Ermənilər qəddarlıqda faşistləri
keçiblər
Faşizm ideologiyasına görə, millətlər
aşağı və ali kateqoriyalara
bölünür. Özü
də bu cəmiyyətdə ali millətlərin digərləri üzərində
ağalıq etməsi nəzərdə tutulur.
Faşist ideoloqları öz
qarşılarına ağlagəlməz böyük
vəzifələr qoymuşlar. Məsələn, Mussolininin
Aralıq dənizi imperiyası, Hitlerin minillik “Böyük reyx” yaratmaq arzusu axırda onların fəlakətli məğlubiyyəti
ilə nəticələnmişdir. İkinci
Dünya müharibəsində faşizm məğlubiyyətə düçar olsa da, sonralar yenə də
dirçəldilmişdir. Bu
dirçəlmə neofaşizm (yeni faşizm) adını
almışdır. Bu gün
neofaşizm çox təhlükəlidir.
Bu da onunla bağlıdır ki, bir sıra ölkələrdə siyasi qüvvəyə çevrilməkdədir. Bədnam qonşumuz da Mussolini və Hitler kimi qarşısına “Böyük Ermənistan” yaratmağı baş məqsəd qoymuşlar. Xəyallarında “Böyük Ermənistan”ı reallaşdırmaq üçün dəridən-qabıqdan çıxan ermənilər bütün dünyaya sübut etmək istəyirlər ki, onların tarixi çox qədimdir. Hətta Ermənistanın sabiq prezidenti Serj Sarkisyan sərsəmliklə, guya ermənilərin səkkiz min illik dövlətçilik tarixi olduğunu qeyd edirdi. Bu qədər yalan, bu qədər həyasızlıq yalnız erməni millətinə xasdır.
Yazıçı Yemçuynikov yazır: “Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Başqa millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər”. Heç də təsadüfi deyil ki, xarici aləmə sıx-sıx səpələnmiş ermənilər türk dünyasına, xüsusilə də bizə qarşı mətbu orqanlarda məqalələr yazdırır, elə hey özlərini “əzabkeş” kimi təqdim edirlər. Burada Əmir Teymurun ermənilər haqqında dediyi bir fikir yada düşür: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər”. Xeyr, Əmir Teymur deyil, lənətlənəsi erməni faşizmidir. Son illərdə İrəvanda faşist Qaregin Njdeyə abidə qoyulması Azərbaycanda olduğu kimi, Rusiyada da böyük narazılığa səbəb olub. Kimdir Qaragen Njde? Qaregin Njde İkinci Dünya müharibəsində Hitler Almaniyası ilə əməkdaşlıq edib, hərbi əsir erməniləri öz tərəfinə çəkərək Almaniya tərəfində vuruşmağa çağırırdı. O, əsir ermənilər qarşısında dəfələrlə çıxış edir, onları SSRİ-yə qarşı mübarizəyə çağırıb: “Almaniya uğrunda ölən hər kəs Ermənistan uğrunda ölmüş olacaq”. Erməni legionu Njdenin başçılığı ilə 20 minə yaxın sovet insanının, əsasən dinc vətəndaşların qanını töküb. Bu cəllad Azərbaycanda minlərlə soydaşımızın günahsız qanını axıdıb, Zəngəzurda soyqırımı aparıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının yüksək səviyyəli Aşqabad görüşündə ciddi əsaslandırılmış açıqlaması bütün dünyanı erməni faşizminin mahiyyəti barədə məsuliyyətlə düşünməyə çağırışkimi səsləndi. Rusiya Federasiyası Şurasının sosial siyasət komitəsinin sədr müavini Lüdmila Kozlova da “Nezavisimaya qazeta”da geniş məqalə yazaraq faşist Njdeyə heykəl qoyulmasını pisləmiş, bunun BMT Baş Assambleyasının nasizm və neofaşizmin qəhrəmanlaşdırılması ilə bağlı müvafiq qətnaməsinə zidd olduğunu göstərmişdir. Rusiya Xarici İşlər Nazirliyi də o zaman etirazını bildirib. Bütün bunlara baxmayaraq, ermənilər böyük qardaşının iradlarını qulaqardına vuraraq, bir az da irəli gedərək Rusiyanın Vladimir şəhərinə Njde adının verilməsini təklif etmişlər. Bu azmış kimi, Bolqarıstanda da əli on minlərlə insanın qanına batmış faşistə heykəl qoymaq istəyirdilər. Terrorizm və faşizmin təbliği erməni xalqının və Ermənistan dövləinin milli ideologiyasının mahiyyətini əks etdirir. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut ingilisdilli “The İerusalem Post” qəzetində dərc edilmiş “Ermənistan terrorçuları tərifləməklə faşizmi dövlət siyasətinə çevirib” sərlövhəli məqaləsində yazırdı ki, doğrudanmı ermənilərin Njde kimi faşistlərdən başqa qəhrəmanı olmayıb? Ermənistanda faşizm ilə yanaşı, dövlət səviyyəsində terrorizmin qəhrəmanlaşdırılması siyasəti yürüdülür. Q.Çaxmaqlı yazır ki,ermənilər arasında “bəlkə Hitler də erməniymiş…“, deyənlər tapılır: “Hitler də ari irqdən gəlir, biz də. Demək bizim kökümüz eynidir”. Bilinən gerçək odur ki, Hitler erməni deyil, amma onun ideya fəaliyyəti ilə ermənilərin etdikləri arasında qəribə bir bənzərlik mövcuddur. Ermənilərin bu gün tətbiq etdikləri irqçilik siyasəti də almanların 20-30-cu illərdəki siyasi və hərbi doktrinasına bənzəyir. Şübhəsiz Hitler erməni deyildir, amma onu erməniləşdirmək istəyi ermənilərlə faşistlərin ortaq kimliyini ortaya qoyur. Bu isə danılmaz bir gerçəkdir ki, ermənilər faşistlərlə əməkdaşlıq etmişlər. Ermənilər faşistlərlə əməkdaşlıq etmiş adamları təqdir edir, onlara heykəllərqoyur, barələrində film çəkir, adlarına küçə verirlər. Demək, faşizm erməni düşüncə sisteminə görə müsbət bir ideoloji hərəkatdır.
