Ermənilər gürcülərin maddi

mədəniyyətini öğurlayırlar

 

Ermənilərin Qafqaza gəldikləri günə lənət yağdıran yerli ziyalılar onları Cənubi Qafqazda bütün qeyri-erməni xristian abidələrini məhv etdiklərini göstərir. Haylar, yunan, gürcü abidələrini məhv edərək onları erməniləşdirmişlər. “Gürcülərin tarixi-arxeoloji abidələrini onlar vicdansızcasına talayırlar, abidələrdən gürcü yazılarını silir, qədim boşalmış kilsələri zəbt edir... tarixi yalan uydurur, hər bir daşı gürcü çarlığından xəbər verən abidələrin qədim erməni abidəsi olduğunu göstərirlər”

Ermənilər gürcü şərablarını (“Saperavi”, “Sinandali”) ABŞ-da nümayiş etdirərək onları “erməni şərabı” kimi təqdim edirlər.

Ermənilər Axalkalakidəki Samsari Qumrurd kilsəsinin qədim erməni olduğunu iddia edirlər. Əslində bu kilsələr VII əsrdə tiklimiş qədim gürcü kilsəsidir. Onların üzərindəki yazılar nusxaxucuri (qədim gürcü əlifbasında yazılan) yazılarıdır. Gürcü tədqiqatçısı Qivi Qaprindaşvili bu abidələr haqqında “Gürcüstanın həyatı” (“Kartlis sxovreba”) əsərində məlumat verdiyini göstərir. Alim Cavaxetidə ermənilərinilərin gürcü abidələrinə təcavüzünü onların separatist meyillərilə əlaqələndirir. Gürcüstan Mədəniyyət Abidələrinin Mühafizəsi Nazirliyi ermənilərin gürcü abidələrinə təcavüzünün qarşısını almağın bir yolunu həmin abidələrin qeydiyyata alınması və pasportlaşmasında görür.

Şərqşünas gürcü alimi Bondo Arveladze 1995-ci ildə İrəvanda nəşr olunan “Gürcüstanda ermənil kilsələri” əsərinə cavab olaraq 1996-cı ildə “Gürcüstanda “erməni”, yoxsa gürcü kilsələri” adlı fundamental bir əsər yazdı. Əsərdə göstərilir ki, son vaxtlar erməni tədqiqatçıları Gürcüstanın tarixi torpaqlarına göz dikiblər. Hətta xaricdən gələn mütəxəsisləri belə özləri qəbul edir və Gürcüstan kilsələri haqqında “tədqiqatlarını” sırıyaraq gürcü kilsəsini “erməniləşdirmək” və ya “qriqoriyanlaşdırmağa” cəhd edirlər. B. Arveladze yazır: “Erməni elmlər doktoru R.Muradyan Gürcüstanın milli sərvəti sayılan Msxetadakı Çvari monastrlar kompleksinin məhz ermənilər tərəfindən inşa edildiyini iddia edərək, buradakı kürsü daşının üzərindəki yazıları Fransada nəşr etdiyi kitabda dəyişərək məhz ermənilərə məxsus olduğunu təsdiq etməyə çalışmışdır. Ancaq şükürlər olsun ki, xarici mütəxəsisslər bu saxtakarlığı tez başa düşmüş və Muradyanın bu “əməliyyat”ını əsrin saxtakarlığı kimi qiymətləndirmişlər.

Belə əməllərində R.Muradyan tək deyil, İrəvanda fəailiyyət göstərən “Ermənistan memarlıq tədqiqatları təşkilatı” da bu qəbildəndir. Bu təşkilat “Axalkalak” adlı erməni, rus və ingilis dilində buklet buraxaraq Axalkalakinin qədim erməni şəhəri olduğunu təsdiq etməyə çalışırlar. 1995-ci ildə cənab Samvel Karapetyan bu təşkilatın “ötürməsi” ilə 1995-ci ildə “Gürcüstanda erməni kilsələri” adlı kitab dərc etdirdi”

