"Hay"ların
Ön Qafqazda rus imperiya tarixi
"Arsak/Artsax"
toponiminin etnomənsubiyyəti
Bu
yaxınlarda Soçidə Putinin rəhbərliyi altında
keçirilən növbəti sonugörünməz,
sürüşkən "Lavrov layihəsi"nin
"BARIŞ" toplantısında arxasında dayanan gücdən
qüvvət alan xalqların tarixindən xəbərsiz
olan savadsız, cahil Nikol Paşinyanın "Qarabağ Ermənistandır,
nöqtə" təcavüzkar bəyanatına Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə,
əminliklə "Qarabağ Azərbaycandır, NİDA"
verdiyi cavabın arxasında aşağıda qısa
xatırladacağımız ümumtürk tarixi
dayanırdı.
N.Adons :
"Artsax həmişə erməni nüfuz dairəsindən
kənarda olmuşdur."
N.O.Emin:
"Qarabağ heç zaman erməni mədəniyyətinin mərkəzinə
çevrilməmişdi."
Klassik
saxtakarlar olan erməni tarixçilərinin fantastik
uydurmalarından başqa, özlərini bəzən
"hay", bəzən "armyan" adlandıran, bizim
"erməni" (bizə babadan qalma: "Suya düşən
itlə yağışa düşən erməninin fərqi
yoxdur!" kəlamı nəsildən-nəslə
yaşayır) adlandırdığımız xalqın
etnokimliyi barədə bu günə kimi, qədim qaynaqlarda,
mötəbər mənbələrdə elmin qəbul edəcəyi
kiçicik bir fakta, adi bir işarəyə belə rast gəlinməmişdir.
Bu barədə tarix elminin üç riyazi əməlinin
- etnoarxeoloji, etnoantropoloji və etnolinqivistik ədəbiyyatının
susması da səbəbsiz deyildir. 30 ildən artıq
zaman ərzində fasiləsiz olaraq, erməni anonim
keşiş müəlliflərin və onların saxta
tarixçi varislərinin "Böyük Armeniya" mifi,
"qədim erməni yazısı" və başqa
fantastik uydurmaları ətrafında tarix və tarixilik
kontekstində apardığımız araşdırmalarda gəldiyimiz
son nəticəni özünəməxsus bir yanaşma ilə
təsdiq edən ifrat türk düşməni olan görkəmli
erməni alimi Manuk Abeqyanın söylədiyi
aşağıdakı fikir müstəsna elmi dəyərə
malikdir. O, yazır: "Erməni xalqının əsli nədir,
necə və nə vaxt, haradan və hansı yollarla o buraya
(Kiçik Asiyaya - Ə.T.) gəlib, armyan olmazdan əvvəl
və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə
və etnik tərkibinə kim necə təsir
göstərib? Bu amilləri və armyanların
kimliyini sübut etmək üçün əlimizdə dəyərli,
dəqiq və aydın dəlillər yoxdur."
Manuk
Abeqyanın açıq-aydın şəkildə verdiyi
şərh sübut edir ki, "erməni tarixinin atası"
hesab etdikləri anonim keşiş Moisey Xorenatsi ilə
başlanan saxta ənənənin davamı olaraq, bu günə
kimi yazılan "Armeniya tarixi" kitablarının üz
qabığı - cildi əgər çıxarılarsa,
onların içərisində ümumtürk mifoloji və
filoloji tarixindən başqa, çağdaş erməni
xalqının etnotarixi, etnoyazısı barəsində elmi
tarixin təsdiq edəcəyi bircə cümləyə də
rast gəlinməz. Təsadüfi deyildir ki, akademik N.Y.Marr kimi
dünyaşöhrətli bir alim yazırdı:"Erməni
xalqı kimi,erməni dili də hibrid
dildir!".
Əlbəttə,
bir xalqın ki, milli soy-kökü olmaya, "erməni
tarixinin atası" hesab etdikləri Moisey Xorenatsi də,
"erməni əlifbasının banisi"
adlandırdıqları Mesrop Maştos da anonim keşiş
ola, o xalqın "qədim tarixi"ndən danışmaq
elm deyil, erməni boşboğazlığıdır, cəfəngiyyatdır,
müalicəsiz "erməni xəstəliyi"dir!!!
Ermənilər
tarixən güclüyə nökər və qul olmaqda, xəbislikdə
və riyakarlıqda dünya xalqları arasında elə fərqlənən
əhalidir ki, qədim ümumtürk tarixinin üç
epoxasına ("Biaini çarlığı", "Arme
çarlığı" və "Part
çarlığı") aid olan zəngin mədəniyyəti,
qədim tarixi göz görə-görə kimsənin
ağlına gəlməyən müdhiş saxtakarlıqla
"Böyük Armeniya" adıyla öz adlarına
çıxmaqdan heç zaman çəkinməmişlər,
çəkinmirlər və çəkinməyəcəklər
də. Səbəb? - Çünki
onların bəşər tarixində nə bir qarış
torpaqları, nə etnoeponimləri, nə etnomifoloji, nə də
real etnotarixləri olmuşdur. Bu təkzibedilməz
faktdır. Ancaq rusların Azərbaycan
türklərinin qədim torpaqlarını işğal etdikdən
sonra yaranmış yeni siyasi şərait yarıdilənçi
ermənilərə ilk tarixi qapı açmış oldu.
