İnsanın təhsil haqqı

 

Təhsil dedikdə əslində iki şəxs -öyrədən və öyrənən arasındakı fərdi təlim-tərbiyə prosesindən başlayaraq, beynəlxalq təhsil şəbəkəsinədək genişlənən çoxşaxəli və mürəkkəb bir sistemdən söhbət gedir. Valideyn-övlad, usta-şagird, müəllim-tələbə münasibətləri əsasən fərdi miqyaslı proseslərdir. Bu proseslər cəmiyyət miqyasında təşkilatlandıqda, müvafiq sosial struktur, infrastruktur və mühitlə tamamlandıqda fərqli bir mahiyyət kəsb edir. Amma miqyasından asılı olmayaraq, təhsil prosesinin mərkəzində həmişə konkret ləlim və tərbiyə prosedurları dayanır.

 

Təlim prosesi məqsədyönlü və qeyri-aşkar ola bilər Belə ki, uşaq ailədə məhz onun üçün nəzərdə tutulmayan söhbətləri dinləyir, hadisələrin şahidi olur. Bu zaman öyrənmə prosesinin subyekti uşaq özüdür. O, özü ətraf mühitdə nə görürsə, onu da götürür; həm də çox vaxt özü də bilmədən, qeyri-aşkar şəkildə. Əslində bu proses öyrətmə yox, öyrənmə prosesidir və təkcə uşaqlıq dövrünü deyil, insanın bütün həyatını əhatə edir. Bu proses ləlim və tərbiyəyə aid olmadığı kimi, özünütəlim və özünütərbiyəyə də aid deyil. Belə ki, sonuncuda subyekt insan özü olsa da bu, - məqsədyönlü, istiqamətli bir prosesdir. Onun öz metodikası, üsulları ola bilər və insan bu metodlardan şüurlu surətdə istifadə edə bilər. Bu mənada özünütəlim və özünütərbiyə də əslində təlim-tərbiyə prosesinin tərkib hissəsidir. Sadəcə olaraq, burada həm subyekt, həm də obyekt rolunu bir şəxs oynayır.

Qcyri-şüuri, kortəbii mənimsəmə prosesi isə əslində təbii inkişafın tərkib hissələrindən biridir. Söhbət hələ rüşeym halında ikən hər uşağa xas olan təbii inkişaf poteıısialnın rcalizasiya- sından gedir. Bu proses təkcə insana yox, bütün canlılara aiddir. Bitkimüvafiq enerji dəstəyi aldığı zaman toxumda olan potensialı reallaşdırır ki, bu da əslində onun təbii inkişafıdır. Heyvanlar da həmçinin; mstmktlə yanaşı duyğu üzvləri vasitəsi ilə əldə olunan informasiya heyvanı daha «təcrübəli» ediro öz mühiti daxilində hansı şəraitdə necə rəftar etməli olduğunu öyrənmiş olur. Lakin bu öyrənmə bitkilərdən fərqli olaraq iki komponentə ayrılır. Kortəbii mənimsəmə ilə yanaşı, bura valideynlərin öyrətməsi də daxildir.

Hər bir heyvan öz balası ilə məşq edirona müəyyən vərdişlər aşılayır. Yeri gəlmişkən. bu funksiyam insanlar - sirk ləlimçiləri yerinə yetirdikdə heyvan təbii şəraitdə ona lazım olduğundan daha çox hərəkət vərdişləri qazana bilir. Deməli, təlim-məşq anlayışı heyvanlara da tətbiq oluna bilər. Sadəcə olaraq bu proses biliklə vasiıələıımir və ancaq vərdişlə məhdudlaşır. İnsanlarda isə təbii potensialın realiza- siyası kortəbii öyrənmə və hərəkət vərdişlərinin mənimsənilməsi ilə yanaşı, həm də biliklərlə vasiıələnən məqsədyönlü öyrənmə və öyrətmə sayəsində həyata keçir.

Canlıların daha yüksək inkişaf pilləsi aşağı inkişaf təlimi təkcə öyrənmə ilə yox, həm də məşq vasitəsilə habelə, kortəbii mənimsəmə vasitəsilə həyata keçir.

Daha yüksək struktur pilləsi olan cəmiyyət səviyyəsində təlim və tərbiyənin yeni imkanları ortaya çıxır. Təhsil müəssisələri, məktəblər getdikcə daha geniş miqyasda yayılaraq əhalinin böyük əksəriyyətinin təlim-tərbiyəsini öz öhdəsinə götürür. Fərdi miqyasda müəllim-şagird münasibətlərindən fərqli olaraq məktəblərdə bu proses daha mütəşəkkil surətdə həyata keçirilir.

Məktəblər ləlimin əyaniliyini təmin etmək və səmərəliyini artırmaq üçün müvafiq maddi-texniki baza ilə təmin edilirs.

Tədris planlarının, proqramların və dərsliklərin hazırlanması isə elə böyük miqyaslı elmi tədqiqat işləri və araşdırmalar tələb edir ki, onu nəinki fərdi miqyasda, heç məktəb miqyasında da həyata keçirmək mümkün deyil. Bütövlükdə ölkənin təhsil siyasətini müəyyən elmək, təlim və tərbiyə sahəsində strateji proqramlar hazırlamaq üçün pedaqoji elmlərin inkişafına və alman nəticələrin, habelə qabaqcıl təcrübələrin bütün ölkə miqyasında yayılmasına ehtiyac yaranır.

Bu, olduqca böyük bir məsuliyyətdir. Ölkə miqyasında bu proseslər hər hansı bir təhsil müəssisəsi miqyasında həyata keçirilə bilməz. Vahid təhsil siyasətinə əsaslanan təhsil sistemi bütöv orqanizm kimidir. Bu orqanizmin səmərəli surətdə idarə olunması üçün bütün struktur səviyyələrində idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, təlim-tərbiyə prosesinin də modemləşdirilməsinə böyük ehtiyac vardır.

Lakin bu sahədə aparılan nəzəri tədqiqatlar bir şeydir, pedaqoji praktikanın mənimsədilməsi isə başqa bir şey. Müəllimlər pedaqogika nəzəriyyəçiləri deyil; onlar pedaqoji praktikanı təmsil edirlər. Ona görə də, bizcə, pedaqogika üzrə dərsliklər daha çox dərəcədə müəllimin əməli fəaliyyətinə xidmət etməlidir.

Milli təhsil sistemi hər bir ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişaf səviyyəsinə uyğundur.

Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib

Qərarda qeyd olunub ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar aliorta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:

- ünvanlı dövlət sosial yardımı alanlar;

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər;

- işsiz kimi qeydiyyatda olanlar;

- yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar.

- Bu Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilsin.

- Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alansosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etsin.

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələri 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirləri həyata keçirsinlər.

- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində “Elektron hökumət” portalı vasitəsilə bu Qərarın 4-cü hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etsin.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin etsin.

 

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

 

Səs.- 2020.- 9 may.- S.16.