Gürcü kilsələrinin erməniləşdirilməsi

   

Erməni təşkilatlarinin maliyyələşdirdiyi bütün erməni və muzdlu qeyri-erməni “alimləri” və ideoloqları Gürcüstanın milii varliğının bütün sahələrini həyasızcasına erməniləşdirməyə çalışırlar:

 

guya Gürcüstandakı bütün maddi mədəni abidələr, kilsələr, mahnılar,elmi, tarixi ermənilərindir;

guya gürcü çarlarının nəsli, dövlətçiliı və görkəmli hərbi-siyasi şəxsiyyətlərin əksəriyyəti erməni mənşəlidir;

guya gürcü əlifbasını ermənilər yaratmış, gürcü dili erməni dilindən ayrılmışdır.

Onu da qeyd etməyi lazım bilirik ki, bəzi erməni “alimləri”, Romanın dini incəsənətinin və qotiklərin yaranmasında “erməni memarlığının böyük və həlledici rol oynamış bir xüsusi fenomen olduğunu” hesab edirlər. Onların fikrincə, İtaliyada, Fransada, Almaniyada və Avropanın digər şəhərlərində “erməni memarlığının təsiri” açıq-aydın şəkildə görünür. Ermənilər tərəfindən belə bir sualın olması isə tamamilə cəfəng görünür:

“Nə üçün Da Vinçinin Ermənistana səyahəti faktı bəzi Qərb və xüsusilə də İtalyan tarixçiləri tərəfindən təkzib olunur? Ona görə yox ki, onlar Leonardonun səfərini inkar edərək, ona erməni memarlığının da müəyyən təsirinin olmasını inkar etməyə çalışırlar?” A.Todadze ermənilərin belə sərsəmliklərini ifşa edərək yazır: ”Buna görə də təəccüblü deyildir ki, onlar guya Gürcüstanda 650-dən çox erməni kilsəsinin, o cümlədən gürcü memarlığının şah əsərlərinin – Msxetanın Cavarisinin, Oşkinin, Xaxulinin, İşxaninin, Şatberdinin və bir çox başqa ölməz gürcü abidələrinin ermənilərə aid olduğunu elan edirlər, lakin memarlıq baxımından bu abidələrin bütün bəzək əşyalarının, istər heykəltaraşlıq relyefinin, ornamentinin və ya divar rəsmlərinin Gürcüstan mədəniyyətinin, gürcü memarlığının üzvi bir hissəsini təmsil etməsinə baxmayaraq, bu abidələrin bir çox divarlarında rast gəlinən gürcü yazısının – “asomtavruli”nin olduğu qeyd olunmur.

Kilsənin bu cür vəhşicəsinə məhv edilməsinin qarşısını almaq üçün Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentlik, Axalkələk bələdiyyəsinin Korxi kəndində yerləşən Müqəddəs Stefan kilsəsinin dağıdılmasının qarşısını almaq üçün kilsəni öz himayəsi altına aldı. Kilsənin himayə altına alınması 2017-ci il iyunun 30-da Mədəniyyət abidələrinin müdafiəsi üzrə Milli Agentliyin direktoru Nikoloz Antidzenin tapşırığı ilə yerinə yetirildi.

Müqəddəs Stefan kilsəsi kəndin şimal-şərq hissəsində yerləşir. XIX əsrin sonunda tikilmişdir. Daha əvvəllər kilsənin şərq tərəfində yerləşən zəng qülləsinin yeri dəyişdirilmişdir. Şərqə tərəf olan divarların yaxınlığında orta əsrlərin təsvirləri olan qəbir daşları tikilmişdir.

Kilsənin cənub-qərb küncündə guya kilsənin ermənilərə aid olmasına dair saxta yazı qeyd olunmuşdur. Kilsə haqqında olan bu məlumatlar Gürcüstanın Mədəni İrs Agentliyinin saytında qeyd olunmuşdur. Kilsədəki saxta erməni yazısı guya 1890-cı ilə əsaslanır və beləliklə də ermənilər kilsəni sıfırdan qurduqlarını iddia etməyə çalışaraq qədim gürcü kilsəsini tutmadıqlarını iddia edirlər. Lakin ermənilər, kilsəni mənimsəmə cəhdlərinə baxmayaraq Gürcüstanın Mədəni İrs Agentliyinin mütəxəssislərini aldatmağı bacarmadılar. Çünki mütəxəssislər dərhal kilsənin təməlinin orta əsrlərə aid olduğunu, əvvəllər bu yerdə yaşayan qədim gürcü kilsəsinin tikinti elementlərinin ermənilər tərəfindən qəsdən məhv edildiyini artıq qeyd etmişlər. Korxi kəndindəki gürcü kilsəsinin erməni mənşəli olmasını isbat etməyin mümkün olmadığını başa düşdükləri üçün erməni vandalları kilsənin fundamentinə qədər bərpa adı altında Gürcüstana aid olan bütün izləri məhv etmişlər.

