Erməni tarixşünaslığında
Gürcüstan tarixinin
saxtalaşdırılması:
Guya Qafqazda təkcə
ermənilər yaşamışlar
Bir sıra onilliklər ərzində
erməni tarixşünaslığındakı erməni-gürcü
tarixi münasibətlərinin bəzi məsələləri
araşdırılaraq qərəzli şəkildə
işıqlandırılır. Erməni
katolikosu Yakov (1655-1680-ci illər) 1667-ci ildə öz arzusunu
gizlətmədən yazmışdır: “1658-ci ildə Şərqi
Gürcüstanın çarı Rostomdan (1634-1658-ci illər)
Kvemo (Aşağı) Kartlidəki Naxiduri kəndini verməsini
xahiş etdim”.
Ən
azı bir kəndi əldə etməyə və hər
hansı bir şəkildə gürcü torpağında erməni
kilsəsini təsdiqləməyə dair bu çoxdankı
arzu çox simptomatikdir. Bu baxımdan 1995-ci ildə həmin
Gürcüstanda S. Karapetyan adlı professorun İrəvanda nəşr
etdirdiyi xəritə-məlumat kitabçasında necə 650
erməni kilsəsini saydığını (lakin hansı məlumatlar
əsasında bu qənaətə gəldiyi bilinmir) təsəvvür
edirəm.
Ancaq
bu cərəyan təkcə erməni kilsəsi
üçün səciyyəvi deyildir: belə ki,
bütövlükdə erməni
tarixşünaslığı da ayrı-ayrı kilsələr
və monastırlardan əlavə, Gürcüstanın
bütün ərazilərinin Ermənistana aid olduğunu
düşünür.
Buna
bənzər bir ənənə, gürcüləri (iberlər)
ümumiyyətlə Qafqazın yerli əhalisi hesab etməyən,
erməni tarixşünaslığının atası Movses
Xorenatsidən (5-ci əsr) irəli gəlir. Bundan əlavə,
onun fikrincə, bir növ quqarların “böyük, qüdrətli
qəbilə”si tərəfindən işğal olunan “Qafqaz
dağlarının qarşısındakı şimal ərazisi”
Ermənistanda yerləşir. Doğrudur, bu tayfa erməni qəbiləsinə
tabe olsa da, o qədər də erməni tayfası hesab olunmur.
Belə çıxır ki, “böyük, qüdrətli qəbilə”
əslində Şərqi Gürcüstan
çarlığının (Kvemo Kartli, yuxarı Cavaxetiya) cənub
hüdudlarında yaşayır.
Movses
Xorenatsinin konsepsiyası belədir. Müasir erməni
tarixşünaslığı onu indiyədək tamamilə
ayrı olaraq qeyd edir. Bunun nəticəsidir ki, həm Ermənistanda,
həm də nüfuzlu erməni lobbisinin olduğu ölkələrdə
nəşr olunan bütün dərsliklərdə,
ensiklopediyalarda, tarixi xəritələrdə Gürcüstan
Respublikasının cənub hissəsi (hazırda Türkiyə
Respublikasının hüdudlarına daxil olan cənub-qərb
tarixi hissəsi), onun qədim tarixi əyalətləri – Kvemo
Kartli və Cavaxetiya – oxucu kütləsinə tarixən
“Böyük Ermənistan”a mənsub olan ərazilər kimi təqdim
olunur.
Müasir
erməni tarixşünaslığının bu davamlı
münasibəti Ermənistan-Gürcüstan tarixi-siyasi
qarşılıqlı münasibətlərinin olması ilə
dəstəklənir: Ermənistan hakimiyyəti eramızdan əvvəl
II əsrdə, IX – X əsrlərdə və 1918-ci ildə
Gürcüstan dövlətinin cənub sərhədlərini
üç dəfə ələ keçirməyə cəhd
etmişdir.
Hazırda
erməni tarixşünaslığında baş verənləri
hələ XIX əsrdə başlayan və xüsusilə XX əsrin
ikinci yarısında güclənən dördüncü
(ideoloji) ekspansiya adlandırmaq olar (İ.
