Azərbaycanın ərazi bütövlüyünü qorumaq hüququ

 

Tarixən Azərbaycan torpaqlarına göz dikən ermənilər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşamamış, bu ərazilərə sonradan və tədricən başqa ölkələrdən köçürülmüşlər. Dağlıq Qarabağda kompakt şəkildə yaşayan ermənilər dəfələrlə Ermənistana birləşmək barədə məsələ qaldırmış, hələ ötən əsrin 40-cı illərindən erməni lobbisinin başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yaradılmışdı. A.Mikoyanın və M.Suslovun təşəbbüsü ilə növbəti dəfə XX əsrin 50-ci illərindəDağlıq Qarabağın Ermənistana verilməsi məsələsi qaldırıldı, Ermənistanda antiazərbaycanlı təbliğatı yenidən qızışdırıldı.Lakin ölkədə 30-dan çox milli münaqişə ocağının olduğunu nəzərə alan sovet rəhbərliyi bu məsələnin arzuolunmaz nəticələr verə biləcəyini başa düşərək problemi Azərbaycanın xeyrinə həll etdi. XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycanlı hərəkat vüsət aldı.

Beləliklə, azərbaycanlıların daha da sıxışdırılmasına, Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) erməni millətçiliyinin açıq şəkildə kök salmasına təkan verildi.

Ermənilər 1977-ci ildə SSRİ Konstitusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı iddialar qaldırmışdı. Lakin Ulu öndər Heydər Əliyev ermənilərin bütün məkrli planlarının qarşısını almışdı. 1987-ci ilin sonlarından Yerevanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalar həyata keçirildi.Həmin ərəfədə artıq DQMV ərazisində separatçı “Krunk” təşkilatı yaradılmışdı və onun üzvləri 1988-ci ilin yanvar ayında yardım almaq üçün Moskvaya getmişdilər. Beləliklə, separatçılıq dalğasının başlanması üçün ideoloji-təbliğat işi böyük 5 vüsat alırdı. Ulu öndərin ittifaq rəhbərliyindən uzaqlaşdırılması problemin həllində Moskvanın birbaşa ermənipərəst mövqe tutacağını şərtləndirmişdi.Fevral ayından Xankəndidə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə mitinqlər başladı. 1988-ci ilin fevral ayından Ermənistanın Azərbaycan Respublikası ərazisinə qarşı təcavüzünə, azərbaycanlı əhalinin öz torpaqlarından deportasiyasına, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalınabaşlanmışdır.

1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” fərman verdi. Fərmana əsasən Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət statusu saxlanılmaqla, Moskvaya tabe olanxüsusi idarə forması yaradıldı. A.Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi vilayətin Azərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi.

1991-ci ilə qədər Dağlıq Qarabağda və eləcə də Ermənistanla həmsərhəd rayonlarda azərbaycanlılar yaşayan kəndləri işğal edən, qırğınlar, soyqırımlar törədən ermənilər SSRİ-nin dağılmasından sonra işğal planını yeni fazaya keçirdilər. Güclü himayəçilərə arxalanan ermənilər Dağlıq Qarabağı və ona bitişik 7 rayonu (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın) işğal etdilər. Beləliklə, Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan 25 ildir ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.

İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m²-dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 6 4366 sosial-mədəni obyekt, 695 tibb ocağı məhv edilmişdir. Årmənistan Råspublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qîrunması haqqında” Haaqa Kînvånsiyasının və “Mədəni sərvətlərin qåyri-qanuni dövriyyəsi haqqında” Paris Kînvånsiyasının müddəalarını kîbudcasına pîzaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Azərbaycanın civə, obsidan və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş ərazilərdə qalmışdır. Orada həmçinin 2 qoruq, 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana (kitab fondu 4,6 milyon nüsxə), 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır.

Belə ki, Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı Tarix Muzeyinin, Ağdamdakı Çörək Muzeyinin, Zəngilandakı Daş Abidələr Muzeyinin də aqibəti belə olmuşdur. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeydşərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. Minsk qrupu ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin martında Helsinkidə keçirilmiş görüşündə yaradılmışdır.Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş 7 Ştatları, Fransa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir. 1996-cı ilin dekabrından onun üçhəmsədri var - Rusiya, ABŞ və Fransa. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Bu günə kimi ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir. 1994-cü ildə (“Bişkek protokolu”) atəşkəs haqda sənəd imzalanmış, mayın 11-dən 12-nə keçən gecə atəşkəs rejimi qüvvəyə minmişdir.

Prezident İlham Əliyev: “Məsələnin həlli çox sadədir – erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki, qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır” deməklə həm problemin həlli yolunu, həm də prinsiplərini bir daha bəyan etdi. Atəşkəs elan edilməsinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini dəfələrlə pozmuşlar. Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi.

Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Nəticədə2 dinc sakin ölmüş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdir.Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə 8 Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirə salınmaz cavab tədbirləri həyata keçirilmiş,Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edilmişdir. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etmişdir. Məlumata görə hərbi əməliyyatlar zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilmiş, 320 döyüşçüsü öldürülmüş və 500-dən artıq döyüşçü yaralanmışdır. Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılmışdır. Razılaşma Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirmişlər.

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 9 Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılmışdır.

Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Bu gün əli silah tutan hər kəs vətən uğrunda döyüşməyə hazırdır. Son döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir.

 

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

 

Səs.- 2020.- 6 may.- S.15.