Ermənilər gürcülərin də mənəvi

mədəniyyətini oğurlayırlar

 

Cənubi Qafqazın gəlmə ünsürlərindən olan ermənilər Gürcüstana XIX əsrdə köçmələrinə baxmayaraq, gürcülərin tarixlərinə, kilsələrinə, mədəniyyətlərinə, ərazilərinə şərik çıxırlar. Görkəmli gürcü ziyalısı XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində yaşayıb-yaratmış, “millətin atası” hesab olunan knyaz İlya Çavçavadze 1902-ci ildə Tiflisdə nəşr etdirdiyi “Erməni alimləri və ağlayan daşlar” əsərində hələ XIX əsrdə erməni yalanlarının bütün Rusiya, Avropa, Qafqazdaayaq tutub yeridiyin”dən, onların əsassız “Böyük Ermənistan” iddialarından bəhs edir: “İş ondadır ki, onlar (ermənilər) sözlə, qələmlə bütün dünyaya bəyan edib, and içirlər ki, guya əsrlər boyu Qafqaz sıra dağlarından Fərat və Dəclə çaylarının mənsəbinədək Ermənistan adlanan ölkə olmuşdur. Onlar həmin yerləri Samxetiya, daha doğrusu somex-haykanların (ermənilərin) ölkəsi adlandırlar”.

 

İ.Çavçavadze yazırdı ki, ermənilər gürcülərə yuxardan baxır, onları rusvay edir, bu xalqı milli ləyaqətdən məhrum etməyə, bir millət kimi Yer üzündən silməyə çalışırdılar.

Ermənilər “bizim bütün tariximizi, salnamələrimizi, tarixi abidələrimizi, qanla qazandığımız hər şeyi, xristianlıq qarşısında xidmətlərimizi, bizə məxsus olan hər nə varsa hamısını, bizim tarixi sərvətlərimizi məhv edir, müxtəlif yalan yollarla öz adlarına çıxırlar”.

Ermənilər saxta tarixyaradaraqguya qədim dövrlərdən Cənubi Qafqazda yalnız erməni millətinin mövcud olduğunu, burada gələcəyin yalnız onlara məxsus olduğunu bütün dünyayasübut etməyə” cəhd edirlər. Onlar özlərinin fiziki və mənəvi güclərini guya saxta tarixlə “təsdiq etmişlər”.

İ.Çavçavadze gürcülərin mənəvi və fiziki mövcudluğunu inkar edən, özündən razı ermənilərə qarşı çıxaraq yazırdı: “Bu erməni qrupunun maskalarını yırtmaq vaxtıdır. O ermənilərin ki, istisnasız olaraq biz gürcülər haqqında saysız-hesabsız dedi-qodular, yalanlar yayırlar”. Ermənipərəst rus yazıçısı “Baron Brambeys” təxəllüslü Senkovski hələ 1838-cu ildə yazırdı: “VI Vaxtanqa qədər gürcülərin salnamələri yox idi, hətta gürcülərin özləri XII əsrədək mövcud olmamışlar. İverlər adı altında müxtəlif dağlıq tayfaları məlum idi Kür çayının arxasında indi Tiflisin yerləşdiyi ərazilər və Gürcüstanın böyük hissəsi əsrlər boyu ermənilərə məxsus idi. Burada ermənilər, midiyalılar, massagetlər və ya türklər, albanlar məskunlaşmşdılar”.

İ.Çavçavadze Senkovskinin Tiflisdaxil olmaqla Gürcüstanın böyük bir hissəsinin ermənilərə məxsus olduğu fikrini alt-üst edir. Senkovskinin bu mülahizələrinin “erməni alimlərindən” gəldiyini, onların Gürcüstanın ancaq pis tərəflərini gördüklərini, gürcülərdən daha çox şey qoparıb mənimsədiklərini sübut edir. Gürcü müəllifi erməni yazıçıları Eminov, XuabaşovYeritsovun yuxarı Kartalinyaya daxil olan Çorox, Samsxe-Slatabaqonu heç vaxt mövcud olmayan xəyali “Böyük Ermənistan”a daxil etdiklərini bildirir. Lakin İ.Çavçavadze həmin bölgələrdə gürcü toponimlərinin mövcudluğunu, “bu yerlərdə gürcülərin yaşadıqlarını VII-VIII əsrlərdən XIV əsrlərədək məbədlər, monostrlar tiktiklərini, indi də onların mövcud olduğunu” göstərir. Ermənilər o vaxtdan indiyədək gürcülərin məbədlərini, monastrlarını, kilsələrini mənimsəyirlər. XIX əsrdə İran və Türkiyədən Cənubi Qafqazın aborigen əhalisinin-azərbaycanlıların və gürcülərin əsrlər boyu məskunlaşdıqları Azərbaycana və Gürcüstana köçürülən ermənilər çox keçmədən yerləşdikləri ərazilərə əsassız iddialar irəli sürdülər. İ.K.Kanadsev yazır: “Məlum olduğu kimi, ermənilər Türkiyə və İran ərazilərindən müxtəlif vaxtlarda Gürcüstana köçürülmüşlər... Gürcülər xristianlara xas olan xeyirxahlıq və ürəklə onları qəbul edib öz torpaqlarınzda məskunlaşdırmışlar”.