Gəlin, heç olmasa ermənilərin gürcü torpaqlarında məskunlaşmasının tarixinə nəzər salaq. Əlbəttə, ermənilər Türkiyədə türk xalqına etdiyi xəyanətdən sonra ölkəni tərk edib, Gürcüstan torpaqlarına tərəf üz tutdu. Bu miqrasiya prosesinə çar Rusiyası da dəstək verirdi. Erməni kilsəsinin inşasına gəlincə, deyə bilərik ki, Qərbi Gürcüstanda-İmereti və Sameqrelo-Kolxitidə erməni kilsələri yalnız XIX və XX əsrlərdə inşa olunmuşdur. S.Karapetyan Gürcüstandakı, ələlxüsus Axalkalaki nahiyyəsindəki toponimlərin erməni mənşəyi barədə də söhbət açsa, gətirdikləri dəlillərin saxta olmasına, əlbəttdə, heç bir əsas qalmır. Tarixə bir daha nəzər yetirək, A.Erisyan 1891-ci ildə “Novoye obozreniya” qəzetində Tiflis, Axalkalaki, Askuri, Loru, Duşeti, Siqnaxi, Ozurqeti və başqa şəhərində sakinlərin əksəriyyətinin erməni olduğunu sübut-dəlillərlə şərh etməyə çalışır. Ancaq tək Ozurqetinin timsalında götürsək, “somexi” sözünün erməni olduğunu o vaxtlar onlar bilmirdilər. Soruşmaq istərdik ki, Ozurqetidə məskunlaşan ermənilər indi haraya yox oldular? Bəlkə quriyalılar elə təsir qüvvəsinə və ya möcüzəyə malik idilər ki, buradakı erməniləri assimliyasiyaya uğratdılar? Bir sözlə, A.Erisyanın gözündə Gürcüstanda hər bir şey erməni “izi”nə malik imiş O da dünyasını dəyişdi, bir daha açıq qalmış suallara cavab tapa bilmədi.

Beləliklə, S.Karapetyan öz “əsəri”ndə R.Muradyana, o da öz növbəsində A.Erisyana istinad edir.

1885-ci ilin pravoslav idarəsinin yazıları Tiflisdəki, Mərkəzi Tarix Arxivində saxlanılırdı. 1965-ci ildə Gürcüstanın Mərkəzi İdarəsi həmin sənədləri, qanun pozuntusuna yol verərək, İrəvanın Mərkəzi Arxivinə təhvil vermişdir. Əlbəttdə, bu sənədlərin ermənilər tərəfindən ələ keçrilməsini, bizim məmurların millət qarşısında cinayət adlandırmaq olar.

Nəhayət, Eçmədzin emissarlarının Gürcüstana qarşı təzyiqləri həmişə olub, bu gün də davam edir. Bu gün də ilk erməni kilsəsinin nə vaxt tikildiyini demək çətindir. Ancaq gürcü və erməni kilsələrinin bir-birindən ayrılmasından sonra qarşı tərəf Tiflisdəki gürcü kilsələrinə də sahib çıxmağa çalışır. Əvvəla, ermənilər tarixən gürcü kilsələrinin ətrafında məskunlaşmağa cəhd göstərirlər. Burada öz ticarət əlaqələrini genişləndirir, habelə kilsənin bəzi əlamətlərinin dəyişdirilməsini də yaddan çıxarmayırlar. Nəticədə bir də görürsən gürcü tarixinə aid olan ornamentlər və yazılar itir, sonda kilsə üzərində erməni atributları peyda olur”.

B.Arveladze ermənilərin gürcü ələ keçrilməsi tarixinin XVII əsrə gedib çıxdığını bu abidələrdlə ermənilərin qanlı düşməni kimi rəftar etdiklərini göstərir. Alim göstərir ki, heç bir işğalçı gürcü abidələrini mənv etməməli, ermənilər isə həyasızcasına onları “erməniləşdirməyə” cəhd etmişdir.

1996-cı ildə Lev Ohanesovun “Doğma Tiflisin erməni kilsələri” adlı kitabında ermənilərin öz əməlləri gürcülərə aid edilirdi. Guya Gürcüstanda erməni kilsələri üzərində yazıları gürcülər silmişlər. B.Arveladze haqlı olaraq yazır: “Ancaq tarix çox gözəl bilir ki, ermənilər öz fəndlərini bizə sırımağa çalışırlar”.

Erməni saxta erməni alimləri öz yalanlarını “təsdiq etmək üçün” “qədim” saxta erməni mənbələrə istinad edirlər. Onlardan biri də guya hansısa erməni manax-alimin XIX əsrdə yazdığı “Böyuk Ermənistana səyahət” əsəridir. Şübhəsiz ki, bu “əsər” XIX əsrdə deyil, XX əsrdə İrəvanda yazılmışdır.

Ermənilər Şərqi və Cənubi Gürcüstanın “tarixi erməni torpağı” olması üçün dəridən- qabıqdan çıxır, bunu Qərb ölkələrinin bütün rəhbərlərinə çatdırırlar. Onlar Gürcüstandakı gürcü kilsələrinin “erməni mənşəli olmasını təsdiqləyən” xəritələr tətbiq edib bütün dünyaya yayayırlar.

“Gürcü kilsələrinin “erməniləşdirilməsi” prosesi əsasən bu cür baş verirdi. Əlbəttə, bu işdə Eçmiədzin kahinlərinin və emissarlarının rolunu inkar etmək olmaz. Adətən, varlı ermənilər müflisləşmiş gürcü knyazlarının torpaq və malikanələrini alırdılar. Sonradan knyazın torpaq sahəsində yerləşən gürcü kilsələrinə erməni kahinlərinin yerləşdirilməsinə nail olur və nəhayət, gürcü knyazının əmlak payına daxil olan kəndlərə erməni mənbəni qəbul etmələrini əmr edirdilər. Kəndlər isə yeni sahibkarın əmrinə tabe olmağa məcbur olurdu. Beləliklə, gürcülər qriqoryanlaşdırılır, habelə onlara məxsus provoslav kilsələri də ermənilərin, daha doğrusu Eçmiədzinin təsiri altına keçirdi.

