“Ümummilli Liderin siyasi rəhbərliyə
qayıdışı bizim
unudulmayacaq keçmişimizdir”
Müsahibimiz AMEA-nın vitse-prezidenti,
akademik, millət vəkili İsa
Həbibbəylidir
- İsa
müəllim, bu günlər Azərbaycan
xalqı 15 İyun Milli
Qurtuluş Günü
ərəfəsindədir. Sizcə, məlum iyun
hadisələri dövlətçilik tariximizdə hansı dönüş nöqtəsinə səbəb
oldu?
- İlk növbədə, belə bir şərəfli tarixi gün münasibəti ilə xalqımızı təbrik edirəm. Söz yox ki, bu bayramı bütün dünyanın bir çox böyük dövlətlərinin belə koronavirus pandemiyasının baş verdiyi bir zamanda qeyd edirik. Lakin bu faktı da vurğulamaq lahımdır ki, ən inkişaf etmiş ölkələr belə bu virusun ağır fəsadları qarşısında zəif, naəlac qaldığı bir məqamda, Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması üçün ardıcıl, düşünülmüş addımları uğurlu nəticələr verməkdədir. Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüzilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər edərək bugünkü müsbət nəticəyə nail olundu - ən az insan təlafıtı. Dövlət başçısı, həmçinin, bu virusun qarşısını almaq üçün «Evdə qal» kampaniyasına əməl edən əhalinin üzləşdiyi sosial və iqtisadi problemlər də həll edilməsi üçün həftə ərzində keçirdiyi bir videomüşavirə və bir videoiclasda bu məqamlara toxunuldu və onların yoluna qoyulması üçün həqiqətən çox böyük addımlar atıldı. Belə ki, Prezidentin tapşırığı ilə dövlətdən yardım alan insanların sayı birdən-birə 3 dəfə artırılaraq, 200 mindən 600 minə çatdırıldı. Bu, o deməkdir ki, faktik olaraq, ehtiyacı olan heç kim bu yardımdan kənarda qalmayacaq. Dövlət göstərdi ki, məqsəd real olaraq hər şeydən üstün tutduğu vətəndaşı yaranan problemlərin qarşısında tək qoymamaqdır. «Mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”,- deyə cənab İlham Əliyev videoiclas zamanı vurğulamışdır. Bütün bunları xalqımız görür və həmişə də öz Prezidentinin yanındadır.
15 iyun Ümummilli Liderin siyasi rəhbərliyə
qayıdışı…
Qaldı ki, 15 iyun hadisələrinə, Ümummilli Liderimiz Heydər Əliyev məhz 27 il əvvəl iyunun 15-də yenidən siyasi rəhbərliyə qayıdışı ilə uçuruma yuvarlanmaqda olan ölkəmizi bir çox bəlalardan xilas etdi. Əbəs deyil ki, bu hadisə haqqında danışarkən, 15 iyunun Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazıldığı xüsusilə vurğulanmaqdadır.
Ona görə də, hesab edirəm ki, bu əlamətdar gündə tarixə qısa ekskurs etmək zərurəti var. Kimsəyə sirr deyil ki, qayıdış ərəfəsi ölkə idarəolunmaz bir həddə çatmışdı. Xatırlayırsınızsa, o vaxt respublikanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və partiyaya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Əvvəlcə buna razılıq verməyən Ulu Öndər Heydər Əliyev sonralar insanların çoxsaylı xahişlərini müsbət cavablandırdı. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Həmçinin, düşünürəm ki, dahi şəxsiyyətlərin həyat yolları da özlərinə oxşayır. Yəni onlar heç kəsin keçmədiyi yollarla getməyə üstünlük verir və iradələri, qətiyyətləri sayəsində öz istəklərinə çatırlar. Bu mənada, XX əsrin ən böyük simalarından biri, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyevin həyatı da mübarizələrdən, xalqına, dövlətinə xidmətdən keçdiyi üçün həmin zirvələrə qalxan daim yüksəlişli dağ yollarına bənzəyir. Bu yolları isə zirvəyə qədər ancaq böyük ürək sahibləri, böyük şəxsiyyətlər, böyük zəka və gələcəyi görmək qabiliyyətinə malik olan insanlar - sərkərdələr, dahilər qalxa bilər. Çünki onlar həmin ucalığın fəth olunması yollarını əvvəlcədən müəyyənləşdirməyə qadir olan şəxsiyyətlərdirlər.
-1993-cü ilin iyun hadisələrinin
hansı siyasi-ictimai səbəblərdən
baş verdiyini deyə
bilərsiniz?
