Virus epidemiyaları və
Azərbaycan - tarixdə və indi
Epidemiyalar və insanlar tarixdə
mövcüdatın ayrılmaz, bir-birini təqib edən və
bir-birini stimullaşdıran, yaşadan hissələridir.
Hazırda dünyanın birinci mövzusuna çevrilmiş
koronovirus epidemiyası dünya düzəninə hansı təsir
göstərir, planetin bir parçası olan Azərbaycanda
yaşayan vətəndaşımızın taleyi və
dünyada yaşayan azərbaycanlıların taleyi necə
olacaq sualları instiktiv özünümüdafiə, vətəndaş
birliyi və cəmiyyətin müdafiə olunması
psixologiyasından irəli gələrək ilk
düşündürücü suallardır. Çünki
epidemiyalara qarşı müdafiənin təşkili fərdi
hazırlıq və keyfiyyətlərlə deyil, cəmiyyətin
və toplumların şüurlu, elmi yanaşması və mənəvi-ruhi
iradəsi ilə birgə müdafiə və mübarizənin
təşkili ilə mümkündür.
Koronovirusdan öncə baş verən epidemiya və digər
kütləvi ölüm saçan vasitələrin tarixi və
coğrafiyasına qısa nəzər salarkən bir çox
maraqlı faktlar ortaya çıxır. Vəba
çox qədim tarixə malik bir xəstəlikdir. Vəba
haqqında e.ə. 5-ci əsr aid yazılar (sanskrit
dilində) aşkarlanmışdır. Tarix
boyunca çoxlu sayda vəba epidemiyası baş vermişdir.
Vəba epidemiyası, çox güman ki, ilk dəfə
Hindistan yarımadasında başlamışdır. Hələ e.ə. 5-ci əsrdə Qanq çayı
deltasında yaşayan insanlar vəba haqqında
yazmışdırlar. Xəstəlik ilk dəfə
1817-ci ildə Rusiyaya ticarət yolları ilə (həm quru, həm
də su vasitəsilə) yayılmışdır. Daha sonra vəba Avropanın digər hissələrinə,
Avropadan Şimali Amerikaya və bütün dünyaya
yayılmışdır.
Ötən
200 il ərzində 7 vəba pandemiyası
baş vermişdir. Ən sonuncusu İndoneziyada
1961-ci ildə başlamışdır. Xəstəlik
bir neçə dəfə ciddi şəkildə baş
qaldırmışdır. Xəstəlik
son zamanlarda 2010-cu ildə Haitidə baş verən zəlzələdən
sonra kəskin şəkildə baş
qaldırmışdır. 2010-cu ilin
oktyabrından 2015-ci ilin avqustuna qədər 700000-dən
çox haitili vəbaya yoluxmuş və 9000-dən çoxu
dünyasını dəyişmişdir. Xəstəliyin
baş qaldırmasına BMT-nin nepallı əsgərlər
yaşayan bazası səbəb olmuşdur. Əsgərlər insan tullantılarını bir
çox haitilinin suyundan içmək, yemək bişirmək
və çimmək üçün istifadə etdiyi Artibonit
çayına atmışdılar.Vəba 19-cu əsrdə
yayılmağa başlayandan bəri 10 milyonlarla insanın həyatına
son qoymuşdur. Sadəcə Rusiyada
1847-1851-ci illər arasında 1 milyondan çox insan vəbadan
dünyasını dəyişmişdir. Xəstəlik
1827-1835-ci illər arasında davam edən ikinci pandemiya
dövründə 150000 amerikalının həyatına son
qoymuşdur. Hindistanda 1900-1920-ci illər
arasında 8 milyondan çox insan vəbadan
dünyasını dəyişmişdir.1854-cü ildə ilk
dəfə Con Snou adlı ingilis həkim vəbaya çirkab
sularının səbəb olduğunu
aşkarlamışdır. Müasir
dövrdə Avropa və Şimali Amerika ölkələri su
təchizatlarını filterdən keçirir və xlor əlavə
edirlər. Bu səbəbdən vəba bu
ölkələrdə çox nadir hallarda baş verir. Dünyada hələ də çoxlu sayda insan vəbaya
yoluxur. 2010-cu ildən bəri aparılan hesablamalar
göstərir ki, hər il 3 milyondan 5 milyona qədər insan
vəbaya yoluxur və hər il 58000 və 130000 arası insan
bu xəstəlikdən vəfat edir. Müasir
dövrdə vəba pandemiya adlanır. Lakin
o, əsasən, inkişafda olan ölkələrdə,
xüsusilə, uşaqlar arasında geniş
yayılmışdır.