Çavçavadzenin müvafiq məqalələrinə
baxın). XXI əsr üçün isə elə həmin S.
Karapetyanın “Cavaxk” adlı kitabını (İrəvan,
2006-cı il, 590 səhifə) əyani sübut olaraq göstərmək
olar ki, bu da erməni dilində qədim gürcü
diyarının Ermənistanın bir hissəsi olduğuna
inandırmaq məqsədi daşıyır (baxmayaraq ki, Moysey
Xorenski bu sahənin yalnız bir hissəsini erməni vilayəti
hesab edirdi). Lakin ermənilər isə bu torpaqda
avtoxtonlardır. Etiraf etmək lazımdır ki, qəzəbli
rus təcavüzünün fonunda erməni
ziyalılarının bir hissəsinin tərəfindən həyata
keçirilən belə bir hücum daha çox şübhəli
görünür.
Bu
baxımdan tarixi Gürcüstan əhalisinin etnik kimliyi məsələsi
də müasir erməni tarixşünaslığında
olduqca maraqlı şəkildə
işıqlandırılmışdır.
Orta əsrlərdə
konfessional mənsubiyyətin və etnik kimliyin bəzən
qarışaraq bir-biri ilə üst-üstə düşməsi
məlumdur. Belə ki, Qafqazdakı “Kartveli” (gürcü)
yalnız etnik gürcü mənasını yox, bəzən
qeyri-gürcü əsilli pravoslav mənasını verə
bilərdi, necə ki, “Somexi” (erməni) etnik ermənidən
başqa, hər hansı bir erməni dininin və s. mənasını
verə bilərdi. Müasir erməni tarixçiləri
(professorlar V. Arutyunov-Fidanyan və P. Muradyan bu məsələdə
xüsusi canfəşanlıq göstərirlər) demək
olar ki, qədim erməni və Bizans mənbələrində
rast gəlinən “gürcülər” etnoniminə dair bu
“düsturu” mütləqləşdirirlər (Bizans mənbələrində
“iber”, erməni mənbələrində isə “vratsi”);
xüsusən də bu əgər məşhur insanlara aid
olunursa, onda onu konfessional mənada “pravoslav erməni” kimi şərh
edirlər.
Beləliklə
də, feodal Gürcüstan birliyinin təşəbbüsçüsü
olan David Kurapalat (X əsr) kimi məşhur siyasi xadimlər və
mədəniyyət xadimləri (yeri gəlmişkən, XVI əsrin
məşhur müsəlman hökmdarı və tarixçisi
Şərəf-xan Bidlisi də birbaşa olaraq gürcü
adlandırır); məşhur gürcü sərkərdəsi
İoann Tornik Çordvaneli (Çorçaneli) -
Yunanıstandakı (980-ci il) Afon İber monastırının
banisi; Qriqol Bakurianisdze - Bizansın böyük domestiki, Bolqarıstandakı
Petritonski (Baçkovski) monastırının banisi (1083-cü
il) və s. qeyd etmək olar; bütün bunlar erməni mənbələrinin
onları “Vrats Kuropalat” yəni “gürcü Kuropalatı” və
ya “vrats azqav” yəni “əslən gürcü”
adlandırmasına görə guya onların ermənilər olduğu
ortaya çıxdı; gürcü etnonimini (hətta etnik mənsubiyyətin
“əslən gürcülər”in olduğu
vurğulandığı halda da) isə bütün hallarda, sən
demə, konfessional mənada başa düşmək
lazımdır.
Belə
bir “konsepsiyanın” absurdluğu göz qabağındadır.
Gürcü və yunan dillərində yazılmış
Petritson monastırının tipikində böyük domestik
Qriqol Bakurianisdze, bir qayda olaraq inkar olunan bir sıra
gürcü orijinal mənbələrindən
danışmayaraq özü haqqında belə qeyd edir: “Biz
gürcülər mübariz xalqıq, hərbi baxımdan tərbiyə
olunan xalqıq və bir xalq olaraq ağır həyata öyrəşmişik”.