Ermənilər sələmçiliklə, aldatma və fırıldaqçılıqla onlara yurd-yuva vermiş gürcülərə vicdansızlıqla kələk gəlməklə çoxlu var-dövlət sahibi oldular. Buna görə təsadüfi deyildir ki, Vaxtanqın qanunlarında belə ifadələrə rast gəlmək olur: “Lakin yunanlaralçaq ermənilər arasında tənələr də əsaslıdır”. Var-dövlət, kapital əldə edən ermənilər Tiflisdə binaları ələ keçirməyə başladılar. Sənədlərin birində yazılır: “Beləliklə, ermənilərin əllərinə çoxlu binalar keçdi. Hələ Zadəgan küçəsi və Qolovinski prospektindəki binaların, ümumiyyətlə, Tiflisdəki ən yaxşı küçələrdəki evlərin hamısı gürcülərə məxsus olduğu halda, indi onlar ermənilərin mülklərinə çevrilirdi.” Ermənilərin məqsədlərinə çatmaq üçün istifadə etdikləri əsas vasitələr saxtakarlıq, yalan və aldatmadır. Onlar Gürcüstandakı abidələrdən, məbədlərdən kilsələrdən gürcü izlərini, gürcü yazılarını silərək “erməniləşdir-mişlər”.Digər bir üsul gürcülərdən bəhs edən qədim salnamələrin məhv edilmə-sidir. OnlarKartlis-Sxobrebakimi gürcü tarixi mənbəyini məhv etmək istəmişlər, onu “erməni xronikası” kimi təqdim etmişlər. Erməni “alimləri” və ermənipərəst Qərb və rus “professorları” Strabonun hələ qədimdən gürcülərin Cənubi Qafqazda məskunlaşmalarından bəhs edən əsərləri, Pəhləvi sanskrit dilində yazılmış “Vus-Raxianikimi qədim salnamələri, XI-XII əsrlərdə Qurucu David və Tamaranın hakimiyyəti illərində Gürcüstanın çiçəkləndiyini “görmürlər”.

İ.Çavçavadze qeyd edir ki, təəssüf ki, professor Patkanov kimi ermənipərəst “tədqiqatçılar” “Vepsis-Tkaosani” ilə tanış olmadıqlarını bəyan etməklə birtərəfli qaydada gürcü tarixinin qədimliyini şübhə altına almağa cəhd edirlər. İ.Çavçavadze bununla bağlı olaraq yazır:Halbuki Jan Sen-Marten, Vibien-de-Sen Marten, Dübua de Monpere kimi məşhur, görkəmli alimlər aydın bir şəkildə bildirirlər ki, gürcü tarixi salnamələri yalnız Qafqazın deyil, Asiyanın tarixi üçün də mənbə kimi diqqəti cəlb edir”.

Gürcülərin bu yerlərin qədim sakinləri olduqları barədə tanınmış alimlərin fikirlərini saxta erməni “tədqiqatçı”ları inkar edirlər. İ.Çavçavadze ermənilərin Avropa qəzetlərinə Gürcüstandavarsa hər şeyin, hətta Gürcüstanın qədim şəhəri Tiflisin də erməni şəhəri olduğu haqqında yalan məlumatıarı ötürdüklərini göstərir. Gürcü yazıçısı yazır ki, fransız “Temps” qəzetinin Gürcüstana ezam olunmuş Kutuli adlı müxbiri ilə Vladiqafqazda görüşən Şuşalı artilleriya zabiti olan bir erməni onu Tiflisə gətirir. Çox ehtimal ki, yolda onun müxbirə nələri, hansı yalanları danışdıqları heç kəsə məlum deyildir. Zabit onuMşak” qəzetinin mərhum redaktoru Artsurinin yanına gətirir. Kutuli onuliberal partiyalardan birinin başçılarından biri, erməni müqəddəs yazılarını patriarxın özündən yaxşı bilən bir şəxs kimi” səciyyələndirirdi. Artsurini Kutulini Tiflis şəhər dumasına aparır, onakiçik parlament üzvlərini” “nazirkimi təqdim edir, bütün erməni kilsələrini gəzdirir, sonra isə bu xarici qonağı erməni məktəblərilə tanış edir. Artsuruni onu erməni ziyalı dairəsinə də, məbəd mərasiminə də aparır. Fransız qonaq heyran qalır: burada hər şey ermənilərindir: “parlament” erməninindir, kilsələr, bayramlar, filosoflar, yeməklər erməninindir, bir sözlə, Tiflisdə hər şey erməninindir. Aydındır ki, bura Ermənistandır, Tiflis də Ermənistan şəhəridir.