Maraqlıdır? Tarixdə virus epidemiyalarının
tarixi dövlətlərə təsiri necə olub?
Antoninus epidemiyası - Eramızın 165-180-ci ilində
rast gəlinib.
Roma İmperiyasında yaşayan şərq
ekspedisiyalarından qayıdan əsgərlərin
yaratdığı bir epidemiya xəstəliyi olan Antoninus vəbası
gündə 2 min insanın ölümünə səbəb
olan ilk məşhur vəba epidemiyasından biridir. Tədqiqatçılar xəstəliyin bir
çiçək və ya qızılca olduğundan
şübhələnsələr də, əsl səbəbi
qeyri-müəyyən olaraq qalır. Bu
epidemiya Roma İmperatorları Lusius Verus və Markus Aurelius
Antoninusun ölümünə səbəb olmuş, imperiya
ümumi əhalisinin 30 faizini itirmişdi.
Yustinian vəbası
- İmperator Justinian 541-ci ildə Konstantinopolda taxtda oturarkən,
Avropada başlayan bir epidemiya əvvəlcə Misirə, sonra
Fələstinə, Suriyaya və Anadoluya çatdı. Yustinian, Konstantinopola bütün
çıxışları bağlasa da, epidemiya şəhərə
hərbi hissələr tərəfindən gətirilən
materiallar arasında olan siçovullar vasitəsi ilə daxil
olmuşdu. Siçanların tükləri arasında
gizlənən bir millimetrdən az
"Xenopsylla" adlı bir böcək mədəsində
"Pasteurella pestie" adlı ölümcül vəba
bakteriyasını daşıyırdı. Bu
böcəklər uçaraq yaxınlıqdakı digər
siçanların tükləri arasında yerləşərək
qısa zaman ərzində çoxalmışdı. İnsan bədəninin istənilən nöqtəsinə
təmas edərək vəba mikrobunu ötürən böcəklərin
yoluxdurduğu insanların bir neçə gün ərzində
ölməsinə səbəb olmuşdu. Bir
həftə ərzində şəhərdə vəba
sürətlə yayılaraq və kütləvi ölümə
səbəb olmuşdu. Əvvəlcə gündə bir
neçə yüz insan ölürdüsə, sonradan
gündə 100 nəfərə yaxın insan həyatını
itirir və xəstəlik zaman keçdikcə
öz-özünə yox oldu, ancaq dövrün ən sıx
yaşadığı şəhərlərdən biri olan
Konstantinopol əhalisinin 40 faizini itirdi.
Qara vəba - 1346-cı il ilə
1353-cü il arasında yayılan Qara vəba
epidemiyasının 7 il yarım ərzində 200 milyona
yaxın insanın ölümünə səbəb olduğu
deyilir. Dəqiq sayları bilmək mümkün
olmasa da, bu illərdə xəstəlik üzündən
Avropa əhalisinin 30 ilə 60 faiz azaldığı bildirilir.
Amerikalı hindular arasında yayılan suçiçəyi-XV
əsrdə Amerika qitəsindəki yerli insanlarla təmasa girən
avropalı kəşfiyyatçılar burada yaşayan
insanlara özləri ilə birlikdə gətirdikləri
virusları yoluxdurdular. “Chickenpox” adlı virus Avropanın
üçdə bir hissəsini öldürmüşdü.
İmmunitetləri avropalılar kimi inkişaf
etməmiş və dərmanların
çatışmazlığı olan Amerikalılar
üçün heç bir şans yox idi. Milyonlarla insan, yerli əhalinin 90 faizi o dövrdə
bu virus nəticəsində ölüb və bu vəziyyət
avropalıların Amerika qitəsini müstəmləkə
etməsini çox asanlaşdırdı.
Kokoliztli
epidemiyası - Meksikada formalaşan bu epidemiya 1520-ci il ilə 1576-cı il arasında təxminən
15 milyon insanın ölümünə səbəb oldu. Xəstəliyə səbəb olan virusun
balıqlarda tapılan “salmonella” bakteriyasından qaynaqlandığı
düşünülür.