1828-ci ildə qanlı rus süngüsü ilə məğlub
tərəfə (qədim Azərbaycan coğrafiyasının
cənub hissəsinin xilası naminə Qacarların son varisi
olan şahzadə Abbas Mirzəyə) imza
atdırılmış "Türkmənçay" irtica
müqaviləsindən sonra rus imperatorluğu bir anadan, bir
atadan doğulmuş Azərbaycan türklərinin iki qədim
dövlətini - Arazın o sahilində "Atarpaten" (yunan
ədəbiyyatında "Atropaten". M.ö.IV -
m.s.VII əsr), bu sahilində "Ön Qafqaz Oğuz
Albaniyası" (m.ö.IV-m.s.VII əsr) dövlətini - qədim
Vahid Azərbaycanı qəddarcasına parçaladı.
Bu qanlı hadisədən sonra çar İrəvan və
Naxçıvan xanlıqlarını ləğv etdi,
imperiyanın tərkibində ikillik (1828-30-cu illər)
"Müvəqqəti armyan vilayəti" yaratdı. Rusların beş
ölkədə (Livan, Suriya, İraq, Türkiyə və
İranda) tarixən ailə şəklində günəmuzd
həyat şəraitində yaşamış yarıdilənçi
erməni ailələrini keşişlərin əli ilə
toplayıb, ilk köçünü İrəvan
xanlığında - Ön Qafqaz Oğuz Albaniyasının qərb
ərazisində yerləşdirdilər. Bu münasibətlə
general İ.F.Paskeviç I Nikolaya yazırdı:
"...Zati-aliləri! "Armeniya Vilayəti"nin
yaradılması h ə l ə l i k (kursiv bizimdir.- Ə.T.) Azərbaycan
torpaqlarını ikiyə bölmüş olur və
Osmanlı Türkiyəsinə qarşı bir poliqon bölgəsinin
meydana gəlməsinə şərait yaradır. Bu olduqca vacib şərtdir".
Ç.Kirokosyanın
“Armyan Vilayəti”nin timsalında tarixən iç-icə,
divar-divara yaşayan, bir ananın, bir atanın köynəyindən
çıxmış qanı bir, dili bir, dini inancı bir olan
əkiz qardaşın bağrına rusların qəddarcasına
çaldığı "paz”a
aşağıda verdiyi qiymət çağdaş rus-erməni
siyasətinin tarixini olduğu kimi aşkara qoymuş olur. O,
yazırdı: "Zaqafqaziya və Azərbaycan
tatarlarını Kiçik Asiya türklərindən
ayıran erməni xalqı türk tayfasının bədəninə
çaxılmış bir pazdır. Biz bu
pazın aradan götürülməsinə və onun yerinə
bizə yağı kimi baxan bütöv müsəlman
toplumunun ortaya çıxmasına yol verə bilmərik.
Buna görə də bizim siyasətin məqsədi Türkiyə
Armeniyasında (keşiş baban M.Xorenatsini oxu, ümumtürk
tarixindən başqa, bircə cümlədən ibarət
etnotarixi fakt göstər - Ə.T.) elə bir siyasi quruluş
yaratmaq lazımdır ki, erməni xalqına dinc inkişaf etmək
imkanı versin".
C.Kirokosyanın bəyanatı Osmanlı və Azərbaycan
türklərinə qarşı Ön Qafqazda rus-erməni
"xristian qardaşları" birliyinin tarixindən xəbər
verir. Bu bəyanat
rəsmi olaraq sübut edir ki, Azərbaycan türklərinin qədim
torpaqlarını işğal edən də, Qafqazda
"xristian qardaşları" dayağı yaratmaq məqsədilə
bu gün özlərini həyasızcasına "yerli əhali"
kimi dünya ictimaiyyətinə sırımağa
çalışan köçkün ermənilərə
türk torpaqlarında "tarixi vətən" təşkil
edən də, saxta "Artsax" iddiası ilə
Qarabağda qanlı tarix yazan da işğalçı
ruslardır. Bu həqiqəti Moskvanın
özü etiraf etdi.
Keçən illərdə erməni ailəsini rus əsgəri
öz silahı ilə son nəfərinədək güllələdi,
məhv etdi. Xalq İrəvanın meydanında rusların
bayrağını yandırdı. Moskva televiziyasında
siyasət adamları, dövlət xadimləri hədələrlə
"etibarsız" "xristian qardaşları"na
köçkün həyatlarını xatırladaraq, onlara Azərbaycan
türklərinin torpaqlarında "Ermənistan" dövlətini
yaratdıqlarını, Qarabağı işğal edib,
"Artsax" adında ikinci dövlət təşkil etdiklərini
dünya ictimaiyyətinə çəkinmədən
hündürdən dəfələrlə "qürurla"
bəyan etdilər.
