Azərbaycanda aparılan məhkəmə-hüquq

islahatlarının təməli Ümummilli Lider tərəfindən qoyulub

 

Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük AZƏRBAYCANLI, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Ümummilli Lider Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdar olmuşdur. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaran ölçüyəgəlməz irəliləyişə nail olmuşdur.

1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlər həyata keçirilməsi sayəsində insanlarda nəinki milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi, həmçinin onların ictimai fəallığının və işgüzarlığının yüksəlməsinə təkan verdi. Milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlməsi sosial-iqtisadi və mədəni həyatın bütün sahələrinin dirçəlişi üçün zəmin oldu. Bu, xalq ruhuna dərindən bələd olan respublika rəhbərinin təşəbbüskarlığının və uzaqgörənliyinin nəticəsi idi.

XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir.

Hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

Müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatlar içərisində ən mühümü məhz yaşamaq hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. 1993-cü ildə Heydər Əliyevin ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqi üzərində moratorium qoyulması oldu.

Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı milli müstəqillik əldə etdikdən sonra bir çox çətinliklərlə qarşılaşmışdı. O dövrdə ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi, insanların dinc və təhlükəsiz yaşamasını qəsdə məruz qoymuşdu.

Ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.

1994-cü il mayın 12-də atəşkəs barədə sazişin imzalanması ordu quruculuğunda köklü islahatlar aparılmasına şərait yaratdı. Orduya çağırışla tağlı bütün problemlər həllini tapdı, fərarilik halları aradan qalxdı. Dövlətçiliyi və hərbçi şərəfini uca tutan zabitlər rəhbər vəzifələrə irəli çəkildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.

Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı digər zəruri addımlar atıldı.

1993-cü il noyabrın 1-də Prezidentin müvafiq fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Şuranın ilk iclasında ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasına istiqamətləndirilmiş tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və ümummilli lider ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Nəticə etibarilə bu proses dünya təcrübəsinə və milli dəyərlər sisteminə əsaslanmaqla uğurla davam etdirildi. Qısa müddətdə atılan düşünülmüş addımlar öz bəhrəsini verdi - nizami ordu yaradıldı və formalaşmağa başladı.

1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu.

Qeyd olunduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da ölüm cəzası ləğv edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan prezidentimizin gələcək nəsillərə misilsiz töhfəsi oldu.

Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi həmin il, yəni, 1995-ci ilin noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə msan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar öz əksini tapmışdır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə xeyli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq islahatları komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən də bəhrələnmişdir. Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş iclasında ümummilli liderimiz Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq- miihajizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühiim əhəmiyyət kəsb edir. İndi qarşımızda Konstitusiya əsasında qanunların qəbul olunması kimi çox böyük vəzifələr var. Hər sahədə qanunlar qəbul edilməlidir. İndi mən vaxt deyə bilmərəm - bir il, iki il, - hər halda, müəyyən bir zaman ərzində nail olmalıyıq ki, bütün sahələr iizrə müstəqil Azərbaycan dövlətinin qanunları olsun”.

Heydər Əliyevin Hüquq islahatları komissiyasmdakı bu nitqi respublikamızda qanun yaradıcılığı sahəsində həyata keçirilən böyük işlərin proqram sənədi kimi mühüm əhəmiyyətə malikdir.

Hüquq islahatları sahəsində çox əhəmiyyətli sənədlərdən biri də Heydər Əliyevin 1996-cı il iyunun 8-də imzaladığı “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında” sərəncamdır. Bu sənədə əsasən, beynəlxalq standartlara uyğun “Konstitusiya Məhkəməsi hacımda”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında" qanun və digər hüquqi sənədlərin layihələri hazırlanıb Milli Məclisdə müzakirə edilmiş və müvafiq qaydada qəbul olunmuşdur.

Milli Məclisin bu günə qədər qəbui etdiyi hüquqi sənədlərin böyük bir hissəsi Heydər Əliyev tərəfindən parlamentin müzakirəsinə verilmiş qanun layihələri, konvensiyalar və sazişlərdir. Respublika parlamenti son illər ərzində bu istiqamətdə, yəni, hüquq islahatları sahəsində xeyli tarixi sənədlər qəbul etmişdir.