Yeddi fərqli
vəba epidemiyası - Sivilizasiya tariximizdə yeddi əsas vəba
epidemiyası olub, lakin bunlardan ən ölümcülü
1852-ci il ilə 1860-cı il arasında
olub. Virusun əsas səbəbi içməli
suyun çirklənməsi idi, ancaq üçüncü dəfə
epidemiya yayılana qədər səbəb başa
düşülməyib. Uzun müddət
insan nəcisi və tullantıları içmə və yemək
üçün istifadə olunan su mənbələrinə də
tökülüb. Bunun böyük bir fəlakətə
çevrildiyi yer o dövrdə Hindistan idi. 2011-ci ildən
edilən bir araşdırmaya görə, bu gün də
dünyanın çirkli çaylarından biri olan Qanq
çayının suyunun 100 mililitrində 1,1 milyard nəcisli
bakteriya var. Bu nisbət, yuyuna biləcəyiniz ən pis sudan
500 min dəfə daha çox çirklidir. Hindlilər
bu çayda çimməyin müqəddəs olduğuna
inanaraq gündəlik işlərində çay suyundan
maksimum istifadə edirlər. Bu səbəbdən,
vəba epidemiyası bu bölgədə geniş
yayılmış bir xəstəlik növüdür.
Üçüncü
vəba xəstəliyi -1855-ci il ilə 1859-cu il arasında
Çində başlayan və dünyaya yayılan virus təkcə
Çin və Hindistanda 12 milyon insanın ölümünə
səbəb olub. Bu epidemiya Yustinian və
Avropanın Qara vəbasından sonra “Üçüncü vəba”
adlandırılıb. Təsirləri bir əsr
davam edən epidemiya Amerika qitəsinə Uzaq Şərqdən
siçanlarla keçib. Əvvəlki
epidemiyalardan fərqli olaraq, tibb elmi bu xəstəliyin öyrənilməsinə
və müalicəvi dərmanların hazırlanmasına
imkan verib.
Birinci Dünya Müharibəsi zamanı yatalaq xəstəliyi
-1914-1918-ci illər arasında “Typhus” bakteriyasını
daşıyan bitlərin yaratdığı epidemiya müharibənin
yaratdığı daha bir dəhşət idi. Avropa və
Asiyada bu virus səbəbindən 25 milyon insan xəstələndi
və xüsusilə Sovet İttifaqı ölkələrində
təxminən 3 milyon insan öldü. Qərb
ölkələri epidemiyanın nədən
qaynaqlandığını başa düşdülər və
bitlərdən xilas olmaq üçün tədbirlər
görüldü. Şərq ölkələri
virusa qarşı daha gec tədbir gördülər və
buna görə dünyanın bu hissəsində daha çox
insan öldü.
1918-ci il
İspan Qripi pandemiyası - Birinci Dünya Müharibəsindən
sonrakı illərdə 500 milyon insan tərəfindən
yoluxmuş “H1N1” qrip virusu dünyada yüksək tempraturla
müşahidə edilməklə 50-100 milyon arasında
sağlam insanın ölümünə səbəb oldu. Bu rəqəm birinci və İkinci Dünya
Müharibələrində ölənlərin ümumi
sayından dəfələrlə çoxdur. Virusu digərlərindən fərqləndirən
şey, daxil olduğu bədənin immunitet sistemi nə qədər
güclü olsa, atəş daha yüksək olardı. İspan qripi tarixin ən böyük fəlakətlərindən
biri olaraq qeyd edilib.
1957-ci il Asiya qripi pandemiyası - Çində
başlayan virusun ördəklərdə formalaşaraq insana
keçən bir xəstəlik olduğu
düşünülür. Asiya qripi adlanan xəstəlik
təxminən 4 milyon insanın həyatına son qoyub. Elə eyni vaksinlə epidemiyanın
qarşısı alındı. Bir ildə
virus səbəbi ilə 40 milyon insan peyvənd edilib. Asiya qripi kütləvi peyvəndin əhəmiyyətini
və təsirini göstərən ən vacib nümunələrdən
birinə çevrildi.