- Ümummilli Lider Heydər Əlirza oğlunun siyasi rəhbərliyə ikinci qayıdışı bizim yaxın və unudulmayacaq keçmişimizdir. Biz hamımız o günlərin şahidiyik. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.
Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Biz, bilirik ki, Onun yenidən siyasi hakimiyyətə qayıdışı ərəfəsində ölkənin bütün sütunları laxlamışdı. Vəziyyət çətin olsa da, ondan çıxış yolu da vardı. Bu da Böyük Öndər Heydər Əliyevin siyasi iradəsi, çoxillik səriştəsi, idarəetmə bacarığı idi. Xalq da bunu bildiyindən bu sonuncu ümiddən möhkəm yapışmış, Onu təkidlə siyasi olimpə gətirmişdi. Heydər Əliyevin qayıdışı ilə ölkənin həyatında yeni bir ab-hava yarandı.
Bütün bunlar asanlıqla başa gəlmirdi. Ölkədə
normal iş və yaşayış atmosferi bərqərar olana kimi Ümummilli Liderimiz gecəli-gündüzlü
çalışdı. Həm
ölkəmiz dünyanın
siyasi mənzərəsində
öz yerini müəyyən etdi, həm Azərbaycan bir çox beynəlxalq təşkilatların,
o cümlədən, Avropa
Şurasının tam hüquqlu
üzvü oldu, həm də ölkənin iqtisadi həyatı dirçəlməyə
başladı. Xarici iqtisadi
sərmayələrin ölkəyə
axını məhz o
böyük şəxsiyyətin
yaratdığı stabillik
sayəsində mümkün
oldu. Əsrin ən böyük
layihələrindən olan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da məhz o böyük şəxsiyyətin iştirakı
ilə qoyulmuşdu.
Dünya siyasətində öz çəkisi ilə seçilən Ulu Öndər iqtisadiyyatın
dirçəldilməsinə xüsusi önəm verirdi. O, həmişə bildirirdi
ki, iqtisadiyyatı güclü olmayan dövlət öz yerini müəyyən edə bilməz. İqtisadiyyatın bütün sahələri
kimi dəmir yolunda da bu
illər ərzində
bir çox nəhəng işlərin
görülməsi məhz
onun qayğısı
və nəzarəti sayəsində mümkün
olmuşdu. Bəli, böyük
siyasətçi Heydər
Əliyevin yenidən ölkə rəhbərliyinə
yenidən qayıtması
tarixi bir şans idi. Biz hamımız yaxın
tarixin həm müşahidəçiləri, həm də iştirakçılarıyıq. Bu hadisələr bizim gözümüzün
qarşısında baş
verib. Heydər Əliyev yenidən
siyasi rəhbərliyə
qayıtmaqla, əslində,
ölkəmizi sürükləndiyi
uçurumdan xilas etdi. Bir tərəfdən xarici düşmənlə
üz-üzə qalan
ölkəmiz, eyni zamanda daxildəki səriştəsiz rəhbərlərin
ucbatından biganəlik
burulğanına yuvarlanmışdı.
Artıq bunlar arxada qalıb. Geniş mənada
Heydər Əliyevin hakimiyyəti dövründə
Azərbaycanda müstəqil
dövlətçiliyin möhkəm
əsaslarının yaradılması
milli qurtuluşun məntiqi yekunu və qanunauyğun nəticəsi kimi mühüm siyasi-tarixi hadisədir. Ümummilli Lider
Heydər Əliyev Azərbaycanda Böyük
qurtuluşun banisidir.
Böyük Qurtuluş ölkəmizin
xilasının etibarlı
təminatı və möhkəm təməlidir.
Əslində Azərbaycanda müstəqil
dövlətin böyük
təməlləri Böyük
Qurtuluşla atılmışdır.
Böyük Qurtuluş müstəqil
Azərbaycanın böyük
dayağıdır. Heydər Əliyevin
müstəqil dövlətçilik
təliminin həm başlanğıc mərhələdəki
mübarizələri, həm
də gələcək
böyük mübarizələr
üçün ilhamverici
və hərəkətverici
qüvvəsi Böyük
Qurtuluşdan ibarətdir.
Böyük Qurtuluş isə
görkəmli dövlət
xadimi Heydər Əliyevin Azərbaycana Böyük Qayıdışından
doğmuşdur. Vətənə Böyük Qayıdış
ölkənin xilasının
siyasi-ideoloji əsasından,
mükəmməl təcrübələrindən,
Böyük Qurtuluş
isə xilaskarlıq hərəkatının xalq
və dövlət səviyyəsində geniş
miqyasda, qətiyyətlə
və ardıcıllıqla
həyata keçirilməsindən
yoğrulmuşdur. Böyük Qayıdış
Böyük Qurtuluşun
mükəmməl laboratoriyası,
böyük təməlidir.
