Laçının işğalından 28
il ötür
1992-ci il mayın
17-də Ermənistan ordusu Şuşanın Turşsu kəndi
və Ermənistanın Gorus rayonu istiqamətindən
hücuma keçərək, Laçını işğal
edib. İşğal 18 mayda tam başa çatıb. Düz
27 il əvvəl törədilən işğalın acı
nəticələrini bu gün də yaşayırıq.
Laçının işğalı damarında azərbaycanlı
qanı dövr edən hər kəs üçün
çox ağırdır. Rayonun işğalını
reallaşdıran düşmən qüvvələrinin
böyük hissəsi Laçın dəhlizi vasitəsilə
daxil olub. Laçın işğal olunmamışdan bir
gün qabaq, Azərbaycanın dağınıq halda olan
silahlı dəstələrinin böyük əksəriyyəti
cəbhə bölgəsini tərk edib. Bu işğala səbəb
o vaxtkı iqtidarın və hakimiyyət uğrunda mübarizə
aparan antimilli qüvvələrin fəaliyyəti idi.
Laçının işğalı Dağlıq Qarabağla
Ermənistan arasında əlaqənin yaranmasına gətirib
çıxardı. İşğal nəticəsində 1835
kv. kilometrlik ərazi zəbt edildi, yüzlərlə maddi-mədəniyyət
nümunəsi erməni vandalizminə tuş gəldi.
Rayonun işğalı nəticəsində, 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Müharibə zamanı 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib. Bu statistik rəqəmlər Laçının erməni qəsbkarları tərəfindən necə zəbt olunmasını açıq-aydın göstərir. Bütün dünyanın və beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atırlar.
"LAÇINLILARIN EVLƏRİNDƏ İNDİ DÜŞMƏNLƏR YAŞAYIR"
Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir: "Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da, bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir". Prezident İlham Əliyev Laçın rayonunun bu vəziyyəti ilə barışmağın mümkün olmadığını bildirib.
"AZƏRBAYCANINƏRAZİBÜTÖVLÜYÜBƏRPAEDİLMƏLİDİR, BÜTÜN KÖÇKÜNLƏR ÖZ DOĞMA TORPAQLARINA QAYITMALIDIRLAR"
İndi Azərbaycan dünyada böyük nüfuz sahibi olan dövlət kimi tanınır. Azərbaycanın iqtisadi potensialı və hərbi gücü, onu deməyə əsas verir ki, işğal altında olan torpaqlarmızın azad olunacağı gün uzaqda deyil. Bu, qaçılmaz reallıqdır. "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar" deyən Prezidentin bu fikirləri Azərbaycan həqiqətlərinə söykənir: "Biz bu illər ərzində böyük dərəcədə güclənmişik. Biz güclü hərbi potensial yaratmışıq. Bundan sonra, növbəti illərdə Ermənistan ilə Azərbaycan arasındakı fərq ancaq böyüyəcəkdir. Bu fərq hər yerdə özünü göstərir - iqtisadiyyatda, ölkələrimizin siyasi çəkisində, beynəlxalq dəstəkdə, hərbi potensialda və eyni zamanda, demoqrafik göstəricilərdə".
Azərbaycan
danışıqlar prosesini hər zaman ardıcıl olaraq,
davam etdirir. Beynəlxalq təşkilatların qərarları
və qətnamələri Azərbaycanın haqlı
mövqeyini müdafiə etsə də, erməni lobbisi və
havadarları ermənilərə dəstək olurlar. Ermənistan
beynəlxalq təşkilatların, BMT-nin, onun Təhlükəsizlik
Şurasının qətnamələrini icra etməlidir.
"Beynəlxalq ictimaiyyət tələb etməlidir ki,
işğalçı qüvvələr işğal
edilmiş torpaqlardan çəkilsin, imkan versin və Azərbaycan
vətəndaşları o torpaqlara qayıtsınlar.
Çünki bütün dünya birliyi Azərbaycanın ərazi
bütövlüyünü tanıyır" deyən Cənab
İlham Əliyev dünya erməniliyinin və onların
arxasında dayanan anti-Azərbaycan qüvvələrinin fəaliyyəti
nəticəsində, bu məsələnin də,
dondurulmuş vəziyyətdə qaldığını bəyan
edir.