QİÇS virusu - 20-ci əsrin ortalarında,
meymunlardan insanlara keçdiyi ehtimal olunan bu virusa ilk dəfə
1959-cu ildə Konqoda rast gəlinib. Ancaq onun diaqnozu və
adı yalnız 1980-ci illərdə elan edildi. Son 30 ildə 36 milyon insanın həyatına son
qoyan virusun müalicəsi üçün hələ bir həll
yolu yoxdur. Xəstəliyə yoluxduqdan
sonra ehtiyat tədbirləri görmək və ömür boyu
dərman müalicəsi tətbiq etmək lazımdır.
Ebola, donuz qripi, quş qripi
2000-ci ildən
bu günə qədər dünyada Ebola, "donuz qripi"
kimi də tanınan H1N1 virusu, SARS və MERS olmaqla dörd
böyük epidemiya yayılıb.Ümumdünya Səhiyyə
Təşkilatının məlumatına görə,
virusların səbəb olduğu xəstəliklərin bir
çoxunun özünəməxsus müalicəsi və ya
peyvəndi olmadığını nəzərə alsaq, ən
çox ölüm faktı "donuz qripi" və Ebola
virusundan baş verib. Bu günə qədər
28 638 insanda Ebola virusu aşkar edilib ki, onlardan 11 mini
ölüb.
H1N1 virusu isə son 50 ilin ən qorxunc epidemiyası hesab
olunur. Meksikada 2009-ci ilin mart ayında kütləvi
epidemiyaya çevrilən xəstəlik Amerika qitəsindən
sonra bütün dünyaya yayılıb. "Donuz
qripi" üçün nəzərdə tutulan peyvənd
hazırda ABŞ, İsveç və Macarıstanda istifadə
edilir.
SARS (şiddətli kəskin tənəffüs yolu
sindromu) ilk dəfə 2003-ci ilin fevral ayında Avropa,
Şimali Amerika və Asiyada müşahidə olunub. Virus qısa
müddətdə Honq-Konqdan sonra cografi regionlar üzrə 37
ölkədə yayılıb. 2002-2003-cü
illər arasında 8 422 nəfərdə bu xəstəliyə
rast gəlinib ki, onlardan 916-sı ölüb. Lakin 2004-ci
ildən bu yana dünyanın hər
hansı bir yerində SARS-Cov infeksiyasına rast gəlinməyib.
Yaxın Şərq respirator sindromu (MERS) ilk dəfə
2012-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanda
aşkar olunub.
Səhiyyə Nazirliyi ölkədə 186 nəfərə
MERS diaqnozu qoyulduğunu elan etmişdi. Son
üç ildə Səudiyyə Ərəbistanında MERS
virusuna yoluxan 950 nəfərdən 412-si ölüb.
Daha bir
epidemiya isə xalq arasında "quş qripi" kimi
tanınan A qrupuna aid virusdur. "Quş qripi"nə yoluxan 245 insan həyatını
itirib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının
(BEB) məlumatlarına əsasən İtaliya, Koreya
Respublikası, Konqo, İraq, İran, İngiltərə,
Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə
quşlar arasında “quş qripi” xəstəliyi qeydə
alınıb. ÜST-ün son məlumatına
görə, quş qripi yeni qeydə alınan ölkələr
Laos, ABŞ, Cənubi Afrika ölkələri və Səudiyyə
Ərəbistanıdır. Ən çox
quş qripi qeydə alınan ölkələr isə
Çin və Vyetnamdır". Azərbaycanda
quş qripi ilə bağlı hər hansı
narahatçılıq vəziyyət qeydə
alınmayıb. Son zamanlar mətbuatda
adı daha çox hallanan "Zika" virusuna ilk dəfə
1944-ci ildə meşədə yaşayan meymunlarda rast gəlinib.
Ötən il isə "Aedes aegypti"
adlı ağcaqanad növlərində rast gəlinib.
"Zika" virusunun yayıldığı Braziliyada oktyabr
ayından bu yana 3 500-den artıq körpəyə
"mikrosefal" diaqnozu qoyulub. Son olaraq Havay adalarında
yeni doğulmuş körpədə "Zika" virusu mənbəli
doğuş qüsuru aşkar edilib. Bu
virus beyin funksiyalarında pozuntulara səbəb olur. İndiyə qədər "Zika" virusuna yoluxan
51 uşaq ölüb.