Türkün
əbədi düşməni olan Kremlin daşnak-bolşevik
güruhuna söykənən siyasət dəlalları Ön
Qafqaza köç tarixləri məlum olsa da,
köçkün "xristian qardaşları"na "qədim
yerli əhali" tarixi yazmaq üçün heç bir maddi
sübuta söykənmədən yetmiş il fantastik
"Böyük Armeniya" mifi zəminində cild-cild saxta
kitablar yazdılar, "Ararat", "Naxçıvan" və
"Arsak" iddialarını zəhərli ideoloji silaha
çevirdilər.
Mövzunun tələbindən kənara çıxmamaq
üçün yuxarıda qısaca söylədiklərimiz
sübut edir ki, rusların XIX əsrin əvvəllərində
İrəvan yaylasında yerləşdirdiyi ermənilərin
çağdaş nəslinin etnomənşəyi
ümumtürk tarixinin ən qədim dövrünü
yaşadan "Arsak" ("Artsax") toponimi ətrafında
hay-küy qaldırması özləri qədər
saxtadır.
Çünki ermənilərin növbəti rus imperatorunun -
Bakıda tökdüyü türk-müsəlman
qanını içə-içə
qarşısıalınmaz yırtıcıya
çevrilmiş Xallı Köpək M.S.Qorbaçovun
birbaşa rəhbərliyi altında 1990-cı illərdə
işğalçı imperiyanın hərbi
texnikasının və canlı qüvvəsinin
yazdığı "Qarabağın qanlı tarixi"
sübut edir ki, bu illərdə meydana çıxan "erməni
Artsax"ı iddiaları tarixdə görünməyən
müdhiş türk soyqırımı siyasətində
rus-erməni vəhşiliyini gizlətmək üçün
uydurulmuşdu. Bu kontekstdən "Arsak" ("Artsax")
toponiminin etnotarixinə qısaca nəzər yetirsək, o
zaman aydın olacaq ki, ruslar yarıdilənçi erməni
köçkünlərini bəhanə edərək, XIX əsrin
əvvəllərində İrəvan yaylasında
"Armeniya" adında dövlət yaratdıqları kimi,
XX əsrdə də Qarabağda "Artsax" namında
imperiyanın tərkibində ikinci rus dövləti
yaratmağa israrlıdırlar. Kremlin Azərbaycan türklərinə
qarşı 20 ildən artıq müddətdə
apardığı "barış", "dostluq" və
"qardaşlıq" siyasətinin səmimi olmaması da
bunu sübut edir.
Arsak etnomənşəcə kimdir?
Qısaca gətirəcəyimiz tarixi faktlar suala aydın
cavab verəcəkdir.
Tarix xəbər
verir ki, Makedoniyalı Aleksandr m.ö.331-cı ildə Qavqamel
yaxınlığında III Daraya (m.ö.336-330) qəti qələbə
çaldı və Persepolu atəşə verərək,
Maday imperiyasının Pers-Əhəməni sülaləsinin
(m.ö.550-330) səltənətinə son qoydu.
Bundan sonra yunanlı fateh qarşısıalınmaz
ildırım sürətilə Orta Asiyaya yürüşə
başladı.
O,Turan çöllərinin dərinliklərinə
doğru istiqamət alanda burada ayrı-ayrı adlar altında
məskən salmış saysız qohum türk tayfaları
vahid hərbi ittifaqda birləşərək istilaçı
yunan ordusunun qarşısını kəsdilər və
düşmənin üzünü Hindistan torpaqlarına
doğru istiqamət almağa məcbur etdilər.
Makedoniyalı Aleksandr "Böyük Şərq"
yürüşündən m.ö. 324-cü ilin mart ayında
Hindistandan Babilə qayıtdı. Böyük fateh "Maday
imperiyası"nın indiki Orta Asiyanın cənubundan
başlayaraq, Ön Asiyanı və Ön Qafqazı əhatə
edən coğrafiyanı "Böyük Maday" və
"Kiçik Maday" adı ilə iki nəhəng inzibati
bölgəyə ayırdı.
"Böyük Maday" coğrafiyasında fatehin yavəri,
görkəmli sərkərdə Selevkin şərəfinə
300 illik "yunan Selevk" imperiyasının əsası qoyuldu.
Makedoniyalı
Aleksandr Yekbatandan başlayaraq, tarixi yürüşdə
onunla çiyin-çiyinə Maday-Alban ordusunun komandanı
kimi sədaqətlə iştirak etmiş cəsur
döyüşçü, müdrik dövlət adamı
babamız Atarpatı m.ö. IV əsrin 20-ci ilinin sonunda
"Kiçik Maday”a hökmdar təyin etdi və onun sülaləsinə
"çarlıq" titulu verdi. Sonralar ölkə babamız çar Atarpatın
şərəfinə "Atarpaten" adıyla Azərbaycan
türklərinin ən qədim dövr tarixində qan
yaddaşına çevrilmiş oldu.
Yunanlı fateh m.ö.323-cü ilin baharında
ağır xəstəlikdən Babildə vəfat etdi.
