Qurtuluş yaddaşımız - Heydər
Əliyevin
Azərbaycan xalqına üç
mirası
Keçən əsrdə
yaşamış hind yoqa təlimçisi və filosofu Oshonun
(Bhagwan Shree Rajneesh) belə bir fikri var ki, hər hansı nəticənin
necəliyini dəyərləndirmək elmi yanaşmadır, səbəbini,
yəni mövcud faktın niyəsini incələmək isə
fəlsəfi yanaşmadır. Yəni fəlsəfədə
sual edilir: "Bu niyə mövcuddur?".
Elm isə belə sual verir: "Bu necə mövcuddur?".Azərbaycan xalqının tarixində və
taleyində ən mühüm məqamlardan biri XX əsrin əvvəlində
və sonunda öz müstəqil dövlətini
qurmasıdır. Sözsüz ki, bir xalq təkcə
bugünkü nəsildən ibarət deyil, xalq bir tarix
yaşamış və uzun bir ömrü olan gələcək
nəsillərdən ibarət böyük bir toplumdur.
Xalqın məsuliyyət yükü isə ideya, ziya-nur,
müdriklik və qəhrəmanlıq səlnaməsi
nümunələr baxımından, eyni zamanda bütün
müsbət və mənfi əməlləri ilə
dövrün, müasir nəsillərinin çiyninə
düşür.
XX əsrin əvvəlində və
sonunda...
Oxşar və fərqli məqamlar, oxşar və fərqli
tarixi şərait Azərbaycan məsələsinə əsrin
əvvəlində və sonunda həmin güclərin eyni
münasibəti. Əlbəttə, bütün bunlar,
xalqımızın bu tarixinə məsul və cavabdeh olan
şəxs və insanların edə bildikləri və bilmədikləri
tarixi, mənəvi, psixoloji, real siyasi, iqtisadi və geosiyasi
aspektlərdən araşdırılır və bundan sonra da
uzun zaman tədqiqat mövzusu olaraq qalacaq.
Əsrin sonunda da əvvəlindəki kimi istiqlal bəyannaməsi,
yaxud müstəqillik aktı imzalandı. Yəni millət,
xalq azad dövlət qurmaq istəyini bildirdi, bəyan elədi
və elan etdi. Və yenə torpaq itkisi, vətənpərvər
“ovu”, fiziki, mənəvi terror ssenarisi mərhələ-mərhələ
işləyirdi.
Əsrin sonunda dünyada baş verən proseslər,
SSRİ-nin dağılması nəticəsində ortaya
çıxan yeni geosiyasi, geoiqtisadi vəziyyət,
dünyanın siyasi xəritəsinin yeni reformasiyası bizim
regionun da yenilənməsi zərurətini ortaya
çıxardırdı. Geosiyasi və
geoiqtisadi mühüm əhəmiyyətli, zəngin təbii
və mədəni sərvəti ilə regionun əsas güc
sahibi, aparıcı dövləti və aparıcı cavabdeh
xalqı olan Azərbaycanın bu xarakterik keyfiyyətləri həm
xoşbəxtliyi, həm də bədbəxtliyidir.
Bölünməyimiz, parçalanmağımız və
müstəqilliyimizə qarşı hətta əks qüvvələrin,
qütblərin, əks maraqların razılığa gəlmə
səbəbləri bəlli olduğu kimi XX əsrin sonunda və
bu gün də mövcud və aktualdır. Nəticəsi isə iki
yüz il bölünmüş, parçalanmış vəziyyətdə
və müəyyən şərtlər altında yaşamaq
zorunda qalmaq, keçən əsrdə dəfələrlə
inqilab və dövlət qurmaq cəhdləri, Şərqdə
ilk demokratik dövlət nümunəsi və dərhal cəmi
23 ay sonra dövlətçiliyin itirilməsi...
Nəhayət XX əsrin sonu və eyni coğrafi ərazi,
geosiyasi, geoiqtisadi əhəmiyyət, təbii, mədəni,
mənəvi sərvətlərə məxsus Azərbaycan
1991-ci ilin oktyabrında müstəqilliyini elan etdi və cəmi
iyirmi ay sonra 1993-cü ilin iyun ayında formal müstəqilliyin
itirilməsi ilə üz-üzə qaldı.
1993-cü ilin iyun - Gəncə
hadisələri, yoxsa qiyam?