Koronovirus
Çinin
Uhan şəhərindən başlayan virusa artıq 90932 nəfər
yoluxub(bu hər gün dəyişir). Çində bugünə olan statistikaya görə
2976 nəfər insan həyatını itirib. Dünyanın qalan ölkələrində isə
143 nəfər ölüb (bu hər gün artır). Bu virusdan 48174 nəfər sağalıb, 7098 nəfər
isə kritik vəziyyətdədir. Ümumdünya Səhiyyə
Təşkilatının 3 marta olan məlumatına
əsasən 76 ölkədə yayıldığı təsdiqlənən
koronovirus epidemiyasının martın ilk günlərinə
olan ölkələr üzrə statistikası belə
başlayır.
Son virusun
yayılma coğrafiyası və dünya təbliğat vasitələrindəki
təbliğat istiqamətlərinə diqqət edəndə
və bu prosesləri izləyərkən hazırki dünya
siyasəti ilə daha çox həmahəng səsləndiyi,
yaxud da bir az daha açıq desək
hazırki dünya savaşının bir komponenti olduğu qənaətinə
də gəlmək olar. Hazırki dünya
savaşında istifadə olunan texnologiyaların kompleks
müharibə üsullarında alovlu müharibə effekti
yalnız lokal epizodik məkan və periodlarda istifadə olunur.
Əsas müharibə isə informasiya,
informasiya texnologiyaları, iqtisadi sabotaj və iqtisadi
diversiyalar, psixoloji və kütlə psixologiyasının
istifadəsi (rəngli inqilablar seriyası), mənəvi-psixoloji
və bioloji planda və müstəvilərdə gedir. Lakin coğrafiya və geopolitik prizmadan baxanda təkcə
bu koronovirusun meydana gəlməsi deyil, eyni zamanda çox
güclü və nizamlı təbliğat işlərinin
aparıldığının şahidi oluruq.
Bugün dünyada koronovirusdan daha təhlükəli və
ölüm hallarına səbəb olan çoxlu faktlar var ki,
onlarla mübarizə bu qədər qorxunc təbliğ olunmur.
Dünyada
baş verən münaqişə və terror təşkilatlarının
idarə olunduğu müharibələrin sayı Oslo Sülh
Araşdırmaları İnsitutuunun (PRİO) sonuncu dəfə
2014-cü ildəki hesabatlarında 40 qaynar nöqtənin
olduğu qeyd olunurdu və Uppsala Universiteti (İsveç) ilə
birgə araşdırmaya görə isə II Dünya
müharibəsindən bugünə qədərki dövrdə
təxminən 256-dan çox sayda silahlı qarşıdurma məntəqələri
mövcud olub ki, bu müharibələrdə isə ölən
mülki əhalinin sayını dəqiq hesablamaq
mümkün deyil.
Amerikanın
Hərtərəfli Sülh Mərkəzi (CSP) 2017-ci il üçün təqdim etdiyi hesabatda 28
ölkənin birbaşa iştirak etdiyi 36 münaqişə
bölgəsinin hal-hazırda mövcudluğunu göstərir.
Buraya Koreya yarımadası, Hindistan, Pakistan, Əfqanıstan,
Liviya, Yəmən, Nigeriya, Fələstin, Suriya və s.
daxildir.
Dünya çapında avtomobil qəzalarının
statistikası, hətta ayrı-ayrı hadisələrin faciəvi
miqyası da heç də virus epidemiyalarından geri
qalmır. 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının
Xatirəsi günüdür. Birləşmiş
Millətlər Təşkilatının qərarı ilə
bu gün bütün dünyada qeyd edilir. Dünyada
avtomabil qəzalarında hər il 1,3
milyonadək insan dünyasını dəyişir. Bu göstəricinin 90 faizi yoxsul ölkələrin
payına düşür. 20-50 milyon nəfər
müxtəlif xəsarətlər alır, əlil olur. Qəza qurbanlarının sayı hətta müharibə,
təbii fəlakət və digər fövqaladə vəziyyətlərdə
ölən insanların sayından geri qalmır. Dünyada hər 24 saniyədə 1 nəfər avtoqəzadan
dünyasını dəyişir. Ölənlərin
4/1-dən çoxu piyadaların və velosipedçilərin
payına düşür. Dünyada baş verən
avtomobil qəzaları nəticəsində hər il 500 milyard dollaradək iqtisadi ziyan dəyir.