Mövzumuzla
əlaqədar qeyd edək ki, "Böyük Maday"ın
- Selevk-yunan imperiyasının Şərq əraziləri Orta
Asiyanın cənubunda Kırkan (indiki Xəzər) dənizinin
sahillərində yerləşmiş Part ölkəsindən
başlayaraq, əhalisi türklər olan qonşu Ariaini
("Arilərin ölkəsi"), Soqdia, Baktiriya ölkələrini
əhatə edirdi. Yunan hersoqu Andraqorasın iqamətgahı
Part ölkəsində yerləşirdi. Hersoqluğun
şimal qonşuluğunda Kırkan dənizinin ləpədöyənindən
Oksa (Ceyhun, indiki Amu-Dərya) çayının sahillərində
hüdudlanan geniş Turan çöllərində
ayrı-ayrı adlarda (Strabon) saysız türk tayfaları
yaşayırdılar. Bu tayfalardan biri də
Maday imperiyasının banisi Dayekun mənsub olduğu hərbiləşmiş
Day tayfaları idi. Daylar tarixin bir çağında
yaxın qohumları olan Barani eli ilə
birlikdə Böyük Köçlə Ön Asiyadan gəlib,
Orta Asiyada qohum tayfaların arasında məskunlaşmışlar.
Haqqında söhbət gedəcək
Başbuğ Arsak da Dayların nəsil budağı olan Parn
tayfaları arasından çıxmışdı. Siyasi məqsədlə nəsillərimizə
unutdurulmuş təkzibedilməz bu tarixi həqiqət bir daha
sübut edir ki, ümumtürk epoxasının ayrı-ayrı
yüzilliklərində Maday və Part imperiyasının əsasını
qoymuş Başbuğlar vahid qüdrətli hərbçi
türk tayfa ittifaqının ən yaxın qohum qollarına mənsub
görkəmli sərkərdələr olmuşdular.
Babalarının
hərbi döyüş ənənələri üzərində
öz həyat tərzini yaşayan Parn tayfa ittifaqının
yeni nəsil Başbuğu Arsakın komandanlığı
altında m.ö. 250-ci ildə Oksa çayının sahillərindən,
başqa sözlə, azad Turan çöllərindən
qarşısıalınmaz güclü axınla qədim
türk torpağı olan Part ölkəsində yerləşən
Selevk-yunan satraplığına hücum etdi.
Arsak ağır döyüşdə yunan hersoqu
Andraqorası öldürdü və onun ordusunu
qılıncdan keçirdi, ata-baba ölkəsinə sahib
oldu. Bundan
sonra Arsak Part hersoqluğuna tabe olan Selevki satraplıqlarını
- Ariaini, Soqdia, Baktiriya, habelə Hırkan (Alban, Kaspi, Xəzər)
dənizinin cənub-şərq sahillərində yerləşən
Hırkan ölkəsini işğaldan azad etdi. Bununla
da ümumtürk tarixinin 475 illik (m.ö.250, m.s.225-ci illər)
qədim Parn Türk tayfa ittifaqının səltənət
tarixinin əsası qoyuldu. Ümumtürk tarixinin bu
dövrü onun banisi Başbuğ Arsakın şərəfinə
dünya tarixində "Arsaklılar", yaxud qədim
yunanların "Parfiya" adlandırdıqları
"Part" ölkə adı ilə qeydə alındı.
Alman
tarixçisi Ö.Mommsen öz üçcildlik monumental əsərində
Arsaklı çar sülaləsi haqqında danışarkən
onların mənsub olduqları Parn tayfalarının indiki Xəzər
dənizinin cənub-şərq sahillərində
yaşadıqlarından və onların Turan soyundan
olduqlarından bəhs edərkən yazır: "Onlar Turan
Arsaklılar hakimiyyəti yaratdılar, lakin yüz ildən
sonra tanındılar".
M.ö.160-139-cu illərdə Arsaklı çarı
olmuş I Mitradat ("Avesta"da şimşək-ildırım
tanrısı Mitranın şərəfinə. Başqa
xalqların ədəbiyyatında "Mitridat") Baktiriya və
Sind (Hind) boylarından başlayaraq, qarşısıalınmaz
sürətlə Bağdad torpaqları istiqamətində irəliləyir,
saysız mahal, şəhər və ölkələri
işğal edir. O, m.ö.140-cı ildə Selevki
çarı II Demetri Nikatoru açıq döyüşdə
məğlubiyyətə uğradır və onun Dəclə
çayı sahilində yerləşən mərkəzi
şəhəri Selevkiyanı, bununla da bütün
Mesopotamiyanı Part imperiyasının siyasi-inzibati ərazisinə
daxil edir. I Mitradat Kiçik Asiyada Kapadokiya və
Frat (Fərat) çayınadək olan əraziləri də
yunan-Selevki işğalından azad edir. Yunan
işğalçılarının əlində şimali
Suriya və Kilikiya qalır. I Mitradat bununla
da Part imperiyasının hüdudlarını Orta Şərqə
və Anadolu torpaqlarına doğru genişləndirmiş
olur.
Qədim
türk tarixinin görkəmli mütəxəssis alimi Zvelin
Klenqel - Brandt da m.ö.140-cı illərdə baş vermiş
tarixi hadisələr barədə yazır: "Bizim eranın
140-cı ilində parfiyalılar (partlılar.-
Ə.T.) indiki İrandan Mesopotamiyaya hücum edib, Babili
işğal etdilər. Onlar
dağıdılmış nəhəng binaların yerində
Ktezifont mərkəzi şəhərini saldılar, Babil
çarlarının saraylarını yerlə-yeksan etdilər".