1993-cü ilin iyun ayı Azərbaycan hakimiyyətində
və dövlətində ciddi böhran yetişmişdi. Əslində iqtidar
komandası daxilində səriştəsizlik və məsuliyyətsizlik,
bəzi hallarda xarici kəşfiyyat xidmətlərinin fəaliyyəti
qısa zamanda komanda daxilində mənəvi, psixoloji və
işgüzar peşəkarlıq baxımından
yaranmış böhranı aradan qaldıra biləcək
“kapitan” da yox idi. O dövrdəki iqtidar komandasının səriştəsizliyi
və qətiyyətsizliyi sayəsində komanda daxilində
yaranmış böhran tezliklə idarəçiliyə və
dövlət strukturlarına sirayət elədi. Artıq dövlət struktur idarəetmə
funksiyası və mexanizmlərin coğrafiyası getdikcə
kiçilir, dövlət idarəçiliyi ölkə ərazisində
öz funksiyasını tamamilə itirirdi. Dövlət
və hakimiyyət böhranında sözsüz ki, fəallaşan
destruktiv elementlər, kriminal şəxslər və qruplar, kənardan
idarə olunan qüvvələr çaşqın vəziyyətdə
idarəolunmaz kütləyə çevrilməyə hazır
olan xalqı hər an bir
qığılcımla alovlandırıb Azərbaycanın məhvolma
ssenarisini aktiv şəkildə həyata keçirirdilər. Dövlət orqanları cənub və qərb
zonalarında tam fəaliyyətsiz vəziyyətdə idi və
şimalda da həlledici mərhələyə hazırlıq
yekun vəziyyətə gətirilmişdi... - Yeri gəlmişkən
bütün bunların qarşısını alıb problemi
tamamilə aradan qaldırmaq heç də asan olmadı,
müdrik Heydər Əliyev xeyli zaman və enerji sərf etməli
oldu.
Həmin
dövrü təhlil edəndə hadisələri,
üst-üstə və toquşan maraqları,
ayrı-ayrı qüvvələri, dünya və regionda
baş verən tarixi və mövcud vəziyyəti, neft
amilini və digər proseslərin analitikasını ümumiləşdirib
həmin dövrkü iqtidarın idarəçiliyini idarəolunmaz
dalana dirədiyi dövlət, hakimiyyət və xalqın mənəvi-psixoloji,
sosial-iqtisadi və idarəetmə böhranından istifadə
edən struktiv, destruktiv və planlı şəkildə fəaliyyət
göstərən element və qüvvələr Azərbaycan
dövlətçiliyinin məhvi istiqamətində hərəkətə
keçmişdilər. Bir tərəfdən
daxili qarşıdurma və nəzarətsiz silahlı dəstələr,
digər tərəfdən Ermənistan bayrağı
altında muzdlu peşəkarların torpaqlarımızın
işğalını genişləndirməsi xalqın
böyük psixoloji böhran yaşamasına səbəb
olmuşdu.
Detalların üzərində dayanmadan ümumiləşdirsək
Azərbaycan dövləti yalnız bəyan olunmuş və
hüquq aktlarında təsbit olunsa da faktiki dövlət və
hökümət, hətta paytaxt Bakıda belə faktiki
hakimiyyətə sahib deyildi. Dövlət,
hökümət, iqtidar ölkədə idarəetməni
itirmişdi, xalq isə mənəvi-psixoloji depressiya vəziyyətində
böhran yaşayırdı. Bu vəziyyətdə
istənilən liderin uğur qazanması çox çətin
məsələ idi.
Bəs Lidersiz mümkün
idimi?
Xeyr, belə inqilabi dövrlərdə ideologiya ilə bərabər
lider amili vacibdir. Çünki idarəetmə strukuru
olmadığı üçün və ya inqilabi dövrlərdə
struktur fəaliyyət yaranmadığı, yaxud əhəmiyyətini
itirdiyi, yaxud da inqilab (çevriliş) tərəfindən
yararsız vəziyyətə düşdüyünə
görə lider amili vacib hesab olunur.
Müdrik Heydər Əliyevi xalq birinci idarəçilikdən
tanıyırdı. Onun dünya çapındakı nüfuzu, idarəçiliyi,
işgüzarlığı, peşəkarlığı,
fenomenal və digər keyfiyyətlərini Azərbaycan
xalqı bildiyi üçün bütün təbəqələrin
müddət və etnik və sosial qrupların qəbul edə
bildiyi və hətta bütün siyasi qüvvələrin
xalq arasındakı nüfuzuna görə əksinə gedə
bilməyərək danışıq aparmaq zorunda
qaldığı yeganə şəxsiyyət və yeganə
lider Heydər Əliyev idi.