Avropada hər gün 350-yə yaxın adam YNH-lərində həlak
olur, ildə 2,3 milyon nəfər zədələnir
və ya əlil olur.
Statistikaya
görə dünyada qəzaların 1,7%-i
nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə
idarə olunması səbəbindən baş verir. 2019-cu il üzrə dünyada sərxoş vəziyyətdə
törədilən qəzalardan ölənlərin sayı 250
mindən çoxdur.
Amma heç də bu istiqamətdə insanların maariflənməsi
və dissiplinli olmasına yönəlik, sərxoş vəziyyətdə
avtomobil idarə edilməsi əleyhinə geniş təbliğat
işləri qurulmur.
Niyə?
Çünki həm qanlı toqquşmalar, həm
avtomobil qəzaları bugün daha çox insan
ölümünə səbəb olsa da, bu daha çox maddi və
material hadisədir, bunların mənəvi-psixoloji dəhşətini
yalnız daxilində olduğu zaman əsasən insan
özü hiss edir. Epidemiya isə gözlə
görünməz “şeytancıqlar”ın böyük bir
insanı daxildən parçalayıb məhv etdiyi
üçün insana psixoloji təsiri daha böyük olur.
Panika və psixolji-ruhi vəziyyətdə
insanları yönəltmək, kütlə psixologiyası nəzəriyyəsindən
istifadə etmək daha asandır. Buna
görə də bugün dünya təbliğat mərkəzləri
belə təşkilatlanmış şəkildə “qorxunc
virusla mübarizəyə” qalxmağa daha çox həvəslidirlər.
Əlbəttə istənilən epidemiyadan qorunmaq,
müdafiə olunmaq və ona qarşı mübarizə
aparmaq üçün cəmiyyət maarifləndirilməlidir,
önləyici tədbirlər görülməlidir, gigiyena və
təmizlik qaydalarına ciddi əməl olunmalıdır. Və hətta
zərurət yarandıqda bu tədbirlər məcburi və
inzibati qayadada həyata keçirilməlidir. Çünki qeyd olunduğu kimi epidemiya fərdi
deyil, kütləvi problemdir.
Heç şübhəsiz ki, Azərbaycanda tarixi və
müasir epidemiyalar barədə məlumatlar hər bir azərbaycanlının
ən çox ehtiyac hiss etdiyi məsələdir, xüsusən
indiki dövrdə. Maraqlıdır ki, Xəzəryani, Azərbaycan
və Qafqazın əsas hissəsində tarixən yaşayan
insanların adət-ənənəsi, yaşam tərzi,
inancları və təbii ekoloji mühit baxımından
epidemiyalar üçün çox da əlverişli
olmayıb. Yəni Allah-təalanın bizə bəxş
etdiyi gözəl təbiət, rəngarəng iqlim və bu
torpaqlarda yetişən nemətlərdən və sudan qidalanan insanların təbii immuniteti,
psixoloji, ruhi-mənəvi sağlamlığı
dünyanı lərzəyə gətirən virus, mikrob və
digər kütləvi epidemiyalara qarşı daha
dözümlü olmağa əsas verir. Tarixən
mərhəmət hissi ilə əhatə olunmuş Azərbaycan
xalqı epidemiya və kütləvi fəlakətlərə
qarşı nəinki birləşərək birgə
mübarizə aparmış, hətta humanitar köməyə
və yardıma da diqqət ayırmışdır.
Hacı Zeynalabdin Tağıyev
Pakistanı
necə Azərbaycana əbədi dost etdi?
Sirr deyil ki, Pakistan Azərbaycanın müstəqilliyini
tanıyan ilk dövlətlərdən biri olub. Ona görə
də bir çox insanlar Azərbaycan-Pakistan tərəfdaşlığının
1991-ci ildən sonra, yəni müstəqillik dövründə
formalaşdığını düşünür.
Qardaş ölkə ilə bu əlaqələrin əsasının
qoyulması Azərbaycan xalqının böyük oğlu,
tanınmış xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin adı ilə bağlıdır. Belə ki,
dahi şəxsiyyətin Pakistan xalqına etdiyi tarixi yardım
iki ölkə və xalq arasında qardaşlıq münasibəti
yaradıb. Belə ki, XX əsrin əvvəllərində
Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali
arasında kütləvi pandemiya yayılıb. İnsanlar bu ağır xəstəlikdən kutləvi
şəkildə dünyasını dəyiışirdi.
