Alban xristian abidələrinin erməniləşdirilməsi
Məlum
olduğu kimi, orta əsrlər Qafqaz Albaniyasında xristian qəbirüstü
abidələr alban knyazlarının xaçdaşından
ibarət idi. XIX əsrdə erməni kilsəsi alban
katolikliyini ləğv etməyə nail oldu. Tarixi reallıq ondan ibarət idi ki, Cənubi
Qafqazda xristian kilsələrini əsasən müxtəlif
apostollar idarə edirdilər. Alban kilsəsinin “erməniləşdirilməsi”
ilə saxta erməni tarixçiləri xristian albanları
müsəlman azərbaycanlılarla
qarşı-qarşıya qoymaq istəyirlər. “Qeyd etmək
lazımdır ki, Zaqafqaziyada xristian abidələrinin
yazılarının dili milli deyil, konfesional mənsubiyyət
müyyən etmişdir. Məsələn, Ani şəhərində
Maarifçi Giorgi zamanında (1215-ci ildə) gürcü və
yunan dillərində izahedici yazılar verilmişdir. Lakin erməni
“tədqiqatçısı” İ.A.Orbeli bunun nə yunan, nə
gürcü deyil, erməni kilsəsi olduğunu “iddia edir”.
Sonralar erməni qriqoriyan kilsəsinin nümayəndələri Cənubi Qafqazda, o cümlədən Gürcüstanda alban abidələrini erməniləşdirdikləri kimi, kilsələrdəki abidələr üzərindəki gürcü dilindəki yazıları pozaraq onu erməni dilindəki sözlərlə əvəz etmişlər
Gürcüstan çarı lütfkarlıq siyasəti ilə hər vəchlə qriqoryan ermənilərini pravoslav inancına doğru yönləndirməyə çalışırdı, bu baxımdan siyasi cəhətdən tabe olan dövlətləri birləşdirmək üçün qarşısına məqsəd qoydu və bu istiqamətdə ermənilərlə bağlı ardıcıl siyasət yeritməyə başladı. Bu tədbirlər arasında ən əhəmiyyətlisi erməni kilsəsinin gürcü kilsəsinə birləşdirilməsi cəhdi idi. Bu məqsədlə təcili iclas keçirildi. Bu müzakirələrdə Kartli yepiskopu İoan, o dövrün məşhur ilahiyyatçisi Arsen İkaltoeli, eləcə də yepiskoplar, ilahiyyətçilər və başqaları iştirak etdilər. Müzakirələr səhər tezdən başladı və gec bitdi. Amma son nəticəyə gəlmədilər. Sonra David Aqmaşenebeli müzakirəyə müdaxilə etdi. Gürcüstan çarının nitqi ictimaiyyətə böyük təsir bağışladı, amma gürcü və erməni kilsələrinin birləşməsi baş vermədi. Ermənilərlə olan dini münasibətlər Gürcüstandakı çoxsaylı pravoslav ermənilərin mövcudluğunu şübhə altında qoymuşdu. Bu qarşılıqlı münasibətlərin mahiyyəti tarixi məna verirdi. Əvvəlcə erməni-gürcü qarşıdurması baş verən zaman gürcülər özlərini müdafiə edirdilər, ancaq Gürcüstanın ermənilərə siyasi təsirinin yayılmasından sonra vəziyyət dəyişdi1. Bundan sonra erməni kilsələrinin təmsilçiləri özlərini gürcülərin hücumlarından qorumağa başladılar “İveriya”nın bir sənədli yazısında öyrənirik ki, əsrlər boyu gürcü vilayəti olan Varaşendə erməni rahibləri qədim gürcü kilsəsinin gürcü dilində yazısı olan daşı erməni dilində yazısı olan daşla dəyişib, sonra da hamını əmin edirdilər ki, “kilsə də, ümumilikdə Varaşendə gürcülərə aid deyil”.
