Gürcü dövlətçiliyinin ermənilər
tərəfindən
saxtalaşdırılması
Sərsəm fikrin müəllifləri olan
ermənilər özləri də hiss etmədən
özlərinnə zidd olaraq
etiraf edirlər ki,
gürcülər və gürcü
dövləti hələ də dünyada
mövcuddur. Lakin bu “səxavətli ermənilər”in
nəyə görə özləri üçün
deyil, “qardaş gürcü xalqı üçün
çalışdıqları”, başqasının mədəniyyətini,
elmini, paytaxtını və dövlətini
yaratdıqları tam şəkildə
aydın deyildir, bu isə
ona görədir ki, onlar XI əsrdə öz
dövlətçiliyini, demək olar,
bütün minillik boyu itirmişlər.
Məsələn, daha bir professor M.Bliev iddia edir ki, məhz “Zaqafqaziyada ən böyük gürcü çarlığını yaradanlar osetinlər”dir. Hazırkı Apsua-abxazları isə öz növbəsində deyirlər ki, məhz onlar bu dövləti – “Abxaz çarlığı”nı (mənbələrdə belə adla, bir sıra hallarda isə Gürcüstanın orta əsrdəki dövlətinin adı çəkilir) yaratmışlar.
Apsua abxazları! Bəs ruslar?... Rusların bəziləri B. Borisov, A.Yepifantsev, A.Vaşenko və başqaları - öz missiyasına sadiq olanları, həmişə olduğu kimi, inşa edə bilmədikləri halda, öz məhv etdiklərini Allahın mərhəməti kimi təqdim edirlər. Beləliklə də, görünür rus psixologiyasına məxsus şəkildə çıxış edən B. Borisov – pisliyi özündə yox, başqalarında görmək kimi səciyyəvi bir “mərhəməti” ilə açıq şəkildə bəyan edir ki, “gürcü millətinin Rusiyadan ən yaxşı humanitar yardımı onların “çoxəsrlik dövlətçiliyi”nin dağılmasına gətirib çıxaracaq!
“Beləliklə, ətrafdakılar (və çalışırlar) gürcü xalqının və gürcü dövlətinin rifahı naminə çalışdılar, bu zaman gürcülərin özlərinin nə ilə məşğul olduqlarını isə Allah bilir!”
Bizim “xeyriyyəçilərimiz” öz aralarında bu xeyirxah işə dair kimə üstünlük verəcəklərini və kimə təşəkkür edəcəyimizi araşdıracaqlar, ancaq ciddi danışsaq, onda qeyd etməliyəm ki, XI əsrin ikinci yarısından etibarən Zaqafqaziyadakı erməni dövlətçiliyi yer üzündən yoxa çıxdı, ermənilər isə bütün istiqamətlərə qaçmağa başladılar. Əgər gürcülər, o cümlədən vahid Qafqaz dövlətini yaratmış böyük Qurucu David (1089-1125 – ci illər) olmasaydı, orta əsrlərin tarixində nadir bir hadisəni – xristian, müsəlman, bütpərəst xalqların və tayfaların birlikdə dinc şəraitdə yaşadığını; səlcuq türklərini Ermənistandan qovaraq erməni xalqını tamamilə məhv olmaqdan xilas edən və şəxsən himayədarlıq edən şəxsiyyəti, eləcə də Zaqafqaziyadakı erməni dövlətinin və xalqının mövcudluğunu tarixçilərdən başqa heç kim xatırlaya bilməzdi, necə ki, bu gün tarixçilərdən başqa heç kəs Kilikiya erməni çarlığını və Kilikiya ermənilərini xatırlamır.
Təəssüf ki, son illərdə artan təcavüzü, məhəl qoymamağı və ya ilkin mənbələrin məlumatlarını (yalnız qədim gürcü deyil, həm də Bizans və hətta qədim erməni mənbələri) saxtalaşdırması ilə yanaşı olaraq müasir erməni tarixşünaslığı daha bir əhəmiyyətli cəhəti ilə də səciyyələnir: bir qayda olaraq, onlar Gürcüstan tarixçilərinin (mübahisəli məsələlər əsaslandırılmış şəkildə işıqlandırılır) nəşrlərinə etinasızlıq göstərərək öz qədim və əsasız sevimli faktlarını inadkarcasına təkrar edirlər.
Məhz buna görə də ilk dəfə dərc olunan məqalələrlə yanaşı, Gürcüstanın pravoslav kilsəsinin yanındakı xristian araşdırmalarının Beynəlxalq elmi mərkəzinin təşəbbüsü ilə nəşr olunan və təklif olunan tematik məcmuəyə əvvəllər, hətta ötən əsrin 40-cı illərində dərc edilmiş məşhur gürcü tarixçilərinin tədqiqatları da daxil olunmuşdur.