Beləliklə, ermənilər Avropa müxbirini inandırırdılar ki, Tiflisdaxil olmaqla Gürcüstan- Ermənistandır. Bu xəbər bütün dünyadaTempskimi nüfuzlu bir qəzet vasitəsilə yayıldı Kutuli “Cənubi Qafqazda dörd millətin-ermənilərin, gürcülərin, tatarların (azərbaycanlıların-V.Ö.) və rusların yaşadıqlarını göstərirdi. Onu inanmağa məcbur edirdilər ki, Tiflis-Ermənistandır, lakin təkcə Tiflis deyil, guya bütün Zaqafqaziya (Cənubi Qafqaz-V.Ö.) ermənilərə məxsusdur; onlar bu arzularını həyata keçirməyə çalışırdılar. Kutulinin erməni dostları onu Zaqafqaziyada - bütün Cənubi Qafqazda erməni millətinin üstünlüyündən yazmağı və bunu bütün Avropaya yaymağa məcbur edirdilər. Guya ticarət də, bütün sənətlər də, ictimai həyatın bütün sahələri də ermənilərin əllərindədir. Onlar həkim, vəkil, azad peşə sahibidirlər. Onların Tiflisdə öz məktəbləri, jurnalları, kiçik parlamentləri vardır. Hazırda (XIX əsr-XX əsrin əvvəlində-V.Ö.) onlardan çoxu hərbi xidməti yerinə yetirirlər. “Mədətov, Bebutov, Arqutinski, Loris-Məlikov, Lazerev, Alxazov, Ter-Qukasov - bu generallar guya rus ordusunu erməni millətinin nümayəndələri kimi təmsil və təmin edirdilər”.

Elm və incəsənət sahəsində “ad qazanmış” “məşhur ermənilər” əslində heç kəs tərəfindən tanınmırdılar. Şişirdilmiş, saxta məlumatlardan ruhlanan Kutuli belə bir peyğəmbərlik iddiasına düşür: “Qafqazın gələcəyi ermənilərə məxsusdur, qonşu gürcülər və tatarlara (azərbaycanlılara) isə erməniləşməkdən başqa bir şey qalmır”.

İ.Çavçavadze yazır ki, biz əminik ki, ağlı başında olan heç bir erməni belə düşünə bilməz. O, daha sonra qeyd edir: “Tutaq ki, Kutulinin peyğəmbərliyi özünü doğrultdu: gürcülər və tatarlar erməniləşdi, ermənilərin qullarına çevrildilər. Axı bu, 30 milyonluq erməni dövləti təşkil etmək üçün bir damla olacaq! Artsurini bu qədər təbəəni haradan yığmağı vəd etmişdi? Bu sualın cavabını mərhum “filosof” yəqin ki, özü ilə qəbirə apardı”.

Beləliklə, ermənilərin saxta məlumatları əsasında hələ XIX əsrdə Avropada belə təsəvvür yaranmışdı ki, Gürcüstanda, Tiflisdə xalqın fəxr edə, qürurlana biləcəyi heçyoxdur. Onlara erməni generalı Kişmişov da qoşulmuşdu. Hətta ölümün-dən sonra onun nəşr olunmuş əsəri ”Gürcüstan çarlığının son günləri” adlanırdı. Halbuki İ.Çavçavadzenin tarixi mənbələrə əsaslanaraq qeyd etdiyi kimi, Gürcüstanda İraklinin çarlığı zamanı parçalanmış Kartalaniya, Kaxeti, İmereti də birləşmək ərəfəsində idi. Hətta ermənilərin nisbətən daha çox cəmləşdiyi İrəvan bölgəsi (Azərbaycan ərazisi-Ö.V.) də ona vergi ödəyirdi. Doğrudur Ağa Məhəmməd şah Qacar Gürcüstan üzərində qələbə çaldıqdan sonra İraklinin hakimiyyəti bir qədər zəifləmişdi. Digər erməni müəllifi Q.A.YezovunBöyük Pyotrun erməni xalqı ilə əlaqələri” adlı əsərində də Gürcüstangürcü xalqı təhqir edilirdi. O, Gürcüstanı İranın xanlıqlarından birinin tərkib hissəsi hesab edirdi. Onun zəhərli, acı, saxta fikirlərlə dolu əsərində guya ermənilərin gürcüləri məhv olmaqdan qoruyanxilaskar” olduqları göstərilirdi. Bu əsərdə gürcülərə qarşı kobud, hiyləgər, qeyri-elmi yanaşmalar baş alıb gedirdi. Halbuki, məşhur Avropa səyyahları Şarden, eləcə də Bodenştedt öz əsərlərində Azərbaycan türklərini və gürcüləri ermənilərə nisbətən daha ləyaqətli, hörmətli, qonaqpərvər, igidqorxmaz, öz azadlıqları və müstəqillikləri uğrunda fədakar mübarizlər kimi səciyyələndirmişlər.