Görkəmli alim X.Treydler yazır ki, bundan sonra
Mesopotamiya 300 ildən artıq Arsaklı çarlarının
hökmranlığı altında qaldı. Onların mərkəzi
iqamətgahı indiki Bağdadın yaxınlığında
Ktesifon (ərəblər bu şəhərə "Mədain"
dedilər. Mədain sasanilərin
dövründə perslərin mərkəzi şəhəri
olmuşdur) şəhərində yerləşirdi.
Qədim
Şərq tarixinin araşdırıcısı Filip Qyuiz
Arsaklıların Ön Asiya tarixini araşdırarkən
yazır: "Parfiyalılar (partlılar.-
Ə.T.) II Mitradatın (m.ö.123-88)
dövründə birinci dəfə Armeniyaya (Arme-Mtsibin)
hücum etdi və öz hakimiyyətini Fratın (Fəratın)
yuxarı hissəsinədək genişləndirdi".
Mövzumuza aydınlıq gətirmək
üçün Filip Qyuizin fikrinə tarixi kontekstdən
yanaşaq.
Mötəbər
mənbələrdən məlumdur ki, Krım
yarımadasından dəniz yolu ilə Anadolu torpaqlarına gəlmiş
Tavr türk tayfalarının adını yaşadan Tavr
dağ silsiləsinin (erməni tarixçiləri bura süni
olaraq, "Armeniya" dağ silsiləsi deyirlər)
hündür zirvəsində yerləşən assuriya
yazılarında "Şupria" adı ilə qeydə
alınmış kiçik bir ölkə Biaini çarı
Ursun (m.ö.605-585) tərəfindən işğal edildi.
Şuprianın yerləşdiyi coğrafiyaya işarə
olaraq, biainilər onu öz dillərinə uyğun olan
"Arme", yəni "Hündür ölkə"
adı ilə tarixə nişan verdilər.
Ölkənin Azərbaycan türklərinin
Anamayasında iştirak etmiş qədim yerli əhalisi olan
Mar tayfaları tarixin bir çağında Urmiya gölü ətrafından
gəlib, bu dağın əlçatmaz zirvəsində məskunlaşmışdılar.
Bu ölkəni "Armeniya" adlandıran
Filip Qyuiz heç də təsadüfi deyildir ki,
"Armeniya" sözünün qarşısında
"Arme-Mtsibin" toponimlərini qeyd edir. Müəllif bununla da rusdilli ədəbiyyatda
işlədilən "Armeniya" anlamının erməni
tarixçilərinin saxta iddiaları ilə heç bir əlaqəsi
olmadığını, onun mənşəyinin Mar əhalisinin
"Arme" ölkə adı ilə əlaqəli
olduğunu tarixi aydınlıqla aşkara qoymuş olur. Qeyd edək ki, "Arme" toponimi ayrı-ayrı
xalqların ədəbiyyatında müxtəlif şəkillərdə,
formalarda işlədilmişdir. Bu barədə
ayrı-ayrı kitablarımda geniş araşdırmalar
aparılmışdı.
Mötəbər
mənbələrdən məlumdur ki, Selevk-yunan çarı
III Antioxun (m.ö.223-187) dövründə "Suriya
çarlığı"nın tərkibində
canişinlik olmuş Arme yunan "strateqi"
("komandanı") Artaksi (Strabon) tərəfindən idarə
edilirdi. M.ö.190-cı ildə III Antiox
romalılar tərəfindən məğlub edildikdən sonra
tarixi şəraitdən müdrikcəsinə istifadə edən
Artaksi (m.ö.188-145) Arme canişinliyini m.ö.188-ci ildə
müstəqil çarlıq elan etdi. O, iqamətgahını
Filip Qyuizin işarə etdiyi Mtsibin şəhərində yerləşdirdi.
Kilsə anonim keşiş M.Xorenatsi də "Arme
çarlığı"nın banisi Artaksiyə (Strabon)
"Atarpaten əsilzadəsi Mar Artaşes"- deyəndə,
Artaksinin haylarla (ermənilərlə) heç bir əlaqəsi
olmadığını, onun Atarpaten hökmdarı
Atarpatın çar sülaləsi ilə ilişikli Mar tayfa əhalisinə
mənsubiyyətini etiraf edir. Strabon yazır ki,Artaksi
"kiçik Arme ölkəsini qonşu torpaqları
hesabına genişləndirmişdi".