1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətdə olan
AXC-Musavat iqtidarının yeganə çıxış yolu
yaranmış vəziyyətdən çıxmaq
üçün və sonda sosial sifariş və sosial tələbi
nəzərə alaraq Heydər Əliyevdən hakimiyyətə
gələrək ölkəni, dövləti və xalqı
xilas etməsini xahiş etmək qalmışdı. Əslində cəmi bir
neçə ay əvvəl Heydər Əliyevi məhv etmək
üçün Bakıdan Naxçıvana silahlılarla dolu
təyyarə göndərənlər indi usta siyasət
adamı Heydər Əliyevin dövləti idarə etməsi
xahişi ilə Naxçıvana təyyarələr göndərirdilər.
Bu fakt özü həmin dövrün və həmin
iqtidarın mahiyyət və vəziyyətini əks etdirən
epizodlardandır.
"Əgər
hansısa bir namərd gülləsi, hansısa bir
terrorçu gülləsi məni həyatdan götürərsə
mənim özüm də, mənim övladlarım da müstəqil
Azərbaycanın yaşaması yolunda qurban olmağa
hazırıq" - Heydər Əliyev
Heydər
Əliyev isə xalqın münasibətindən,
izdihamından güc və ilham alan nadir,
müdrik usta siyasətçilərdəndir. Bakıda
AXC-Musavat, cənubda Əlikram Hümbətov, Gəncə
zonasında Surət Hüseynov, Qarabağda erməni və
xarici muzdurların işğalı və şimalda “Sadval”
adlı təşkilatla əslində xarici xidmətlərin
böldüyü 5 parçaya bölünmüş
küçələrdə, regionlarda kriminal və digər
silahlı dəstələrin aktiv fəaliyyəti ilə
kontrol olunmayan situasiyalarda istənilən vaxt silahların atəş
açıla biləcəyi gərgin kriminogen durum, iqtidar
komandasındakı başıpozuq, psixoloji və milli-mənəvi
diskriminasiya.
Hər nazir özünü bu sahənin mütləq
hakimi hesab edirdi. Və belə bir mühitdə ac və yalavac xalq,
sözsüz belə böhran vəziyyətlərdə
sosial-iqtisadi durum heç də xoşagələn ola bilməzdi və dünyanın hər yerində
də idarəçilik pozulduqda və bütün sahələrdə
böhran yarandıqda xalqın sosial-iqtisadi vəziyyəti də
ağırlaşır ki, əsl kükrəyən kütləvi
enerji onda ortaya çıxır və o dağıdıcı
enerji ölkəyə və xalqa daha çox zərər vura
bilir. Belə bir zamanda izdihamın
qarşısına yalnız Heydər Əliyev gücü, zəkası
və müdrikliyi çıxa bilərdi. Bunu başa düşən AXC-Musavat iqtidarı Heydər
Əliyevin arxasınca Naxçıvana təyyarə göndərərək
onu itirilmiş hakimiyyəti, strukturları
dağılmış dövlətin idarə olunmasına dəvət
etdilər. AXC-Musavat iqtidarı xalqın gücündən
və enerjisindən istifadə edərək hakimiyyəti ələ
keçirmələri üçün bu gücün nəyə
qadir olduğunu və bu enerjinin idarə pultunun Ermənistanı
Azərbaycana qarşı istifadə edənlərin əlinə
keçməsi onların və Azərbaycanın tamamilə məhvi
ilə nəticələnəcəyini başa
düşdüyünə görə vaxtilə terror etmək
istədiyi Heydər Əliyevə xilaskar kimi yalvarmağa
başladılar.
Azərbaycanda dövlət quruculuğuna başlamazdan
öncə 1993-cü ildə bütün sahələrdə
baş vermiş böhranı aradan qaldırmaq və
ardıcıl itkilərin qarşısını almaq, ərazilərimizin
işğalını dayandırmaq və
bölünmüş Azərbaycanı birləşdirmək,
insanlara təkcə ümid yox, həm də çörək
vermək lazım idi. Və proseslərə dərhal başlayan Ulu Öndər
heydər Əliyev bütün bu işləri həyata
keçirmək - daxili sabitliyi, dövlət
strukturlarının ölkə ərazisində fəaliyyətini,
hakimiyyətin bərpa olunmasını, sosial-iqtisadi mexanizmlərin
tədricən fəaliyyətə başlamasını, xarici
siyasətin nəzəri konsepsiyasını və əməli
fəaliyyətini hazırlayıb hərəkətə gətirmək
və bütün proseslərdə dəfələrlə
baş vermiş xarici terror və dövlət
çevrilişləri planlarına qarşı mübarizə
aparmaq yeni müstəqil milli dövlət quruculuğu
mexanizmini zaman-zaman ardıcıl, prinsipial olaraq həyata
keçirib davam etdirərək müstəqil, güclü
dövlət qurmağa nail olmaq vəzifəsi qarşıda
dayanırdı.