Tarixi həqiqətin təhrif olunmasının bir nümunəsi haqqında N. Tokarskinin “Ölkəmizdə qədim tarix elminin memarlığı” əsəri əhəmiyyətli nailiyyətlərin əldə olunmasına səbəb oldu.
Vaşinqton universitetinin professoru K. Tumanovun “Xristian Qafqazının tarixi məsələləri” adlı əsərində gürcü Baqrationlarının erməni mənşəli olması “təsdiq olunur”. Professorun bizi inandırmağa çalışır ki Baqrationlar Arteşesidlərin zamanında, II-IV əsrlərdə Ermənistandan Kartlinin cənub-qərb rayonlarına köçdülər, burada isə bunun da heç bir əsası yoxdur çünki professor Tumanovun fikrini bu baxımdan təsdiq edən heç bir mənbə yoxdur.
Xəritəyə görə, “Böyük Ermənistan”ın gürcü-erməni münasibətlərindəki məqsədləri, böyük tirajla satışa çıxan Vermişevin “Amirspasalar” adlı romanında (1968-ci ildə Müdafiə Nazirliyinin nəşriyyatında 65 min nüsxədən ibarət olmaqla çap olunmuşdur) öz əksin tapır.
1974-cü ildə İrəvanda dərc olunan və “Erməni sovet ensiklopediyası”nın birinci cildində öz əksini tapan məqaləyə “Abxaziyadakı ermənilər” adlı böyük bir paraqraf əlavə olunmuşdu, harada ki qeyd olunurdu: “Qafqazın Qara dənizinin sahilində xüsusən də Abxaziyada ermənilər orta əsrlərdən bəri məskunlaşmışlar, sonrakı əsrlərdə isə onların Abxaziyada məskunlaşması davam etmişdir”.
Bu açıq-aşkar saxtakarlıqdır. Ermənilərin bu diyarda V əsrdən məskunlaşmasına dair heç bir sənəd mövcud deyildir. Orta və sonrakı əsrlərdə isə bu barədə danışmaq üçün heç bir əsas yoxdur.
XIX əsrin əvvəllərində bütün Qərbi Gürcüstanda, əsasən də İmeretidə təqribən 1500 nəfər erməni yaşayırdı. Deməli o dövrdə Abxaziydakı ermənilərin sayı az olmuş və mühacirətdən əvvəl abxazların işğal etdikləri ərazilərin bir hissəsi 80-90-cı illərdə Türkiyə erməniləri tərəfindən işğal olunmuşdur. Bu isə Rusiya imperiyasının istəyi ilə baş vermişdir. Onlar Gürcüstan əhalisini süni şəkildə ləkələməyə və bununla da Gürcüstana ölümcül zərbə endirməyə çalışırdılar.
Almaniyanın qərbində, İngiltərə və Fransada ermənilər sistematik olaraq Gürcüstana və Qafqaza aid xəritə və kitablar nəşr etdirmişlər, harda ki, Gürcüstanın tarixi saxtalaşdırılmışdır. Bəzi “erməni himayədarları” gürcü xalqını axmaq yerinə qoymaq və alçaltmaq üçün hər növ əxlaqsız üsullardan istifadə edirlər. Onlar təsdiq edirlər ki gürcülər “pulsuz və əclaf”dırlar. Onlar heç bir şeyi bacarmır və əgər Gürcüstanda nəsə edilmişdirsə də bu yalnız ermənilərin səyilə, əllərilə və qabiliyyətləri ilə mümkün olmuşdur.
1979-cu ildə İrəvan universitetinin nəşriyyatında, çox böyük formatda - “IV əsrdəki böyük Ermənistan çarlığı (198-385-ci illər)” adlı tədris xəritəsi çap olundu. “Qədim Qafqazın tarixi mənbələrinin ən yaxşı bilicisi” hesab olunan akademik S. Yeremyan bu xəritəsində - Qara dənizdən, Urmiya gölü və Van gölündən - Tiqros çayı və Yevfrat çayına eləcə də buradan da qərbə qədər bütün Gürcüstan Ermənistanın əhatəsində görünür. Şimal sərhədi Tbilsinin özündə yerləşir, Ermənistana isə təkcə Kvemo-Kartlinin yox, Cavaxetinin, Artaaninin, Şavşet Klarcetinin və Taonun da aid olduğu göstərilir.
Bu təhsil xəritəsində heç bir şərti işarə qaydaları yoxdur, heç əfsanədə də qeyd olunmur ki, Kvemo-Kartli və Çoroxi hələ IV əsrdə erməni çarlığı tərəfindən arzu olunan gürcü torpaqlarıdır. Bu məsələ cahil bir insana elə görünə bilər ki sanki bu torpaqlar lap əvvəldən Ermənistanın şəxsi mülkiyyəti olmuşdur.