Mötəbər mənbələrdən məlumdur ki,
Artaksi Anadolu torpaqlarından başlayaraq, Ön Qafqaz Oğuz Albaniyasının
torpaqlarını işğal etmiş, "kiçik
çarlığın" hüdudlarını Alban dənizinədək
genişləndirmişdi. Bu hadisədən sonra Mar sərkərdəsi
Artaksi Oğuz Albaniyasının cənubdan Dərəşamdan
Alban dənizinə, şimaldan Pont dənizindən (Qara dəniz)
Dərbənd torpaqlarını əhatə edən geniş
coğrafiyanı altı inzibati əraziyə (Strabon)
bölmüşdür. O, bununla ümumtürk tarixinin 200
(m.ö.188-m.s.10-Fəxrəddin Kırzıoğlu) illik
Artaksilər (bəzi erməni tarixçilərində
"Artaşesidlər") epoxasının əsasını
qoymuşdur. Bu tarixi həqiqət sübut edir ki, "Arme
çarlığı"nın banisi Artaksi də, onun varisi
Artavast və nəvəsi Tiqran da erməni kilsəsində
anonim keşiş M.Xorenatsinin adına üç türk
dövlətinin (Biaini, Arme, Part) mifoloji və filoloji ədəbiyyatı
əsasında tərtib edlmiş "Armeniya tarixi"ndə
"erməniləşdirilmişdir". Bu tarixi fakt bir daha
sübut edir ki, erməni tarixçilərinin əsrlərdən
bəri siyasi məqsədlə uydurduqları, lakin bəşər
tarixinin tanımadığı nə "Armeniya", nə
"Kiçik Armeniya", nə də "Böyük
Armeniya" adında mifik "armyan" "dövlətləri"
olmuşdur. Ermənilərin də Azərbaycan
türklərinin Anamayasında iştirak etmiş nə Mar
tayfaları ilə, nə də Başbuğ Artaksi (M.Xorenatsidə
"Mar Artaşes") ilə heç bir soy-kök əlaqələri
yoxdur. Araşdırmamızın mahiyyəti
ilə bağlı onu da xatırladaq ki, Arsaklıların
yürüşünədək tarixin bu çağında hər
hansı mənbədə Oğuz Albaniyasının ərazisində
nə "Qarabağ", nə də "Arsak" adında
toponimlər qeydə alınmamışdır.
Arsaklıların Ön Asiyaya və Ön Qafqaza ikinci
böyük yürüşləri II Mitradatın
(m.ö.123-88) dövründə başlayır.
Tarix xəbər verir ki, II Mitradat Əfqanıstanın
və Sindin (indiki Hindistanın) bir hissəsini ələ
keçirdikdən sonra böyük yürüşlə
Yaxın Şərqə gəlir. O, Arme çarı Artavastın
üstünə güclü ordu hissəsi göndərir. Artavast qeyri-bərabər qüvvə ilə
üz-üzə döyüşə girir, ancaq məğlub
olur. Bundan sonra Artaksinin dövründə Arme
çarlığının hərbi-inzibati ərazisinə
daxil edilmiş Frat (Fərat) çayının yuxarı
axarından başlayaraq, Anadolu torpaqları və Alban dənizinədək
olan Ön Qafqaz torpaqları II Mitradatın işğal ərazisinə
çevrilir. Bununla da Part imperiyasının hərbi-inzibati
coğrafiyası Ön Asiyanın və Ön Qafqazın
torpaqları hesabına genişləndirildi. Beləliklə, Başbuğ Arsakın banisi
olduğu Arsaklı sülaləsinin 475 illik Part-türk
imperiyasının tarixi hüdudları yaranmış oldu.
Arsaklı çarları tarixin ayrı-ayrı
çağlarında Part imperiyasının müvəqqəti
hərbi-inzibati ərazisinə daxil edilmiş Ön
Asiyanın qərb əyalətlərində və Ön
Qafqazda ayrı-ayrı valilik bölgələri yaratdılar. Onlar Kiçik Asiyada Qalis
(Qızıl İrmak) çayınadək olan vilayətləri
əhatə edən birinci valiliyin mərkəzini
İraqın şimalında yerləşən Ktezifonda,
Ön Qafqaz Oğuz Albaniyasının qərb ərazilərinin
bir hissəsindən (Ağrı dağı vadisindən)
axıb keçən Araz çayının sol sahilindən
Göyçə gölünün Qərb sahilinə, ölkənin
cənubundan qədim Nəxçu elində Dərəşam
qala şəhərindən Şimala Fasis (indiki Rion)
çayının cənub sahillərində hüdudlanan
geniş əraziləri əhatə edən ikinci valiliyin mərkəzini
Valarşapatda (bu şəhəri çar Vologez /Valarşa
(m.s.117-140) öz şərəfinə
saldırmışdı), Göyçə gölünün
Şərqindən Alban dənizinin ləpədöyəni
arasında yerləşmiş vilayətləri - Cənubdan qədim
Kaspiana ("kaspilər" oğuzların nəsil
qollarından biridir) ölkəsindən Dərbənd daxil
olmaqla, qədim Azərbaycan torpaqlarının şimal sərhədlərini
əhatə edən üçüncü valiliyin mərkəzini
Part şəhərində (M.Xorenatsidə "Partav", ərəb
mənbələrində “Bərdə”) yerləşdirmişlər.