Böyük Qurtuluş isə
milli dövlətçilik
təliminin startıdır.
Ona görə də haqlı olaraq 15 iyun Böyük Qurtuluş günü həm də Milli Qurtuluş günü kimi qeyd olunur.
İnkişaf etmiş müstəqil Azərbaycan Böyük Qayıdışın və
Milli Qurtuluşun böyük bəhrəsidir. Artıq müstəqil
Azərbaycan Böyük
Quruculuq ölkəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş,
məqsədyönlü, ardıcıl
fəaliyyəti ilə
özünün yüksək
inkişaf səviyyəsinə
görə ərazi etibarilə kiçik Azərbaycan dünyanın
böyük dövlətlərinin
cərgəsinə çıxarılmışdır.
Transqafqaz əhəmiyyətli bütün böyük layihələrin demək olar ki, hamısının
əsas müəllifi,
baş memarı Azərbaycandır. Bu, böyük layihələrin
iştirakçıları bizim müttəfiqlərimiz,
dostlarımız, tərəfdarlarımızdırlar.
Dövlət başçısı səviyyəsində beynəlxalq
miqyasda həyata keçirilən və Azərbaycanda cəmiyyət
həyatının bütün
sahələrini əhatə
edən genişmiqyaslı
islahatların, kompleks
proqramların əsasında
müstəqil Azərbaycan
dövlətinin tərəfdarları
artmış, beynəlxalq
nüfuzu çox yüksəlmişdir. Azərbaycan Respublikasının
Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının üzvü
seçilməsi Böyük
Qayıdışın və
Milli Qurtuluşun böyük təntənəsidir.
Geniş
mənada bütün
yönləri ilə inkişaf etmiş Azərbaycan dövləti
Böyük Qurtuluşdan
doğan müstəqil
ölkədir. Azərbaycanın tərkibində xüsusi inkişaf yolu keçmiş Naxçıvan
Muxtar Respublikası Böyük Qayıdışın
vətəni, Böyük
Qurtuluşun etibarlı
dayağıdır. Böyük Qurtuluşdan
Azərbaycan Respublikasının
böyük gələcəyinə
günəş doğur.
Bütövlükdə Azərbaycan Respublikası Ulu Öndər, görkəmli
dövlət xadimi, Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını
bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqillik
və milli dövlətçilik ideyalarını
dünyada gedən proseslərə, ölkənin
reallıqlarına uyğun
şəkildə yaradıcılıqla
inkişaf etdirərək
hazırda böyük
sabahlara doğru qətiyyətlə addımlayır.
Milli qurtuluşdan başlanan yollar böyüyür, genişlənir və sürətlə inkişaf
edir. Milli Qurtuluş – milli dirçəlişin, azərbaycançılıq
məfkurəsinin möhkəm
və etibarlı bünövrəsi kimi böyük gələcəyə
yol açır. Bu mənada Milli
Qurtuluş – müstəqil
Azərbaycanın milli
oyanışının doğan
günəşidir. İnkişaf etmiş müstəqil Azərbaycan milli Qurtuluşun parlaq nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin atdığı qətiyyətli
və düşünülmüş
addımlar Azərbaycan
dövlətini qüdrətli
və nüfuzlu ölkəyə çevirmişdir. Məqsədyönlü dövlət siyasəti Azərbaycanı nəinki
dünyada tanıtmış,
beynəlxalq miqyasda müasir inkişafın və birgəyaşayışın
nümunəsi olan bir ölkə səviyyəsinə qaldırmışdır.
Bu gün Azərbaycan
möhkəm sabitlik və hərtərəfli
inkişaf üstündə
qurulmuş və inkişaf etmiş ölkə kimi tarixi yolunu inamla
davam etdirir.
Əlbəttə ki, bütün bunların əsasında Ulu Öndərin hakimiyyətə qayıdışı
ilə başlayan Milli Qurtuluş dayanır. Bütün mənalı həyatını
öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın
tarixində dərin iz buraxaraq, əsl
dövlət idarəçiliyi
məktəbinə çevrilib.
Azərbaycan xalqının hələ
neçe-neçə nəsli
bu böyük məktəbdən, Heydər
Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı
naminə faydalanacaq.
Mən bir daha fürsətdən
istifadə edərək,
dünyanın hər
yerində olan azərbaycanlılarımızı bu bayram münasibəti
ilə təbrik edir, uğurlar arzulayıram!
RƏFİQƏ KAMALQIZI
Səs.- 2020.- 11 iyun.- S.5.