Ulu öndərin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı da hüqııq islahatları baxımından mühüm əhərrfiyyət kəsb edən tarixi sənədıərdəndir. Bu fərmanda ölkəmizdə insan hüquq və azadlıqlarının cəmiyyətimizdə əsas meyar olduğu xüsusilə vurğulanmış, icra strukturlarının vəzifələri müəyyən edilmişdir.

Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə ölkəmizin Avropa xalqları ailəsi ilə inteqrasiyasını gücləndirən normativ sənədlər də qəbul olunmuşdur. Parlament bu sahədə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanı, “İşgəncələrin və qeyri-insani və ya insan ləyaqətim alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyasını, “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasını təsdiq edən sənədləri, “Vətəndaşlıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunları qəbul etmişdir.

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması hüquq islahatları baxımından respublikamız qarşısında mühüm öhdəlik və vəzifələr qoymuşdu. Bu vəzifələrin yermə yetirilməsi sahəsində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, Prezidentin təşəbbüsü ilə Milli Məclisdə dövlət qulluğunu tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edilmişdir.

Hüquq islahatları sahəsində Milli Məclis Heydər Əliyevin təşəbbüsü ilə bır neçə konstitusiya qanunu da qəbul etmişdir. Bunlar “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” konstitusiya qanunlarından ibarətdir. Bütün bu sənədlər ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına necə böyük əhəmiyyət verildiyinin əyani təsdiqidir.

Heydər Əliyev ölkəmizdə aparılan hiiqıtq islahatları haqqında respublikamızın dövlət müstəqilliyinin onuncu ildönümünə həsr olunmuş təntənəli mərasimdə demişdir: “1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Həmin o il Azərbaycanın ilk Milli Məclisi seçildi. Baxmayaraq ki, 1995-ci ildə biz hələ ağır iqtisadi vəziyyətdə yaşayırdıq, ictimai-siyasi vəziyyət ardıcıl surətdə sabitləşdirildı. Bunların hamısı bizə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycana xarici investisiyanın cəlb edilməsini təmin etmək, Azərbaycanın ordusunu yaratmaq, onu möhkəmləndirmək və insanların rifah halını yaxşılaşdırmaq iiçiin imkanlar yaratdı. Hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi islahatları həyata keçirmək, siyasi islahatları həyata keçirmək, sosial islahatları həyata keçirmək məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemindən yeni sistemə keçirmək prosesini biz bu illərdə apardıq və buna da nail olmuşuq. Məhz bunların nəticəsində indi Azərbaycanda demokratik, lıiiqıtqi dövlət öz fəaliyyətini uğurla həyata keçirir. Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxıbdır".

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995- ci ildə ümumxalq referendumu ilə qəbul olunduqdan bir müddət sonra - 2002-ci ildə Azərbaycanın həmin dövrdəki inkişaf səviyyəsinə və perspektivlərinə uyğun olaraq keçirilmiş referendumda bir sıra mühüm məsələlər öz həllim tapmışdı, o cümlədən seçki prosesi ilə bağlı proporsiona seçki sistemi ləğv olunmuş, mojaritar seçki sisteminə keçirilmişdi.

Ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarının qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönəldilmiş yüzlərlə qanun layihəsi Heydər Əliyevin imzası ilə parlamentə təqdim edilmiş və qəbul olunmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları, o cümlədən Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, Cəzaların İcrası Məcəlləsi, “Torpaq islahatı haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında",Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və digər qanunlar Azərbaycanın demokratik yolla ardıcıl inkişafı üçün bütün hüquqi təminatları yaratmışdır.

Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş məhkəmə hüquq islahatları İlham Əliyevin prezident seçildiyi 2003-cü ildən ötən dövr ərzində daha da inkişaf etdirilmişdir. Bu inkişafı və artımı şərtləndirən, onun üçün zəmin yaradan və davamlılığını təmin edəcək hüquqi islahatlar da daim İlham Əliyevin islahatlar konsepsiyasının ayrılmaz hissəsi olmuşdur. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirəcək və onun davamlılığını təmin edəcək kompleks məhkəmə, inzibati-idarəçilik və kadr islahatları həyata keçirildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında müəyyən edilmiş əsaslarla qurulan məhkəmə sisteminin İlham Əliyevin prezidentliyi dövründə təkmilləşdirilməsi davam etdirildi. Azərbaycan ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə, 2002-ci ildə ədalət mühakiməsində daha yüksək standartları təmin etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququnu tanıyan Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etmişdi. Möhtərəm Prezident İlham Əliyev 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almalarını tövsiyə etdi. Həmin fərmandan sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox işləri Azərbaycan dilinə tərcümə olundu, hüquq-mühafizə orqanlarının əməkdaşları və ümumiyyətlə, bütün hüquqşünaslar tərəfindən geniş şəkildə öyrənilməyə başlandı.

