvan
universitetinin filialının müəllimi S. Eranusyan belə
bir bəyan etmişdir: “Bir halda ki, Gürcüstanda milli məsələ
həll olunmur, onda biz referendumun keçirilməsinə tərəfdarıq.
Biz xalqdan soruşmaq istəyirik ki, onlar
“Cavaxetada” bütöv bir Gürcüstan3 çərçivəsində
inzibati-ərazi vahidi yaratmaq istəyirlərmi?”
Cavaxetiyanın erməni əhalisi tərəfindən 1997-ci
ilin may ayında referendum4 keçirmək üçün 10
min Amerika dolları toplanılmışdır.
Axalkələkdə
Tbilisi universitetinin və digər dövlət ali məktəblərinin
filiallarının (texniki, aqrar, tibb və s. universitetlər)
açılması erməni əhalisinin gürcü dilini
yaxşı mənimsəməsinə, regionun
Gürcüstanla inteqrasiyasına kömək edəcəkdir.
Bununla yanaşı, bu ali məktəblər
yerli gürcü əhalisindən milli kadrların
hazırlanması mərkəzlərinə çevrilə bilər.
Cavaxetiyanın
ali və xüsusi təhsil ocaqları
milli ziyalıların və yerli kadrların
hazırlığının dayağı olmalıdır,
çünki gələcəkdə onlar doğma
diyarlarının idarəsini öz əllərinə
alacaqlar.
Cavaxetiyada
elmi - tədqiqat müəssisələri, ali
və xüsusi təhsil ocaqları yaranmalıdır ki torpaq
sahələrini daim istifadəyə versinlər. Cavaxetiyada əsas dayaq milli ziyalıların, yerli
kadrların hazırlanmasıdır. Rəhbər
vəzifələrdə (bölgə hakimi, polis rəisi,
rayon təhlükəsizlik şöbəsinin rəisi,
gömrük rəisi, rayon xəstəxanasının baş
həkimi və s.) ermənilərlə bərabər
gürcülər də işləməlidirlər. Sovet dövrünün rəhbər partiya eləcə
də Sovet orqanlarına, birinci şəxslər olaraq ermənilərin
təyin edildiyi həmin əsassız praktikanı dəf etmək
lazımdır. Bu proses tədricən və
ağrısız şəkildə həyata keçirilməlidir.
Cavaxetiya ermənilərinin siyasi şüurunun
dəyişməsi və Gürcüstana inteqrasiyası
üçün bir neçə nəsil və uzun illər
lazımdır.
Vahid Ömərov
Fəlsəfə üzrə fəlsəfə
doktoru,dosent
Səs.- 2020.- 4 iyun.- S.15.