Məgər bu halda “gürcülər” etnoniminin kontekstindən
(yunan mətnində “iberlər”) məhz konfessional mənada
deyil, etnik mənada istifadə olunduğundan şübhə
etmək olar? Bu ifadədən yalnız biri, digər arqumentlərdən
danışmadan, gözlənilməz bir şəxs
üçün böyük domestikin etnik mənsubiyyəti məsələsini
həll edir.
Müasir erməni tarixçilərinin məqalələrini oxuyarkən belə təsəvvür yaranır ki, gürcülər, ümumiyyətlə, mövcud olmamışdır, real olaraq, yalnız - adi ermənilər və qeyri-adi ermənilər - xalkidonitlər var idi ki, onları da nədənsə gürcülər, yəni yunan dilində “iberlər”, erməni dilində isə “vratsik” adlandırırdılar.
Həqiqətən, müasir erməni tarixşünaslığına əsaslanan belə bir “məhsuldar” düşüncə, bədnam klassik politoloq (özünü belə adlandırır) A. Miqranyan ilə gündəmə gəldi. O, televiziyaya verdiyi müsahibəsində “vəhşilik” adlandırdığı bu mövzuya, Gürcüstan ictimaiyyətinin əsl gürcü torpaqlarının - Abxaziya və Şida (daxili) Kartlinin Rusiya hakimiyyət orqanları tərəfindən ilhaq edilməsinə qarşı tamamilə təbii olan bir reaksiyasını “İzvestiyalar”da ağda qara rəngdə olaraq yazır (16.10.2006): “Zaqafqaziya məsələlərində az və ya çox məlumatlı olan bütün mütəxəssislərə aydın şəkildə bəllidir ki, gürcü xalqı kimi, Gürcüstan dövləti də Rusiya imperiyasının sonra isə Sovet İttifaqının tərkibinə daxil olmazdan əvvəl tarixdə mövcud olmamışdır”. Müasir erməni tarixçilərinin əsərlərində aparılan “konsepsiya”nın obyektiv nəticəsi budur.
“Çox və ya az məlumatlı olduğumuzu” qeyd edən klassik politoloqu nəzərdən keçirməyə davam edək. Həmin yazıda o özünü müdrik göstərərək hiyləgərcəsinə qeyd edir: “Təşəkkür, bir fəziləti kimi, çox nadir hallarda insan münasibətlərində və xalqlar arasındakı münasibətlərdə baş verir. Nümunə üçün uzağa getmək lazım deyildir. Bir erməni kimi bu mənə (! – D.M.) yaxşı məlumdur”.
“Vaxtilə ermənilər hakimiyyəti çar əsilli gürcü qonşuları ilə bölüşmüşlər. Erməni knyazlığının, daha sonra isə çar nəslindən olan Baqratilərin kiçik bir qolu Gürcüstanda hakim sülalə olmuşdur”.
“Erməni knyazları və sərkərdələri orta əsr gürcü dövlətinin sərhədlərini genişləndirmişlər. Ermənilər Gürcüstan paytaxtını inşa etmişlər və indiyədək, demək olar ki, getdikcə daha az və ya az əhəmiyyətli olan memarlıq abidələri Tiflisdə yaşayıb çalışan erməni tacirlərinin və sənayeçilərinin himayədarlığının nəticəsi olmuşdur (! - D.M.)”.
“Mesrop Maştos – erməni əlifbasının yaradıcısı – qardaş gürcü xalqı üçün də əlifbanı yaratdı (! – D.M.). Ancaq heç bir gürcü mədəniyyət xadimi və ya siyasətçisi, yalnız tarixi ədalətin maraqları naminə qonşu xalqın Gürcüstan dövlətinin mədəniyyətinə, elminə, memarlığına verdiyi töhfələri heç vaxt qeyd etməmişlər. Ona görə də, nankorluq həm şəxslərin, həm də xalqların xarakterik xüsusiyyətidir”.
Vahid Ömərov
Fəlsəfə
üzrə fəlsəfə doktoru,dosent
Səs.- 2020.- 21 may.- S.15.