1878-ci ildə Peterburqda dərc olunmuş D.Bakradzenin “Quriyaya və Acarıstana arxeoloji səyahət” əsərində ilk dəfə gürcü yazılarının qəsdən məhv edilməsi haqqında məlumat verilmişdi. Orada göstərilirdi: “Artvin kilsəsindən… bir böyük kilsə, gürcü dilində yazısı olan daşı ermənilər gizlədib öz daşları ilə əvəz ediblər. Yunanlar isə gürcülər ilə eyni dinə inandıqları üçün kilsənin onlara qalmasını tələb edirdilər”.
XIX əsrdə başlanmış bu fəaliyyət XX əsrdə də davam edir və bu prosesdə erməni cəmiyyətinin aşağı təbəqəsindən tutmuş mədəni təbəqəsinə kimi hamı iştirak edirdi. Akademik N.Berdzenişvili “1933-cü ildə Cavaxetiyanın genişlənməsi” əsərində necə-neçə gürcü yazılarının pozulub erməni yazıları ilə əvəz edilməsi barədə hadisəni təsvir etmişdir.
Ermənilər saxta Ermənistan tarixini şişirdilmiş, saxta faktlar əsasında yaradır, gürcü tarixini, maddi-mənəvi abidələrini mənimsəyirdilər.
“Yeri gəlmişkən, burada qeyd eləmək lazımdır ki, erməni neft sənayesindən olan messenatlar xüsusi Ermənistan tarixinin tam yaradılmasına, bu kiçik xalqın generallarından tutmuş kontrabatçılarına qədər hamını həddindən artıq şişirtməyə səylə çalışırlar. Xüsusilə, onlar öz tarixi “xidmət”lərini və indiki nəziyyətlərini tufeyli yollarda daha doğrusu, tarixi daha aydın, şübhəli olmayan və qonşu xalqların üstünə gölgə salmaqla irəli çəkmək fürsətini əldən vermirlər. Onlar gürcüləri tarixi arxeoloji sahədə həyasızcasına çapıb-talayırlar, abidələrdən gürcü yazılarını və kitabələrini qaşıyırlar, qədim pravoslav ibadətkahlarının və boşalmış kilsələrinə erməni ruhaniləri tərəfindən tutulması aleyhinə tədbir görülməsi haqqında Baş Qafqaz İdarəsinə ərizə ilə xahiş eləməyi tapşırmışlar. Hakı çıxaranların sözlərinə görə artıq adı çəkilən kilsədən qədim ikonalar çoxdan oğurlanaraq Duşet erməni kilsəsinə aparılıb, torpaq sahəsi “gizli yollarla” kilsəyə qatılıb, kilsənin adı dəyişdirilərək. “Surp Qeurkovski” edilib və həmin vaxtdan da pravoslav keşişləri bura ibadətə buraxılmırlar”.
Gürcüstan çarı erməni kilsəsinin birləşdirilməsinə dair arzusunun reallaşmasını, məlum səbəblərə görə diqqətlə və düşünülmüş şəkildə həyata keçirməyə çalışırdı.
Hələ XIX əsrdə Gürcüstanda gürcü və erməni kilsələri fərqli mövqe tuturdu. Bu dövrdə avtokefal gürcü kilsəsi ləğv olunub mülkləri dövlətin (Rusiya imperiyasının) hesabına keçirildiyi halda buradakı erməni kilsələr siyasi cəhətdən mütəşəkkil hətta Rusiyanın imperiya hakimiyyətilə açıq-aşkar aparan Eçmiədzində yerləşən erməni teokratiyasının təsiri altında idi. Gürcülər ermənilərdə separativ hissələri qızışdıran kilsənin fəaliyyətini bu mənzərisini qeyd edirdilər. Gürcü pravoslavları imperiyanın qayğısından və diqqətindən kənarda qalmışdı.