Əslində Gürcüstan hakimiyyətinin Gürcüstan ərazisindəki erməni qəsəbələrində yerləşən bütün gürcü məbədlərini qoruması heç də gec deyil. Əgər bu istiqamətdə müvafiq tədbirlər görülməsə onda gürcü mədəniyyətinin qiymətli abidələri eləcə də gürcü xalqının məbədləri, Korxi kəndində olduğu kimi ermənilərin tərəfindən vəhşicəsinə məhv ediləcək. Ermənilərin isə iddia etdikləri gürcü kilsələri hər an dağılma təhlükəsi ilə qarşı-qarşıyadır. XIX-XX əsrlərdə Gürcüstanda Qriqorian kilsəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri gürcü kilsələrində və monastırlarında köhnə Lapid yazılarının və gürcü nişanlarının məhv edilməsi idi ki, bu da ermənilərə gürcü kilsələrini və digər mədəniyyət abidələrini mənimsəməyə imkan verirdi. Tbilisidə, Samtsxe-Cavaxetidə, Kvemo-Kartlidə, Samaçabloda və Gürcüstanın digər rayonlarında bir çox məbədlər olmuşdur. Hətta ərəblərin hakimiyyəti dövründə belə ermənilərin Gürcüstanı xilas etməsinə dair hər hansı bir hadisə baş verməmişdir. Onlar dəmir çubuqlarla məbədləri dağıdaraq simvolları məhv etmişlər.

Samtsxe-Cavaxetiyada səfərdə olan məşhur tarixçi Georgi Boçoridze Yakov Balaxaşvilidən öyrənmişdi ki, erməni məktəbinin divarlarında Skaltbila kəndinə Fetobendən gətirilmiş çarın və kraliçanın rəsmləri olmaqla yanaşı daş üstündə yazıları da yazılmışdır. Alim, məktəb rəhbərləri olan E. Simonyan və pedaqoq A. Abramyanla görüşərək onlara səfərlərinin səbəblərini izah etməsinə baxmayaraq soyuq bir şəkildə rədd cavabı almışdır. Samtsxe-Cavaxeti ermənilərinin gürcü tarixi abidələrinə olan mənfi münasibəti - bütün gürcü nişanlarını silmələri və məhv etmələri, sonra da bu abidələri mənimsəmələrinə dair məqamları Q. Boçoridzenin xatirələrindən aydın şəkildə görünür.

1990-cı ilin yayında Marneuli rayonunun Axkerpi kəndində Lançava şəhərinin rəhbərliyi altında gürcü polisinin batalyonu durmuşdu. Q. Lançava səhər bel çantası ilə hansısa kişinin kəndin yanında yerləşən köhnə gürcü bazilikasına getməsinə və axşama qədər orada qalmasına dair məlumat almışdı. Q. Lançava maraqlanaraq oraya getdi. Bu zaman orada qazılmış bazilikanın bünövrəsini gördü. Bir erməni isə xəndəkdə dayanaraq bu daşın üzərinə erməni yazısını həkk etdirirdi. Yaşlı bir gürcü qadını Lançavaya şikayətlənərək bunun birinci hal olmadığını qeyd etdi. Belə ki bura gələn ermənilər tez-tez qədim gürcü kilsələrinin daşlarında erməni yazılarını yazırlar).

1987-ci ildə ermənilər gürcü məbədinə - Xucabi monastırına iddia qaldırmışdılar. Guya bu ərazidə qədim zamanlardan bəri ermənilər yaşamışlar və bu kilsə ermənilərə məxsusdur.

Ayrılmış xüsusi komissiya, Gürcüstan və Ermənistanda aşkar edilmiş sənədlər əsasında təsdiq etdi ki, abidə Tamara dövründə tikilmişdir və Gürcüstan sərhədinin hüdudlarında yerləşir. 1918-ci ilin dekabrında ermənilər ingilislərlə Loru tərəfini tutduqdan sonra Ermənistanın sərhədləri Xucabet monastrına çox yaxın idi. 1935-ci ildə ermənilər Xucabini vəhşicəsinə talan edərək oradakı rus rahiblərini monastrdan qovdular. Məşhur Xucabi monastırının, həqiqətən də, gürcülərə aid olmasına dair mətbuatda həqiqəti əks etdirən çoxlu sayda məqalələr dərc olunmuşdur, lakin ermənilər isə bunu da mənimsəmişlər. Bu faktı onlar 1986-1988-ci illərdə İrəvanda erməni dilində dərc edilmiş “Ermənistanın toponimlərinin və onun sərhədyanı ərazilərinin lüğəti”ndə qeydə almışlar.

Ermənilər 15 fevral 1995-ci ildə açılmış Tbilisinin “Müjdə” kilsəsi uğrunda mübahisə edirlər". Kilsə xidməti burada cəmi iki dəfə keçirilmişdi, sonra isə kilsə ermənilərin əsassız iddialarına görə bağlandı.

Ermənilər Gürcüstanın çoxlu sayda kilsələrini erməniləşdirmişlər. Buna misal olaraq XV əsrdə tikilmiş Tbilisinin “Fetxain monastrı olan Betlemi” misal göstərmək olar ki bu monastrı da ermənilər Fetxain adlandırırdılar. Əslində Fetxain adlandırılan monastr 1740-cı ildə knyaz Qivi Amilaxvari tərəfindən təmir olunan qədim gürcü pravoslav kilsəsi idi.

XII əsrdə Tbilisidə tikilmiş böyük kilsəni ermənilər mənimsəyərək ona "Subgeork" adını vermişdilər. XV əsrdə “Xaçın atası”, günbəzləri olan “Qırx şəhid” və Metex monastrlarına erməni adları vermişlər.

Sxinvalidə keçirilən antigürcü mitinqində Osetiya separatçılarını dəstəkləyən erməni əhalisinin bir qismi prinsipial olaraq 1718-ci ildə VI Vaxtanqın hakimiyyəti dövründə tikilən “Boqomater” monastrının qriqoryan kilsəsi olmasını qeyd edərək dərhal geri verilməsini tələb edirdilər. Əvvəllər onlar erməni katalikosu I Vazgenə müraciət etsələr də bu təxribat heç bir nəticə vermədi.

 

Vahid Ömərov

AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 

Səs.- 2020.- 10 iyun.- S.15.