Qeyd edək
ki, II Mitradat (m.ö.123-88) imperiyanın adını Ön
Qafqazda tarixə çevirmək üçün
"Part" namında böyük vilayət şəhərini
saldırmış, onun tərkibində indiki Qarabağ
torpaqlarını əhatə edən coğrafiyada
imperiyanın banisi Başbuğ Arsakın şərəfinə
"Arsak" adında ərazi bölgəsini
yaratmışdır. Bu tarixi hadisə bu gün ermənilərin
Kremlin təhriki ilə qaldırdıqları saxta "erməni
Artsax"ı hay-küyündən təxminən iki min 150 il əvvəl baş vermişdir. Tarix bu dövrdə nə "hay", nə də
"armyan" adında əhali tanımırdı. Bu
gerçək həqiqətə baxmayaraq, başqa
soydaşları kimi, N.Adons da tarixən yarıdilənçi
vəziyyətində yaşamış babalarını uydurma
"armyan arsaklıları" adı ilə süni şəkildə
ümumtürk tarixini 475 illik Part imperiya epoxasına şərik
etməyə çalışır. O, yazır: "Fərada
qədər (Part çarlığına işarə edir.- Ə.T.) Böyük
Armeniyanı təşkil edən torpaqların sahibi armyan
arsaklıları idi. Roma və Persiya
arasında mübarizə də ancaq Böyük Armeniya
uğrunda gedirdi".
Erməni tarixçilərinin iddia etdikləri
"Böyük Armeniya" anlamının real tarixi əsası
yoxdur. Bu mifik
uydurmanı kilsə üç türk dövlətinin
(Biaini, Arme, Part) gerçək tarixindən bəhs edən
mifloji və filoloji materiallar əsasında anonim keşiş
Moisey Xorenatsinin adına tərtib etdiyi "tarix"
kitabında səsləndirmişdir. Bu barədə
bir qədər əvvəldə danışdıq.
N.Adons
aşağıdakı cümlədə fikrini bir qədər
də dəqiq ifadə etməyə çalışır.O,yazır: "387-ci ildə baş verən
mübahisənin və bölüşdürmənin predmeti məhz
Arsaklıların torpaqları idi".
Mötəbər
mənbələrdən məlumdur ki, N.Adonsun nişan
verdiyi tarixin "387-ci ilindən" 163 il əvvəl
(Ərdəşir Papakan 225-ci ildə Part imperiyasının
Yekbatanda (Həmədanda) yerləşən mərkəzini
işğal etdi, Pers-Sasani sülaləsinin əsasını
qoydu) Arsaklıların Ön Asiyada olan hakimiyyətlərinə
son qoyulmuşdur. Bununla da Part imperiyasının
300 ildən artıq bir dövrdə hərbi-inzibati ərazisinə
müvəqqəti daxil edilmiş Ön Asiyanın qərb
torpaqları Pers-Sasani sülaləsinin işğal dairəsinə
daxil edilmişdir. Bu torpaqların qədim
sahibləri nə Arsaklı-türk sülaləsi, nə də
Sasani-Pers sülaləsi idi. N.Adonsun qeyd etdiyi tarixin 387-ci
ilində Roma və Persiya arasında gedən qanlı
döyüşlər Fəratın (Fratın) yuxarı
axarında yerləşən Artaksinin banisi olduğu 200 illik
"Arme çarlığı"na aid torpaqlar uğrunda
gedirdi. Ölkənin qədim yerli əhalisi Azərbaycan
türklərinin Anamayasında iştirak etmiş Mar
tayfaları idilər.
Deyilənlərdən
aydın olur ki, erməni kilsəsinin və onun tarixçi
varislərinin tarixin tanımadığı hay (armyan)
babalarını uydurma "armyan arsaklıları"
("erməni arşakuniləri") adı ilə Part
imperiyasının banisi Başbuğ Arsakın çar
sülaləsinə bağlamaları erməni xalqının
özü qədər saxtadır! Bu baxımdan
Manuk Abeqyanın adını çəkdiyi "Arsak
vadisi" iddiası ilə 1828-ci ildə rusların gətirib
Azərbaycan türklərinin torpaqlarına yerləşdirdikləri
yarıdilənçi babalarının Ön Qafqaz tarixini
süni şəkildə qədimlərə atır. O,
yazır: "Güman ki, ermənilər m.ö.V əsrdə
Taron istiqamətində Şimala hərəkət etmiş və
Arsak vadisinə gəlmişlər".
Etnokökü
bu günə kimi elmə məlum olmayan babalarının guya
Anadolu torpaqlarından m.ö. V əsrdə Ön Qafqazda
"Arsak vadisi"nə "gəlmələrini" iddia edərkən
"güman"dan başqa Manuk Abeqyanın əlində hər
hansı yazılı mötəbər mənbə, yaxud
arxeoloji, antropoloji və linqvistik maddi-mədəniyyət
nümunələri yoxdur, ola da bilməz. Ancaq erməni alimi
gözəl bilirdi ki, rusların 1828-ci ildə beş
ölkədən toplayıb gətirdikləri yarıdilənçi
babalarının tarixini, əsassız torpaq iddiası ilə əlaqədar,
Azərbaycan türklərinin qədim Ön Qafqaz
torpaqlarına m.ö. V əsrdən bağlamağa
çalışır. Bu, erməni şizofreniyasıdır,
erməni alimlərinə kilsədən gələn əcdad
xəstəliyidir! Əgər bu iddia şizofreniya xəstəliyinin
nəticəsi olmasaydı, şübhəsiz, Manuk Abeqyan
xalqların tarixinə ayıq və sağlam ağılla
yanaşardı və o zaman başa düşərdi ki,
m.ö.V əsrdə tarix səhnəsində nə Part
imperiyasının banisi Başbuğ Arsak, nə də onun
Arsaklı çar sülaləsi var idi, nə də ki, Azərbaycan
türklərinin qədim coğrafi ərazisində
"Arsaklı vadisi" anlayışı.