Eynən belə bir xəritə, qısaldılmış və sxematik şəkildə, “Sovetakan Xayastan” (1988, ¹1) jurnalında dərc olunmuşdur. Elə oradaca R. İşxanyanın “İlk erməni çarı deyil” adlı məktubu öz əksini tapmışdır. Bu məktubun xəritə ilə heç bir bağlılığının olmasına baxmayaraq, o, qədim xristian dövründən etibarən "Böyük Ermənistan"ın əsaslarını eləcə də sərhədlərini tapmağa və müəyyənləşdirməyə çalışır.
Xəritəyə kiçik bir məktub da əlavə olunur, harda ki qeyd olunur ki erməni salnaməsinin adları Ermənistanın dağ və çaylarının tarixi adlarından eləcə də bütpərəst allahların (Armazd, Anaxit, Vaxaqn və s.) adlarından yaranmışdır.
Belə xəritələrin nəşri tarixi-siyasi inkişaf proseslərinin və mədəni-etnik hadisələrin dinamik inkişafı haqqında düzgün təsəvvür yaratmır, bununla yanaşı sözügedən nəşrlər sırf tarix əleyhinədir. Bu xəritələrin gənclər üçün tədris vasitəsi olması və öz xalqının tarixi inkişafı haqqında yalan məlumat verməsi təəssüf hissi yaradır.
Bu tendensiyalar təkcə yuxarıdakı xəritələrdə qeyd olunmur. 1986-cı ildə “Sovetakan qrox” nəşriyyatı, X əsr erməni tarixçisi Ovanes Drasxanakertin “Ermənistan tarixi”nin rus dilində tərcüməsini yayımladı ki burada da 3 tarixi xəritə əlavə olunmuşdu. Xəritədə “Ermənistan və sərhəd ölkələri”nin 591-653-cü, 701-862-ci və 862-953-cü illərdəki vəziyyəti təsvir olunmuşdur. Bu xəritədə bir sıra qeyri-dəqiqliyə yol verilmişdir. Məsələn, birinci xəritədə Taşir və Çaneti (indiki Lazistanın) yenidən Ermənistanın dairəsinə əlavə olunmuşdur. İkinci xəritədə isə Qərbi Gürcüstandan başqa bütün Zaqafqaziya Ermənistanın dairəsinə əlavə olunmuşdur. Üçüncü xəritədə “Gürcü Baqrationları”ın krallığı “Tao-Klarcetidən olan Baqrationlar”ın krallığından elə fərqləndirilir ki sanki onlar müxtəlif sülalələrin nümayəndələrini təmsil edirlər və s.
Tarixi-siyasi coğrafiya tarix elminin həssas sahələrindən biridir. Ona görə də hər bir zəruri faktın müəyyən edilməsi və xəritə üzərində qeyd edilməsi böyük ehtiyatlılıqla yanaşı həm də ciddi sübutların olmasını da tələb edir. Buradan aydın olur ki, xüsusi sübutu olmadan yuxarıda qeyd olunan xəritələrin nəşri əsassızdır.
1988-ci ildə Almaniyada Ulrix Bokun “Gürcüstan və Ermənistan” adlı bələdçisi nəşr olundu. Bələdçinin Ermənistanın tarixinə dair hissəsində çox hiyləgərcəsinə tərtib edilmiş xəritələr verilmişdir. Bütün xəritələrdə Kür çayının yuxarı hissəsinin "Böyük Ermənistan"ın əhatəsində olduğu göstərilir. Gürcüstanın toponimləri isə heç yerdə görünmür. Ulrix Bokaya material verən insanların məqsədi, alman dilli əhalinin yaddaşında zaman məkanının belə bir anlayışını əks etdirməkdən ibarət olmuşdur. Bu xəritədə "kiçik Ermənistan" ərazisi ilə nəinki onun tarixi yeri, həm də müasir Trabzon dairəsi göstərilmişdir ki, burada da o dövr ərzində ermənilərin Qara dənizə çıxışına imkan verən gürcü çənləri yerləşdirilmişdi.
Kitabda aşağıdakı xəritə yerləşdirilmişdir, guya Ermənistan bizim eramızın 387-ci ilində Bizansla İran arasında yerləşir və Ermənistanın buradakı sərhədləri Kürün bütün sağ sahilini eləcə də yuxarı hissənin sol tərəfini əhatə edir.
Kitabda eramızın X əsrində “Baqrationların çarlığı” və “Vaspurakan çarlığı” təsvir olunmuşdur, harda ki Batumi, Çorox dərəsi eləcə də Samtsxe-Cavaxeti Ermənistanın əyalətləri kimi göstərilir.
Vahid Ömərov
Fəlsəfə
üzrə fəlsəfə doktoru,dosent
Səs.- 2020.- 22 may.- S.15.