Bodenşdetd yazır ki: “Gürcülərin hamısı bu ölkədə mənəviyyatlı, saf, Qafqazın digər xalqları kimi qonaqpərvər, qılıncları kimi etibarlı, insanları müharibələrdə əsil cəngavərlər idilər....”.

XX əsrin əvvələrində Gürcüstanda yaşayan ermənilərin gürcülərə qarşı ideologiyası və təcrübəsi daha da gücləndi. Erməni şovinistləri gürcü mədəniyyyətinin, təhsilinin əleyhinə mübarizə aparırdılar, gürcü tarixini saxtalaşdırırdılar, öz rus həmkarları ilə birlikdə gürcü dilini təhqir və təhrif etməyə çalışırdılar. “Qaya” jurnalı 1912-ci ildəki altıncı sayında Acarıstanda xalqın təhsil-təlim vəziyyəti haqqında yazı dərc etdi. Ter-Qasparyans adlı bir erməni gürcü məktəblərində gürcü müəllimlərini azad edir və onların əvəzinə Qarabağ və İrəvan ermənilərini dəvət edirdi.

Gürcülərlə danışanda o, həmişə söhbətə bu sual ilə başlayırdı: “Hansı millətdənsən?”. Ter-Qasparyansın özbaşnalığı o qədər həddini aşdı idi ki, Qafqaz təhsil dairəsi qəyyumunun əmri ilə onu işdən azad etdilər. “Qaya” jurnalı sonda yazırdı: Gürcü xalqının təhsilində erməniləşmə - ancaq bu hiyləgər “vətənpərvərlər”in günahı idibiz dərindən əminik ki, “erməniləşmə” rus hakimiyyətinin vasitəsi kimi Qafqaz təhsil dairəsinin idarəsində mövcud deyildir”. Qoridə ermənilər Akakiya Seretelinin Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” mövzusuna aid mühazirəsini pis vəziyyətə salmağa çalışırdılar. Onlar açıq və ya gizli şəkildə gürcü dilinə qarşı mübarizə aparırdılar. Tiflisdə çıxan erməni mətbuatı açıq-aydın gürcülər əleyhinə təbliğat aparırdı. Gürcüstanda erməni şovinistləri Qafqaz qubernatoru Voronsov-Daşkovun dəstəyi ilə “öz milli işini təşkil edirdilər”.

1913-cü il oktyabrın 13-də Tiflisdə onlar erməni əlifbasının yaradıcısı Mesrop Maştotsun 1500 illik yubileyini təntənəli şəkildə qeyd etdilər. Vank kilsəsində kilsə xidmətinə erməni yepiskopu başçılıq edirdi. Kilsənin hasarları içində bütün Tiflis erməni-qriqoryan ruhaniləri katalikosa səylə dua edirdilər. Eyni gündə Nerses adına seminariya da açıldı. Yepiskop toplantını açdı və rus imperatoru II Nikolaya xeyir-dua dilədi. İştirakçılar ayağa qalxdılar və üç dəfə “erməni seminariyasının şagirdlərinin xorla ifa etdiyiAllah, çarı qoru” duasını dinlədilər.Qafqazda ermənipərəst siyasətin həyata keçirilməsində və tətbiqində çarın Qafqaz qubernatoru Voronsov-Daşkov öz həyat yoldaşı qrafinya Voronsova-Daşkova ilə birlikdə böyük rol oynamışdır. Ermənilər bütün xalqalrın tarixlərini, adət-ənənələrini, adlarını, soyadlarını oğurlayırlar. Əsrlər boyu erməni-lər kiçik Asiya, Qafqaz, o cümlədən Azərbaycan və Gürcü mədəniyyətlərini məhv etmiş, erməniləşdirmişlər. Öz cinayətlərini ört-basdır edərək bütün bəşəriyyəti aldadaraq ermənilərin bir çox nəsilləri iki məsələ üzərində səylərini birləşdirmişlər:

a) “bu regionun bütün tarixinin saxtalaşdırılması;

b) tarixin oğurlanması ilə yanaşı bu xalqların mənəvi dəyərlərinin, mədəniyyətlərinin mənimsənilməsi

Onlar gürcülərin iki ilahi əsərini birincisi - “Kartli Sxoverba”, ikincisi, “Mahnılar Mahnısı”nın İppolit şərhinin gürcü mətnini tərcümə edərək erməniləşdirmişlər.

 

VAHİD ÖMƏROV

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

 

Səs.- 2020.- 13 may.- S.15.