“Berlində Erməni İnqilabi Federasiyası- Daşnaksütyunun rəhbərlərinin bəziləri Abeğyanın sədrliyi ilə "Erməni Milli Şurası" yaradarkən də onu müsbət bir ideoloji kimi qiymətləndirmişdilər. Şura üzvləri Artaşes Gyulxandanyan (sədr müavini), Harutyun Baqdasaryan (katib), Qaregin Njde, Drastamat Kanayan (Dro), Vahan Papazyan (Koms) və başqaları idilər. Şura Nazist Almaniyasının SSRİ-nin işğal olunmuş Şərq rayonları Nazirliyinin himayəsi altında fəaliyyət göstərirdi,onun əsas məqsədi Qafqazda alman hakimiyyətini təmin etmək idi. Bunu gerçəkləşdirmək üçün alman ordusu içərisində erməni legionunun təşkil edilməsi şərt olaraq ortaya qoyulmuşdu.Njde və Dro da bu legiona erməni əsirlərinin daxil edilməsini düşünmüşdülər. Bu iki keçmiş erməni komandan hərbi əsir düşərgələrini gəzir, erməni əsgər və zabitlərini xilas edib bu legiona daxil edirdilər. Ümumən 8-9 min əsgər topmamağa nail olmuşdular ki, 10 minlik bir erməni legionu qursunlar. Maraqlı idi ki, Reyxin üst təbəqəsində olan, Hitlerin sağ əli Herman Gerinq özünün “Yaşıl qovluq”unda faşist generallara bu işi reallaşdırmaq təlimatı vermişdi. Bu o demək idi ki, Hitlerin özünün bu işdən xəbəri vardı. Hitler demişdi: "Qafqazın yerliləri (gürcülər, ermənilər, tatarlar, və s.) və ruslar arasında olan düşmənçilikdən bizim maraqlarımızın xeyrinə istifadə olunmalıdır".
1994 cü ildə Rusiya Federasiyasında nəşr olunan "Moskovski Komsomoles" adlı qəzetin 29 noyabr tarixli nömrəsindəki "Neftyanoy sindrom" məqaləsində Qarabağ müharibəsində ermənilər tərəfdən döyüşmüş rus əsgərinin dedikləri yazılmişdı: "Ermənilərin əlində Azərbaycanlı əsirlər var. Lakin onlar artıq yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ermənilər buz üstə çıxarırlar. Başlarından soyuq su tökür, başlarında şüşə butulka sındırıb qarın içində sürüyüb sonra yenidən onları kameraya salırlar. Əsil işgəncə də bundan sonra başlayır. Əsirlərin barmaqlarını qapı arasına qoyub qırırlar. Dırnaqlarını kəlbətinlə çəkirlər, rezin dəyənəklə döyürlər. Əsirlərin çoxu bu işgəncələrdən dəli olub ölürlər. Ananı körpə balasının qanında boğurdular.Biz növbəti kəndi işğal edəndə bir erməni Azərbaycanlı körpə uşağın ayaqlarından tutub onu neçə ikiyə böldüyünü gördüm. Sonra o uşağın bədənin bir parçasıyla uşağın anasının başına , sifətinə o qədər döydü ki , balasının al qanına qərq olmuş qadın dəli olub qışqıraraq gülməyə başladı".
Fransalı senator, Senatın xarici işlər üzrə komitəsinin sədr müavini Natali Qule deyib: ”Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləmək və bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək lazımdır".
O qeyd edib ki, dinc sakinlər arasında ölüm halları bir çox münaqişələr zamanı hər gün qeydə alınır: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də onlardan biridir. Bu, artıq dözülməzdir. Sülh prosesini başlamaq və atəşkəs rejiminin saxlanması üçün beynəlxalq qüvvələri cəlb etmək lazımdır. Dünya ictimaiyyəti bu məsələdə ciddi iradə nümayiş etdirməlidir. Bizə Cənubi Qafqazda növbəti müharibə lazım deyil”.
Bir çox beynəlxalq təşkilatın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını tanıdığını xatırladan N.Qule deyib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş ABŞ prezidenti Donald Tramp işğalın qurbanı olan Azərbaycanın tərəfində olmalıdır.
Vahid Ömərov
Fəlsəfə
üzrə fəlsəfə doktoru, dosent
Səs.- 2020.- 1 may.- S.15.