İlkin hüquqi islahatlardan biri məhkəmə hakimiyyətində şəffaflığın artırılması idi. 2004-cü ildə “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişikliklə kassasiya və apelyasiya instansiyası məhkəmələrinin bütün qərarlarının elektron qaydada yayılması tələbi gətirildi. Bu istiqamətdə tədbirlər daim diqqətdə saxlanıldı və müasir informasiya texnologiyalarının tətbiq edilməsi ilə təkmilləşdirildi. 2014-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “Elektron məhkəmə” informasiya sistemi belə tədbirlərin əhəmiyyətli nümunələrindən biridir. Bu sistem məhkəmələrdə şəffaflığın artırılmasını, prosessual hərəkətlərin izlənilməsini, məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını, ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu və ümumi olaraq məhkəmələrin fəaliyyətində informasiya texnologiyalarının tətbiqim və səmərəliliyin artırılmasını təmin edir.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda mühüm hüquqi islahatlardan biri məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının yaradılması idi. 28 dekabr 2004-cü ildə “Məhkəmə-Hüquq Şurası haqqında” qanun qəbul edildi və 2005-ci ilin fevralından Məhkəmə-Hüquq Şurası fəaliyyətə başladı. Məhkəmə-Hüquq Şurasının yaradılması ilə hakimlərin fəaliyyətinə kənar müdaxilə olduqda, onların bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət imkanı da yaranmış oldu. Həmin qanunla həmçinin vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçkisini həyata keçirmək məqsədi ilə müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi formalaşdırıldı. Bununla da Azərbaycanda hakimlərin qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan şəffaf seçki proseduru yaradılmış oldu. Hakimlərin seçki proseduru ilə yanaşı, onların hüquqlarının müdafiəsi və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi məqsədilə 2004-cü ildə hakimlərin ictimai birliklər (assosiasiyalar) yaratmaq və birləşmək hüququ qanunla tanınmış oldu. Azərbaycanda fəaliyyət göstərən məhkəmə sistemində təkmilləşmə gedərək bir sıra ixtisaslaşmış məhkəmələr yaradılmışdır. Həyata keçirilən məhkəmə islahatları bu sahə üzrə qiymətləndirmələr aparan beynəlxalq qurumlar və Avropa təsisatları tərəfindən təqdirəlayiq hesab edilmişdir.

İqtisadi inkişafı dayanıqlı hala gətirmək məqsədilə həyata keçirilən mülki (vergi, sahibkarlıq və s. hüququ daxil olmaqla) hüquqi sahədə islahatlara paralel olaraq cinayət qanunvericiliyi də diqqətdə saxlanılmış və dövrün tələblərinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi iqtisadi fəaliyyət sahəsində inkişafın dinamikası ilə əlaqədar mütəmadi olaraq təkmilləşdirilmişdir. Keçən il İlham Əliyevin təşəbbüsü ilə cinayət qanunvericiliyində iqtisadi fəaliyyət sahəsini də əhatə edən köklü dəyişikliklər edilmişdir. Belə ki, Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixində cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamında iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminaüaşdırılması məsələsini xüsusi qeyd etmiş və bunun davamı olaraq 20 oktyabr 2017-ci ildə Milli Məclisə Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihəsi ilə Cinayət Məcəlləsinə iqtisadi fəaliyyət sahəsində bır sıra cinayətlərin dekriminallaşdırılması, bir sıra cinayətlərə görə müəyyən edilən cəzaların yüngülləşdirilməsi, zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetməni nəzərdə tutan yüzlərlə dəyişiklik edilmişdir.

Ölkə başçısının məhkəmə hüquq sisteminin islahatlarının dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il saylı fərmanı ilə məhkəmə islahatlarının yeni mərhələsini təşkil etməklə məhkəmə hakimiyyətinin daha da mphkmləndirilməsini və məhkəmə sisteminin əsaslı inkişafını təmin edəcəkdir.

 

Məhərrəm Allahverdiyev,

Bərdə rayon məhkəməsinin sədri

 

Səs.- 2020.- 8 may.- S.10-11.