"BİZ
İSTƏNİLƏN YOLLA ÖZ ƏRAZİ
BÜTÖVLÜYÜMÜZÜ BƏRPA
EDƏCƏYİK"
Təbii
ki, işğal altında olan torpaqlarımız
işğalçılardan azad ediləndən sonra,
bütün torpaqlarda, o cümlədən, Laçında
yeni inkişaf dövrü yaşanılacaq. Buna Azərbaycanın
iqtisadi gücü çatar. Bu gün respublikamızın,
ümumilikdə, 59 rayon və şəhərində müvəqqəti
məskunlaşan 71,2 min laçınlıdan 13 mini Ağcabədi
rayonu Taxtakörpü ərazisində yerləşib. Məcburi
köçkünlər üçün burada yeni
yaşayış qəsəbələri, parklar
salınıb və Şəhidlər Kompleksi
ucaldılıb. Taxtakörpü ərazisində
Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi
üçün salınan qəsəbədə bütün
imkanlar yaradılsa da, dövlət
başçısının apardığı prinsipial və
ardıcıl siyasəti, birmənalı şəkildə,
müdafiə edən laçınlılar el-obalarına -
Laçına getmək arzusundadırlar. Ölkəmizin artan
beynəlxalq nüfuzu və hərbi qüdrəti onların dədə-baba
torpaqlarına tezliklə dönəcəklərinə əminlik
yaradıb. İyirmi yeddi illik məcburi
köçkünlük həyatı yaşamalarına
baxmayaraq, inanırlar ki, işğal altındakı
bütün ərazilərimiz düşmən
tapdağından azad ediləcək. Azərbaycan Prezidenti
İlham Əliyev işğal altında olan
torpaqlarımızın geri qaytarılacağını
çıxışlarında əminliklə qeyd edir:
"Bizim orduda xidmət edən gənclərimiz vətəni
ləyaqətlə qoruyurlar və düşmənə
çox güclü zərbələr vururlar. Belə də
olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti
bu məqsədə yönəlib. Cəmiyyətdə
müşahidə olunan həmrəylik, səfərbərlik
bizim qələbəmizi şərtləndirən amillərdən
biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən
yolla öz ərazi bütövlüyümüzü bərpa
edəcəyik".
"ORDU
QURUCULUĞU, MÜDAFİƏ POTENSİALININ
MÖHKƏMLƏNMƏSİ VƏ GÜCLÜ ORDUNUN
YARANMASI DÖVLƏT ÜÇÜN, HÖKUMƏT
ÜÇÜN VƏ HƏR BİR VƏTƏNDAŞ
ÜÇÜN BİR NÖMRƏLİ
VƏZİFƏDİR"
Erməni
faşistləri zəbt etdikləri torpaqlarımızı,
şəhərlərimizi, o cümlədən, doğma
Laçını sülh yolu ilə tərk etməsələr,
Azərbaycan xalqı və onun rəşadətli ordusu
düşməni məhv edərək, öz
torpaqlarını azad edəcəkdir. Bu gün Qafqazda ən
müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu, Hərbi-Hava
Qüvvələri və Hava Hücumundan Müdafiə, Hərbi-Dəniz
Donanması və Quru Qoşunlarından ibarətdir. Bu
qoşun növləri potensial rəqiblə qırıcı
və bombardmançı təyyarələrlə effektiv
mübarizə aparmaq gücündədir. MDB çərçivəsində
Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinə
malik ən güclü ölkələrdən sayılır.
Azərbaycan Prezidenti İlham Əliyevin "Bu gün Azərbaycan
Ordusunda olan texnika ən güclü ordulardan da geri
qalmır" fikrini ifadə etməsi, məhz bu gerçəkliklərdən
qaynaqlanır.
Peşəkarlıqla
yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənib.
Bu istiqamətdə, son illər ərzində, böyük
işlər görülüb. Son bir neçə il ərzində
Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye
Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri
bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi
olaraq, Vətənin müdafiəsinə daim hazır olan
yüksək nizam-intizama malik ordumuz var. Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "Ordu
quruculuğu, müdafiə potensialının möhkəmlənməsi
və güclü ordunun yaranması dövlət
üçün, hökumət üçün və hər
bir vətəndaş üçün bir nömrəli vəzifədir.
Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik".
ERMƏNİSTANIN,
ONUN İŞĞALÇILIQ SİYASƏTİNİN
HEÇ BİR PERSPEKTİVİ YOXDUR
Ölkəmizin
son illərdə dinamik inkişafı, silahlı qüvvələrin
büdcəsinin artması və nəticə etibarilə
ordumuzun güclənməsi ilə müşayiət
olunması Cənab Prezidentin öz vədinə sadiq
olduğunu bir daha təsdiq edir. Bəli, bu gün Azərbaycanın
güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu
qarşıda duran bütün vəzifələri həll etməyə
qadir olan bir ordudur və heç şübhəsiz ki, belə
gücə malik nizami ordu işğal altındakı
torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə
və üçrəngli bayrağımızı
Dağlıq Qarabağda dalğalandırmağa qadirdir. Bir mərkəzdən
idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb
elminin tələblərinə cavab verən Azərbaycan Ordusu
Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu və Prezident İlham Əliyevin uğurla davam
etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə
daha da möhkəmlənir və döyüş qabiliyyətini
artırır.
Zümrüd BAYRAMOVA
Səs.- 2020.- 16 may.- S.11.