Heydər
Əliyev Azərbaycan xalqına üç miras
bağışladı
Birinci mirası bu gün dünyada nüfuzlu və
güclü Azərbaycan dövlətindən söz
açırıqsa və 60 milyondan çox azərbaycanlının
dövlətindən qürurla danışa biliriksə bu
dövlətin qurucusu Heydər Əliyevdir. Onun qurduğu dövlət
bundan sonra iqtidar-müxalifət zaman-zaman dəyişilsə də,
iqtidar və rejimlərin idarəetmə metodunda fərqlər
olsa da bu gün milli dövlətin müstəqil siyasət
yürüdə bilməsi üçün güclü
dövlətin daxili, xarici, sosial-iqtisadi, neft və geosiyasi,
geoiqtisadi, hərbi və digər bütün sahələri əhatə
edən struktur və konseptual siyasəti mövcuddur və bu
dövləti ən müasir modeldə tarixdə ilk dəfə
dağıntılar üzərində qurub-yaradan və ucaldan
memar Heydər Əliyev olub. Bu möhür tarixə
vurulub.
İkinci mirası isə etnik tərkibinə görə
çox xalqlı və bir çox keçmiş və
müasir dil qrupu ailələrinə məxsus, əsrlərdən
və minilliklərdən eyni mədəniyyəti yaşayan
xalqları Azərbaycançılıq ideyası ilə
müasir Azərbaycan dövlətini birgə mədəniyyət
və birgə dövlət ətrafında birləşdirdi. Mən bu mədəniyyətə
və dövlətə ortaq deyə bilmərəm,
çünki bir etnik qrup xalqların, məsələn iki min
ildən artıq tarixi mədəniyyəti olan Lahıc etnik
qrupunun digər etnik və aborigenlə birgə mədəniyyətinin
və birgə dövlətinin simvoludur.
"Azərbaycan onun ərazisində
yaşayan
bütün millət və xalqların ümumi vətənidir.
Azərbaycanlı sözü bizi həmişə
birləşdirib" - Heydər Əliyev
Azərbaycan,
Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin
əvvəlində təşəkkül tapsa da Azərbaycan
dövlətinin və xalqının düşmənlərinin
müasir Azərbaycan dövlətinin parçalamaq və məhv
etmək üçün istifadə etdikləri terror növlərindən
biri də Azərbaycanı Türk, kürd, ləzgi,
talış, lahıc, udin, inqiloy, tat, hapıt və digər
xalqların birliyinin pozulmasına nail olmaqdır
ki, bunun da qarşısını Heydər Əliyev kimi
ümummilli və ümumxalq nüfuz və rəğbəti
qazanmış lider aldı və Azərbaycançılıq
ideyasını gerçəkləşdirdi.
Heydər Əliyevin üçüncü mirası milli
siyasətin ardıcıl, davamlı, güclü, qüdrətli
Azərbaycan dövlətinin və dövlətçiliyin
inkişafını təmin etmək üçün ən
vacib amil olan siyasi varislik prinsipinin təmin olunması idi.
"İnaniram ki, mənim axıra çatdıra bilmədiyim
tale yüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük
ümüdlər bəsləyirəm" - Heydər
Əliyev
Azərbaycan
xalqı üçün Heydər Əliyevin ən
böyük mirası məhz müstəqil dövlətin
qurulması, xalqı bu dövlət ətrafında sıx
birləşdirmək qədər də vacib bu siyasətin, bu
dövlətin gələcəyini, yaşanan
inkişafını təmin edən siyasi varislik məsələsinin
həll olunması idi.
Azərbaycan dövlətinin bugünkü beynəlxalq
nüfuzu, siyasi, iqtisadi, hərbi gücü və
bütün əldə olunan nailiyyətlər siyasi varisliyin
təmin olunmasının nəticəsi və İlham
Əliyevin siyasi varislik prinsipinə sədaqətidir.
Siyasi portretdən ştrixlər-
İslahatçı Prezident
"Azərbaycan
müstəqil dövlətdir, qürurlu dövlətdir və
gələcəyə çox nikbin baxan dövlətdir"
- İlham Əliyev
İlham
Əliyevin doğulub, böyüyüb, təlim-tərbiyə
aldığı, şəxsiyyət kimi formalaşmasında
müstəsna rol oynayan ailə mühiti, təhsili və eyni
zamanda sağlam və geniş
dünyagörüşünün kamilləşməsində
Ulu Öndərin genetik kodunun daşıyıcısı
olmaqla bahəm, onun siyasi məktəbinin yetirməsi, yaxud da
Heydər Əliyev siyasətinin ən yaxın izləyicisi və
müşahidəçisi olması faktı siyasi portret
cizgisində xüsusi iz buraxmış ştrixlərdəndir.