F.Cəlilov yazır: ”Doğu Anadolu-Azərbaycan bölgələrindəsə ərəb xəlifəsinin yardımı ilə Qrigoryan kilisələrin yönətimi "hay"lara keçdi, türk xristianların və türk vənglərinin "hay"laşması prosesi başlandı. Anti-xalkidon yönlü xristianlığın "grigoryan", bu məzhəbdə olanların da "erməni" adlanması gələnəyi yalnız Azərbaycanda deyil, qonşu ölkələrdə də orta əsrlərboyu davam etdi, təkcə xristian qıpçaqlara deyil, tat, kürd, qaraçı, yəhudi grigoryan xristi anlara da "erməni" deyilirdi və zaman aşamasında onların çoxu gerçəkdən erməniləşib -"hay"laşdı. Örnəyin, Muş bölgəsində erməni-grigoryan kürdlərin "hay"ca danışıb əziz Karapetə and içməsini hay yazarlar da etiraf edir. (S.Lexatsi). "Hay"laşdırma siyasəti "alban" adı ilə bağlı sözlərin yazılı daşlardan, Alban vənglərində olan yazılardan silib yox etmək yolu ilə gerçəkləş dirilirdi. Örnəyin, Qarabağdakı Qanzasar vəngində hətta "hay"ca yazılmış Alban sözü, Alban katolikosu Ter-Apa Ohanesin (və ya Tapan Ohanes) adı və onun "Calaldolu" soyadı bu ilkin yazıdan silinmişdir:
Doğrudur, Azərbaycan, Gürcüstan və Doğu Anadoluda Ermən (Armeniya) bölgəsində xristian türklərin bir bölümü milli kimliyini itirib "hay" və gürcü oldu, ancaq bu dönmə kütlə qatıldığı topluma əliboş girmədi, özü ilə apardığı türk adlarını, folklorunu, minlərlə türkcə sözləri əsrlərlə o xalqların içində yaşatdı, onların folklorunda və dilində çox dərin izlər buraxdı. Koroğlu, Aşıq Qərib kimi dastanlaın "hay"-gürcü variantları yarandı, Sarı gəlin kimi qıpçaq türküləri, xalq nəğmələri bölgənin ortaq dəyərinə çevrildi, musiqi, yemək adları ortaq kultur örnəkləri oldu.
Güney-doğu xristian kartvel toplumu içində azər türkcəsi o qədər yayğın olmuşdur ki, hətta Sulxan Saba Orbeliani 1685-dən başlayaraq otuz ilə tamamladığı "Kartuli leksikoni" adlı gürcü dilinin izahlı lüğətində bir çox gürcü sözünün mənasını türkcə olan qarşılığı ilə izah etmək məcburiyyətində qalmışdır. Ermən bölgəsində xristianlıq başlayandan ilk patriarxlar saqa soyundan partlar (arsaqlar) olurdu, bu gələnək uzun illər boyu davam etmişdir, bununla yanaşı, bölgədə Qrigoryan türklərlə iç-içə yaşaması "hay" toplumunun dilini dəyişdirmişdir, "hay"ların öncəki qrabardan aşxarabar dilinə keçməsində türk dilinin leksik, morfoloji, sintaktik təsiri çox aydın görünür.
Tanınmış alman alimi Mordman hələ 1870-də bu təsirin IV-VII əsrlərdə olduğunu yazırdı: "Kazan-Astarxan tatarları və başqord, qaraçay-balkar dilinin özəyin də Altın Orda dövləti dönəmində gündəmdə olan yazılıqıpçaq ədəbi dili durur. Azərbaycan, Gürcüstan və Anadolu bölgələrində oğuz boylarıyla ortodoks və grigoryan qıpçaqların iç-içə yaşadığı çağlarda formalaşmış qıpçaqların dilindəsə oğuz qatı daha qabarıq görünür. Eyni durum qıpçaq dilinin üstünlüyü ilə Türküstanda uyğur-özbək (cağatay) dilinin yaranmasında, hətta Qırğız xaqanlığı dönəmindəki runik yazılarda hiss olunmayan qıpçaq dilinin sonrakı çağlarda qarışıb-qovuşma sonucu olaraq qırğızcanın qıpçaqlaşmasında özünü göstərir”.
Vahid Ömərov
AMEA
Qafqazşünaslıq İnstitutunun şöbə
müdiri,
fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent
Səs.- 2020.- 13 iyun.- S.15.