Bütün
bu tarixi həqiqətlərə baxmayaraq,
işğalçı rus imperiyası XIX əsrin əvvəllərindən
başlayaraq, köçkün erməniləri "qədim
yerli əhali" etmək məqsədilə
"Türksüz Ön Qafqaz" ideoloji ölüm konveyeri
yaratdı. İmperiya Azərbaycan türklərinin
Ata tarixini zaman-zaman günahsız, havadarsız insanların
qanı ilə örtməyə, görünməz etməyə
çalışdı. Ancaq tarix tarixiliyində
qaldı!
Bu
baxımdan Kremlin daşnak-bolşevik ünsürlərinin
xüsusi göstərişi ilə "erməni
Dağlıq Qarabağı" tarixi yazmaq üçün
Qarabağa gəlmiş görkəmli alim
İ.Petruşevskinin rəhbərliyi altında geniş iş
aparan ekspedisiyanın rəyi maraqlıdır.
İ.Petruşevski
1930-cu ildə yazırdı ki, Dağlıq Qarabağın
ayrı-ayrı kəndlərində yaşayan erməni ailələrinin
babalarının bir qismi XVII əsrin II yarısından
başlayaraq, Cənubi Azərbaycanın Qaradağ
mahalından günəmuzd iş üçün zaman-zaman gəlib
yerləşmiş rəncbərlərdirlər. Onların ikinci qismi 1860-cı ildə rus
imperatorluğu tərəfindən yenə də Qaradağ
mahalından kütləvi köçürülüb gətirilmiş
və Qarabağda məskunlaşdırılmışdı.
N.Emin də hadisə ilə bağlı eyni fikirdədir. O,yazırdı:
"Qarabağ kəndlərinin xeyli hissəsinə Persid
Qaradağından,Türkiyədən və başqa yerlərdən
gətirilib yerləşdirilmiş köçkün ermənilər
idi." Bu da "ermənilərin Qarabağ kəndlərində
"nəslən sosial palentologiyasının olmaması”na gətirib
çıxarmışdı." N.Emin
"Qarabağın heç zaman erməni mədəniyyətinin
mərkəzinə çevrilməməsinin" səbəbini
də bu tarixi amildə görürdü.
Təsadüfi deyildir ki, erməni
arxeoloqu S.Ter-Avetisyan da Qarabağın qədim Albaniyanın
bir hissəsi olduğunu yazırdı. Maraqlıdır ki, o,
eyni zamanda, II Mitradatın inşa etdirdiyi Part (Partav/Bərdə)
şəhərini Albaniyanın mərkəzi olduğunu da
qeyd edirdi.
Erməni tarixçisi N.Adons da
qarşısında dayanan təkzibedilməz maddi
sübutlardan yan keçə bilmir, Dağlıq Qarabağ
tarixi ilə bağlı həqiqəti etiraf etməyə məcbur
olur: "Artsax həmişə erməni nüfuz dairəsindən
kənarda olmuşdur".
Tarix bu qədər aydın
olduğu halda, etnokökü bu günə kimi elmə məlum
olmayan, ümumtürk tarixinin 475 illik Part epoxasının
imperiya banisi şanlı babamız Başbuğ Arsakın
adını yaşadan "Arsak" toponiminin mənasını,
tarixi kökünü bilməyə-bilməyə cəfəng,
savadsız bəyanatlarla haray-həşir salan,
"klassik həyasızlar"a - erməni
başçılarına beynəlxalq ictimaiyyət demir ki,
Qarabağı qan çanağına çevirən
rusların işğal etdikləri qədim Oğuz türklərinin
torpaqlarına siz hansı haqla sahib
çıxırsınız? Demirlər və deməyəcəklər
də! Çünki güc xristiandadır, torpağı yağmalanan,
qanı axıdılan türkdür, müsəlmandır.
Ancaq unudurlar ki, qoca dünya çox imperiyalar yola
salmışdır. Buynuzsuz qoçun buynuzlu qoçdan
alacağı divanı unudanlar cahildirlər, nadandırlar! Son
nümunə Hitler faşist almaniyasının faciəli taleyi
hər kəsə tarixi nümunə olmalıdır!!!
"Arsak" toponimi ilə əlaqədar
qısaca dediklərimizə nəticə olaraq söyləyək
ki, rusların himayəsi altında babalarının Ön
Qafqazda "qədim yerli əhali" kimi qələmə
verməyə çalışan cahil və nadan erməni
tarixçilərinin əsassız iddialarını təkzib
edən tarixi dəlillər kifayət qədərdir.
Professor Əjdər Tağıoğlu
Səs.- 2020.- 4
mart.-S.10-11.