Hətta Heydər Əliyevin həyatının rəvan
olmadığı dövrlərdə istər-istəməz
böyük təzyiqi öz üzərində hiss edən
oğul Əiyevin siyasi portret cizgilərində iz buraxan bu təzyiqlərə
sinə gərmək qətiyyəti İlham Əliyevin
xarakterik xüsusiyyətlərində öz əksini
tapmışdır.
Mətinlik, əzmkarlıq, dözüm və iradə,
Onun siyasi porterindəki xüsusi ştrix və yaxud ən
böyük cizgi-səbrlə, təmkinlə qalib gəlmək
əzmi və qəti iradə nümayişidir. O, başladığı
istənilən layihədə öz qalibiyyətinə,
uğurlu nəticəyə böyük inamla əmindir ki, bu
da onun xarizmasını şərtləndirən ən vacib
keyfiyyətlərdəndir.
İrsi xüsusiyyət və fitri istedadı, eyni zamanda
təlim-tərbiyə, təhsili və keçdiyi heç də
rəvan olmayan həyat yolu və böyük siyasi təcrübəsinin
Onun siyasi portretində dərin iz buraxmış xarakterik
xüsusiyyətlərinin formalaşmasına ciddi təsir
göstərdiyi daha aydın görünür.
Azərbaycan
tarixinin ən ciddi, həyati əhəmiyyətli,
dönüş məqamı və dönüş mərhələsinin
yaşandığı bir dövrdə bu qədim xalqa rəhbərlik,
sərkərdəlik etmək missiyası nəsib olmuş
İlham Əliyevin geniş analitik təfəkkürü - dərin
zəkanın, formalaşdığı və
yaşadığı zaman-dövran və mühitin,
keçdiyi burulğanlarla zəngin olan siyasi-həyat təcrübəsinin
məcmusudur. Onun keçmiş və müasir
liderlərdən bir fərqliliyi də, bəlkə də
hardasa müəyyən energetik-mistik qanunauyğunluq da var ki,
sanki Uca yaradan oğul Əliyevi xarakterik olaraq müasir Azərbaycan
coğrafiyası üçün görəvləndirmişdir.
O, ən
böyük azərbaycanlı kimi ölkənin geosiyasi, mədəni-mənəvi
əksliklərin və müxtəlif sivilizasiyaların kəsişməsində
yerləşdiyi üçün geniş tollerant
dünyagörüşü ifadə etməyi bacaran nadir siyasətçilərdəndir.
O, xaraktercə islahatçıdır, yeniliklərin mənimsənilməsi
və daha da modernləşdirilib tətbiq olunmasında daim təşəbbüskardır.
Eyni zamanda, xüsusən milli-mənəvi, mədəni
və əxlaqi, ənənəvi dəyərlərin qorunub
saxlanılmasında mühafizəkardır və bu məsələlərdə
konkret münasibət ifadə etməkdən çəkinmir.
Onda Şərqin uzaqgörən müdrikliyi, Qərbin təmkinli,
praqmatik soyuqqanlılığı, ancaq eyni zamanda
qafqazlıların da mərdliyi və istiqanlılıq xüsusiyyətləri
cəmləşmişdir.
Lideri xalqa sevdirən ən vacib və üstün keyfiyyətlərindən
biri şəxsiyyətin insanlar, cəmiyyət və
xalqın qarşısında sözü ilə əməlinin
vəhdət təşkil elədiyini nümayiş etdirməsidir. Bu baxımdan
xalqın seçdiyi Lider bütün digər xarizmatik keyfiyyətləri
ilə bərabər xalq qarşısında verdiyi söz və
götürdüyü öhdəliklərə sədaqəti
ilə özünün ən yüksək insani keyfiyyət
olan sadiqlik və sədaqət, həqiqət və ədalət
xarakterik xüsusiyyətlərini nümayiş etdirir.
Böyük
ingilis siyasətçisi və dövlət xadimi Uinston
Çörçill demişdir: "Dövlət xadiminin
siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək
seçkiləri, dövlət xadimi isə gələcək
nəsilləri düşünərək fəaliyyət
göstərir".
Rasim Quliyev
Resurs Analitik İnformasiya Mərkəzinin
sədri
Səs.- 2020.- 13 iyun.- S.8-9.