Erməni alimləri Kvemo Kartli və Cavaxetiyada tarixi abidələrdən başqa, toponomlər, habelə qədim qəbirstanlıqlardakı yazılara istinadən deyirlər ki, bura qədim erməni torpaqlarıdır”.

İvane Qvaramidze yazır: “Ermənilər nəinki bizim müqəddəs kilsələrimizə soxulurlar, həmçinin qəbiristanlıqlarımızı, qədim yazılarımızı belə dağıdıb, yer üzündən yox edirlər. Türklər, müsəlmanlar bizim kilsələrə hörmət-izzətlə yanaşdıqları halda ermənilər bizə qarşı çox düşməncəsinə rəftar edirlər”.

Q.Boçoridze özünün “Samstxe-Saatabaqoya səyahət” adlı kitabında ürək ağrısı ilə yazır ki, kilsələrin pəncərələri belə dəyişdirilərək üzərində erməni yazıları müşahidə edilir. Sonradan buradan götürülmüş gürcü yazıları olan daşlar erməni məktəbinin tikilməsində istifadə olunmuşdur”.

Q.Boçoridze məktəbin isşasında istifadə olumuş daşın fotoşəklini çəkmək istəsə də, heç bir erməni ona köməklik göstərməmiş, hər bir vəchlə alimin işinə maneçilik törətmişlər. Sonradan gürcü kilsəsindən oğurlanmış daş lövhəni tapmaq mümkün olmadı. Ancaq Boçoridze pul gücünə daşı onların əllərindən alabildi. Da. lövhə bölgədən çıxarılaraq yaxın rayon olan Valeyə gətirildi. Daşın üzərindən kisəni çıxaranda nə görsələr yaxşıdır, gürcü yazısı tamamilə silinmiş və malalanmışdır ki, hərflər tam oxunmasın. Bu hadisənin timsalında ermənilərin “ənənəvi” saxtakarlığına nə ad qoymaq olar?. Əlbəttə, paxıllıq. Ermənilərin xəritə-arayışında Cavaxetidə 127 erməni kilsəsinin olmasına işarə edilir. Onların 40-nın 1800-ci ilə qədər tikilməsi nəzərə çatdırılır. Belə demək olar ki, 1800-1900-cu illərdə ermənilər bu bölgədə 87 kilsə inşa etmişdir?. Bir sözlə, ermənilər sən demə, hər il bir fundamental kilsə inşa edirlərmiş. Əgər bu gün müasir texnikanın gücündən istifadə etsək, yenə hər il bir kilsə tikmək mümkün deyil. Bəs onda kələfin ucu harada gizlədilib?

Ermənilərin gürcü müqəddəs məbədlərinə iddiasının əsasında, guya Gürcüstan ərazisində 650 erməni kilsəsinin olduğunu elmi tədqiqatları ilə araşdıran, erməni tarixini saxtalaşdıran Samvel Karapetyan durur. Ən maraqlısı da odur ki, Samvel Karapetyan heç bir əsası olmadan tamamilə yalan məlumatla Vardziya kilsəsini “Vardzunik” adlandıraraq “erməni” abidələri sırasına aid edir. Bu məbədləri ələ keçirmək üçün müxtəlif vasitələrə əl atırlar. Buna misal olaraq, Gürcüstanın cənubunda yerləşən məşhur Vardziya kilsə kompleksində Müqəddəs Məryəm ananın vəfatı ildönümü mərasimində törədilən yanğını göstərmək olar. Bu zaman liberal kütləvi informasiya vasitələri gürcü pravoslav kilsəsini “yanğın təhlükəsizliyi qaydalarına” əməl etmədiklərinə görə günahlandırmışdılar. Yanğın şam masasının üstünə kiminsə yanan şam qoyma-sından başlıyıb. Bu yanğın nəticəsində kilsə divarlarında onun gürcü mənşəli olduğunu sübut edən unikal freskalar yanğın tullantıları ilə (karbon monoksitlə) örtülərək ziyan görmüşdü. Buradan belə nəticə çıxarmaq olur ki, kimsə bunu bilərəkdən etmişdi. Maraqlısı da odur ki bu yanğında məhz kilsənin gürcü mənşəli olduğunu sübut edən təsvirlər yanmışdır. Buradan belə qənaətə gəlmək olur: bunu xüsusi məqsədlə təşkil ediblər ki, kilsənin gürcü mənşəli olduğunu sübut edən ən bariz nümunələri yox etsinlər.

 

VAHİD ÖMƏROV

Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

 

Səs.- 2020.- 14 may.- S.15.