Həmin vaxt azərbaycanlı milyonçu
Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə
300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə
göndərir. Bununla da pandemiyanın
qarşısı alınır. Qədirbilən
Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən
sonra bu faktı tarix dərsliyinə daxil edirlər.
Beləliklə,
Pakistanda 1940-ci illərdən bu yana
doğulmuş şəxslərin hamısı Azərbaycanı
özlərinə doğma ölkə kimi tanıyır. Ona görə də bu gün də 200 milyonluq
Pakistan xalqı və dövləti Hacı Zeynalabdin Tagıyevin
ruhuna hörmətlə yanaşırlar. Qeyd
edək ki, Pakistan indiyə qədər Ermənistanı
suveren dövlət kimi tanımır və Dağlıq
Qarabağ probleminə münasibətdə Azərbaycanı dəstəkləyir.
Eyni zamanda indi də Azərbaycan tərəfindən
xeyriyyəçilik ənənələri qorunub saxlanılır.
Heydər Əliyev Fondunun xəttilə Pakistanda
zəlzələdən zərərçəkmiş məktəblər
təmir edilib və bir sıra humanitar aksiya həyata
keçirilib. Hazırda da dərin tarixi
olan dostluq münasibətləri yüksək səviyyədə
davam etdirilir.
Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatınının
məlumatına görə martın 3-ə olan məlumatda 3
nəfərin koronovirusa yoluxduğu ehtimalı ilə karantinə
alındığı göstərilir. Qonşu
ölkələrdə və regionda yayılmış
epidemiyadan sığortalanmaq çox çətindir.
Deməli, bu epidemiyanın ölkəmizdə də qeydə
alınması qaçılmazdır. Amma istər əvvəlki
virus epidemiyaları, istərsə də hazırki vəziyyəti
təhlil etdikdə bu epidemiyaların mənəvi-psixoloji zərbəsi
daha böyük olur nəinki özü.
Yeri gəlmişkən 2012-ci ilin dekabrın 21-i
dünyanın sonu olacaq kimi təbliğatla dünyada nə qədər
insanlarda əsəb, depressiya, psixoloji gərginlik
yaratdılar.
Axı bütün insanların əsəbləri
və intellekti heç də yüksək
hazırlıqlı vəziyyətdə deyil.
BƏS BUNLARI KİMLƏR EDİR?
Sualın bizim tərəfimizdən ən qısa
cavabı- Azərbaycan eləmir, deməkdir.
Azərbaycan
Dövlətinin maddi-texniki imkanı və ölkənin ən
qiymətli sərvəti olan vətəndaşının
sağlamlığını qorumaq üçün dünya
standartını tətbiq etmək əzmi var. Bizim vətəndaşların
qorxması üçün əsas yoxdur, amma qorunması
üçün ciddi əsaslar var. Sadəcə olaraq biz digər
xalqlardan fərqli olaraq yoluxan bacı-qardaşımızı
güllələyərək xilas olmaq mənəviyyatında
deyilik, biz, yoluxsa belə, kimsə qayğı ilə xəstənin
sağalmasına sonadək çalışan Azərbaycanlıyıq.
Bir məntiqə də diqqəti çəkmək istəyirik. Allah-təala
dünyanı yaratdıqdan sonra ilk insanlar olaraq Adəm və
Həvvanı yaradıb. Deməli
bütün insanlar bacı-qardaş, qohumdurlar və şeytan
onların düşməni olaraq axıra qədər məhv
etməyə çalışır və bugünədək
milyonlarla insanlar epidemiyalarda, müharibələrdə, təbii
fəlakətlərdə, qəzalarda və sairə kütləvi
şəkildə məhv olublar. Amma
dünya əhalisinin sayı 7 milyard yarımdan keçərək
artmışdır ki, azalmamışdır.
Deməli, narahat olmağa dəyməz. Həyatın
gözəl və mənalı olduğuna inanıb inamla
yaşamaq lazımdır.
Resurs Analitik İnformasiya Mərkəzi
Səs.- 2020.- 6 mart.- S.8-10.